Month: December 2023

  • Bakıda sığınacaqda 40 uşaq qızılcaya yoluxub

    Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınacağında qalan 40 uşaq qızılcaya yoluxub.

    Bunu “Report”a açıqlamasında təşkilatın sədri Kəmalə Ağazadə deyib.

    O qeyd edib ki, həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib.

    “Onların əksəriyyəti də beş yaşadək olan körpələrdir. Əməkdaşlarımızdan iki nəfəri hazırda xəstəxanadadır”, – o vurğulayıb.

  • Kafedə qanlı dava: Bıçağı qarnına sancdı

    Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

    Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.

    Hadisə zamanı İlyas Zəkulla oğlu Məmmədov qarın boşluğundan bıçaq xəsarət alıb.

    İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

  • В Азербайджане из оборота изъяты наркотические средства на 4 млн манатов – ВИДЕО

    Главное управление по борьбе с наркотиками за последние 45 дней изъяло из незаконного оборота 132 кг наркотических средств на сумму в 4 млн манатов.

    Об этом сообщили в Главном управлении по борьбе с наркотиками МВД Азербайджана.

    Было отмечено, что сотрудники полиции продолжают интенсивные меры по борьбе с незаконным оборотом наркотиков.

  • DİN-dən silsilə ƏMƏLİYYATLAR: Dörd milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb – VİDEO

    Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə Bakı və respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlanılıb.

    Əməliyyatlar zamanı “qara bazar”da dəyəri 4 milyon manat olan ümumilikdə 132 kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700 ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları qanunsuz dövriyyədən çıxarılıb.

    Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.

    Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb bölgələrində də əlavə əməliyyatlar keçiriblər. Masallı rayonunda baş tutan tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən əsas şəxslərdən biri – Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və marixuana aşkar edilib.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

  • Ильхам Алиев: В результате антитеррористических мероприятий не было никаких потерь среди мирного населения

    В результате проведенных антитеррористических мероприятий, продолжавшихся менее суток, мы восстановили наш суверенитет. В ходе этих мероприятий не было никаких потерь среди мирного населения и никаких разрушений гражданской инфраструктуры.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Ильхам Алиев на форуме “Карабах: Возвращение домой спустя 30 лет. Достижения и трудности”, организованном Университетом АДА совместно с Центром анализа международных отношений.

    “Мы сразу же заявили, что как только армянские вооруженные силы сложат оружие, мы прекратим операцию и предоставим им возможность для выхода. Операция продолжалась менее 24 часов, и, как только они сдались, операция была завершена. Это одно из самых значимых событий после нашей последней встречи”, – подчеркнул глава государства.

  • Prezident: “Antiterror tədbirləri nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmayıb”

    “Bir gündən az sürən antiterror tədbirləri nəticəsində suverenliyimizi bərpa etdik. Tədbirlər nəticəsində mülki infrastruktur və dinc əhali arasında heç bir itki olmadı”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

    “Biz dərhal bəyan etdik ki, erməni qoşunları silahı yerə qoyan kimi, biz əməliyyatı dayandıracağıq və onlara çıxmağa imkan verəcəyik. Əməliyyat 24 saatdan az sürdü və onlar təslim olan kimi əməliyyata son qoyuldu. Bu, sonuncu görüşümüzdən sonra baş verən ən mühüm hadisələrdir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Скончался известный изобретатель Азербайджана Тельман Низамов

    Скончался заместитель директора Института научно-исследовательских, транспортных и аэрокосмических проблем научно-производственного объединения Национальной академии авиации (НАА), заслуженный инженер, доктор технических наук, профессор Тельман Низамов.

    Он скончался от сердечной недостаточности в возрасте 84 лет.

    Тельман Низамов похоронен в Агдашском районе.

    Отметим, что в 1962 году Т.Низамов окончил Азербайджанский институт нефти и химии (ныне Азербайджанский государственный университет нефти и промышленности) по специальности инженер-электромеханик. Он является автором или соавтором более 170 научных работ, опубликованных в национальных и международных научных журналах, в том числе около 65 национальных и международных патентов и одного учебника. Удостоен звания “Изобретатель СССР”.

    Тельман Низамов был победителем конкурса новых техник и технологий, изобретенных и примененных учеными и специалистами AZAL и НАА. В 2015 году занял второе, в 2016-м и 2017 годах – первое место в республиканских конкурсах в области изобретательства.

    Т.Низамов награжден золотой медалью “Инженерная доблесть” Азербайджанской инженерной академии и является лауреатом Государственной премии Азербайджанской ССР. А в январе 2023 года распоряжением Президента Ильхама Алиева ему было присвоено звание заслуженного инженера.

  • Azərbaycanın tanınmış ixtiraçısı vəfat edib

    Milli Aviasiya Akademiyasının (MAA) Elmi İstehsalat Birliyinin Elmi-Tədqiqat, Nəqliyyat və Aerokosmik Problemləri İnstitutunun direktor müavini, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Telman Nizamov vəfat edib.

    O, 84 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.

    Mərhum Ağdaş rayonunda dəfn olunub.

    Qeyd edək ki, T.Nizamov 1962-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) mühəndis elektromexanik ixtisası üzrə bitirib. O, milli və beynəlxalq elmi jurnallarda dərc edilən 170-dən çox elmi işin, o cümlədən 65-ə yaxın milli və beynəlxalq patentin və bir dərsliyin müəllifi və ya həmmüəllifidir. “SSRİ ixtira­çısı” adına layiq görülüb.

    Mərhum AZAL və MAA-nın alim və mütəxəssislərinin ixtira və tətbiq etdikləri yeni texnika və texnologiyaları müsabiqəsinin qalibi olub, ixtiraçılıq sahəsində respublika müsabiqələrində 2015-ci ildə ikinci, 2016, 2017-ci illərdə birinci yerə layiq görülüb.

    T.Nizamov Azərbaycan Mühəndislik Akademiyasının “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif edilib və Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. 2023-cü ilin yanvar ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə Əməkdar mühəndis adına layiq görülüb.

  • Азербайджанская нефть незначительно подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,06 доллара (0,07%) и составила 82,62 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0,06 ABŞ dolları və ya 0,07% azalaraq 82,62 ABŞ dollarına enib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.