Month: December 2023

  • Donetskdə separatçılar azərbaycanəsilli şəxsi döyərək öldürüblər

    Ukraynanın Donetsk vilayətinin Rusiyanın nəzarəti altında olan Makeyevka şəhəri yaxınlığında azərbaycanəsilli sakin Əhədulla Şirxan oğlu Qəniyev öldürülüb.

    Soydaşlarımızın “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, Ə.Qəniyev Azərbaycanın Lənkəran rayonunda anadan olub.

    O, uzun illərdir Donetskdə yaşayırmış.

    Ə.Qəniyevi qondarma Donetsk Respublikası silahlıları qətlə yetiriblər.

    Belə ki, silahlılar Makeyevka ətrafında yaşayan və uzun illərdir şəxsi təsərrüfatla məşğul olan soydaşımızı əvvəlcə qarət ediblər. Onun mikroavtobusu əlindən alınıb. Buna etiraz etdikdə isə silahlılar tərəfindən avtomatın qundağı ilə döyülərək öldürülüb.

  • Ötən gün vətəndaşlardan 39 silah götürülüb

    Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında səkkiz ədəd avtomat, iki ədəd tapança, 11 ədəd qumbara, 11 qumbara alışdırıcısı, 11 patron darağı, 379 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

  • Ильхам Алиев поздравил короля Таиланда

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо королю Таиланда Махе Вачиралонгкорну Пхра Вачираклаочаоюхуа.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана поздравляю Вас и в Вашем лице весь Ваш народ по случаю национального праздника Королевства Таиланд, передаю самые искренние пожелания.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в работе, дружественному народу Королевства Таиланд – благополучия и процветания”.

  • Prezident İlham Əliyev Tailand kralını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 5-də Tailandın Kralı Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Əlahəzrət, Tailand Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı yetirirəm.

    Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

  • Ötən ay xaricdə təhsil almış onlarla tələbənin diplomu tanınmayıb – SƏBƏB

    Noyabr ayı üçün diplomların tanınması üzrə müraciətlərin statistikası açıqlanıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, ötən ay üzrə 360 müraciətçinin 287-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 73 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 62, təhsilalma forması üzrə 7, akkreditasiyasız ali təhsil müəssisəsi üzrə 2, digər səbəblər üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 104, Rusiyadan 101, Türkiyədən 75, Gürcüstandan 39, Birləşmiş Krallıqdan 5, digər ölkələrdən isə 36 müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 50, iqtisadiyyat üzrə 45, menecment üzrə 21, biznesin idarə edilməsi üzrə 20, beynəlxalq münasibətlər üzrə 16 müraciətçi qeydə alınıb.

    Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.

  • Nağı bəy Şeyxzamanlının gəlini vəfat edib

    Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib.

    “Report”un ABŞ bürosu xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib.

    O, 2022-ci ildə Prezident İlham Əliyevin təsis etdiyi “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunub.

    Qeyd edək ki, S.Əlizadə ötən il “Report”un ABŞ bürosuna müsahibəsində ailəsinin Azərbaycandan İrana, oradan isə Türkiyəyə və ABŞ-a uzanan çətinliklərlə dolu həyat hekayəsindən bəhs edib, Şuşaya səfər öncəsi öz təəssüratlarını bölüşüb. Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən büyük arzusu idi.

    S.Əlizadənin əziz xatirəsi bütün dünya azərbaycanlılarının qəlbində əbədi yaşayacaq.

    Məlumat üçün bildirək ki, Nağı bəy Şeyxzamanlı 1919-cu ilin avqust ayında Azərbaycan Xalq Cümhuriyyətində Əks-inqilab ilə mübarizə təşkilatının rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-də yaşayıb.

  • Турист умер после прыжка с самой высокой башни Макао для банджи-джампинга

    Турист из Японии умер после прыжка с самой высокой в мире площадки для банджи-джампинга в Макао.

    Как передает Report, об этом сообщает Daily Mail.

    Отмечается, что после прыжка с 232-метровой высоты у 56-летнего мужчины возникла одышка и он потерял сознание. Мужчину доставили в больницу, однако спасти не удалось.

    Медики диагностировали у него остановку сердца.

  • Turist Makaonun ən hündür banci-campinq qülləsindən tullandıqdan sonra ölüb

    Yaponiyalı turist Makaoda dünyanın ən hündür banci-campinq meydanından tullanmaqdan sonra ölüb.

    “Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

    Qeyd olunur ki, 56 yaşlı kişi 232 metr hündürlükdən tullandıqdan sonra nəfəs darlığı hiss edib və huşunu itirib. Kişi xəstəxanaya çatdırılsa da, onun həyatının xilas etmək mümkün olmayıb.

    Həkimlər ona ürəktutması diaqnozu qoyublar.

  • Vergi borclarına dair sərəncamlarda YENİ QAYDA

    Vergi borclarına dair sərəncamlar yeni qaydada tənzimlənəcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, vergi orqanının vergi ödəyicisinin milli və xarici valyutada cari və digər hesablarında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamı vergi ödəyicisinin bir neçə kredit və ya elektron pul təşkilatında olan hesablarına verildikdə və ya bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və ya digər hesablarından hər hansı biri üzrə dondurulduqda, həmin vəsaitin dondurulmasını təmin edən kredit və ya elektron pul təşkilatı vergi ödəyicisinin müraciəti əsasında bu məlumatı vergi orqanına elektron qaydada təqdim edəcək. Vergi orqanı təqdim olunan məlumat əsasında digər kredit və ya elektron pul təşkilatlarına verilən sərəncamların bir iş günü müddətində qaytarılmasını təmin edəcək.

    Vergi orqanının vergi ödəyicisinin eyni kredit və elektron pul təşkilatında olan bir neçə hesablarına verilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borc məbləğinin 105%-i həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamları olduqda və bu zaman borc məbləği vergi ödəyicisinin milli və xarici valyutada olan cari və digər hesablarından hər hansı biri üzrə dondurulduqda, vergi orqanı həmin kredit və ya elektron pul təşkilatının elektron müraciəti əsasında digər hesablar üzrə sərəncamların bir iş günü müddətində qaytarılmasını təmin edəcək.

  • Mina qurbanı: “Mənim üçün hər gün günəş doğmur” – VİDEO

    “Hər gün səhər mənim üçün günəş doğmur. Bir valideyn üçün övladını bu şəkildə görmək çox ağrılıdır”.

    Bu fikri mina qurbanı Süleyman Heydərov beynəlxalq təşkilatlara çağırışı zamanı deyib.

    O bildirib ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində ərazilərin minalardan təmizlənməsi zamanı piyada əleyhinə minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    O, bu hadisə nəticəsində sağ qolunun üçdəbir hissəsini və hər iki gözünün görmə qabiliyyətini tamamilə itirib.

    Qeyd edək ki, S.Heydərov Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının məzunu, qazi mayordur.

    Ətraflı Baku TV-nin süjetində: