Month: December 2023

  • Yüksək zülal tərkibli pəhrizlərin arıqlamaq üçün faydaları

    Alimlərin yeni araşdırması nəticəsində məlum olub ki, məşhur pəhrizlərin bir çoxunun çəkini normada saxlamaq üçün faydaları şübhə altındadır və bəziləri hətta çəki artımına səbəb olur.

    Aparılan araşdırmaya görə, aşağı karbohidratlı pəhriz zamanı yediyimiz qidanın növü də pəhrizin özü qədər əhəmiyyətli ola bilər, xüsusən də arıqlamağa və çəkini qoruyub saxlamağa çalışırsınızsa.

    Alimlər müəyyən ediblər ki, aşağı karbohidratlı pəhrizlərin hamısı eyni dərəcədə effektiv deyil: bəziləri zamanla çəki artımına səbəb olur, digərləri isə əlavə kilolardan qurtulmağa kömək edə bilər.

    Yeni araşdırmada beş müxtəlif növ aşağı karbohidratlı pəhrizlər müqayisə edilib. Tam taxıllar, sağlam yağlar və bitki zülalları ilə zəngin pəhrizlərin sağlam çəki qoruyub saxlamağa daha çox kömək etdiyi müəyyən edilib.

    Yüksək keyfiyyətli bitki əsaslı qidalara diqqət yetirmək daha davamlı çəki itkisinə və sağlamlığın yaxşılaşmasına səbəb ola bilər. Bu, təkcə karbohidratları kəsmək deyil, həm də bədənimizi qidalandıracaq və uzunmüddətli perspektivdə arıqlamaq hədəflərimizi dəstəkləyəcək düzgün qidaları seçməkdir.

    Mənbə: CNN

  • Xoşqədəm Hidayətqızı və Aynur Xəlilova arasında qalmaqal: “Qadınları reytinqinizə yem edirsiz”

    Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı və dizayner Aynur Xəlilova arasında qalmaqal yaşanıb.

    Olay.az yazır ki, dizayner Aynur, Xoşqədəm Hidayətqızını müğənni Aysel Əlizadənin ailəsini dağıtmaqda ittiham edilən Turanə Nəcəflini efirə çıxardığı üçün tənqid edib:

    “Oskar” gedir Xoşqədəmə. Xoşqədəm yox, Xoşqədəm xanım. Bu insanın ətrafında onu istəyən kimsə varsa, bildirsin ki, Azərbaycanda savadlı fərqindəliyi olan, verilişində reytinq yığmaq üçün etdiklərinin fərqində olan bir kütlə də var. Tək əzilən qadınların yanında olur öz dünyasında. Həm də psixoloji problemi olan qadını verilişinə reytinq yemi edir”.

    Bundan sonra Aynurun şəklini paylaşan aparıcı bu sözləri yazıb:

    “Bilmirəm kimdir. Amma tanıyan varsa, başa salsınlar ki, müzakirə etmək istədiyi şəxsi öz geyim və mənəviyyat tərzinə uyğun seçsin”.

    Dizaynerdən X. Hidayətqızına cavab gecikməyib:

    “Sizi hamını axtaranda, özünüzə olan hörməti də axtarmağa dəvət edirəm. Siz qadınları reytinqinizə yem edən, reytinq üçün hər xaraktersizliyə göz yuman, insanlara psixoloji şiddət göstərən simasız.

    Mən sizə xatırladım kiməm. Köməkçinizi əməkdaşlıq üçün şirkətimə göndərdiyiniz brendin rəhbəriyəm. Mənəvi dəyərlər mövzusunu isə sizinlə istənilən müstəvidə müzakirəsinə hazıram, əzizim”.

  • Dünyanı kömürə boğacaq üç ölkə: Xərçəng xəstəliyi yayıla bilər

    Beynəlxalq Enerji Agentliyinin ekspertləri tərəfindən hazırlanan son kömür hesabatı narahatlıq yaradıb.

    Hesabata görə, qlobal kömür tələbinin 2023-2024-cü illərdə pik həddə çatacağı gözlənildiyi halda, kömürə tələbatın yalnız 2026-cı ildə bu günə nisbətən 2,3 faiz azalacağı gözlənilir. Bu azalmanın istifadəyə veriləcək bərpaolunan enerji obyektlərinin çoxu Çində olacağı və 2023-cü ilin sonuna qədər qlobal kömür istehlakının yüzdə 1,4 artacağı bildirilir.

    Qeyd edək ki, ABŞ və Aİ-də kömür istehlakı yüzdə 20 azalıb. Digər tərəfdən hesabatda kömür istehlakının Çində beş faiz, Hindistanda isə səkkiz faiz artdığı və 2026-cı ilə qədər qlobal kömür istehlakının səkkiz milyard tondan çox olacağı vurğulanır.

    Bu rəqəmlər qlobal havanın çirklənməsi, rekord karbon dioksid (CO2) emissiyası və xərçəng xəstəliklərində partlayış deməkdir. Mütəxəssislər, dünyada hər il təxminən iki milyon insana ağciyər xərçəngi diaqnozu qoyulduğuna, təxminən 1,8 milyon insanın bu ölümcül xəstəlikdən öldüyünə və havanın çirklənməsinin ən böyük ölüm səbəblərindən biri olduğuna diqqət çəkir.

    Mənbə: Haber Global

  • Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən şəxsə hökm oxundu

    Bakıda “WhatsApp”la qadınları fahişəliyə cəlb edən qadına hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, 1988-ci ildə Bakı şəhərində anadan olan Vüsalə Sabirova (soyad şərti) 2019-cu ilin iyul ayının sonlarından 10 fevral 2023-cü il tarixədək olan müddət ərzində “WhatsApp” vasitəsi ilə əlaqə saxlayaraq, müxtəlif qadınları otellərə göndərib, tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürüb.

    Vüsalə hər dəfə 50 və 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 220 və 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək, müxtəlif qadınları tamah niyyəti ilə fahişəliyə cəlb edib.

    Müştərilər ondan cinsi əlaqədə olmaq üçün qadın istədikdə Vüsalə fahişəliyə cəlb etdiyi şəxslərin fotoşəkillərini “WhatsApp”la onlara göndərib. Özünün dediyinə görə, həmin şəkillər vasitəsi ilə “ok” edildikdən sonra qadınları müştərinin dediyi ünvana göndərirmiş.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 4000 manat miqdarında cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

  • Xərçəng xəstəliyinin ilkin əlamətləri açıqlanıb

    “Anusda daimi ağrılar düz bağırsağın xərçənginin əlaməti ola bilər”.

    Bunu rusiyalı onkoloq və proktoloq Yelena Smirnova özünün “Telegram” kanalında yazıb.

    Mütəxəssisin sözlərinə görə, anal dəlik nahiyəsində ağrılardan əziyyət çəkən xəstələr tez-tez həkimdən müayinə keçirməməyi xahiş edirlər. Bir çox həkim bununla razılaşır və müayinəni təxirə salır. Nəticədə bu, ciddi nəticələrə səbəb ola bilər.

    “Bir çox həkimlərin sizə yazığı gəlir və müayinəni daha sonrakı vaxta təxirə salırlar”, – deyə Smirnova bildirib.

    Nümunə olaraq, o, uzun müddət anal fissuru müalicə edən və proktoloqa müayinə üçün gəlməyən xəstələrindən biri haqqında danışıb. Nəticədə qadına bədxassəli yenitörəmə – skuamöz hüceyrəli karsinoma diaqnozu qoyulub.

    “Xəstə kimya və şüa terapiyası gözləyir. Əgər onlar təsirli olarsa, bağırsağın çıxarılmasına ehtiyac qalmaya bilər”, – Smirnova izah edib.

    Mənbə: gazeta.ru

  • В Баку автомобиль сбил насмерть пешехода

    В Баку произошло дорожно-транспортное происшествие с наездом на пешехода.

    Как передает АПА, случай зафиксирован в Сураханском районе.

    Согласно информации, Ахмеда Садыгова (1957 г.р.) сбил легковой автомобиль.

    От полученных травм мужчина скончался на месте аварии.

    По данному факту проводится расследование.

  • Bakıda avtomobil kişini vuraraq öldürüb

    Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, 1957-ci il təvəllüdlü, Əhməd Yolçu oğlu Sadıqovu minik avtomobili vurub.

    Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Siqaretdən qurtulmağa kömək edən ən sadə üsul tapıldı

    Avstriyanın İnsbruk Universitetinin alimləri müəyyən ediblər ki, təmiz havada sürətlə gəzmək siqaretə olan həvəsi azaldır.

    Tədqiqat çərçivəsində 18 yaşdan yuxarı 16 siqaret çəkən şəxsin iştirakı ilə üç fərqli təcrübə aparılıb.

    İştirakçılar təsadüfi qaydada açıq havada on dəqiqəlik sürətli gəzintiyə çıxıb, qapalı qaçış meydançasında oxşar məşq edib və on dəqiqə oturaq vəziyyətdə qalıblar.

    Hər mərhələdən əvvəl və sonra onların siqaretə tələbatı qiymətləndirilib. Bu zaman, fizioloji və psixoloji əlamətlər də (depressiv əhval-ruhiyyə, əsəbilik, narahatlıq, konsentrasiyanın çətinləşməsi və s) nəzərə alınıb.

    Nəticələr göstərib ki, açıq havada sürətlə yerimək siqaret çəkmək istəyini xeyli azaldıb. Bununla belə, qeyd olunub ki, açıq havada məşqlər 10 gün dayandırıldıqda siqaretə olan həvəs yenidən artır.

    Mənbə: gazeta.ru

  • Эксперты бьют тревогу: пиротехнические средства наносят людям психотравмы – ВИДЕО

    Взрывы пиротехнических средств могут оставить пожизненную травму.

    Об этом рассказала психолог Айгюн Агабалаева.

    По ее словам, внезапный взрыв вызывает у человека страх, а порой и панику.

    Это также отрицательно влияет на психологическое состояние ветеранов войны.

    Подробнее – в сюжете ATV Xəbər:

  • Pirotexniki vasitələr uşaqlarda travma yaradır: Mütəxəssislərdən XƏBƏRDARLIQ – VİDEO

    “Pirotexniki vasitələrin partlaması bir çox insanlarda ömürlük travmalar yaradır”.

    Bunu psixoloq Aygün Ağabalayeva deyib.

    O bildirib ki, gözlənilməyən zaman pirotexniki vasitələrin partlaması insanda qorxu və panika yaradır.

    Həmçinin partlayış səsi qazilərin də psixoloji durumuna təsir edir.

    Ətraflı “ATV Xəbər”in süjetində: