Month: December 2023

  • Yaxın Şərqdə münaqişə kəskinləşəndən bəri azı 61 jurnalist həlak olub

    Altmışdan çox jurnalist Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin qurbanı olub.

    Bu barədə Jurnalistləri Müdafiə Komitəsi məlumat yayıb.

    Komitə bildirib ki, azı 61 jurnalist müharibə zamanı həlak olub. Qeyd olunub ki, jurnalistlər işlərinə görə təqibə məruz qalırlar, həbs və digər maneələrlə üzləşirlər.

    “İsrail qüvvələri xəbər agentliklərinə bildiriblər ki, 7 günlük atəşkəsdən sonra döyüşlərin yenidən başladığı Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməzlər”, – bəyanatda deyilir.

  • Azərbaycan Premyer Liqası: XV turun daha bir oyunu heç-heçə başa çatıb

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.

    Günün ikinci matçında “Sumqayıt” “Turan Tovuz”un qonağı olub.

    Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. “Gənclik şəhəri”nin təmsilçisində 6-cı dəqiqədə Elvin Bədəlov, 35-ci dəqiqədə Roi Kehat fərqlənib. Meydan sahiblərinin qollarını 49-cu dəqiqədə Luis Paçu, 54-cü dəqiqədə Otto Con vurub.

    “Sumqayıt” hazırda 23 xalla üçüncü, “Turan Tovuz” 16 xalla yeddinci pillədə qərarlaşıb.

    Qeyd edək ki, günün ilk görüşündə “Araz-Naxçıvan” “Səbail”lə heç-heçə edib – 1:1. XV turun digər oyunları 3-4 dekabrda olacaq.
    //report

  • Türkiyədə iki icra nümayəndəsi arasında silahlı dava: Ölən və yaralanan var

    Türkiyənin Kütahya şəhərinin Emet rayonunda iki icra nümayəndəsi arasında silahlı dava düşüb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.

    36 və 38 yaşlarında iki icra nümayəndəsi arasında borc məsələsi səbəbindən mübahisə yaranıb.

    Mübahisə qızışıb və məmurlardan biri iş yoldaşına və həmçinin dükan sahibinə tapança ilə atəş açaraq qaçıb.

    Hadisə yerinə tibbi yardım və polis qrupları cəlb ediliblər. Yaralılar təcili yardımla xəstəxanaya çatdırılıblar.

    Üç uşaq atası olan yaralı icra nümayəndəsini həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.

    Atəş açan şəxs isə polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hadisə ilə bağlı istintaq davam edir.

  • İranda biri qadın olmaqla 11 məhbus edam edilib – FOTO

    İranda biri qadın olmaqla doqquz məhbus edam edilib.

    Bununla bağlı “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

    İranda bir qadın məhbusun edam edilməsi ilə, Rəşt şəhərindəki Lakan zindanında həyata keçirilən edamların sayı üçə yüksəlib.

    Qızılhisar zindanında altı, Zahidan mərkəzi həbsxanasında isə iki bəluc məhbus dar ağacından asılıb.

  • Almaniya Ukraynaya yeni yardım paketi təqdim etdi

    Almaniya Ukraynaya yeni hərbi yardım paketini təqdim edib.

    Bu barədə Almaniya hökuməti məlumat yayıb.

    Məlumata görə, yeni hərbi paketinə müxtəlif növ nəqliyyat vasitələri, mərmilər və dron əleyhinə sistemlər daxildir.

    Qeyd edək ki, bir neçə gün öncə də Almaniya NATO fondu vasitəsilə Ukraynaya daha 11,5 milyon avro yardım ayırıb.

  • Bakıda “moyka” işçisi maşını oğurladı

    Bakıda maşın avtoyuma məntəqəsindən oğurlanıb.

    Median.Az lent.az-a istinadən bildirir ki, dekabrın 1-də saat 10 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəi bilinən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini M.Məmmədquliyev Yasamal rayonu ərazisində avtomobillə saxlanılıb.

    Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.

  • Azərbaycan Prezidenti BƏƏ-nin Milli Günü münasibətilə keçirilən tədbirdə iştirak edir

    Dekabrın 2-də Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü münasibətilə tədbir keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

  • Bakıda 270 milyon manatlıq dələduzluq – Şirkət sahiblərini inandırmaq üçün lüks avtomobillər kirayələyib

    Bakıda özünü iş adamı kimi təqdim edib, müxtəlif sahibkarlardan tikinti materialları alaraq pullarını mənimsəyən şirkət rəhbərinə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, 1968-ci il təvəllüdlü Göygöl rayon sakini Azər Abıyev (soyad şərti – red.) Bakıda şirkət rəhbərləri və mağaza sahiblərinə Qarabağda, xüsusən Suqovuşanda müxtəlif tikinti işləri apardığına inandıraraq, onlara qarşı külli miqdarda dələduzluq edib.

    2020-ci ilin müxtəlif dövrlərində şirkət sahiblərinin rəhbərlik etdiyi MMC-yə dövlət tərəfindən 270 milyon manat pul ayrıldığına, onlardan tikinti materialları alaraq pulunu sonradan hesaba köçürəcəyinə inandırıb. Nəticədə kürdəmirli iş adamından 10 200 və 15 130 manatlıq tor və mismar, tikinti materialları bazarında dam örtükləri və izolyasiya mallarının satışı mağazasının sahibindən 3 800 manatlıq mal, sement istehsalı şirkətindən 60 092,28 manatlıq və 8 064 manatlıq sement, başqa bir şirkətdən 32 621,23 manatlıq izolyasiya materialları, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B ünvanında yerləşən 18 nömrəli dükandan 75 365,65 manatlıq lak-boya məhsulları, məişət və elektrik malları alıb. O, aldığı məhsulları Bərdədə götürdüyü anbara yerləşdirib və satışını həyata keçirib.

    Azər özünü ciddi iş adamı kimi göstərmək üçün “rent a car”dan götürdüyü “Gelandewagen” və “Maybach” markalı maşınlarla sahibkarlarla görüşə gedib. Sahibkarlar onun gəldiyi maşınların bahalı olduğunu görüb və ciddi iş adamı olduğuna inanıblar. Azər sahibkarlara MMC-sinin saxta rekvizitlərini göndərərək, onların inamını qazanıb.

    Məhkəmənin qərarı ilə Azər Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və 8 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

  • DGK xaricdən gətirilən mallara görə limitin endirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

    “Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır”.

    Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib.

    “Səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil”, – məlumatda qeyd edilib.

  • Bütün xəstəlikləri müalicə edən meyvə – Azərbaycanda bitir (FOTO)

    Bir meyvə bütün cəbhələrdə mübarizə apara bilər.

    Avropalı alimlər Nutrients dərgisində elmi məqalədə hər dərdə dərman meyvəni açıqlayıblar.

    Nar hazırda xronikləşən 3 əsas xəstəliyin dərmanı ola bilər: II tip diabet, piylənmə və metobolik sindrom. Çünki məhz bu xəstəlik buketi təzyiq, infarkt, insult və ürək-damar problemlərinə səbəb olur.

    Nar maddələr mübadiləsi pozulması, qanda şəkərin artmasının qarşısını alır. Hətta diabet artıq olsa da xəstəliyi zəiflədir.

    İkincisi o qanda yağ, xolesterin, lipidi salır, damar tıxanması və qan qatılaşmasının qarşısını alır

    Nar polifenollarla zəngindir, o antioksidant təsiri ilə müalicə edir.

    Gündə 50 ml nar şirəsi arterial təzyiqi salır.

    Ona görə nar superfud hesab edilir”.


    //medicina.az