Month: December 2023

  • 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılmasına dövlət qurumlarından REAKSİYA

    Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib.

    İdarədən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə nişan görüntüləri yayılan 12 yaşlı Q. E. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdidir:

    “Şagirdin dərsə davamiyyəti ilə bağlı hər hansı bir problem yoxdur. Şagird hər gün dərslərdə iştirak edir. Onu da qeyd edirik ki, məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına aidiyyəti üzrə məlumat verib”.

  • Prezident sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı qanunda dəyişikliyi təsdiqlədi

    “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılır.

    Hazırkı qanuna əsasən, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitir.

    Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • İran İsrailə çalışan 4 nəfəri edam etdi

    İran İsrail kəşfiyyat agentliyi “Mossad” terror təşkilatına çalışan 4 nəfəri edam edib.

    Bu barədə ölkənin Mizan xəbər agentliyi məlumat yayıb.

    Belə ki, Mossad rəsmilərinin rəhbərliyi altında ölkənin təhlükəsizliyinə təhdid yaradacaq hərtərəfli hərəkətlər edən sionist rejimə bağlı təxribat qrupunun dörd üzvü məhkəmə araşdırmalarından sonra bu gün səhər saatlarında edam edilib.
    //azxeber

  • Azərbaycanda rekord məbləğdə dollar satılıb – Məbləğ

    Dekabr bitməyib, amma Mərkəzi Bankın hərracları vasitəsilə 603.8 milyon dollar satılıb.

    Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

    Deputat aylar üzrə ölkədə satılan dolların məbləğlərinə diqqət çəkib:

    “Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı- 234.7 milyon dollar; oktyabr- 202.6 milyon dollar; sentyabr- 164.5 milyon dollar; avqust- 93.9 milyon dollar; iyul- 272,7 milyon dollar; iyun- 78,9 milyon dollar; may- 277,2 milyon dollar; aprel- 286 milyon dollar; mart-383,9 milyon dollar; fevral- 356,6 milyon dollar və yanvar- 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb.

    Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollar tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollara alışını artırır”.

    “Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”, – o, bildirib.

  • DYP-dən bayram günləri ilə bağlı avtobus sahibləri və sürücülərə ÇAĞIRIŞ

    Baş Dövlət Yol Polisi İdərəsi şəhərlərarası (rayonlararası) müntəzəm marşrutlar üzrə sərnişinlərin təhlükəsiz daşınması məqsədilə bu sahədə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edib.

    Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

    Bildirilib ki, daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirilməsi, uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunması, sürücülərin reysqabağı tibbi müayinəsinin aparılmasına və avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunması tövsiyə edilib.

    Qeyd olunub ki, bayram günləri ərəfəsində paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində nəzərəçarpacaq artım müşahidə edilir:

    “Lakin bir sıra hallarda bu sahədə müəyyən olunmuş qaydaların pozulması ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. Sərnişinlərdən isə öz təhlükəsizliklərinə biganə qalmamaq, qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərən şəxslərin təklif etdikləri xidmətlərindən istifadə etməmək xahiş olunur. Qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onların da reysqabağı tibbi müayinədən keçirilməsi mümkünsüz olur”.

  • Azərbaycanda bu məktəblər bağlanacaq – AÇIQLAMA

    Bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov qeyd edib ki, şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur.

    “Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik”, – deyə o əlavə edib.

    Elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü bildirmişdi.

    Bəs məktəblərin bağlanması və ya birləşdirilməsi təhsilə necə təsir göstərəcək?

    Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablandırarkən bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrinin rasionallaşdırılması nəzərdə tutulur.

    “Məlumat üçün deyim ki, eyni ərazidə elə məktəblər var ki, orada şagird sayı azdır. Bir kənddə yerləşən bir neçə məktəbdə şagird sayı kəskin azalıb, eyni ərazidə yerləşdiyi üçün həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi də həmin ərazidə olan ehtiyacdan irəli gəlir.

    Bu istiqamətdə əsas məqsəd təhsilalanın yaşadığı ərazidə tam orta təhsil alması üçün müvafiq şəraitin yaradılmasıdır. Bununla bağlı işlər görülərkən, addımlar atılarkən ilk növbədə məktəbin yerləşdiyi ərazi və tələbat öyrənilir. Bu kimi işlər araşdırıldıqdan sonra qərar qəbul edilir.

    Elm və Təhsil Nazirliyinin fəaliyyətinə nəzər salanda görürük ki, məktəblərin optimallaşdırılması ilə bağlı islahatlar davam edir. Hesab edirəm ki, əhalinin sıx olduğu yerlərdə yeni məktəblərin tikintisi şagird sayının kəskin azalmasına səbəb ola bilər. Həmçinin, birdən çox məktəbə ehtiyac duyulmayan yerlərdə məktəblər birləşdirilə bilər. Bu, normal haldır. Azərbaycanın Respublikasının Konstitusiyasında və həmçinin, “Təhsil haqqında” Qanunda qeyd olunur ki, təhsilin əlçatanlığı mütləq şəkildə təmin olunmalıdır. Yəni məktəb yaşına çatmış hər bir şəxs icbari şəkildə təhsil prosesinə cəlb edilməlidir və bu, dövlətin öhdəliyi, borcudur”.

    Ekspert əlavə edib ki, bəzi məktəblər var ki, orada şagird sayı azdır və rentabelli deyil. Beynəlxalq təcrübəyə görə bir məktəbin digəri ilə ara məsafəsi 2 kilometr ətrafında olmalıdır.

    “Ancaq biz bilirik ki, hazırda Bakıya doğru köçürmələr var və insanlar kütləvi şəkildə rayonlardan paytaxta gəlirlər.

    Bəzi rayonlarda kifayət qədər az sayda şagird var ki, bu da optimallaşmağa getməyə məcbur edir. Bu gün bizim orta ümumtəhsil məktəblərində bir məqam var ki, dövlətin adambaşına düşən maliyyələşməsi necə hesablanır? Düşünmürəm ki, bir şagird üçün il ərzində 64 min manat xərclənsin.

    Ona görə ki, həmin məktəbdə 2 müəllim var və onlar da şagirdlərə tam stavka dərs demirlər. Onların dərs saatları o qədər də çox deyil. Həmin müəllimlərin aldığı aylıq əməkhaqqı o uşaqlara dedikləri dərs saatlarına görə maksimum 700-800 manat ola bilər və bu da il ərzində 15 min manatı keçə bilməz.

    Həmin binanın elektrik, istilik xərclərini də hesablasaq, 15 min manatı aşmayacaq bir məbləğ ortaya çıxır. Hər zaman müzakirə predmeti olub ki, məktəb avtobusları təşkil edilməklə bu kimi xərcləri azaltmaq olar.

    Məsələn, Qubada 3-4-5 şagirdi olan məktəblər çoxdur və dövlət avtobus təşkil etsə,ona sürücü cəlb edəcək, o nəqliyyatın baxım xərcləri var. Yəni o, daha böyük xərc tələb edir. Nəzərə alsaq ki, bu, dağ məktəbləridir və hava şəraiti ilə əlaqədar mütəmadi gedib-gəlmək olmayacaq. Bu baxımdan, o məktəblərin optimallaşması uyğun deyil. Ancaq elə bölgələr var ki, məsələn, Mərkəzi Aran rayonunda olan məktəblərdə birləşdirmə optimal ola bilər. Ancaq biz 1 şagirdi olan məktəbi bağlamaqla heç də vəsaitə qənaət etməyəcəyik. Əksinə, o şagird, bəlkə də, sabahın bir naziri, mütəxəssisidir.

    Yəni dövlətin oraya xərclədiyi vəsait itkiyə getmir. Həm də onun sosial tərəfləri var. Həmin məktəbləri optimallaşdıranda bir çox müəllimlər iş yerini itirir. Bu da dövlətin sosial siyasətinə ziddir. Hesab edirəm ki, maliyyələşmə məsələsinə görə optimallaşmaya gedəcəyik, bu, birmənalıdır.

    Ancaq biz bunu heç də məktəbləri bağlamaq vasitəsilə etməməliyik. Düşünürəm ki, həmin məktəblərdə müvəqqəti olaraq şagirdləri köçürmək olar, ancaq tam şəkildə köçürmək effekt verməyəcək”, – deyə o vurğulayıb.

  • Казахстан исключил “Талибан” из списка запрещенных в республике организаций

    Казахстанские власти приняли решение исключить движение “Талибан” из списка запрещенных в стране организаций.

    Об этом сообщил официальный представитель Министерства иностранных дел (МИД) республики Айбек Смадияров.

    “Казахстан регулярно проводит ревизию национального списка запрещенных в Республике Казахстан террористических организаций в целях его актуализации. В рамках указанного процесса было принято решение об исключении из него движения “Талибан” в соответствии с практикой ООН. Так, согласно резолюциям Совета безопасности (СБ) ООН, которые обязательны к исполнению, движение “Талибан” не входит в списки организаций, признанных СБ ООН в качестве террористических”, – пояснил Смадияров.

    Источник: inform.kz

  • Qazaxıstan “Taliban”ı qadağa siyahısından çıxarıb

    Qazaxıstan hakimiyyəti Əfqanıstanın “Taliban” hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib.

    Bu barədə Respublika Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

    “Qazaxıstan mütəmadi olaraq ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün onu nəzərdən keçirir. Qeyd olunan proses çərçivəsində BMT-nin təcrübəsinə uyğun olaraq “Taliban” hərəkatının bu siyahıdan çıxarılması barədə qərar qəbul edilib. Belə ki, BMT-nin Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə uyğun olaraq “Taliban” hərəkatı BMT TŞ tərəfindən terrorçu kimi tanınan təşkilatların siyahısına daxil edilməyib”, – deyə Smadiyarov izah edib.

    Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazaxıstanla “Taliban” arasında diplomatik əlaqələrin necə inkişaf edəcəyinə dair sualı da cavablandırıb.

    “Siyasi əlaqələrə gəldikdə, vurğulamaq istərdim ki, Qazaxıstan bundan sonra da Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş qərar və qətnamələrə ciddi şəkildə əməl edəcək”, – deyə o qeyd edib.

    Mənbə: TASS

  • Abşeronda bank kartından 6500 manat oğurlanıb

    Abşeron rayonu ərazisində bir nəfərin bank kartından pulunu oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.

    DİN-dən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin bank kartından hesabındakı 6583 manat pulunu oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini olan qadın müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Bakıda körpüdə qəza sıxlığa səbəb oldu

    Bakıda körpünün üzərində yol-nəqliyyat hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, yol-nəqliyyat hadisəsi Nərimanov rayonu, Ziya Bünyadov prospekti, “Çermet” körpüsünün üzərində baş verib.

    Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.