Month: December 2023

  • В Сумгайыте увеличено число избирательных округов

    В Сумгайыте увеличено число избирательных округов.

    Как сообщает местное бюро Report, изменение внесла созданная Центральной избирательной комиссией (ЦИК) Азербайджана Комиссия по определению границ избирательных округов на основании средней нормы представительства избирателей и других требований законодательства.

    Решением Комиссии были созданы Сумгайытский первый избирательный округ №42, Сумгайытский второй №43, Сумгайытский третий №44, Сумгайытский четвертый №45, Сумгайытский пятый №46, Сумгайыт-Абшерон-Гарадагский избирательный округ №47.

    До этого в Сумгайыте действовало четыре избирательных округа.

  • Sumqayıtda seçki dairələrinin sayı artırılıb

    Sumqayıtda seçki dairələrinin sayı artırılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, dəyişiklik Mərkəzi Seçki Komissiyasının (MSK) yaratdığı seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən seçicilərin orta təmsilçilik norması və digər qanuni tələblər əsasında aparılıb.

    Onlar 42 saylı Sumqayıt birinci, 43 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt üçüncü, 45 saylı Sumqayıt dördüncü, 46 saylı Sumqayıt beşinci, 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələridir.

    Bundan əvvəl Sumqayıtda 4 seçki dairəsi fəaliyyət göstərib.

  • Rusiya bərk buğda növlərinin ixracını dayandırıb

    Rusiya hökuməti bərk buğda növlərinin ixracına müvəqqəti qadağa tətbiq edib.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

    “Rusiya ölkədən bərk buğdanın ixracına müvəqqəti məhdudiyyət tətbiq edir. Bu barədə sərəncam imzalanıb. Qərar ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və daxili bazarda bərk buğda məhsullarının qiymətləri ilə bağlı sabit vəziyyəti saxlamağa kömək edəcək”, – məlumatda deyilir.

    Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.

    Yalnız bərk buğda növlərinin Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrə – Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstana ixracına Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında hökumətin qərarı ilə müəyyən edilmiş kvotalar çərçivəsində icazə verilir.

  • Ərdoğandan su ilə bağlı ÇAĞIRIŞ

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin su ehtiyatları ilə bağlı çağırış edib.

    “Unikal” xəbər verir ki, ölkə başçıxı su ehtiyyatlarının tükənməz olmadığını və sudan qənaətlə istifadə etməyin zəruriliyini vurğulayıb.

    “Türkiyənin israf edəcək bir damcı suyu da yoxdur. Su ehtiyatlarımızı çirkləndirmək vətənə xəyanətə bərabərdir. Unutmamalıyıq ki, gələcək nəsillərin də bizə miras qalan su ehtiyatlarına haqqı var”, – deyə Ərdoğan bildirib.

    O, həmçinin qeyd edib ki, məşhur inancın əksinə olaraq, Türkiyə su ilə zəngin ölkə deyil.

    Türkiyədə Dəclə və Fərat çaylarında bəndlərin tikintisi  İraq və Suriyada mənfi reaksiyaya səbəb olur ki, bu da onlara axan suyun həcminin azaldığını göstərir.

    Avqustun 16-da İstanbul sakinlərinə şəhərdə gözlənilən su qıtlığı barədə xəbərdarlıq edilib : yerli su anbarlarının doldurulma səviyyəsi 2014-cü ildən bəri ən aşağı səviyyəyə düşüb.

  • Gəncədə mənzildən meyit tapıldı

    Gəncədə mənzildən meyit tapılıb.

    “Unikal” xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, FHN-nin “112” qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Şirvanda 13 yaşlı məktəbli bıçaqlanıb

    Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.

    APA-nın məlumatına görə, Şirvan sakini, 2010-cu il təvəllüdlü Şakir Həsənxan oğlu Allahverdizadə sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

    Onun Ümid adlı doqquzuncu sinif şagirdi tərəfindən bıçaqla vurulduğu deyilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Kombi aparatları partlaya bilər? – VİDEO

    Dekabrın 10-da Ceyranbatan qəsəbəsində kombi aparatında baş verən partlayışdan belə qənaətə gəlmək olar ki, ən təhlükəsiz hesab etdiyimiz bu qurğularda da qaz sızması ola bilər.

    Bəs bu partlayışın baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?

    Ekspertlər bildiriblər ki, qaz cihazlarına ildə ən azı iki dəfə peşəkar usta tərəfindən baxış keçirilməlidir:

    “Belə cihazlar mənzil daxilində deyil, kənarda – eyvanda, həyətdə quraşdırılmalıdır. Daxili qaz xətlərinin vaxtaşırı yoxlanılması da vacib şərtlərdəndir”.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

  • Sumqayıtda yanğın: Tüstüdən zəhərlənən var

    Sumqayıtda ikimərtəbəli evdə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli 11 otaqlı evin ikinci mərtəbəsində bir otağın yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

    Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

    Evin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Toyda qohumunu mahnı sifarişinə görə bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub – FOTO

    Bakıda toy məclisində qohumunu mahnı sifarişinə görə bıçaqlamaqda təqsirləndirilən Əmrah Alışovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzə çıxış edib.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Daha sonra vəkil müdafiə çıxışı edib, təqsirləndirilən şəxs isə son söz deyib.

    Müşavirədən qayıdan məhkəmədə hökm oxunub.

    Hökmə əsasən, Ə.Alışov 7 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, hadisə bu ilin mayında paytaxtın Sabunçu rayonu Ləhiş bağları adlanan ərazidə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Əmrah Alışov içkinin təsiri altında toy məclisində aralarında yaranmış mübahisə zamanı qohumu 1991-ci il təvəllüdlü Rəvan Əsgərovu bıçaqlayıb.

    Hadisənin mahnı sifarişi üstündə baş verdiyi məlum olub.

    Daha sonra Ə.Alışov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.//report.az

  • Sumqayıt sakinlərinin yol problemi niyə həllini tapmır? – VİDEO

    Sumqayıt şəhərinin “Beton zavod” adlanan ərazisində yaşayan üç minə yaxın sakin yollarının bərbad vəziyyətdə olmasından şikayətlənirlər.

    Onlar bildiriblər ki, 20 ilə yaxın burada yaşasalar da, yol bir dəfə də olsun asfalt üzü görməyib:

    “Burada nə asfalt çəkirlər, nə də işığa baxırlar. Kanalizasiya daşır, bütün evlər suyun içində qalır. Hara gedirik, deyirlər sənədsiz yerdir. Taksi çağırırıq, gəlmir. Yolumuz çox narahatdır. Öz övladlarım da yolun ucbatından bura gəlmirlər”.

    Məsələ ilə bağlı Sumqayıt Bələdiyyəsindən bildirilib ki, sözügedən yaşayış massivində asfalt örtüyünə ehtiyacı olan yollar 2024-cü ildə sosial-iqtisadi planlamaya salınacaq və lazımi işlər aparılacaq.

    Ətraflı Baku TV-nin süjetini təqdim edirik: