Month: December 2023

  • В WhatsApp заработала функция отправки фото и видео в оригинальном качестве

    В новой версии WhatsApp для iPhone появилась возможность отправлять медиафайлы в исходном размере.

    Об этом сообщает портал WABetaInfo, отслеживающий изменения и нововведения в мессенджере.

    Согласно источнику, нововведение было замечено в версии WhatsApp для iOS под номером 23.24.73. Благодаря новой функции пользователи смогут отправлять фото и видео файлы без потери качества. Вложения должны отправляться в качестве документа, как это реализовано в Telegram. Отмечается, что объем отсылаемых файлов ограничен 2 ГБ.

    Вместе с тем, обновление 23.24.73 добавляет в WhatsApp на iPhone возможность принимать участие в голосовых чатах в групповых переписках и реагировать на статусы пользователей с помощью собственного 3D-аватара. Пользователям доступны шесть видов реакций. Также были переработаны уведомления о текущих, завершенных и пропущенных звонках.

    Обновление станет доступно для всех пользователей WhatsApp на iOS в ближайшем времени. При этом для Android данная функция пока еще находится на этапе тестирования.

  • “WhatsApp” foto və videoların orijinal keyfiyyətdə göndərilməsi funksiyasını işə salıb

    “iPhone” üçün “WhatsApp”ın yeni versiyası artıq media fayllarını orijinal ölçüsündə göndərməyə imkan verir.

    Bu barədə messencerdə dəyişikliklər və yenilikləri izləyən “WABetaInfo” portalı məlumat yayıb.

    Mənbənin sözlərinə görə, yenilik “WhatsApp”ın iOS üçün 23.24.73 nömrəli versiyasında müşahidə edilib. Yeni funksiya sayəsində istifadəçilər keyfiyyətini itirmədən foto və video faylları göndərə biləcəklər. Teleqramda tətbiq olunduğu kimi, əlavələr sənəd kimi göndərilməlidir. Bildirilib ki, göndərilən faylların həcmi 2 GB ilə məhdudlaşır.

    Eyni zamanda, 23.24.73 yeniləməsi “iPhone”da “WhatsApp”a qrup yazışmalarında səsli çatlarda iştirak etmək və öz 3D avatarınızdan istifadə edərək istifadəçi statuslarına cavab vermək imkanı əlavə edir. İstifadəçilər üçün altı növ reaksiya mövcuddur. Davam edən, tamamlanmış və buraxılmış zənglər haqqında bildirişlər də yenidən işlənib.

    Yeniləmə yaxın vaxtlarda iOS-da bütün WhatsApp istifadəçiləri üçün əlçatan olacaq. Bununla belə, “Android” üçün bu funksiya hələ sınaq mərhələsindədir.

  • У берегов Филиппин произошло новое землетрясение магнитудой 5,8

    Землетрясение магнитудой 5,8 зарегистрировано неподалеку от побережья Филиппин.

    Как передает Median.Az cо ссылкой на ТАСС, об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр подземных толчков находился в 74 км к востоку от города Тандаг с населением около 29 тыс. человек. Очаг залегал на глубине 35 км.

    Информации о пострадавших и разрушениях не поступало. Угроза цунами не объявлялась.

    2 декабря на Филиппинах произошло землетрясение магнитудой 7,4. После него на юге-востоке страны, а также в Японии была объявлена угроза цунами. Помимо этого, сейсмологи зарегистрировали по меньшей мере 14 афтершоков магнитудой от 3 до 5,6.

  • Filippində 5,8 maqnitudada zəlzələ baş verib

    Filippin sahillərində 5,8 maqnitudada zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 29 min nəfər əhalisi olan Tandaq şəhərindən 74 km şərqdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

    Xatırladaq ki, dekabrın 2-də Filippində 7,4 bal gücündə zəlzələ baş verib. Bundan sonra ölkənin cənub-şərqində, eləcə də Yaponiyada sunami təhlükəsi elan edilib.

  • Bakıda dəm qazının miqdarı normadan yüksək olub

    Gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı 1,3 dəfə normadan yüksək müəyyən edilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bildirilib kii, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

    Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.

  • “Mançester Yunayted” bəzi KİV nümayəndələrini mətbuat konfransına buraxmadı

    İngiltərənin “Mançester Yunayted” komandası baş məşqçi Erik ten Haq barədə tənqidi xəbərlərə görə bəzi jurnalistləri mətbuat konfransına buraxmayıb.

    İngiltərə mətbuatında yer alan xəbərə görə, sabah oynanılacaq “Çelsi” ilə matçdan əvvəl hollandiyalı məşqçinin keçirdiyi mətbuat konfransına “Sky Sports”, “Daily Mirror”, ESPN və MEN müxbirləri girə bilməyiblər.

    “Mançester Yunayted” klubu təsdiq edib ki, bəzi xəbər təşkilatlarına qarşı tədbir görülüb. Lakin bu addım xoşagəlməz xəbərlər hazırladıqları üçün deyil, xəbərlə bağlı şərh vermək və ya etiraz etmək imkanı üçün klubla əlaqə saxlamadıqlarına görə atılıb.

    “Bunun əhəmiyyətli bir prinsip olduğuna inanırıq və bu prinsipin müdafiəsi də olduqca zəruridir. Ümid edirik ki, bu, bizim birlikdə işləməyimizin yenidən nizamlanmasına gətirib çıxaracaq”, – deyə klubun verdiyi açıqlamada qeyd edilib.

    Mənbə: Haber Global

  • Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq

    Sumqayıtın bir hissəsinə təbii qazın verilişi dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilib ki, Corat qəsəbəsində 1000-lik şkaf tipli qaz tənzimləyici məntəqə quraşdırılacaq və Corat bağlarında çəkilmiş diametri 108 mm olan küçə qaz xətti mənbəyə qoşulacaq. Bununla əlaqədar 6 dekabr saat 09:30-dan etibarən işlər tamamlanana qədər diametri 530 mm olan “Şəhər-4” yerüstü ortatəzyiqli qaz xəttindən qaz təchizatı dayandırılacaq.

    Bu müddət ərzində 13-cü mikrorayonun bir hissəsi, Təzə Corat, Köhnə Corat, Novxanı, Novruz qəsəbələri və Corat bağlarına qaz verilməyəcək.

    Sumqayıt Qaz İstismarı Sahəsi abonentlərdən qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edir.

  • Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib

    Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borrelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir.

    Bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

    Qeyd olunub ki, J.Borrel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib:

    “Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borrelin bu rəqəmi haradan götürməsi suallar doğurur. J.Borreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya edib?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borrel heç vaxt bu barədə danışmayacaq”.

    İcmanın bəyanatında vurğulanıb ki, J.Borrel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər:

    “J.Borrel və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməyiblər. 2023-cü il sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borrel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb?

    “Münaqişə həll edilməyib” deyən J.Borrelə xatırladırıq ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll edib və J.Borrelin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir.

    J.Borrellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borel və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir, ya əksinə?

    J.Borrelin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borrel Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borrel öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır.

    J.Borrel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki, mümkünsüzdür”.

  • Lənkaranda 17 yaşlı oğlan intihara cəhd edib

    Lənkəranda 17 yaşlı oğlan intihara cəhd edib.

    Hadisə bu gün günorta saat 14:30 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində baş verib.

    Lənkəran şəhər sakini olan 17 yaşlı R.P. rayonun Sütəmurdov kəndi ərazisindəki körpüdən özünü çaya atmaq istəyib. Həmin vaxt, ərazidən keçən polis əməkdaşları bunu görüb və çevik şəkildə müdaxilə edərək intiharın qarşısını alıblar.

    Lənkəran Şəhər Polis Şöbəsinin əməkdaşları yeniyetməni ailəsinə təhvil veriblər.

    Faktı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a təsdiqləyiblər. Bildirilib ki, hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır.

  • В Азербайджане от кори скончалась еще одна школьница

    В селе Ашагы Сурра Нефтчалинского района от кори скончалась 10-летняя школьница.

    Как сообщает Report, местная жительница Самира Алиева (2013 г.р.) умерла по дороге в больницу до оказания медпомощи.

    По словам родственников, неделю назад она заболела корью. Семья лечила С.Алиеву дома. Однако постепенно ее состояние ухудшалось.

    Согласно данным брат девочки также недавно переболел корью.

    С.Алиева училась в полной средней школе села Ашагы Сурра.

    По имеющейся информации, после заражения школьницы вирусом в учебном заведении была проведена дезинфекция. Здоровье других учеников находится под контролем.

    По данному факту проводится расследование.