Month: December 2023

  • Peter Mixalko COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edib

    “Dünya üçün çox vacib olan iqlim dəyişikliyi ilə bağlı əsas BMT qlobal forumu – COP29-un ev sahibi kimi Azərbaycanı təbrik edirəm”.

    Median.Az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko “X” hesabındakı paylaşımda qeyd edib.

    P.Mixalok forumla bağlı Azərbaycana uğurlar arzulayıb.//report.az

  • Övladınızın məktəbdə problemi olduğunu göstərən – 5 əlamət

    Çox valideynlər məktəbi uşaq üçün ən təhlükəsiz və rahat yer hesab edir: orda nəzarət var, kollektivdir və bir şey olsa, gəlib deyəcək. Amma uşağın məktəbdə nə yaşadığı, nə hiss etdiyi 90% hallarda gizli qalır.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, psixoloqlar valideynləri diqqətli olmağa çağırıb.

    Uşağınızın məktəbdə problemi olduğunu göstərən fiziki,psixoloji əlamətlər var.

    Məsələn, suallardan yayınır, dialoqa girmir. Məktəbdə nə var nə yox, nə xəbər soruşanda, qısaca, normaldır deyir.

    Valideynlə söhbət zamanı özünümüdafiə jestləri görünür.

    Məsələn, aldadanda, qorxanda üz, bədən mimikaları dəyişir.

    Əgər uşaq əllərini sinəsində çarpazlayırsa, əllərini önündə tutursa, gözünü yayındırırsa, ətrafa baxırsa, tələsirsə deməli, yalan danışır.

    Bu əlamətlərə də diqqət:

    – Uşağın əşyaları itir – xüsusən, geyimi, gadjetləri, velosipedi və soruşanda yayınır.

    – Məktəbdən evə çirkli, cırılmış geyimlə gəlir.

    – Xarici görünüşündə qəfil dəyişikliklər edir, saçını dəyişir.

    – Özünü aqressiv aparır

    – Evə ya çox tez gəlir, ya da çox gec – çox zaman məktəbdə hamıdan axırda çıxır.

    Səbəbləri özünüz müəllimlə birgə tapmalısız, yeri gələndə, uşağı izləməlisiz.

  • Beyin şişinin qəribə əlamətləri – Onkoloqdan

    Stress və həyəcan anında çox güclü baş ağrısı, spazm beyin şişindən xəbər verə bilər.
    Median.Az medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yevgeniy Çeremuşkin baş beyin şişlərinin pasiyentlərin ağlına gəlməyən simptomlarını açıqlayıb.

    “Beyindəki şişin əlamətləri özünü aylar, hətta 1-2 il sonra göstərə bilər. Əgər şiş aqressiv deyilsə, çox asta böyüyürsə, bu zaman xəstə özünü normal hiss edir.

    Hər baş ağrısı xərçəng deyil, amma baş ağrılarının xarakterinə fikir verin.
    Baş ağrısı, baş gicəllənmə şişin əlaməti ola bilər.

    Amma bu zaman ağrı gərək mütəmadi olsun, xüsusən fiziki iş, idman və stress, həyəcan zamanı artır.

    Digər əlamətlər:
    – Yaddaş itkisi
    – Zəiflik, diqqət yayqınlığı
    – Çox yüngül işdən sonra baş ağrısı
    – Görmədə dumanlanma
    – Sanki gözün kənarları ilə görürlər

    Əgər bu əlamətlər varsa, təcili həkimə getmək lazımdır”.

  • Rusiya və İran XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər

    Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İranın xarici işlər naziri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.

    Median.Az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, nazirlər telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı regional vəziyyətin gündəliyinə dair bəzi məsələlərə, o cümlədən Qəzza zolağında gedən müharibədəki son hadisələrə toxunublar.//report.az

  • Qərbi Azərbaycan Xronikası: “Naxçıvandakı Qərbi azərbaycanlılar da vətənə qayıtmaq ümidi ilə yaşayırlar”

    Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

    “Report” xəbər verir ki, jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova olub. O, vaxtilə valideynlərinin didərgin düşdüyü Qərbi Azərbaycanın Dərələyəz mahalından, o cümlədən Qovuşuq və Ələyəz kəndlərinin tarixindən, təbiətindən, maddi-mədəni abidələrindən danışıb. Uşaq vaxtı qonaq olduğu bu kəndlərdə yaşadıqlarını dilə gətirib, xatirələrini bölüşüb, yaşlı və orta nəsil nümayəndələrinin kəndlə bağlı söylədiklərini diqqətə çatdırıb.

    “Mənim üçün Qərbi Azərbaycan Vətəndir, yurddur, nisgildir, həsrətdir”, – deyən M.Hüseynova tarixən ermənilərin maddi-mədəni irsimizə qarşı törətdiyi, soydaşlarımıza qarşı həyata keçirdiyi vandalizm aktlarından da geniş söhbət açıb. Bildirib ki, ermənilər yaşayış məntəqələrimizdəki qoç heykəllərin, qəbirüstü abidələrin üzərinə xaç işarəsi çəkib, türklərə məxsus alban kilsələrini özününküləşdirməyə çalışıblar. Qeyd edib ki, ötən əsrin müxtəlif illərində ermənilər Dərələyəzdən azərbaycanlıları sıxışdıraraq çıxardıb, onlara məxsus evlərdə xaricdən gətirilən hayları məskunlaşdırıblar. O, ötən əsrin əvvəlində erməni-daşnak silahlı quldur dəstələrinin 199 kəndi yer üzündən sildiyini, həmçinin yeddi yaşlı uşağı ot tayasında diri-diri yandırmaq, əri arvadının gözləri önündə öldürüb doğramaq, evləri talan edib yandırmaq kimi vəhşiliklər törətdiklərini dilə gətirib.

    Yaradıcılığından söhbət açan M.Hüseynova deyib ki, şeirlərinin böyük bir hissəsi Dərələyəzlə bağlıdır. O, ruhundan süzülən sətirlərin Vətən həsrəti olduğunu vurğulayıb. Qərbi Azərbaycan İcmasının fəaliyyətindən danışan professor qeyd edib ki, soydaşlarımız öz tarixi torpaqlarına, ata-baba yurdlarına mütləq qayıdacaqlar. Onun sözlərinə görə, bunun üçün hazırda əsas işlərdən biri Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır.

    Bu yaxınlarda Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresin əhəmiyyətinə toxunan M.Hüseynova muxtar respublikadakı Qərbi azərbaycanlıların da Vətənə qayıtmaq ümidi ilə yaşadıqlarını diqqətə çatdırıb. O, vaxtilə Naxçıvanda məskunlaşan soydaşlarımızla keçirdiyi görüşlərdən, onların Qərbi Azərbaycana dair xatirələrindən danışıb. Bildirib ki, Naxçıvanı o zaman tərk edən ermənilər ağacların dibinə neft töküb, evləri yandırıblar ki, onlardan sonra kimsə bu ərazilərdə yaşamasın. Lakin Dərələyəzdən deportasiya olunaraq Naxçıvanda məskunlaşan soydaşlarımız o kəndləri yenidən abadlaşdırıblar.

    Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

    Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

    Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

    Veriliş dekabrın 11-də saat 19:30-da Baku Tv-nin efirində və “YouTube” kanalında yayımlanıb.

  • Ceyhun Bayramov yunanıstanlı həmkarı ilə enerji təhlükəsizliyi və regional əməkdaşlığı müzakirə edib

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.

    Median.Az
     xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi sosial şəbəkə hesabında paylaşım edib.

    Baş diplomatlar Brüsseldə keçirilən Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində bir araya gəliblər.

    Tərəflər iqtisadiyyat, enerji təhlükəsizliyi və regional vəziyyətdə əməkdaşlığa dair qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.//report.az

  • В Евросоюзе сообщили о расширении своей миссии в Армении

    Главы МИД стран Европейского союза (ЕС) приняли решение увеличить численность своей гражданской миссии в Армении на 50% – с 138 до 209 человек.

    Об этом заявил глава внешнеполитической службы ЕС Жозеп Боррель на пресс-конференции по итогам встречи глав МИД Евросоюза.

    “Сегодня Совет ЕС принял решение усилить гражданскую миссию в Армении, увеличив наше присутствие на земле с 138 до 209 человек. Это важное увеличение численности миссии”, – сказал Ж.Боррель.

    Источник: ТАСС

  • Aİ Ermənistandakı missiya üzvlərinin sayını 50% artırır

    Avropa İttifaqı (Aİ) Ermənistandakı missiyasının say tərkibini artıraraq 209 nəfərə çatdıracaq.

    Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel məlumat verib.

    Onun sözlərinə görə, qərar ittifaqa üzv ölkələrin xarici işlər nazirləri tərəfindən qəbul edib.

    Bildirilib ki, nazirlər missiyanın heyətini 50% genişləndirmək qərarına gəliblər.

    Qeyd edək ki, hazırda Ermənistandakı Aİ missiyası 138 nəfərlik heyətdən ibarətdir.

    Mənbə: TASS

  • Президент Ильхам Алиев поделился публикацией в связи с днем памяти великого лидера Гейдара Алиева

    Президент Азербайджанской Республики Ильхам Алиев поделился публикацией по случаю дня памяти великого лидера Гейдара Алиева в своих официальных аккаунтах в социальных сетях.

    Report представляет публикацию:

  • Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

    “Report” paylaşımı təqdim edir: