Month: December 2023

  • В Москве состоялась встреча президентов России и Ирана

    В московском Кремле состоялись переговоры президента РФ Владимира Путина с президентом Ирана Ибрагимом Раиси, который прибыл в Россию с рабочим визитом.

    Согласно информации, на встрече основное внимание уделялось обсуждению реализации совместных проектов.

    В ходе переговоров главы государств затронули тему двустороннего сотрудничества в различных сферах, включая транспорт, энергетику, торгово-экономическую сферу.

  • Rusiya və İran prezidentlərinin görüşü baş tutub

    Rusiya Prezidenti Vladimir Putin ölkəyə işgüzar səfərə gələn İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

    Məlumata görə, Kremldə təşkil olunan danışıqlarda daha çox ikitərəfli məsələlər diqqət mərkəzində olub.

    Görüş zamanı liderlər, həmçinin regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

  • Bərdədə evin döşəməsinin çökməsi zamanı xəsarət alan şəxslərdən biri hələ də komadadır

    Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Abdullayeva Aidə Novruz qızı hələ də reanimasiyadadır.

    Bu barədə “Report”un Qarabağ bürosuna onun yaxınları məlumat verib.

    Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər. Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb.

    Hələ də komada olan şəxs hazırda reanimasiyadadır.

    Qeyd edək ki, noyabr ayının 23-də Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin ikinci mərtəbəsinin döşəməsi çöküb.

    Hadisə nəticəsində bir nəfər – Məmmədova Sarıtel Abbasəli qızı dünyasını dəyişib, 30 – dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan Abdullayeva Aidə Novruz qızı ağır xəsarət alıb.

  • Qaxda kişi siçan əleyhinə dərman içdi

    Qaxda intihara cəhd hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, rayon sakini 37 yaşlı A.Rəhimov siçan əleyhinə dərman içərək intihara cəhd edib.

    O, xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

    Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

  • У берегов Вануату произошло сильное землетрясение

    Землетрясение магнитудой 6,9 произошло у берегов Вануату.

    Об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    Согласно данным, эпицентр подземных толчков располагался на расстоянии 128 км к югу от населенного пункта Исангел с населением около 1 400 человек. Очаг залегал на глубине 32 км.

    Национальный центр предупреждения о цунами США выпустил оповещение об угрозе цунами. Согласно прогнозам центра, из-за землетрясения возможно появление волн цунами в пределах 300 км от эпицентра подземных толчков вдоль побережья Вануату и Новой Каледонии.

    Источник: ТАСС

  • Vanuatu sahillərində güclü zəlzələ: Sunami xəbərdarlığı edildi

    Vanuatuda güclü zəlzələ baş verib.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

    Bildirilir ki, Sakit okeanda ada dövlətində yeraltı təkanlar 6,9 bal gücündə olub. Zəlzələ ocağı yerin 32 km dərinliyində yerləşib.

    Zəlzələdən sonra EMSC sistemi vasitəsilə sunami xəbərdarlığı edilib.

  • Qusarda 27 nəfər qızılcaya YOLUXUB

    Qusarda 27 nəfər qızılcaya yoluxub.

    Qusar Rayon Mərkəzi Xəstəxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Anjela Zalovanın Bizim.Media-ya verdiyi məlumata görə, onlardan 24-ü məktəblidir.

    Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadirşah Şirinov da faktı təsdiqləyib. Onun sözlərinə görə, qızılcanın yayılmaması üçün rayon mərkəzi xəstəxanası və təhsil sektoru ilə birgə qabaqlayıcı tədbirlər görülür.

    Qızılca qeydə alınan məktəblərdə dezinfeksiya işləri aparılır. Məktəblərdə hərarəti olan şagirdlər dərsə buraxılmır və müalicəyə cəlb olunmaları təmin edilir.

  • Bakıda çoxmərtəbəli binalar zəlzələyə davamlıdır?

    Bu gün Azərbaycan ərazisində baş verən zəlzələ əhali arasında təşvişə səbəb olub. Bu gərginlik əsasən Bakıda daha çox hiss olunub. Zəlzələni ən çox çoxmərtəbəli bina sakinləri hiss edib. Maraqlıdır paytaxtda hündürmərtəbəli tikililər zəlzəyə nə qədər davamlıdır?

    Məsələ ilə əlaqədar əmlak sahəsi üzrə ekspert Elnur Fərzəliyev trend-ə bildirib ki, Bakıda yeni tikilən çoxmərtəbəli binalarda ciddi təhlükə yoxdur.

    “Belə binalar köhnə tikililərdən daha dözümlüdür. Yeni tikinti zamanı hər mərtəbə Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılır. Amma Bakıda çox sayda qəzalı kimi qeydə alınmış köhnə çoxmənzilli binalar var. Bu binalar FHN tərəfindən qəzalı binalar kimi qeydə alınıb. Əgər yüksək ballı zəlzələ olsa birinci təhlükə həmin qəzalı binalarda yaranacaq”, – deyə ekspert əlavə edib.

    E.Fərzəliyev qeyd edib ki, istənilən keyfiyyətli və keyfiyyətsiz binaların möhkəmliyi, zəlzələyə davamlılığı zəlzələnin gücündən aslıdır.

    “Təzə tikilən çoxmərtəbəli binalarda keyfiyyət yaxşı olsa da, başqa problemlər var. Buna misal olaraq, tikililərin məsafəsinin çox yaxın olmasını göstərmək olar. Zəlzələ və yanğın kimi hallarda dağıntı daha geniş ərazini əhatə edə bilər. Belə tikililərdə zəlzələ və yanğın kimi hallarda insanları evakuasiya etmək, ərazidən çıxarmaq problem yarada bilər”, – deyə o, vurğulayıb.
    Qeyd edək ki, bu gün yerli vaxtla saat 08:16-da Xəzər dənizində maqnitudası 5.6 olan zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 68 km təşkil edib. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

    Zəlzələ Altıağac, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, Qobustan, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

  • Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu kəskin artırılıb

    Prezident İlham Əliyev 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

    Fərmana əsasən, agentliyin nizamnamə fondu kəskin artırılaraq 5 642 390 manatdan 245 157 852 manata çatdırılıb.

  • “Facebook” və “Instagram” arasında mesajlaşma sona çatır

    Tətbiqlər arası mesajlaşma funksiyası bu ayın sonunda “Facebook” və “Instagram” tərəfindən ləğv ediləcək.

    Daha əvvəl “Messenger” və “Instagram”da mesajlaşma xidmətlərini birləşdirən “Meta” son illərdə “Facebook” və “Instagram” mesajlarını birləşdirməyə qərar verib.

    Lakin bu funksiyanın fəaliyyəti başa çatmaq üzrədir.

    “Facebook” və “Instagram” platformaları arasında birbaşa mesajlaşma imkanı verən funksiya 3 ildən sonra silinəcək.

    “Instagram” və “Facebook” arasında tətbiqlər arası söhbət funksiyası bu il dekabrın ortalarında tamamilə dayandırılacaq.
    //azxeber.com