Month: December 2023

  • В следующем году в Азербайджане пройдут и муниципальные выборы

    В Азербайджане в 2024 году наряду с внеочередными президентскими выборами будут проведены также и муниципальные.

    Как сообщает Report, внеочередные президентские выборы пройдут в феврале, а муниципальные выборы ожидаются в декабре.

    Последние выборы в муниципалитеты в стране прошли 23 декабря 2019 года. Срок полномочий органов местного самоуправления – пять лет, то есть истекает к концу следующего года.

    По Избирательному кодексу, выборы в муниципалитеты назначаются Центральной избирательной комиссией, а информация о дате их проведения публикуется не позднее двух дней после принятия решения.

  • Azərbaycanda gələn il iki seçki keçirilə bilər

    Azərbaycanda 2024-cü ildə iki seçki keçiriləcək.

    “Report”un xəbərinə görə, gələn il fevralın 7-də növbədənkənar prezident seçkisi elan olunub.

    Bununla bağlı dövlət başçısı İlham Əliyev dekabrın 7-də sərəncam imzalayıb.

    Həmin ilin dekabrında isə ölkədə bələdiyyə seçkisinin keçirilməsi gözlənilir.

    Seçki Məcəlləsinin 213-cü maddəsinə (Bələdiyyə seçkisinin təyin edilməsi) əsasən, bələdiyyə seçkisini Seçki Məcəlləsinin 211.1-ci və 211.2-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə seçkisinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci iki gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

    Xatırladaq ki, Azərbaycanda bələdiyyələrin səlahiyyət müddəti beş ildir. Sonuncu bələdiyyə seçkisi isə 2019-cu il dekabrın 23-də keçirilib.

  • “Sədərək” Ticarət Mərkəzi bağlanır?

    “Sədərək” Ticarət Mərkəzi bağlana və ya başqa adla digər ticarət mərkəzlərindən birinin nəzdində fəaliyyət göstərə bilər.

    Olke.Az-ın məlumatına görə, ötən gün Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə xidməti qurumlarının “Sədərək”də keçirdiyi yanğın təhlükəsizliyi təlimi zamanı ciddi nöqsanların aşkarlanması bu ehtimalı gücləndirib.

    Bundan əlavə, azərbaycanlı alıcıların “Trendyol” vasitəsilə onlayn alış-verişə üstünlük verməsi nəticəsində bazarda satışların azalması ilə bağlı məlumatlar da sadalanan səbəblər arasındadır.

    Yayılmış iddialarla bağlı “Sədərək” TM-in sözçüsü Kəmaləddin Qədim məlumatların həqiqətə uyğun olmadığını deyib:

    “FHN-in burada xüsusi bölməsi də fəaliyyət göstərir. Sadəcə olaraq təlim keçirilib. Bu da həmişə olan bir məsələdir. Ticarət mərkəzi böyük bir ərazini əhatə edir, onminlərlə mağaza, 30-40 mindən artıq sahibkar, işçi var. Bu boyda yeri kim bağlayacaq?! Yayılmış məlumatların heç bir məntiqi və əsası yoxdur.

    “Sədərək” TM-in bağlanacağı ilə bağlı əvvəllər də dəfələrlə məlumatlar yayılıb. Heç bir əsası olmayan məlumatlardır”.

    Ticarət mərkəzinin sözçüsü vətəndaşların xarici ölkələrdən onlayn alış-verişə üstünlük verməsinə görə satışların azalması barədə deyilənlərə də münasibət bildirib:

    “Belə bir məsələ yoxdur. Əslində, bu, kiçik bir detaldır. Onlayn yolla Türkiyədən, başqa ölkələrdən mal alanlar az bir qisimdir. “Sədərək” TM o qədər böyük bir ərazidir ki, təkcə Bakını əhatə etmir. Azərbaycanın bütün rayonlarından bura gəlib mal alırlar, rayonlarda, kəndlərdə satışı təşkil olunur. “Trendyol”dan mal alanların bura cüzi bir təsiri ola bilər. Dediyim kimi, kiçik bir şeydir, bizə güclü təsir göstərmək imkanında deyil”.

  • Турция анонсировала запуск своего первого спутника

    Один из крупнейших производителей беспилотных летательных аппаратов в мире, турецкая компания Baykar планирует в 2025 году запустить в космос собственный спутник.

    Об этом сообщил председатель совета директоров компании Сельчук Байрактар.

    По его словам, работа над космическим проектом продолжается уже полтора года, Baykar предвидит будущее и готовится к гонке за этим будущим сегодня.

    Байрактар уточнил, что сейчас компания работает над низкоорбитальными командными спутниками и орбитальными транспортными средствами в области космических технологий. Ожидается, что это будет спутник, который обеспечит поддержку при разработке новшеств для глобальных навигационных систем и специальных коммуникационных приложений.

    На этой неделе также сообщалось, что индийская организация космических исследований (ISRO) успешно вернула ускорительный модуль миссии “Чандраян-3” с лунной орбиты на орбиту Земли.

    Источник: axşam.com.tr

  • Türkiyə kosmosa ilk peykini buraxmağa hazırlaşır

    Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır.

    Bu barədə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

    Onun sözlərinə görə, kosmik layihə üzərində il yarımdır iş gedir.

    “Hər kəsin getdiyi yerə getmirik: Gələcəyi əvvəldən görür və bu gələcək üçün yarışa bu gündən hazırlaşırıq. Kosmik texnologiya sahəsində aşağı orbit peykləri və orbital ötürmə vasitələri üzərində işləyirik. İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik”, – deyə o vurğulayıb.

    Yeni texnologiyanın qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk olacağı gözlənilir.

    Mənbə: Axşam.com.tr

  • Nazirlik rejissorla kinoteatr arasındakı qalmaqala münasibət bildirib

    Bir neçə gün öncə rejissor Emil Quliyev müəllifi olduğu filmin Nizami Kino Mərkəzində nümayişindən əldə olunan gəliri ala bilməməsi və mərkəzin həmin vəsaiti kommunal xərclərə sərf etməsi barədə özünün sosial media hesabında tənqidi yazı yazmışdı.

    Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab kimi bildirilib ki, Nizami Kino Mərkəzi təsərrüfat hesablı müəssisədir.

    “Nazirliklə mərkəz arasında hər hansı maliyyə öhdəliyi və asılılığı yoxdur. Mərkəz öz fəaliyyəti ilə bağlı müstəqil qərarlar verir. Mövcud qanunvericiliyə əsasən, təsərrüfat hesablı müəssisələrin saxlanılması dövlət büdcəsi hesabına həyata keçirilmir. Təsərrüfat hesablı müəssisələr bir qayda olaraq öz xərclərini, məhsul, mal satışı və ya xidmətlərdən əldə etdikləri pul vəsaiti ilə ödəyir və mənfəət əldə edirlər”, – deyə cavabda qeyd olunub.

  • Bakıda avtomobildən 38 min manat dəyərində qızıl oğurlanıb

    Bakının Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Hadisə barədə polisə məlumat daxil olub.

    Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

    Azərbaycanda 2024-cü il fevralın 7-si qeyri-iş günü olacaq.

    “Report”un xəbərinə görə, gələn il fevralın 7-si çərşənbə gününə təsadüf edir.

    Həmin gün isə iş günü hesab olunurdu. Ancaq dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.

    Seçki Məcəlləsinə əsasən, səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.

    Məcəllənin 8-ci maddəsində (Seçkilərin (referendumun) təyin edilməsi müddəti qeyd edilib ki, seçkilərin (referendumun) təyin edilməsi haqqında qərar (sərəncam) səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc edilir.

    Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, ümumxalq hüzn və ya iş günü hesab edilməyən bayram gününə düşərsə (Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsində nəzərdə tutulan hal istisna olmaqla), səsvermə səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir.

  • Zəlzələ zamanı nə etmək lazımdır? – VACİB MƏSLƏHƏTLƏR

    Bu gün yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

    Zəlzələnin nə vaxt baş verəcəyini proqnozlaşdırmaq çətin olsa da, mütəxəssislərin fikrincə, hər zaman hazır olmaq lazımdır.

    Mütəxəssislər hesab edirlər ki, insan tələfatı daha çox onların zəlzələ zamanı necə hərəkət etməli olduğunu bilmədikləri ucbatından baş verir. Ümumiyyətlə, zəlzələ anında necə davranmaq lazımdır?

    Xarici mətbuatın araşdırmalarına istinadən zəlzələ zamanı nə etmək lazım olduğunu təqdim edirik:

    1) Əgər zəlzələlərin tez-tez baş verdiyi bir ərazidəsinizsə, evdə təcili yardım çantası olmaldır. Çantada su, fənər, ilk yardım dəsti və yemək olmalıdır. Çantada həmçinin şəxsi sənədləriniz, nağd pul olmalıdır.

    2) Zəlzələ başlandığı zaman olduğunuz yerdə qalsanız və hərəkət etməsəniz, xəsarət alma ehtimalınız daha azdır. Ona görə dəsilkələmə zamanı yerinizdən tez qaçmamağı tövsiyə olunur. Çünki araşdırmalar göstərir ki, ən çox xəsarət alma halları binada hərəkət edərkən və ya bayıra çıxmağa çalışarkən baş verir.

    3) Başınızı əlləriniz arasında tutaraq və ya qoruyucu əşyalarla qoruyun. Sarsıntı azalana qədər gözləyin və təhlükəsiz yerdə dizlərinizin üstünə çökün. Baş və boynunuzu qoruyacaq şəkildə örtün və yıxılmamaq üçün sabit bir yerdən tutun.

    4) Qapılar zəlzələ zamanı ən təhlükəsiz yerlərdən biridir. Əgər bina köhnə tikilidirsə və qapılar yükdaşıyıcı deyilsə, ekspertlər deyirlər ki, masa altı daha təhlükəsiz ola bilər. Zəlzələ zamanı adətən ilk sınan və dağılan yerlər şüşə və pəncərələrdir. Bu yerlərdən uzaq durmağı məsləhət görürlər.

    5) Sarsıntı bitdikdən sonra binanın zədələnməsi ehtimalına qarşı təhlükəsizlik üçün onu tərk etmək lazımdır. İndiyə qədər verilən tövsiyələr zəlzələ baş verdiyi zaman binanın içərisində nə etməli olduğunuz barədə idi.
    6) Zəlzələ sizi bayırda olduğunuz zamanı tutsa nə etməliyik? Binalardan, elektrik kabellərindən, çuxurlardan, yanacaq və qaz xətlərindən, borulardan uzaq olmaq da yaralanma riskini azaldır. Ağaclardan, telefon dirəklərindən və binalardan uzaq açıq ərazidə gözləmək təhlükəsiz hesab olunur.

    7) Zəlzələ baş verən zaman çöldə sığınacaqlar qurmaq və ya təhlükəsiz qapalı ərazilər yaratmaq lazımdır.

    Həmçinin araşdırmalara görə, zəlzələ zamanı digər təhlükə isə zəlzələ nəticəsində zədələnmiş boru kəmərlərindən qaz sızmasıdır.

    Silkələnmə zamanı uçub düşə bilən və asan alovlanan materiallardan mümkün qədər uzaq olmaq lazımdır. Dağıntılar altında qaldıqda kibrit və alışqan yandırmaq olmaz.

    Belə halda yerinizdən tərpənmək, toz qaldırmaq olmaz. Səsinizi çatdırmaq üçün fit çalın, axtarış və xilasetmə qruplarına yerinizi bildirməyə çalışın.

    Əgər sizinlə uşaqlar varsa onları ədyala bükün. Şam, kibrit və alışqandan istifadə etməyin – qaz sızıntısı zamanı yanğın ola bilər. Eyvanlardan, karnizlərdən, hasarlardan uzaq olun, qırılmış məftillərdən ehtiyatlı olun. Əgər siz maşındasınızsa, açıq yerdə dayanın, lakin təkanlar qurtarana qədər maşını tərk etməyin. Digər insanları xilas etmək üçün kömək göstərməyə hazır olun.

    ///baku.ws

  • 100 min manat rüşvət alan Lənkəranın sabiq baş memarının məhkəməsi yenidən başladı

    Şirvan Apellyasiya Məhkəməsində Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az xəbər verir ki, hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

    Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayev ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. Əməliyyat tədbirləri ilə Elgün Abdullayevin qeyd olunan vəzifədə işləyərkən rayon ərazisində yerləşən torpaq sahələri üzərində tikilmiş fərdi-yaşayış evi və qeyri-yaşayış sahələri ilə bağlı sənədləşmənin aparılmasına, eləcə də həmin sahələrin layihələrinin rəhbərlik etdiyi şöbədə təsdiq edilməsi üçün ona müraciət etmiş ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. İttihama görə, o, 93 350 manat rüşvət alıb. Elgün Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur və özünü ittihamlar üzrə təqsirli bilmir.