Month: December 2023

  • Ombudsman 12 yaşlı qızın 32 yaşlı kişi ilə nişanlandırılması məsələsini nəzarətə götürdü

    Sabirabad rayonunun Məmişli kəndində yeniyetmə qızın evliliyə cəlb olunması ilə bağlı mətbuatda yayılan məlumat Ombudsman Aparatı tərəfindən araşdırılıb.

    Qurumdan verilən məlumata görə, məsələ Ombudsman tərəfindən nəzarətə götürülüb.

    Azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib.

    Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

  • Azərbaycanın milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib

    Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində yaradılan İşçi Qrupunun tərkibinə dəyişiklik edilib.

    “Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi haqqında Fərman imzalayıb.

    Fərmanla Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasının, xarici siyasət strategiyasının, hərbi doktrinanın və təhlükəsizlik sahəsində digər konseptual sənədlərin işlənib hazırlanması məqsədilə yaradılan İşçi Qrupunun tərkibinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini daxil edilib.

    Bundan əlavə, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini” sözləri “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini” sözləri ilə əvəz olunub.

  • В Ясамальском районе будут капитально отремонтированы дороги – РАСПОРЯЖЕНИЕ

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по капитальному ремонту автомобильных дорог на территории Ясамальского района города Баку.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. В целях капитального ремонта автомобильных дорог на территории Ясамальского района города Баку из суммы, указанной в подпункте 1.31.25 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2023 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики №3720 от 23 января 2023 года, выделить Государственному агентству автомобильных дорог Азербайджана 350 000 манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Yasamalda avtomobil yolları əsaslı təmir olunacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Gizli beynəlxalq pul köçürmə sistemi qurmuş əcnəbi Bakıda həbs edildi

    Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Hamid Qafur barədə həbs qətimkan tədbiri seçilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onun dövlət qeydiyyatından gizli qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Hamid Safari milyonlarla manat dəyərində ümumilikdə 1 379 gizli valyuta köçürmə əməliyyatlarını təşkil etməkdə ittiham edilir.
    Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremistyönümlü qruplar da olub.

  • Leyla Əliyeva “Ürəkdən-ürəyə” adlı konsertdə iştirak edib – FOTO

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən ürəyə” adlı konserti keçirilib.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib.

    ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar.

    Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb.

    Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub.

    Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib.

    Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb.










  • Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarların kredit borcu dövlət tərəfindən ödənilib

    Azərbaycanda 41 sahibkarın banka vaxtı ötmüş kredit borc öhdəliklərini dövlət qarşılayıb.

    Bu barədə Maliyyə Nazirliyi xəbər yayıb.

    Məlumata görə, Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya banklarının sahibkarlara ayırdığı kredit məbləğinin 60%-nə qədər olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.

    Dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub.

    Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1 531,1 min manat həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.

    Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir.

  • Taksilərlə bağlı yeni tələb: Qeydiyyatdan keçməyən sürücüləri nə gözləyir?

    Nazirlər Kabinetinin qərarı ilə “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə vergi orqanlarına məlumat göndərilməli olan icazələrin Siyahısı”na bəzi dəyişikliklər edilib.

    Dəyişikliyə əsasən, taksi ilə sərnişindaşımalarına verilən buraxılış vəsiqəsi ilə bağlı vergi orqanlarına məlumat göndəriləcək. Belə ki, əsas buraxılış vəsiqəsi taksi minik avtomobilləri ilə sərnişindaşımalarına və taksi sifarişi operatoru fəaliyyətinə icazə vermək üçün nəzərdə tutulub.

    Bu qərar taksi fəaliyyəti ilə bağlı nəyi dəyişəcək?

    Bizim.media-nın bu və ya digər suallarını cavablandıran nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov bildirib ki, hələ 2006-cı ildə taksi fəaliyyəti ilə bağlı edilmiş əlavə və dəyişikliyə əsasən, istənilən sərnişindaşıma ilə bağlı vergi orqanlarında qeydiyyat prosedurları gerçəkləşdirilib:

    “Bir pəncərə” sisteminə keçdikdən sonra bu proses daha da şəffaflaşdı. Ona görə ki, istənilən fiziki və ya hüquqi şəxs qeydiyyat zamanı mütləq vergi orqanlarından VÖEN almalı idi. Hazırda da hər bir vətəndaş bunu almaqda maraqlıdır ki, gələcəkdə öz fəaliyyəti ilə bağlı banklardan kredit ala bilsin. Nazirlər Kabinetinin qərarı da bu prosesi stimullaşdırdı”.

    Bəs bu qərar taksi fəaliyyətini tənzimləməyə şərait yaradacaqmı?

    Ekspertin sözlərinə görə, taksi şirkətləri Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınan zaman qarşılarına müəyyən tələblər qoyulur:

    “Onlar da buna uyğun fəaliyyət göstərirlər. Əgər qeydiyyatdan keçməsələr, Cinayət Prosessual Məcəlləsinə görə, müəyyən problemlərlə üzləşə bilərlər. Bu qərar isə məhz fiziki şəxslərə aid olan bir məsələdir”.

  • Замдиректора Дворца Гейдара Алиева ушла в отставку – ФОТО

    Заместитель директора Дворца Гейдара Алиева Таира Абдурзаева покинула свой пост.

    Она занимала указанную должность с 2010 года.

    Факт подтвердила АПА пресс-служба концертного комплекса.

  • Heydər Əliyev Sarayının vəzifəli şəxsi işdən çıxdı – FOTO

    Heydər Əliyev Sarayının direktor müavini Tairə Abdurzayeva işdən çıxıb.

    O, 2010-cu ildən etibarən Heydər Əliyev Sarayının direktor müavini vəzifəsində çalışıb.

    Faktı sarayın mətbuat xidməti APA-ya təsdiq edib.