Month: December 2023

  • Агентство по разминированию: Около 148 000 га освобожденных земель сильно загрязнены минами

    Согласно последним данным, 147 988 га освобожденных территорий Азербайджана сильно загрязнены минами, а 675 570 га – умеренно.

    Как сообщает Report, об этом сказал замглавы управления по просвещению, международным и общественным связям Агентства Азербайджана по разминированию Фархад Исаев, выступая на круглом столе на тему “Защита лиц с инвалидностью и пострадавших от мин в Азербайджане”.

    “Армяне также установили на наших территориях мины-ловушки и различные взрывные устройства. Мы находили мины, произведенные в Армении в 2021 году. Их привозили и устанавливали на наших землях члены незаконных армянских вооруженных формирований. Минами загрязнены даже реки, колодцы, что, в свою очередь, негативно сказывается на развитии сельского хозяйства”, – сказал он.

  • Azad olunan ərazilərdə minalarla çirkləndirilmiş sahələrin həcmi açıqlanıb

    “Azad olunmuş ərazilərdə 147 988 hektar sahə yüksək səviyyədə çirklənmiş ərazidir, 675 570 hektar sahə isə orta səviyyədə çirklənib.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev dekabrın 4-də Bakıda keçirilən “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının müdafiəsi” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, 900-ə yaxın yaşayış məntəqəsi sökülərək daşınıb.

    “Minalarla yanaşı, sürpriz tələlərdən, partlayıcı qurğulardan istifadə olunub. 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da Azərbaycan ərazisindən tapılıb, bunlar erməni qanunsuz birləşmələri tərəfindən əraziyə daşınıb. Çaylar, su quyuları da partlayıcı qurğularla çirkləndirilib, bu isə gələcəkdə kənd təsərrüfatının inkişafına mane olacaq. Azərbaycana verilən mina xəritələrinin 25 faizdən də az dəqiqliyi var, bu da bizim işimizi çox çətinləşdirir”, – deyə F.İsayev əlavə edib.

  • Bakıda daha bir məktəbdə qızılca aşkarlandı: Sinif distant təhsilə keçdi

    Paytaxtdakı Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən məktəb-lisey kompleksində qızılca xəstəliyi aşkarlanıb.

    Bakupost.az-ın məlumatına görə, liseyin 5-ci sinfində yoluxma aşkarlanıb.

    Bu səbəbdən həmin sinifdə dərslərin 14 gün müddətinə distant formada keçirilməsinə qərar verilib.

    Qeyd edək ki, son günlər şagirdlər və tələbələr arasında qızılcaya yoluxma artıb.

    Bir neçə gün əvvəl şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək. Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

    Həmçinin, ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat edib.

  • Gəncədə quyuya düşən şəxs xəstəxanada ölüb

    Gəncədə bədbəxt hadisə baş verib.

    APA-nın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

    İmişli rayon sakini 1976-cı il təvəllüdlü Niyaz Vəliyev sözügedən ünvanda quyuya düşüb.

    47 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o xəstəxanada dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • İtaliyada 163 milyon dollar dəyərində əsər tapıldı

    Neapol şəhəri yaxınlığındakı yaşayış evində italyan İntibah dövrü rəssamı Sandro Botiçellinin 50 il əvvəl itmiş şah əsəri tapılıb.

    Sandro Botiçellinin bu əsəri təxminən 163 milyon dollar dəyərində qiymətləndirilir.
    İtaliya hakimiyyəti indi əsərin qanuni sahibliyini araşdırır. Əsərin bərpa edildikdən sonra ictimaiyyətə nümayiş etdirilməsi nəzərdə tutulub.

    Əvvəllər Santa Maria la Arita kiçik kilsəsində yerləşən bu rəsm yerli ailənin əlinə keçib. Əsər ailənin evində bir neçə nəsil gizli qorunub saxlanılıb.

    Massimiliano Crocenin rəhbərlik etdiyi mədəni irs şöbəsi hazırda tablonun sahibliyi ilə bağlı şərtləri araşdırır.

    15-ci əsrə aid olan rəsm, Məryəm və Uşağı təsvir edən çox əhəmiyyətli bir əsərdir. Bununla belə, əsər bu illər ərzində lakın oksidləşməsi səbəbindən cızıqlar və rəngin solması da daxil olmaqla nəzərəçarpacaq dərəcədə zədələnmişdir. Rəsmin ictimaiyyətə nümayiş etdirilməsi imkanı ilə hərtərəfli bərpa işləri planlaşdırılır.

    Məhkəmənin məqsədi həm də rəsm əsərini illərdir saxlayan ailənin bunu qanuni yolla alınıb-alınmadığını müəyyən etməkdir. Ailənin əmlakının qanunsuz olduğu aşkar edilərsə, İtaliya dövləti sənət əsərinə iddia edə bilər. Əksinə, ailənin mülkiyyətinin qanuni olduğu müəyyən olunarsa, onlar rəsm əsərini qoruyub saxlamaq və daha çox baxış artırmaq üçün muzeydə nümayiş etdirmək şərti ilə saxlaya bilərlər.

  • Qəzza İslam Universiteti rektoru həlak oldu

    Qəzza İslam Universiteti Rektoru Prof. Dr. Süfyan Taye və onun bəzi ailə üzvləri İsrailin Qəzza zolağının şimalındakı Cibaliya qəsəbəsinə hücumu zamanı həyatını itirib.

    Bu barədə “TRT Haber” məlumat yayıb.

  • Bazar gününə olan hava proqnozu açıqlanıb

    Bakıda və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq.

    Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 17-22° isti olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

  • Курс биткойна побил полуторагодовой рекорд

    Курс биткойна 1 декабря обновил 19-месячный максимум и достиг отметки $38,8 тыс.

    Как передает Median.Az со ссылкой на “Коммерсант”, об этом свидетельствуют данные торговой площадки Coinmarketcap.

    По мнению экспертов, нынешний рост связан с оптимизмом инвесторов относительно замедления темпов роста инфляции в США и возможным снижением ключевой ставки ФРС. Поддерживают положительную динамику и грядущие изменения в регулировании отрасли.

    В декабре биткойн имеет шансы протестировать уровень в $45 тыс., прогнозируют аналитики.

    Другие криптовалюты также росли в цене, хотя и более умеренными темпами. Ethereum (ETH) подорожал на 2,5% и приблизился к отметке в $2,1 тыс. Cardano и Polygon, а также мемкойны, включая Dogecoin и Shiba Inu, тоже участвуют в восходящем тренде.

  • Bitkoinin qiyməti yenidən artıb

    Dekabrın 1-də Bitkoin məzənnəsi 19 aylıq maksimumunu yeniləyərək 38,8 min dollara çatıb.

    Bunu “Coinmarketcap” ticarət platformasının məlumatları sübut edir.

    Belə ki, cari artım ABŞ-da inflyasiyanın yavaşlaması və ABŞ Federal Ehtiyatlar Sisteminin (FRS) uçot faiz dərəcəsinin mümkün azaldılması ilə bağlı investorların nikbinliyi ilə əlaqələndirilir.

    Müsbət dinamika sənaye tənzimlənməsində qarşıdan gələn dəyişikliklərlə də dəstəklənir.

    Dekabr ayında Bitkoinin qiyməti 45 min dollar səviyyəsinə qalxa bilər.

  • По меньшей мере 61 журналист погиб в Газе с момента эскалации конфликта

    Минимум 61 журналист погиб в секторе Газа в результате эскалации палестино-израильского конфликта с 7 октября.

    Об этом сообщил Комитет защиты журналистов.

    “По состоянию на 1 декабря расследование комитета показало, что по меньшей мере 61 журналист и работник СМИ оказались среди более чем 16 тыс. убитых с начала конфликта 7 октября”, – говорится в заявлении. Отмечается, что журналисты также сталкиваются с преследованием, задержаниями и другими препятствиями в своей работе.

    “Израильские силы заявили информационным агентствам, что не могут гарантировать безопасность журналистов, работающих в секторе Газа, где возобновились военные действия после 7 дней перемирия”, – указывается в заявлении.