Month: December 2023

  • Şəkidə “TIR” yandı

    Şəkidə “TIR” yanıb.

    Yanğın hadisəsi günorta saat 14 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndinin inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan “TIR” yanmağa başlayıb.

    Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın nəticəsində yük maşının kabinə hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Kanal 13”ün aparıcısı həbs edilib

    Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı həbs edilib.

    APA xəbər verir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilib.

    Xətai Rayon Məhkəməsi R.Muradlı barəsində 30 sutka müddətinə inzibati qayda həbs qərarı çıxarıb.

  • Uşaq musiqi məktəblərinə direktor vəzifəsinə qəbulun nəticəsi açıqlanıb

    Mədəniyyət Nazirliyinin keçirdiyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlanıb.

    Müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyinin elan etdiyi vakant vəzifələrə qeydiyyatdan keçən 45 namizəddən 42-si imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq iddia etdikləri vəzifələrə uyğun hesab edilib.

    Müsahibənin nəticələri ilə bu linkə keçid edərək tanış olmaq mümkündür.

    Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə dekabrın 8-dək apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə Nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.

    Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərə əlavə məlumat veriləcək.

  • Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb

    Mingəçevirdə qızılcaya yoluxma halları aşkarlanıb.

    Bu barədə “Trend”in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

    Bildirilib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının müvafiq şöbəsində qızılca diaqnozu qoyulan və digər ağırlaşmalarla müşahidə olunan dörd nəfərin müalicəsi davam etdirilir:

    “Onlara zəruri tibbi xidmətlər göstərilir, vəziyyətləri orta ağırdır”.

    Xatırladaq ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb:

    Yoluxma əsasən uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub.

  • Paytaxtın əsas prospektlərindən biri təmir olunur

    Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib.

    Bildirilib ki, 8 Noyabr prospektində Zığ yolu istiqamətində təmir işləri aparılır.

    Təmirlə əlaqəli sürücülərin diqqətli olmaları tövsiyə edilir.

  • Харри Кейн назвал сильнейших защитников, против которых ему приходилось играть

    Нападающий “Баварии” Харри Кейн назвал сильнейших защитников, против которых ему доводилось играть.

    “Лучшие защитники, против которых я играл, – это Джон Терри и Джорджо Кьеллини. Джон был очень хитер и умен на поле, не зря считается одним из лучших на своей роли. То же самое я могу сказать о Кьеллини. Мы встречались как на клубном уровне, так и на уровне сборных, и он всегда здорово использовал свой корпус”, – приводит слова Кейна Sportskeeda.

    Напомним, Кейн перешел в “Баварию” из английского “Тоттенхэма” за 95 млн евро летом этого года. В текущем сезоне форвард провел 18 матчей во всех турнирах, в которых отметился 22 голами и семью результативными передачами. Контракт игрока с “Баварией” действует до конца июня 2027 года.

    Ориентировочная стоимость футболиста, по данным интернет-портала Transfermarkt, – 110 млн евро.

    Источник: “Чемпионат”

  • Harri Keyn ən güclü müdafiəçilərin adlarını çəkib

    “Bavariya”nın hücumçusu Harri Keyn indiyədək rəqib olaraq oynadığı ən güclü müdafiəçilərin adını çəkib.

    “Oynadığım ən yaxşı müdafiəçilər Con Terri və Corco Kellini idi. Con meydanda çox hiyləgər və ağıllı idi, əbəs yerə ən yaxşılardan sayılmır. Kellini haqqında da eyni sözləri deyə bilərəm. Biz həm klub səviyyəsində, həm də milli komanda səviyyəsində görüşmüşük və o, həmişə öz bədənindən yaxşı istifadə edirdi”, – deyə Keyn bildirib.

    Xatırladaq ki, Keyn bu yay 95 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçib. Bu mövsüm forvard bütün turnirlərdə 18 oyun keçirib, 22 qol vurub və yeddi məhsuldar ötürmə edib.

    Futbolçunun “Bavariya” ilə müqaviləsi 2027-ci il iyunun sonuna kimidir. “Transfermarkt” internet portalına görə, futbolçunun təxmini dəyəri 110 milyon avrodur.

    Mənbə: championat.com

  • Azərbaycana girişinə qadağa qoyulan əcnəbilərin sayı açıqlandı

    Cari ilin 10 ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 8 182 əcnəbi saxlanılıb.

    Bu barədə “Trend”in sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib.

    “Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 2 831 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub.

    Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı həmin dövr ərzində ümumilikdə 19 552 inzibati qərar qəbul edilib. Həmçinin bu dövrdə qanunsuz miqrasiyanın təşkili və digər cinayət əməlləri ilə bağlı bir sıra əsaslı faktlar aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib”, – deyə əlavə edilib.

  • Qızılcaya yoluxma ilə bağlı xəbərdarlıq: Təhlükəli vəziyyət gözlənilir?

    İki gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev şagirdlər arasında qızılcaya təşvişə düşəcək sayda yoluxma olarsa, məktəblərin qapanmaya gedə biləcəyi ilə bağlı açıqlama verib.

    Bəs, doğurdan da qızılcaya yoluxma hallarında ciddi təhlükə gözlənilirmi?

    Səhiyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq, qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

    Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir:

    “Ötən dövr ərzində ölkə ərazisində 284 qızılcaya yoluxma hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub. Hadisələrin epidemioloji təhlili göstərir ki, yoluxmanın əsas səbəbi peyvəndlərdən yayınma hallarının olmasıdır. Bu da, əksər hallarda əsassız əks-göstərişlər və peyvənddən imtina ilə izah olunur. Belə ki, yoluxan xəstələrin 95%-i profilaktik peyvənd təqviminə əsasən, peyvənd olunmayan uşaqlardır”.

    “Peyvənd mütləq vurulmalıdır”

    İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, son günlərdə qızılcaya sürətli yoluxma qeydə alınır və bunun səbəbi də peyvəndləmənin olmamasıdır:

    “Xüsusən də uşaqların peyvəndinin olmaması onların qızılcaya yoluxmasına səbəb olur. Uşaqların anadan olandan üç yaşına qədər olan peyvəndlər, rutin peyvəndləri mütləq vurulmalıdır. Uşaqlar bir və altı yaşında qızılcayla bağlı vaksinasiyaya cəlb olunmalıdır. Bu peyvəndlər olmadıqda, uşaqlar təəssüf ki, digər infeksion xəstəliklərə qarşı da müdafiəsiz olurlar. Hazırda qızılca geniş yayılmaqdadır”.

  • Azərbaycan güləşçiləri Bakıdakı dünya çempionatını 21 medalla başa vurublar

    Azərbaycan güləşçiləri Bakıda hərbçilər arasında keçirilən 36-cı dünya çempionatını 21 medalla başa vurublar.

    “Report” xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzindəki yarışın sonuncu günündə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

    Qurban Qurbanov (77 kq) və Nihad Quluzadə (60 kq) qızıl, Laçın Vəliyev (87 kq) isə gümüş mükafata sahib çıxıblar.

    Qeyd edək ki, Azərbaycan idmançıları daha əvvəl mundialın ilk üç günündə 10 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.