İsrailin Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 17 min 177 nəfərə çatıb.
Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin 7112-si uşaqdır. İndiyə qədər 46 min nəfər yaralanıb.
Bədənin hansı nahiyəsində piy, yağ toplanmasına görə ürəyin vəziyyətini təxmin etmək olur.
“Medicina” xəbər verir ki, dünyada ən çox ölümə səbəb olan ürək – damar çatımazlığı və qan dövranı sistemi xəstəlikləri daha çox yayılıb. Buna səbəb arterial damarlarda yağlanmadır.
Araşdırmalara görə, bədənin müəyyən bir bölgəsində artıq yağın olması riski artırır. Xüsusilə, qarın nahiyəsində çoxlu visserial piylərin yığılması.
Visserial piy, dərialtı piydən fərqli olaraq, qarın boşluğunun dərin hissəsində yerləşir, həyati orqanlar üçün izolyator və qoruyucu rol oynayır.
Həddindən artıq visserial piy “alma” formalı bədənə gətirib çıxarır.
Bu formada piy qanı bağırsaq bölgəsindən qaraciyərə daşıyan portal venanın yaxınlığında yerləşir. Bu isə ürəyin qan təchizatını pozur.
ARB TV-nin “Günə Son” verilişində bir müddət əvvələ kimi məcburi köçkünlərin yaşadığı, hal-hazırda baxımsız qalan bina haqqında sujet yayımlanmışdı.
Sözügedən bina Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 53a ünvanında yerləşir.
Sujet efirə getdikdən dərhal sonra 78 saylı mənzil-kommunal istismar sahəsinin əməkdaşları binada təmizlik işləri aparıb.
Daha ətraflı video məlumatı təqdim edirik:
Lənkəranda 91 yaşlı nənəsinin ölümünü 2 il gizlədib, pensiyasını alan nəvəyə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 7 fevral 2021-ci il tarixində 1932-ci il təvəllüdlü Rəvayət Miriyeva koronavirus infeksiyasından dünyasını dəyişib.
Elə həmin il koronavirus infeksiyasının yayılması ilə bağlı ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda karantin rejimi tətbiq edildiyinə görə Rəvayət Miriyeva üçün yas mərasimi təşkil edilməyib və mərhum Böyük Bazar qəbirstanlığında dəfn olunub.
Rəvayət Miriyevanın nəvəsi Niyaz Miriyev onun pensiya kartını özünə məxsus “VAZ 2107” markalı avtomobilində saxlayıb və ölümü haqqında müvafiq qurumlardan şəhadətnamə almayıb. Niyaz Miriyev elə həmin tarixdən 2023-cü ilin fevral ayınadək nənəsinin aylıq 280 manat pensiyasını kartdan çıxararaq, öz şəxsi ehtiyaclarına xərcləyib.
Niyaz Miriyev 2023-cü ilin mart ayında Lənkəran şəhər bələdiyyəsindən və Lənkəran Ailə Sağlamlıq Mərkəzindən nənəsinin guya 6 mart 2023-cü il tarixində ölməsi “faktını” qeyd etdirərək, saxta arayış alıb. İşin üstü açıldıqdan sonra onun barəsində Cinayət Məcəlləsinin 179.2.4 və 320.2-ci maddələri ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib.
Niyaz Miriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə dəyimiş zərəri ödədiyindən məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə olan işə xitam verib. Əvəzində Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edib.
“Gürcüstan Azərbaycanla ənənəvi və strateji dostluq əlaqələrini yüksək qiymətləndirir. Əminliklə deyə bilərəm ki, bu əlaqələr iki ölkənin maraqları və ehtiyaclarına uyğun olaraq inkişaf edəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya dekabrın 8-də Tbilisidə Ulu Öndər Heydər Əliyev haqda çəkilən “Dostluğun siması” adlı filmin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Tbilisi və Bakı arasında olan əlaqələr dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır:
“Heydər Əliyev Gürcüstanın ən böyük dostu və dəstəkçisi idi. Gürcüstan və Azərbaycan arasında olan əlaqələr dostluq və qonşuluq ənənələrinə əsaslanır. Heydər Əliyevin sayəsində Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri formalaşdı. Prezident İlham Əliyevin dövründə isə ələqələrimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb”.
Nazir müavi bildirib ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze və Heydər Əliyevin təşəbbüsü ilə başladılan layihələr nəinki Gürcüstan və Azərbaycan üçün ümumilikdə regionun iqtisadi inkişafı üçün olduqca vacib idi:
“Qarşımızda duran əsas tapşırıq bütün bu ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu il Gürcüstanda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Heydər Əliyev Tbilisidə olan zaman Gürcüstan əhalisinə müraciət edərək səsləndirdiyi fikirləri təkrarlamaq istəyirəm: “Azərbaycan və gürcü xalqlarının bəxti onda gətirib ki, onların birlikdə qonşu dövlətlər kimi yaşamaq imkanı var”.
Бывший посол Азербайджана в Китае Яшар Алиев скончался в возрасте 75 лет.
Дипломат скончался сегодня вечером.
Яшар Алиев родился в 1948 году в Баку.
Он являлся депутатом Милли Меджлиса I и II созывов, заместителем председателя Милли Меджлиса Азербайджана, заместителем председателя Верховного Совета Азербайджана.
Работал послом Азербайджана в Китае (2002-2011). В этот период он также занимал пост посла Азербайджана во Вьетнаме, Южной Корее, Северной Корее и Монголии (2004-2011).
Отметим, что Яшар Алиев является отцом уполномоченного по правам человека (омбудсмена) Азербайджана Сабины Алиевой.
//report
Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyev 75 yaşında vəfat edib.
Tanınmış diplomat bu gün axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Yaşar Əliyev 1948-ci ildə Bakıda anadan olub.
Milli Məclisin I və II çağırış üzvü, Azərbaycan Milli Məclisinin sədr müavini, Azərbaycan Ali Sovetinin sədr müavini olub.
Həmçinin Azərbaycanın Çindəki (2002–2011) səfiri vəzifəsində çalışıb. Həmin dövrdə Azərbaycanın Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı (2004-2011) səfiri vəzifəsini də yerinə yetirib.
Xatırladaq ki, Y.Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.
//report
Şəki rayonu Öyrət kəndi ərazisində hazırda məhkum olan şəxsin basdırdığı silah aşakar edilərək götürülüb.
Bu barədə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Şəki penitensiar müəssisəsində saxlanılan məhkumun azadlıqda olarkən basdıraraq gizlətdiyi bir ədəd tüfəng Şəki rayonu, Öyrət kəndi ərazisində aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
В Шушинский и Гейгельский районы назначены прокуроры.
Об этом сообщили в Генпрокуратуре.
Соответствующие приказы подписал генеральный прокурор Кямран Алиев.
Так, Нариман Асадов был назначен прокурором Шушинского района, а Расул Гасанов – прокурором Гейгельского района.
Отметим, что до данного назначения Нариман Асадов работал прокурором отдела превентивных мер и расследований Антикоррупционного управления при Генеральной прокуратуре.
Расул Гасанов в свою очередь занимал должность заместителя прокурора города Гянджа.
Şuşa rayonuna prokuror təyin edilib.
Bu barədə Baş Prokurorluqdan bildirilib.
Qeyd olunub ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nəriman Əsədov Şuşa rayonuna prokuror təyin edilib.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.
Xatırladaq ki, N.Əsədov bu təyinatadək Baş рrоkurоr yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş İdаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb. R.Həsənov isə bu təyinatadək Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.