Babək rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Sirab kəndində qeydə alınıb.
Kənd sakini, 1962-ci il təvəllüdlü Alışov Abbas Alış oğlu intihar edib.
Faktla bağlı araşdırma davam etdirilir.
Saatlı rayonunda iki nəfər müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
Qeyd olunub ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirir.
В селе Ашагы Сурра Нефтчалинского района 10-летняя девочка скончалась от кори.
Жительница села Алиева Самира Эльхан гызы 2013 г.р. скончалась по дороге в больницу.
По словам родственников, девочка заразилась корью неделю назад, близкие пытались лечить ее дома. Однако состояние ребенка постепенно ухудшалось.
Отмечается, что брат Самиры некоторое время назад также заразился корью и выздоровел.
Самира Алиева являлась ученицей 5-го класса полной средней школы села Ашагы Сурра.
По данному факту проводится расследование.
Neftçala rayonunun Aşağı Surra kənd sakini – 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı qızılcadan ölüb.
10 yaşlı məktəbli xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.
Yaxınlarının bildirdiyinə görə, o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.
S.Əliyeva Aşağı Surra kənd tam orta məktəbinin 5-ci sinfində təhsil alırmış.
Məlumata görə, məktəblinin qızılcaya yoluxmasından sonra təhsil müəssisəsi dezinfeksiya edilib. Digər şagirdlərin səhhəti nəzarətdə saxlanılır.
Faktla bağlı araşdırma aparılır.
İndoneziyanın Sumatra adasındakı Marapi dağında vulkanın püskürməsi nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Bu barədə “Frans Press” (AFP) agentliyi məlumat yayıb.
Bildirilib ki, itkin düşən 10 nəfərdən 9-u ölü tapılıb və axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, daha əvvəl 13 nəfərin öldüyü barədə məlumat verilmişdi.
Almaniya Bundesliqasının XIII turundan təxirə salınan “Bavariya” – “Union” (Berlin) oyununun tarixi müəyyənləşib.
Qarşılaşma 2024-cü il yanvarın 24-də baş tutacaq.
Matç həmin gün “Allianz Arena”da gerçəkləşəcək. Dekabrın 2-də keçirilməli olan görüş güclü qar yağması səbəbindən təxirə salınıb.
Qeyd edək ki, “Bavariya” hazırda 32 xalla turnir cədvəlinin 2-ci, “Union” isə 7 xalla 18-ci pilləsində qərarlaşıb.
Bu gün günorta saatlarında Bakının Xətai rayonu, “8 Noyabr” prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
Qeyd edilib ki, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.
NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar.
6 декабря в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно.
Как сообщили в Национальной службе гидрометеорологии, днем в некоторых частях полуострова ожидаются осадки. Будет преобладать умеренный северный ветер.
Температура воздуха ночью составит 5-9°, днем 10-13° тепла. Атмосферное давление понизится с 770 до 764 мм ртутного столба. Относительная влажность воздуха составит 70-80%.
В некоторых районах Азербайджана ожидаются осадки, временами интенсивные, в горных районах выпадет снег. Ночью и утром в некоторых районах ожидается туман. Будет преобладать временами усиливающийся восточный ветер.
Температура воздуха ночью составит 3-8°, днем 10-15° тепла, в горах ночью от 2° мороза до 3° тепла, днем 3-8° тепла.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.