Month: December 2023

  • Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı

    “Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir”.

    Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “X” hesabında paylaşıb.

    Bildirək ki, Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.

    Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.

  • Hüseynlə Aqşin erməni əsirliyindən AZAD EDİLİR

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

    Razılaşmaya uyğun olaraq Ermənistanda həbsdə olan Bəbirov Aqşin və Axundov Hüseyn əsirlikdən azad olunur.

  • SON DƏQİQƏ! Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edir

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

    Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

    Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

    Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

    Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.

  • Qəzza zolağında ölənlərin sayı 17 mini keçib

    Qəzza zolağında gərginliyin kəskin artmasından bəri ölənlərin sayı 17 mini keçib.

    Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    “Oktyabrın 7-dən indiyədək 17 177 nəfər atəş və bombardmanların qurbanı olub”, – Fələstin Səhiyyə Nazirliyinin xüsusi bəyanatında deyilir.

    Qurumun məlumatına görə, eyni dövrdə anklavda 46 mindən çox insan xəsarət alıb.

    Nazirlik qeyd edib ki, təkcə son 24 saat ərzində Qəzzada İsrail qüvvələrinin hücumları nəticəsində 350 nəfər həlak olub.

    Mənbə: TASS

  • Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə iki Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

    Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan altı nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.

    Otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil və ola da bilməz.

    Bu addım Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan insanına, ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Prezident İlham Əliyev bir daha sübut etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

    Xüsusilə vurğulanmalıdır ki, bu razılaşma Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqlar nəticəsində əldə olunub və heç bir üçüncü ölkə tərəfindən vasitəçilik edilməyib. Bu, bir daha göstərir ki, Azərbaycan və Ermənistan vasitəçilər olmadan sülh prosesini irəli apara bilərlər.

  • Türk Hava Yolları rekord qırdı

    Türk Hava Yolları (THY) noyabr ayı üçün rekord qırıb.

    Bu barədə Türk Hava Yollarının baş direktoru Bilal Ekşi özünün “X” hesabında açıqlama verib.

    Bilal Ekşi bu günə kimi illik 79 milyon sərnişin göstərici ilə rekord qırdıqlarını bildirib.

    “7 dekabr Ümumdünya Mülki Aviasiya Gününə layiq bir rekorddur. Bu günə qədər illik olaraq bütün əvvəlki illərin göstəricilərini keçdik. Bir ildə həyata keçirilən səfərlərin sayını 11 ayda reallaşdıraraq 488 min 328 uçuş sayını aşdıq. Sərnişin sayında 79 milyonluq rekord qırdıq”, – deyə o qeyd edib.

    Mənbə: Haber Global

  • KİV: “Ukraynaya yardımın həcmi minimal həddə düşüb”

    Ukraynaya yardımın həcmi hərbi əməliyyatlar başlayandan bəri minimal həddə düşüb.

    Bu barədə Kiel Universitetinin Dünya İqtisadiyyatı İnstitutunun hesabatında qeyd olunub.

    Bildirilib ki, bu ilin avqustundan oktyabr ayına qədər dəstək keçən ilin eyni dövrü ilə müqayisədə 90% azalaraq 2,3 milyard dollara düşüb.

    Qeyd olunub ki, bu məbləğ 2022-ci ilin yanvarından bəri ən aşağı göstərici olub.

    Nəşr iddia edir ki, Ukrayna ABŞ, Almaniya, Skandinaviya ölkələri və bəzi Şərqi Avropa ölkələrinin maliyyə dəstəyindən getdikcə daha çox asılı vəziyyətə düşür.

    Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

    ///report

  • Sumqayıt Dövlət Universitetinin iki dekanı vəzifəsindən azad olunub

    Sumqayıt Dövlət Universitetinin (SDU) iki dekanı vəzifəsindən azad olunub.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva və Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradov tutduqları vəzifədən azad olunublar.

  • Danimarkada Quranın yandırılması qadağan edildi

    Dekabrın 7-də Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən və bununla da Quranın yandırılmasına icazə verməyən qanun qəbul edib.

    Sənədi parlamentdə 94 deputat dəstəkləyib, 77 millət vəkili isə onun əleyhinə çıxıb.

    Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən hökumət qanun layihəsinin tezliklə təqdim ediləcəyini açıqlamışdı.

    Mənbə: news.co.il

  • Azərbaycan və Türkiyə generalları hərbi təhsil sahəsində görülən işləri müzakirə ediblər

    Bakıda keçirilən 15-ci Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsert rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan ulu öndər Heydər Əliyevin abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə kompleksi ziyarət edilib, qarşısına qızılgüllər qoyulub, xatirələri dərin hörmət və ehtiramla anılıb.

    Ordu generalı İ.Özsert hərbi institutun “Fəxri qonaqlar kitabı”nı imzalayıb.

    Türkiyəli nümayəndə heyəti ilə görüşən Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

    Görüşdə hər iki qardaş ölkə arasında hərbi təhsil sahəsində görülən işlərdən və perspektiv planlardan danışılıb.

    Qonaqlar keyfiyyətli təhsilin təşkili məqsədilə hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyəli nümayəndələrə institutda icra edilən fəaliyyətlərlə bağlı ətraflı məlumat verilib.

    Sonda birgə xatirə şəkli çəkdirilib.