Month: December 2023

  • Rejissor Emil Quliyevin filmi üçün yığılan pul mənimsənilib – İDDİA

    Rejissor Emil Quliyevə Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin nümayişi üçün yığılan pul verilməyib.

    Bununla bağlı rejissor Emil Quliyev özü paylaşım edib.

    “Təxminən bir il bundan öncə Nizami Kino Mərkəzində “Mən burada tək olmuşam” filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Pulumu almağa getdim. Dedilər ki, “sənin puluna kinoteatrın işıq pulunu ödəmişik”. Onların yerinə mən utandım, inanın Allaha. Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa, da kinoteatrımız işıqlı olsun”, – deyə E.Quliyev qeyd edib.

    Oxu.az-ın əməkdaşı rejissor Emil Quliyevlə əlaqə saxlayıb.

    “Baş verənlər haqqında yazmışam. Daha nəyin doğru olub-olmadığını təsdiqləməliyəm ki? Bu barədə paylaşım etmişəm”, – deyə rejissor bir daha vurğulayıb.

  • Ombudsman: “Yeni Kaledoniya polisinin jurnalistlə davranışı mətbuat azadlığının pozulmasının göstəricisidir”

    “Fransa müstəmləkəsi olan Yeni Kaledoniyada dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovanın “arzuolunmaz şəxs” olaraq ölkədən çıxarılması, Yeni Kaledoniya polisinin azərbaycanlı jurnalistə qarşı qəddar rəftarı bu ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin heçə sayılmasının, jurnalistlərin sərbəst fəaliyyətinə məhdudiyyət tətbiq olunmasının, söz, mətbuat azadlığının, informasiya əldə etmək hüququnun sərt şəkildə pozulmasının bariz göstəricisidir”.

    Bunu Azərbaycan Ombudsmanı Səbinə Əliyeva AZƏRTAC-ın əməkdaşının “arzuolunmaz şəxs” olaraq Yeni Kaledoniyadan çıxarılmasına münasibət bildirərkən deyib.

    “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə əsasən hər bir şəxs əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna, maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığına malikdir. Hazırda dünyada bu mühüm sənədin 75 illik yubileyinin qeyd olunduğu ərəfədə özünü demokratiyanın beşiyi adlandıran bir ölkədə belə neqativ halların baş verməsini şiddətlə qınayıram.

    Eyni zamanda, bu davranış Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci (Azadlıq və sərbəst hərəkət etmək hüququ) və 19-cu (Sərbəst fikir və ifadə azadlığı) maddələrinin, eləcə də Fransanın ali qanunvericilik aktı olan Konstitusiyasının müddəalarının da kobud şəkildə pozulması deməkdir.

    Uzun illər müstəmləkəçilik siyasəti yürüdən Fransanın bu cür addım atması öz müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının qarşısının alınması kimi dəyərləndirilməlidir.
    Xatırlatmaq istərdim ki, bu cür rəftar Fransanın Azərbaycan jurnalistlərinə qarşı törətdiyi ilk belə əməl deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Televiziyasının bu ölkədə çəkiliş aparan əməkdaşları hücuma məruz qalmış, onlara xəsarət yetirilmiş və texnikaları əllərindən alınmışdır.

    Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşına qarşı qəddar davranışlarını, onun fəaliyyətinin məhdudlaşdırılmasını, informasiya əldə etmək hüququnun kobud şəkildə pozulması halını qətiyyətlə pisləyirəm”, – Ombudsmanın açıqlamasında qeyd olunub.

  • Masallı şəhəri ərazisində “Kalaşnikov” avtomatı aşkarlanıb

    Masallı Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “AKM” markalı avtomat, həmin silaha aid patron darağı və 10 ədəd patron aşkarlanaraq götürülüb.

    Bundan əlavə, Masallı RPŞ-nin əməkdaşlarının qanunsuz ov, mülki silahın saxlanması və daşınması qaydalarının pozulması hallarına qarşı keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri V.Rüstəmov və A.Hüseynovun Sığıncaq kəndi ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov etdikləri müəyyən olunub. Onlardan iki ədəd ov tüfəngi və qanunsuz olaraq ovlanan çöl quşları aşkarlanıb.

    Şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən beş ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Должность представителя Президента по особым поручениям включена в I классификацию административных должностей

    Должность представителя Президента Азербайджанской Республики по особым поручениям включена в I классификацию административных должностей.

    Как сообщает Oxu.Az, это отражено в поправке к закону “О государственной службе”, утвержденной 6 декабря Президентом Ильхамом Алиевым.

  • Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib

    Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

    Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Dövlət qulluğu haqqında” qanuna olunan dəyişiklikdə əksini tapıb.

  • Prezident İlham Əliyev Sadır Japarova zəng edib

    Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova zəng edib.

    Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

    Prezident İlham Əliyev Sadır Japarova ad günü münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb, ona möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

    Qırğızıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

    Dövlətimizin başçısı Qırğızıstan Prezidenti ilə həm Azərbaycanda, həm də Qırğızıstanda keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, görüşlər zamanı aparılmış müzakirələrin qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və qardaşlıq münasibətlərimizin genişlənməsinə, strateji tərəfdaşlığımızın inkişafına mühüm təkan verdiyini qeyd edib.

    Telefon danışığı əsnasında Azərbaycanın və Qırğızıstanın SPECA, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb.

  • Zərdabda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var

    Zərdab rayonunda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alan var.

    “Report” xəbər verir ki, Zərdab rayonunun Qaravəlli kəndində yaşayan Əmrah Vüqar oğlu Umarov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Zərdab şəhəri, Məlik Məhərrəmov küçəsi ilə Füzuli küçəsinin kəsişməsində idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sərnişin Raul Əziz oğlu Əliyev hadisə yerində almış olduğu xəsarətlərdən ölüb, sürücü isə müxtəlif dərəcəli xəsarətlərlə Zərdab Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

    Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

  • Uşaq bağçaları qızılcaya görə dezinfeksiya olunurmu? – RƏSMİ AÇIQLAMA

    Ölkədə qızılca ilə bağlı vəziyyət təhlükəli hal alır. Bakı daxil olmaqla rayonlarda qızılcalı xəstələrin sayının artması müşahidə olunur. Yoluxma, əsasən, ümumtəhsil məktəblərində və universitetlərdə baş verir. Ölkədə bir neçə azyaşlı xəstəliyin ağırlaşması səbəbindən vəfat edib.

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağ rayonu ərazisində yerləşən 195 saylı tam orta məktəbin ibtidai siniflərində dekabrın birindən distant tədrisə keçilib.

    Distant təhsilə keçilməyən məktəblərdə isə valideynlər övladlarını məktəbə buraxmırlar. Eyni hal uşaq bağçaları üçün də keçərlidir. Valideynlər sosial şəbəkədə durumdan narahat olduqlarını və övladlarını bağçaya göndərməkdən imtina etdiklərini qeyd ediblər.

    Elm və təhsil naziri Emin Əmrullayevin tapşırığına əsasən, ümumtəhsil müəssisələrdə ötən həftədən dezinfeksiya işlərinin aparılmasına başlanılıb və artıq məktəblər dezinfeksiya olunur.

    Bəs uşaq bağçaları dezinfeksiya olunurmu?

    Məsələ ilə bağlı Bizim.media-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Zenfira Sevdimalı qızılca ilə bağlı məlumat daxil olan müəssisələrin dezinfeksiya olunduğunu deyib:

    “Bizə ötən həftə qızılca ilə bağlı xeyli sayda müraciət daxil olub. Bu müraciətlərin də böyük bir hissəsinin cavabı aidiyyəti qurumlardadır. Biz bunun səhiyyə yox, məktəb tərəfiyik.

    İstər ümumtəhsil, istərsə də məktəbəqədər müəssisələr olsun, harada qızılcaya yoluxma halı aşkarlanırsa, orada dezinfeksiya işləri aparılır. Bizim öhdəmizə düşən budur, bununla bağlı regional idarələrə məlumat verilib. Bu, sadəcə, qabaqlayıcı tədbirlərdir”.

    Qurum rəsmisi dezinfeksiya ilə yanaşı, peyvəndlənməni də vacib sayıb:

    “İndiki mərhələdə qarşısının alınması ilə bağlı deyilə biləcək söz peyvəndlənmənin tövsiyəsidir. Biz onu tövsiyə edirik ki, səhhətlərində problem yaranan uşaqlar məktəbə getməsin, təmas minimuma endirilsin və peyvənd olunsunlar”.

  • Azərbaycan Prezidenti ADA-da keçirilən forumda Özbəkistanın ölkəmizə qardaş dəstəyindən danışıb

    “Özbəkistan birinci ölkə idi ki, (İkinci Qarabağ müharibəsindən sonra – red.) bizə öz qardaş dəstəyini göstərdi”.

    AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

    “Qardaşım Prezident Mirziyoyevlə birgə biz özbək xalqının oğullarından birinin, Mirzə Uluqbəyin adını daşıyan məktəbin açılışında olduq. Bu, əslində, bizim qardaş münasibətlərimizə də böyük bir töhfə idi”, – deyən dövlətimizin başçısı Füzulidə yaşayacaq azərbaycanlıların bunu heç zaman yaddan çıxarmayacaqlarını vurğulayıb.

  • Prezident İlham Əliyev: “Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır”

    “Avropa İttifaqı ilə, Avropa Komissiyası ilə bizim çox yaxşı münasibətlərimiz var, sıx təmaslarımız var. Avropa İttifaqı bizim əsas ticarət tərəfdaşımızdır. Bizim xarici ticarətimizin təqribən 50 faizi Avropa İttifaqı ilə aparılır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.

    Azərbaycanın Avropa İttifaqının doqquz üzvü ilə strateji tərəfdaşlığa dair bəyanatlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı deyib:

    “Bu da Avropa İttifaqının üçdəbiri deməkdir. Bu onu nümayiş etdirir ki, milli səviyyədə və təsisatlar səviyyəsində bizim əlaqələrimiz çox yaxşıdır. Şəxsən mən və Azərbaycan Şarl Mişelin səylərini hər zaman dəstəkləmişik ki, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulsun. Onun tərəfindən Brüsseldə bir neçə görüş təşkil edilib. Biz indi mümkün yeni görüşü müzakirə edirik”.