Month: December 2023

  • Dollara tələb getdikcə artır: Manatın məzənnəsi dəyişəcək?

    “Valyuta hərraclarında dollara tələbin yenidən artması müşahidə olunur. Son 3 hərracda 241,1 milyon dollar satılıb. Digər tərəfdən, son 3 hərracda hər satış əvvəlkindən daha çox olub. Əgər noyabrın 28-də keçirilən hərracda 68,2 milyon dollarlıq tələb yaranmışdırsa, ötən ayın son günündə 77,8, dünən isə 95,1 milyon dollarlıq sifariş olunub”.

    Bu barədə iqtisadçı-deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

    V.Bayramov bildirib ki, dollara tələbin artması daha çox mövsümi faktorlar ilə bağlıdır:

    “Belə ki, dekabrda həm biznesin, həm də vətəndaşların xarici valyuta tələbi yüksəlir. Öncədən proqnozlaşdırıldığı kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlar ilə bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır”.

    “Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də gələn il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”, – deyə deputat qeyd edib.

  • “Qobu Park-2” yaşayış kompleksində faciəli ölüm

    “Qobu Park-2” yaşayış massivində ölüm hadisəsi baş verib.

    Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park-2” yaşayış massivində 30 yaşlarında olan Tural Qurbanov adlı şəxs yaşadığı 20-ci binanın 8-ci mərtəbəsində iş görərkən balkondan yıxılıb.

    O, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

  • Dağa əzgil yığmağa gedən kişinin meyiti tapıldı

    Qəbələdə kişi meyiti aşkar edilib.

    Şəhər sakini, 1958-ci il təvəllüdlü Yasər Rəmzi oğlu Həsənovun üzərində zorakılıq əlamətləri olmayan meyiti dağlıq ərazidə aşkar edilib.

    Y.Həsənovun təzyiqdən dünyasını dəyişdiyi ehtimal olunur.

    O, dağa əzgil yığmağa gedibmiş.
    //oxu.az

  • Prezident: “Təəssüflər olsun ki, Avropada liderlər arasında Borrel, Metsola kimi populist insanlar var”

    “Təəssüflər olsun ki, Avropada liderlər arasında cənab Borrel, madam Metsola kimi populist insanlar var. Mən hər zaman açıq danışmağı xoşlayıram. Mən onların yürütdüyü siyasətlə və Azərbaycana olan münasibətləri ilə tamamilə razı deyiləm, narazıyam. Bu, ədalətsizdir və heç də Avropa İttifaqının maraqlarına uyğun deyil”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

    “Ancaq ümumilikdə Avropa Komissiyası haqqında danışanda bizim çox gözəl münasibətlərimiz var. Biz buna böyük əhəmiyyət veririk, onlar strateji əhəmiyyət daşıyır. Bu, təkcə enerji və qaz-neft sahəsini əhatə etmir. Tezliklə hidrogen sahəsində əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanı bağlayan bir layihə olacaq. Yəni oyun qaydalarında böyük dəyişiklik olacaq və bu, artıq icra prosesindədir”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Prezident: “Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır”

    “Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü – hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

    Gürcüstana müntəzəm olaraq səfərlər etdiyini, bu ölkənin baş nazirinin Azərbaycana gəldiyini və hər zaman mühüm məsələləri müzakirə etdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib:

    “Biz Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini tam anlayırıq və Gürcüstana bu işdə uğurlar arzu edirik”.

    Azərbaycan Prezidenti Avropa İttifaqının Gürcüstana artıq müəyyən status şamil etməsi münasibətilə təbriklərini çatdırıb.

  • Prezident İlham Əliyev: “Ermənistan beş məlum prinsipi qəbul etməyə yaxındır”

    “Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ən azı, 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çox aydın şəkildə deyə bilərəm”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda ifadə edib.

    İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunu deyən dövlətimizin başçısı əlavə edib:

    “Otuz ildən artıq işğalı, öz ərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətləri görən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistana əl uzatdıq”.

    Sülh müqaviləsinin prinsiplərini tərtib edib Ermənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib:

    “Sonra beş məlum prinsip açıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyə yaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə il əvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyac qalmazdı. Bu, tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəf məhz Azərbaycan idi, Ermənistan deyil”.

  • Prezident: “Ermənistanda revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti qarantiya lazımdır”

    “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib:

    “İstərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın, bununla bağlı qarantiya olsun”.

  • В Хачмазе корью заразились 20 человек

    В Хачмазском районе зарегистрировано 20 случаев заражения корью.

    Как сообщает Report, за последние десять дней в инфекционное отделение Хачмазской центральной районной больницы в связи с заражением корью обратились 20 жителей райцентра и окрестных сел.

    Состояние пяти из них оценивалось как тяжелое, в связи с чем пациентов направили в больницы города Баку.

    Четырем обратившимся было назначено амбулаторное лечение, остальных выписали под наблюдение врача по месту жительства.

    Врач-терапевт Хачмазской центральной районной больницы Тамара Керимова сообщила, что среди заболевших есть и взрослые.

    “Первыми признаками кори являются повышение температуры до 38-40 градусов, наличие сыпи на теле, покраснение глаз и нарушения работы желудочно-кишечного тракта. Советуем немедленно обращаться к врачу при выявлении данных симптомов. Рекомендуем родителям делать прививки детям и использовать медицинские маски. Человек заражается корью один раз в жизни, после чего в организме вырабатывается иммунитет. Повторного заражения не бывает”, – подчеркнула она.

  • Xaçmazda 20 nəfər qızılcaya yoluxub

    Xaçmaz rayonunda qızılca xəstəliyinə 20 yoluxma faktı qeydə alınıb.

    “Report”un Şimal bürosunun məlumatına görə, son on gün ərzində rayon mərkəzindən və ətraf kəndlərdən qızılca xəstəliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə 20 sakin müraciət edib.

    Onlardan 5-i vəziyyətləri ağır olduğundan Bakı şəhərindəki xəstəxanalara göndərilib, 4 nəfərə ambulator müalicə təyin edilib. Digər şəxslər isə yaşayış yeri üzrə həkim nəzarətinə veriliblər.

    Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının həkim-terapevti Tamara Kərimova bildirib ki, təkcə uşaqlar arasında deyil, böyüklər arasında da qızılcaya yoluxma halları yayılıb:

    “Mövsümi xəstəliklərlə yanaşı, qızılca xəstəliyi də yayılıb. Qızılcanın ilkin əlamətləri hərarətin 38-40 dərəcəyə yüksəlməsi, bədəndə səpkilərin olması, gözlərin qızarması və mədə-bağırsağın pozulması hallarıdır. Bu hallar müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır. Valideynlərə tövsiyə edirik ki, uşaqlara peyvənd vurdursunlar və tibbi maskalardan istifadə edilsin. İnsan qızılca xəstəliyinə ömürdə bir dəfə yoluxur, daha sonra orqanizmdə immunitet yaranır. İkinci dəfə yoluxma olmur”.

    Qeyd edək ki, xəstəliklə əlaqədar Xaçmaz rayonundakı məktəblərdə distant təhsilə keçən sinif yoxdur.

  • Azərbaycan Prezidenti: “Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik”

    “Biz keçmiş məcburi köçkünləri layiqli iş yerləri ilə təmin edə bilərik, şərait yarada bilərik. Yeri gəlmişkən, söyləyim ki, həmin sahələrdə məşğulluq məhz vacib məsələdir. Bir halda ki biz qayıdış prosesini planlı həyata keçiririk və qayıtmış insanların əksər hissəsi artıq bu iş yerlərinə malikdir, bu onu göstərir ki, tətbiq edilmiş yanaşma tamamilə əhatəlidir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

    İkinci Qarabağ müharibəsindən sonrakı illər ərzində Qarabağ ermənilərini öz vətəndaşlarımız hesab etdiyimizi xatırladan dövlətimizin başçısı bildirib:

    “Bu, hər hansısa separatçı liderlər tərəfindən manipulyasiya predmetinə çevrildi. Biz isə onlara elə bir şərait yaratmağa hazır olduğumuzu bildirdik ki, onlar həmin o sahədə qalıb yaşaya bilərdilər və bu, – artıq söylədiyim kimi, – beynəlxalq hüquqa tam uyğun idi. Təbii ki, onlar bu qaydalara uyğun olaraq Azərbaycan vətəndaşlığı üçün müraciət edə bilərdilər. O ki qaldı onların təhlükəsizliyinə, onların hüququna, bu məsələ də öz həllini tapıb. Təhlükəsizlik Azərbaycanın Konstitusiyasına və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq təmin edilməlidir”.