Month: December 2023

  • Şuşada fantastik Yeni il qiymətləri

    Azərbaycanın turizm sektoru Yeni il şənliklərinə hazırlaşır.

    Artıq bölgələrdəki istirahət mərkəzləri və hotellər Yeni il proqramları və qiymətlərini açıqlamağa başlayıblar.

    İşğaldan azad edilən Şuşa şəhərindəki hotellərdə də bu il ilk dəfə olaraq Yeni il şənlikləri keçiriləcək. Ölkənin digər bölgələrində baş verən Yeni il qabağı “bahalaşma” Şuşa şəhərindəki hotellərdən də yan keçməyib.

    Turizm şirkətlərinin açıqladığı məlumata görə, “Shusha” hotelində Yeni il şənliyi böyük məbləğə başa gələcək. Yeni ili Şuşada qarşılamaq istəyənlər 2 nəfərə 2500-3500 manat sərf etməli olacaqlar.

    Burada standart otaq üçün qiymət 2500 AZN-dən, Deluxe suit otaqlarda 3300 AZN-dən, Apartmant suit otaqlarda isə 3500 AZN-dən başlayacaq.

    Paketə Şuşa hotelində 2 gecə 3 gün qalmaq, Yeni il şənliyi, müxtəlif musiqi və şou proqramlar, atəşfəşanlıq və s. aiddir. Elanı paylaşan şirkətlər bildirir ki, bu paketi alanların işğaldan azad olunan ərazilərə girişi üçün icazə məsələsi həll olunacaq. (fed.az)

  • DTX-də müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılanlar hərbi qeydiyyata alınacaqlar

    Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdən buraxılıb həmin orqanın ehtiyatına keçirilməmiş və ya hərbi qeydiyyatından çıxarılmış hərbi vəzifəlilər yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınacaqlar.

    Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.

    Qərara əsasən, yuxarıda nəzərdə tutulmuş hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması üçün müvafiq sənədlər Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və ya Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən 3 gün müddətində onların yaşayış yeri və ya olduğu yer üzrə SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrinə göndərilir və bu barədə həmin hərbi vəzifəlilərə məlumat verilir.

  • Tiflisdə aksiya: Prezident də gəldi

    Gürcüstanın paytaxtı Tiflisdə “Avropa Birliyinə səsimiz” devizi altında yürüş keçirilib.

    Median.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

    Məlumata görə, yürüşdə ölkə prezidenti Salome Zurabişvili də iştirak edib.

    Vətəndaş cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan yürüşdə vətəndaşlarla yanaşı, siyasi partiyaların nümayəndələri də iştirak edib.

  • Aİ-də süni intellektlə bağlı tarixi saziş üzrə razılıq əldə olundu

    Avropa İttifaqı (Aİ) dünyada ilk olaraq süni intellekt (AI) üzrə kompleks hüquqi paket ilə bağlı razılıq əldə edib.

    36 saat davam edən danışıqlardan sonra Aİ Parlamenti və İttifaqa üzv ölkələr bir sıra məsələlər, o cümlədən üzün tanınması və bu texnologiyadan məhkəmə sistemində istifadə olunması üzrə razılığa gəliblər.

    Danışıqlardan sonra Aİ-nin daxili bazar üzrə Komissarı Tierry Breton “X” sosial platformasında əldə olunan sazişi “tarixi” adlandırıb. O qeyd edib ki, “Aİ süni intellektdən istifadə üçün aydın qaydalar müəyyən edən ilk qitə olacaq”.

    Yeni qaydalara görə, süni intellekt bumunu başladan “Chat GPT”in keçən il geniş auditoriyaya çatdıqdan sonra bu il Aİ-nin qanunvericilik prosesinə daxil edilib.

    Müzakirə olunan təklifə bu növ geniş AI xidmətləri üçün təhlükəsizlik tələbləri ilə bağlı qaydalar, eləcə də daha güclü modellərin daha sərt tənzimlənməsi daxildir.

    Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen süni intellekt sahəsində “unikal hüquqi razılaşmanı” alqışlayıb.

    Aİ-nin hüquqi paketi 2025-ci ilə qədər tam tətbiq edilməyəcək və qaydaları pozan şirkətlərin 35 milyon avroya və ya qlobal dövriyyəsinin 7 faizinə qədər cərimə oluna biləcəyi də yeni qaydalar arasında yer alır. Deputatlar yeni ildə olacaq Avropa Parlamentinə seçki kampaniyası ərəfəsində razılığa gəlməyə məcbur olublar.

  • Braziliyalı qadın qısqanclıqdan ərini yandırdı

    Braziliyada qorxunc hadisə baş verib. Belə ki, qadın 50 yaşındakı ərini qısqanclıqdan yandırıb.

    Qorxunc hadisənin görüntüləri müşahidə kamerası ilə qeydə alınıb.
    Kişi ağır dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

    Qadın saxlanılıb. O, ərinin daim ona şiddət göstərdiyini desə də, hüquq-mühafizə orqanları əməkdaşları qadının qısqanclıq səbəbindən belə dəhşətli cinayət törətdiyini düşünürlər.

    Mənbə: 360 TV

  • Çin metanla uçan raketlə orbitə üç peyk buraxdı

    Bu gün Çinin “LandSpace Technology” şitkəti tərəfindən hazırlanmış metanla uçan raket üç peyki orbitə çıxarıb.

    Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Məlumata görə, bu, Çin özəl raket startapının metan və maye oksigendən istifadə edən kosmik aparatların kommersiya uçuşu üçün hazırlığını yoxlamaq missiyasında bir mərhələ olub.

    Günorta saatlarında raketlə buraxılan üç peykin 460 km hündürlükdə Günəşlə sinxron orbitə çatdığı bildirilib.

  • Bakıda 5 min manat oğurlayan əcnəbi saxlanıldı

    Bakıda 5 min manat oğurlayan əcnəbi vətəndaş saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Nəsimi rayonu ərazisində Bakı şəhər sakini olan bir nəfərin 5 000 manatının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən əcnəbi vətəndaş müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda iki məktəb yandı

    Azərbaycanda iki məktəbdə yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    İlk hadisə Neftçala rayonunun Şirvanlı kəndində qeydə alınıb.

    Belə ki, ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyünün taxta atmaları 40 m² sahədə yanıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.

    Digər hadisə Şəmkir şəhərində baş verib. Ümumi sahəsi 600 m² olan birmərtəbəli orta məktəb binasının sinif otağının döşəməsi 2 m² sahədə yanıb. Yüksək temperaturdan sinif otağının lambirdən ibarət tavanı 20 m² sahədə əriyib.

    Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • ABŞ İsrailə 14 min tank mərmisi satır

    ABŞ Dövlət Departamenti və Pentaqonun müvafiq idarəsi bəyan edib ki, Birləşmiş Ştatlar İsrailə 13,981 ədəd M830A1 MPAT 120 mm tank mərmisi və müvafiq avadanlıqları 106,5 milyon dollara satır.

    Eyni zamanda, ABŞ dövlət katibi Antoni Blinken Konqresə Vaşinqtonun milli təhlükəsizliyik maraqları naminə yuxarıda qeyd olunan mərmilərin dərhal İsrail hökumətinə satılmasını izah edib. Bu baxımdan, Konqres adi təchizatlarda olduğu kimi hərbi məhsulların satışını əngəlləyə bilməyəcək.

    ABŞ rəsmiləri bu satışın bölgədəki “əsas hərbi balansı dəyişməyəcəyini” deyirlər. Qeyd edilir ki, satış ABŞ-nin müdafiə sisteminin döyüş hazırlığına mənfi təsir göstərməyəcək və ordunun ehtiyatlarından həyata keçiriləcək.

    Mənbə: TASS

  • В Гаджигабуле автомобиль сбил 18-летнего пешехода

    В селе Биринджи Удуллу Гаджигабульского района произошло ДТП со смертельным исходом.

    Как сообщает Report, автомобиль сбил местного жителя Пюнхана Хосиева (2005 г.р.).

    Пешеход, получивший тяжкие телесные повреждения, скончался по дороге в больницу.

    Сообщается, что водитель автомобиля был его односельчанином.

    По данному факту проводится расследование.