Month: December 2023

  • “WhatsApp”da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar…

    Məşhur “WhatsApp” messencerinin tərtibatçıları yaxın aylarda yaranacaq məlumatların saxlanmasına məhdudiyyətlər barədə istifadəçilərə xəbərdarlıq etməyə başlayıblar.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.

    “Android” üçün 2.23.26.7 proqramının yeni beta versiyasında məlumat banneri peyda olub, ona əsasən “WhatsApp” və “Google” buludda istifadəçi məlumatlarının limitsiz saxlanmasını ləğv etmək qərarına gəliblər. Yedək nüsxələr yaxın bir neçə ay ərzində “Google Disk”inizdə saxlanmağa başlanacaq.

    Banner istifadəçiləri gözlənilən dəyişikliklər barədə xəbərdar etməlidir ki, söhbətlərini və media fayllarını saxlamağa vaxt tapsınlar. Yedəkləmələr hələ də “Google Disk”də saxlanılacaq, lakin yalnız istifadəçinin şəxsi hesablarında. Bulud yaddaşı cəmi 15 giqabaytdır. Bu limitə qədər bütün sənədləri və digər faylları pulsuz saxlaya bilərsiniz.

    Disk sahəsi bitərsə, istifadəçi, məsələn, telefon nömrəsini dəyişdirərkən bütün yazışmaları itirmək riski daşıyır. Nəşr qeyd edir ki, yeni banner yalnız messencerin beta versiyalarında görünür.

  • На Абшероне один человек погиб в ДТП

    В Абшеронском районе один человек погиб в дорожно-транспортном происшествии.

    Как сообщает Report, в результате столкновения автомобилей “Киа” и “Мерседес” на дороге в поселок Сарай погиб водитель второго транспортного средства, его личность устанавливается.

    По факту ведется расследование.

  • Abşeronda yol qəzasında bir nəfər ölüb

    Abşeronda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un yerli bürosu xəbər verir ki, hadisə “Saray yolu” adlanan ərazidə qeydə alınıb.

    “KİA” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikincinin sürücüsü hadisə yerində ölüb.

    Onun şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Qızılca ilə bağlı valideynləri ən çox narahat edən 4 suala CAVAB

    Tanınmış pediatr Aytən İsmayılzadə qızılca ilə bağlı valideynləri ən çox narahat edən suallara cavab verib.
     
    Median.Az həmin sual-cavabı təqdim edir:
     
    – Qızılca xəstəliyini keçirən uşaq sonradan yenə peyvənd olunmalıdırmı? Məsələn, uşağın 3 yaşı var, qızılcaya yoluxub, 6 yaşında peyvənd etdirilsinmi?
     
    – Qızılca xəstəliyi keçirildikdən sonra insanda ömürlük immunitet yaranır. Yəni peyvənd etdirməyə bilərsiz. Lakin bu peyvəndin təkcə qızılcaya deyil, həm də məxmərək və parotitə qarşı immun cavab hazırladığını nəzərə almalıyıq. Yəni uşaq qızılca olmayacaq, amma məxmərək və parotit ola biləcək. Ona görə də peyvənd olunmağı məsləhətdir.

    – Xəstəliyi keçirmiş şəxs peyvənd olunarsa, yaxud səhvən ikinci dəfə eyni peyvənd olunarsa, bunun fəsadı varmı?
     
    – Xeyr, bunun heç bir fəsadı yoxdur. Əgər uşağınızın peyvəndi haqda dəqiq məlumatınız yoxdursa, xatırlamırsızsa və ya qeydiyyatda səhvlik olubsa, yenidən etdirə bilərsiz.
     
    – Uşaq vaxtı peyvənd olunan şəxs uşaqlara xəstəlik ötürücüsü ola bilərmi?
     
    – Uşaq vaxtı olunan peyvənd sizi ömürlük qoruyur. Uşaq vaxtı edilən peyvəndin davamlılığını analiz verməklə yoxlaya bilərsiz. “Anti Measles IgG” testi verməklə qanda qızılcaya qarşı immunitetin necə vəziyyətdə olduğunu öyrənmək olar. Mən özüm bu günlərdə yoxladım və nəticə qənaətbəxş oldu.
     
    – Uşaqda səpkilər, hərarət var. Kimi bunun qızılca, kimisi isə skarlatina olduğunu deyir. Bunu necə fərqləndirmək olar?
     
    – Qızılcaya yoluxan uşaq çox halsız olur. Skarlatinada isə halsızlıq bir qədər müşahidə olunur. Qızılcada öskürək, skarlatinada isə boğaz ağrısı olur. Qızılcada səpkilər üzdən başlayır, skarlatinada isə yanaqlar qızarır. Qızılcada yumşaq damaqda tək-tək qansızma kimi səpkilər olur, skarlatinada isə boğaz sanki yanır. Qızılcada gözlər qızarır, skarlatinada dil qırmızı olur. Qızılcada səpkilər getdikcə qəhvəyi olur, skarlatinada isə olmamış kimi keçir. Qızılcada dəri fonu çəhrayı, skarlatinada isə səpkilər ağ dəri fonunda olur.
    Skarlatina mikrob xəstəliyidir. Dəqiq diaqnoz üçün evə laborator xidmət çağırıb boğazdan yaxma ilə Strep A antigen testini verə bilərsiniz.
    //sfera.az

  • Bu dağda alpinist ölümləri rekord həddə çatdı

    Dünyanın ən yüksək dağı olan Everest tarixinin ən ölümcül dırmaşma mövsümünü geridə qoyub.

    Qaynarinfo-nun məlumatına görə zirvəsinə ilk dəfə 70 il əvvəl çıxılan dağda bu il rekord sayda – 18 nəfər alpinist həyatını itirib. Ölüm hallarının təxminən yarısına yüksək hündürlükdə hava təzyiqinin və oksigen səviyyəsinin azalması nəticəsində yaranan kəskin dağ xəstəliyi səbəb olub. Bildirilib ki, digər səbəb dağda hava şəraitinin dəyişkən olmasıdır.

    2023-cü ildə baş verən ölümlərlə Everestdə həyatını itirənlərin ümumi sayı 317-yə çatıb. Əvvəlki rekord isə 2014-cü ildə olub. Həmin vaxt 17 ölüm halı qeydə alınıb.

    “The Guardian” qəzetində dərc olunan xəbərdə Nepal hökumətinin bu il 479 nəfərə Everesti dırmaşmağa icazə verdiyini yazıb. Nepal Milli Dağ Bələdçiləri Assosiasiyasının prezidenti Ang Norbu, qəzetə açıqlamasında bildirib ki, hər il bölgəyə daha çox təcrübəsiz alpinistlər gəlir və zirvəyə qalxmağa çalışırlar. Nepal hökumətindən icazə almadan Everestə qalxmaq mümkün deyil. Ora dırmanmaq istəyənlər 15 min dollar qarşılığında icazə sənədi almalıdırlar. Bu həm də Asiya ölkəsinin mühüm gəlir mənbələrindən birirdir.

    Mütəxəssislər və təcrübəli alpinistlər son illərdə Everestin bir turizm marşrutu kimi istifadə olunduğunu və həyəcan axtaran zənginlərin zirvəyə çatmaq üçün bələdçilərə 60 min dollara qədər ödəniş etdiyini bildirirlər.

  • DYP sürücülərə müraciət edib: “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!”

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb.

    Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb.

    Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

    “Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar.

    Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir”.

  • Naxçıvanın təhsil nazirinin müavini MR-də məktəblərdə qızılca ilə bağlı vəziyyəti AÇIQLADI

    Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov hal-hazırda məktəblərdə qızılca ilə bağlı davamiyyətə ciddi təsir edən, narahatedici məqamların olmadığını bildirib.

    “Report”un yerli bürosu xəbər verir ki, bunu E.Nəcəfov jurnalistlərə açıqlamasında deyib.

    “Bizim tərəfimizdən də bu proses ciddi nəzarət altındadır”, – o deyib.

    Nazir müavini bildirib ki, Naxçıvan Muxtar Respublikası səhiyyə və təhsil nazirlikləri infeksiyon xəstəliklər və qızılcaya yoluxma halları ilə bağlı mütəmadi məlumat mübadiləsindədirlər:

    “Bizim təhsil müəssisələrimiz gündəlik olaraq şagirdlərdə müşahidə edilən xüsusilə temperatur və ya hər hansısa bir səpkilər, xəstəlik simptomlarına uyğun göstəricilər olursa, həmin şagirdlərlə bağlı məlumatları Səhiyyə Nazirliyinə ötürür. İndiyəqədərki prosesdə aydın olur ki, çox az faiz çərçivəsində müşahidə etdiyimiz bu simptomlar və əlamətlər qızılca xəstəliyinin göstəricisi olub”.

  • В Товузском районе школьника ударили ножом

    В Товузском районе произошла поножовщина.

    Как сообщает АПА, инцидент был зафиксирован во время занятий во дворе средней школы имени Н.Туси.

    Согласно информации, ученик 10-го класса Руслан Мамедов (2007 г.р.) получил ножевое ранение.

    Пострадавший был госпитализирован с колото-резаной раной в области правого бедра.

    Школьнику немедленно оказали помощь. Его состояние оценивается как удовлетворительное.

    Сообщается, что мальчика ударил ножом одноклассник.

    Главный инспектор гянджинской региональной группы пресс-службы МВД капитан полиции Эшгин Гасымов сообщил, что по данному факту проводится расследование.

  • 10-cu sinif şagirdi məktəbdə bıçaqlandı

    Tovuzda 10-cu sinif şagirdi bıçaq xəsarəti alıb.

    APA-nın yerli bürosunun məlumatına görə, hadisə N.Tusi adına Təbiət və Texniki Təmayüllü məktəb liseyində qeydə alınıb.

    Məktəbinin 10-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Ruslan Məmmədov sağ bud nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

    Dərhal məktəbliyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

    Məlumata görə, o, sinif yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə isə dərs vaxtı məktəbin həyətində qeydə alınıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hazırda sözügedən məsələ ilə bağlı araşdırma aparıldığını deyib.

  • Qubada tullantıları tutumlardan kənara atan şəxslər aşkarlanıb

    Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə rayon ərazisində nəzarət-profilaktik tədbirlər keçiriblər.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı məişət tullantılarını xüsusi ayrılmış tutumlardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

    Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.