Month: December 2023

  • Azərbaycanda daha bir məktəbli qızılcadan ölüb

    Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.

    “Report”un Aran bürosu xəbər verir ki, kənd sakini – 2013-cü il təvəllüdlü Samirə Elxan qızı Əliyeva xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.

    Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.

    Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.

    Qeyd edək ki, S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış.

    Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.

    Faktla bağlı araşdırma aparılır.

    Xatırladaq ki, bu, son günlər ərzində qızılcadan həyatını itirən dördüncü uşaqdır.

  • Alimpaşa Məmmədovun növbəti məhkəməsi keçirilib, şahid dindirilib

    Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    “Report”un Qərb bürosunun məlumatına görə, məhkəmə iclası Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutub.

    Məhkəmədə bir nəfər şahid dindirilib.

    Növbəti məhkəmə iclası dekabrın 28-nə təyin olunub.

    Qeyd edək ki, bundan öncəki məhkəmədə prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi. Hakim təqsirləndirilən şəxsin vəkillərinə müdafiə çıxışlarını hazırlamaq üçün vaxt vermişdi.

    Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • DİQQƏT: Azərbaycanda vətəndaşlara saxta əsginaslar verilib – AÇIQLAMA

    Azərbaycanda saxta əsginaslar yayılıb.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Səbail rayonu, Bayıl qəsəbəsində yaşayan sakin ailə üzvünün bu hal ilə taksidə rastlaşdığını iddia edib. O bildirib ki, Salyan rayonundan Bakıya taksi ilə gələn vətəndaş ödəniş edərkən taksi sürücüsü ona iki ədəd saxta 20 manatlıq əsginas verib. Hava qaranlıq olduğu üçün sərnişin əsginasın saxta olduğunu görməyib.

    Daha bir fakt isə Siyəzən rayonunda qeydə alınıb. Belə ki, iddialara görə, rayonda bir nəfər mağazalara girərək saxta 50 və 100 dollarla alış-veriş edib. Məlumata görə, Siyəzəndə iki mağaza sahibi ziyan görüb.

    Bu pullar necə meydana çıxıb? İnsanlara dəymiş ziyanı kim qarşılayacaq?

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə saxta əsginaslarla bağlı yayılan görüntülər hazırda araşdırılır:

    “Vətəndaşlar tərəfindən saxta pul nişanları ilə bağlı daxil olan müraciətlərə əsasən polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə zəruri tədbirlər həyata keçirir. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.

  • Dalğanın hündürlüyü 2,5 metrə çatıb – FAKTİKİ HAVA

    5 dekabr saat 15:00-a olan məlumata əsasən şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbər görə, öncədən məlumat verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.

    Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 23-26 m/s, Gəncədə 24 m/s, Mingəçevirdə 23 m/s, Şəki, Neftçala, Tərtərdə 20 m/s, Goranboy, Naftalanda 19 m/s, Bərdədə 18 m/s, Ağdamda 16m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.5 metrə çatıb.

  • Əbu-Dabidən Bakıya qanunsuz yolla qızıl külçələr gətirdilər

    Qızıl külçələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

    “Qafqazinfo” xəbər verir ki, Əbu-Dabi-Bakı aviareysi ilə birlikdə gələn üç Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı həmin şəxslərdən gömrük nəzarətindən gizlətdikləri, ümumi çəkisi 985,51 qram olan 25 ədəd qızıl külçə aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib – FOTO

    Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Bildirilib ki, hazırda müşahidə edilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” və “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

  • Türkiyəli professor İrəvanın tarixi türk torpağı olduğunu faktlarla əsaslandırıb

    “Azərbaycan coğrafi mövqeyinə görə hər zaman böyük güclərin diqqət mərkəzində olub. Lakin bunlara baxmayaraq, böyük mədəni irs yarada bilib”.

    “Report” xəbər verir ki, bunu Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

    Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın izləri mütəmadi olaraq məhvə məruz qoyulub.

    “Evliya Çələbinin yazdığına görə, 15-ci əsrdə İrəvan Xanlığı yaradılıb və əhalisi azərbaycanlılardan ibarət olub. Bu gün tarixi İrəvan qalası ermənilər tərəfindən tamamilə dağıdılsa da, həmin qalanın qalıqları 18-ci əsrə qədər gəlib çıxıb. İrəvan Xanlığı haqqında xarici mənbələrdə, eyni zamanda erməni mənbələrində də kifayət qədər məlumatlar var. Səyyahların bu ərazilər barədə yazdıqlarına baxsaq, görərik ki, bura çox vacib region olub. Fransız səyyahlar 17-ci əsrdə İrəvan Xan Sarayını çox detallı şəkildə təsvir ediblər və o əsərlərdə ermənilərin adı, ümumiyyətlə, çəkilmir. Bütün bu tarixi sənədlər deməyə imkan verir ki, İrəvan tarixən türk torpağı olub. Lakin həm İran, həm də Rusiya Cənubi Qafqazda xristian dövlətinin yaradılmasında maraqlı olublar və Çar Rusiyası həmin ərazilərə Anadoludan və İrandan ermənilərin köçürülməsinə başlayıblar. Bununla da sözügedən ərazilərdəki türklərin Qərbi Azərbaycan ərazisindən çıxarılmasına başlanılıb və 20-ci əsrdə kütləvi deportasiyalar vüsət alıb”, – deyə professor vurğulayıb.

  • Сотрудник агентства подорвался на мине в Агдамском районе – ОБНОВЛЕНО

    5 декабря на освобожденной от оккупации территории села Сарыджалы Агдамского района сотрудник Агентства Азербайджанской Республики по разминированию Вагиф Акберов (1992 г.р.) подорвался на противопехотной мине при исполнении служебных обязанностей.

    Как сообщает Report, пострадавший был эвакуирован с места происшествия и госпитализирован. Ему ампутировали правую ногу ниже колена.

    Состояние В.Акберова оценивается как удовлетворительное.

    * * * * *

    Сегодня на освобожденной территории Агдамского района разорвалась мина.

    Как сообщает АПА, в результате инцидента пострадал Вагиф Акберов. По предварительной информации, он получил ранение ноги.

  • ​​​​​​​Ağdamda mina partlayıb, xəsarət alan var – YENİLƏNİB

    Ağdamda minaya düşən şəxsin Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olduğu məlum olub.

    “Report”un məlumatına görə, dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində 1992-ci il təvəllüdlü Vaqif Sabir oğlu Əkbərov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

    Bildirilir ki, xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək xəstəxanaya çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.

    Vəziyyəti qənaətbəxşdir.

    * * * * *

    Ağdamda mina partlayıb.

    APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə bu gün Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində baş verib.

    Minaya düşən şəxsin Vaqif Əkbərov olduğu bildirilir. İlkin məlumata görə, o, ayağından xəsarət alıb.

  • Президент подписал распоряжение о мерах по реконструкции автомобильной дороги Шуша – Лачын

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по реконструкции автомобильной дороги Шуша – Лачын.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    “1. В целях реконструкции автомобильной дороги Шуша – Лачын протяженностью сорок один километр из суммы, указанной в подпункте 1.31.25 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2023 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики от 23 января 2023 года №3720, выделить Государственному агентству автомобильных дорог Азербайджана 6 (шесть) миллионов манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.