Month: December 2023

  • Qubada əməliyyat: Əlbir olduqları qadınları qoyub qaçdılar – VİDEO

    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün əməliyyat keçirilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinən ümumilikdə dörd nəfər saxlanılıb.

    Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

    Həmin şəxslər qrup şəklində Quba rayonuna, əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan yeddi kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar.

    O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da, daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

    Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 2,91 доллара (3,4%) и составила 82,68 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti ucuzlaşdı

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 2,91 dollar və ya 3,4% azalaraq 82,68 ABŞ dollarına enib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • Uşaqlar arasında yayılan qorxulu xəstəlik daha bir ölkədə müəyyən olundu

    İtaliyalı həkimlər ölkədə “mycoplasma pneumoniae” bakteriyasının törətdiyi pnevmoniyaya ilk yoluxma hallarını müəyyən ediblər.

    Bu barədə İtaliya Ali Sağlamlıq İnstitutu xəbər verib.

    Qurumun məlumatına görə, xəstəlik Peruca şəhərində respirator əlamətləri ilə xəstəxanaya yerləşdirilən iki uşaqda təsdiqlənib.

    Bununla belə, institut “mycoplasma pneumoniae” patogeninin uzun müddətdir cəmiyyətdə dolaşdığını və qlobal miqyasda pnevmoniya hallarının 10-20%-nə səbəb olduğunu vurğulayıb.

    Qeyd edək ki, bundan əvvəl Çin, ABŞ, Danimarka, Fransa, Niderland və Almaniya vətəndaşları arasında mikoplazma pnevmoniyasının yayıldığı xəbəri verilmişdi. Xəstəlik əsasən 5-12 yaşlı uşaqlara təsir göstərir.

    “Mycoplasma pneumoniae” xəstələrdə bir neçə həftə davam edən öskürəyə səbəb olur. Xəstələrdə, həmçinin qızdırma, baş ağrısı və bədən səpgiləri müşahidə olunur.

    Mənbə: Gazeta.ru

  • На северо-востоке Индии в перестрелке погибли не менее 13 человек

    По меньшей мере 13 человек погибли в перестрелке в индийском штате Манипур, в котором с мая продолжается межэтнический конфликт.

    Согласно информации, инцидент произошел в понедельник в округе Тенгнаупал. Полиция получила сообщение о перестрелке между двумя пока не установленными вооруженными группами в населенном пункте Лейтху. Полицейские смогли добраться до места происшествия спустя несколько часов, по прибытии они обнаружили тела тринадцати погибших, личности которых устанавливаются.

    В полиции заявили, что в округе Тенгнаупал до этого не было прецедентов вооруженных столкновений с начала межэтнического конфликта в Манипуре. При этом чуть более двух недель назад в 10 км от Лейтху запрещенная вооруженная группировка “Народная освободительная армия” попыталась атаковать патруль военизированной охранной структуры “Стрелки Ассама”. Не уточняется, может ли эта группировка быть причастной к стрельбе в Лейтху.

    Весной представители этнической группы мейтеи в Манипуре потребовали наделить их статусом зарегистрированной касты, который дает ряд привилегий. Это вызвало протест со стороны племени куки, составляющего большинство населения штата. В начале мая организации куки провели марш, после которого вспыхнули массовые столкновения между представителями двух племен. Наиболее активная фаза межэтнического насилия пришлась на тот же месяц. В столкновениях к сегодняшнему дню погибли не менее 180 человек.

    Источник: ТАСС

  • Hindistanda baş verən atışmada azı 13 nəfər ölüb

    Hindistanda may ayından bəri etnik münaqişələrin baş verdiyi Manipur əyalətində atışma nəticəsində azı 13 nəfər həlak olub.

    Hadisə bazar ertəsi Tenqnaupal rayonunda qeydə alınıb. Polisə hələlik naməlum qalan iki silahlı qrup arasında atışma barədə məlumat daxil olub.

    Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerinə çatdıqda on üç nəfərin meyitini aşkar ediblər. Hazırda onların şəxsiyyəti müəyyənləşdirilir.

    Qeyd edək ki, bu günə qədər bölgədəki etnik zəmindəki qarşıdurmalarda ən azı 180 nəfər həlak olub.

    Mənbə: TASS

  • Vətəndaşların DİQQƏTİNƏ: Bank kartı ilə bağlı dələduzluq edən şəxslərdən necə qorunmaq olar? – VİDEO

    Sosial şəbəkələrdə bank kartı məlumatlarının oğurlanması ilə bağlı yeni səs yazısı paylaşılıb.

    Xezerxeber.az-ın məlumatına görə, bu dəfə kibercinayətkarlar sadə vətəndaşlara şəxsi məlumatları ilə bağli daha dolğun informasiya verərərək onları aldadırlar.

    Sosial şəbəkələrdə yayılan sözügedən səsdə bildirilib ki, kibercinayətkarlar vətəndaşın bank kartı haqqında xeyli məlumata malikdirlər. Hətta kartdakı rəqəmləri belə düzgün bilirlər.

    Vətəndaşlar bəzən özləri də bilmədən, həmin zəng edən şəxslərin istədiyi məlumatı ona ötürürlər. Nəticədə isə kiberdələduzların qurbanına çevrilirlər.

    Bəs həmin dələduzlarda şəxsi məlumatlarla bağlı geniş informasiya hardandır?

    İKT mütəxəssisi Azər Əlili bildirib ki, əvvəlcə şəxs haqqında açıq internet mənbələrində olan məlumatlar əldə olunur.

    Bundan başqa, əgər kimsə nə vaxtsa kartdan karta köçürmə əməliyyatı edibsə, artıq kartın üstündəki 16 rəqəmi bölüşmüş sayılır.

    Mütəxəssis əlavə edib ki, şəxsiyyət vəsiqəsi, yaşadığınız ünvan, doğum tarixi və kart məlumatları – bunlar hamısı məxfi olmalıdır.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda polisə məlumat versinlər:

    “Bu cür hallarla üzləşən vətəndaşlar DİN-in “102” xidməti, eləcə də sosial şəbəkələrdəki nazirliyin səhifələrinə yaza bilərlər”.

    Ətraflı süjetdə:

  • Скончался 37-летний житель Огузского района, выпивший ранее уксусную кислоту

    Скончался мужчина, выпивший месяц назад уксусную кислоту в Огузском районе.

    Как сообщает Report, житель села Гумлаг Рахман Гаджиев (1986 г.р.) умер в одной из бакинских больниц, где получал лечение.

    Напомним, что 37-летний мужчина был госпитализирован 6 ноября, после того как выпил уксусную кислоту.

    Отмечается, что это случилось по неосторожности.

  • Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb

    Oğuzda bir ay əvvəl sirkə turşusu içən kişi xəstəxanada ölüb.

    “Report”un məlumatına görə, rayonun Qumlaq kənd sakini, 1986-cı il təvəllüdlü Rəhman Bəxtiyar oğlu Hacıyev müalicə aldığı Bakıda yerləşən xəstəxanalardan birində vəfat edib.

    Xatırladaq ki, 37 yaşlı Rəhman Hacıyev bu il noyabrın 6-da sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib.

    Onun sirkə turşusunu ehtiyatsızlıqdan içdiyi bildirilib.

  • Atası ilə mübahisə etdi, çənəsini sındırdı, elektron qolbaq taxıldı

    Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fərid Yusifovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttihama görə, hadisə 4 mart 2023-cü il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

    Belə ki, Fərid Yusifov atasının idarə etdiyi “QAZel” markalı avtomobildə gedərkən yolda tıxac yaranıb. Bu zaman zərərçəkmiş Mahir Rəfiyev (şərti) onun atasının üstünə qışqıraraq irad bildirib. Tərəflər arasında sözlü mübahisə yaranıb. Daha sonra Fərid maşından düşərək Mahirin çənəsinə yumruq zərbəsi endirib. Zərbənin təsirindən zərərçəkmiş müvazinətini itirib yerə yıxılıb, başının yerə dəyməsi nəticəsində qapalı kəllə beyin travması alıb.

    Hadisədən sonra Fərid Yusifov cinayət məsuliyyətinə cəlb edilib.