Month: December 2023

  • 30 milyard dollarlıq yeni iqlim fondu yaradıldı

    Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan qlobal iqlim həllərinin həyata keçirilməsinə həsr olunacaq 30 milyard dollarlıq yeni fondun yaradıldığını açıqlayıb.

    O, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının əsas tədbiri olan Ümumdünya İqlim Sammitinin Dubayda baş tutan iclasında bəyan edib.

    “Mən qlobal iqlim həlləri üçün 30 milyard dollarlıq fondun yaradılmasını elan etməkdən məmnunam”, – dövlət başçısı bildirib.

    Onun sözlərinə görə, yeni fondun yaradılması iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsində boşluğu aradan qaldırmaq zərurəti ilə bağlıdır.

    Bundan əlavə, prezident qeyd edib ki, təşəbbüs 2030-cu ilə qədər 250 milyard dollar investisiya cəlb etmək məqsədi daşıyır.

    Mənbə: TASS

  • Laçında kütləvi istehsala başlanıldı: 300 min manatlıq gəlir planlaşdırılır – VİDEO

    Böyük Qayıdışın ilk ünvanlarından olan Laçında istehsal müəssisələri inşa edilib.

    Bunlardan biri də, yuyucu tozu istehsalı müəssisəsidir.

    Belə ki, müəssisə gün içində 10 tonluq məhsulu istehsal etmə gücünə malikdir.

    Müəssisənin gələcəkdə, ay ərzində 250-300 min manatlıq istehsal gücü olacağı planlaşdırılır.

    Qeyd edək ki, artıq Laçın sakinləri də burada işlə təmin olunublar.

    Daha ətraflı AzTV-nin süjetində:

  • Стало известно, сколько семей поселятся в первом жилом комплексе в поселке Суговушан – ВИДЕО

    Близятся к завершению железобетонные работы в связи со строительством фундамента первого жилого здания в поселке Суговушан, возведение которого началось в сентябре этого года.

    Отмечается, что соответствующий комплекс будет состоять из пяти 5-этажных домов.

    Согласно информации, жилые здания с двумя подъездами будут оформлены в современном стиле.

    Подчеркивается, что в вышеуказанном комплексе будет обеспечено проживание 190 семей.

    Подробнее – в видео:

  • Suqovuşandakı ilk yaşayış binasında neçə ailə məskunlaşacaq? – VİDEO

    Bu ilin sentyabr ayında inşasına başlanılan Suqovuşan qəsəbəsindəki ilk yaşayış binasının bünövrə hissəsində dəmir-beton işləri yekunlaşmaq üzrədir.

    Qeyd edək ki, kompleks beşmərtəbəli beş binadan ibarət olacaq.

    Yaşayış binaları iki girişli olmaqla müasir görünüşə uyğun lahiyələndirilib.

    Sözügedən kompleksdə 190 ailənin məskunlaşması təmin ediləcək.

    Daha ətraflı AzTV-nin süjetində:

  • Есть ли необходимость в переходе на дистанционное обучение в Азербайджане? – МНЕНИЕ ЭКСПЕРТА

    В Азербайджане наблюдается рост заболеваемости корью.

    Об этом сообщила старший советник отдела инфекционных заболеваний и организации инфекционного контроля Объединения по управлению медицинскими территориальными подразделениями (TƏBİB) Туран Ибрагимова.

    Отметим, что в связи с выявлением заболевания корью среди учащихся на основании решения Центра гигиены и эпидемиологии Гарадагского района занятия в начальных классах средней школы №195 будут проводиться дистанционно в течение 14 дней.

    Помимо этого, министр науки и образования Эмин Амруллаев на брифинге на днях заявил, что школы могут перейти на дистанционное обучение, если ситуация с корью приобретет более серьезный характер.

    В беседе с Bizim.Media эксперт по образованию Надир Исрафилов напомнил, что дистанционное обучение закреплено в законе “Об образовании” как одна из форм обучения.

    Он отметил, что в стране этому не уделяется должное внимание, и следует сделать так, чтобы даже университеты перешли на дистанционное обучение.

    “Дистанционное обучение пришло на ум только во время пандемии COVID-19. Уже несколько лет эта практика широко применяется во многих странах и приобретается большой опыт. При этом создаются благоприятные возможности, применяются наиболее современные технологии. И сейчас в Азербайджане появились такие болезни, как корь, ветряная оспа. Уже никто не может гарантировать, что не начнется еще одна пандемия. Мы должны быть готовы к подобному. По мере того как мы приобретаем некоторый опыт во время пандемии, мы уже знаем, какие проблемы существуют и какие из них необходимо решить. В любом случае, вне зависимости от того будет ли пандемия или нет, мы должны добиться решения этого вопроса.

    В настоящее время мы живем в эпоху интернета, и во всем мире происходит глобализация. В этом плане дистанционное обучение тоже весьма выгодно. Получается продолжить учебу, не посещая занятия и не тратя лишнего времени. В частности, можно через интернет подготовиться к экзаменам для обучения за границей, поступить в любой зарубежный вуз, подготовиться к занятиям по адресу проживания, не выезжая туда, учиться и получить диплом”, – рассказал эксперт.

    Отвечая на вопрос об эффективности дистанционного обучения в сравнении с очным, Н.Исрафилов признался, что пока рано высказывать мнение о том, что в Азербайджане в связи с этим достигнут положительный результат.

    “Один или два года результатов, скорее всего, не будет, но третий год станет эффективным. Мы сначала реализуем многие проекты в пилотной форме и, если они дадут результат, начнем их широкое внедрение”, – заключил он.

  • Azərbaycanda distant təhsilə keçilməlidir? – AÇIQLAMA

    Ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur. Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova açıqlayıb.

    Qeyd edək ki, şagirdlər arasında qızılca xəstəliyinin aşkar olunması səbəbindən Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 195 nömrəli tam orta məktəbin ibtidai siniflərində dərslər 14 gün müddətinə distant formada keçiriləcək.

    Bundan əlavə, elm və təhsil naziri Emin Əmrullayev də ötən gün keçirdiyi brifinqdə qızılca ilə bağlı vəziyyət ciddiləşərsə, məktəblərin distant təhsilə keçə biləcəyini açıqlayıb.

    “Distant təhsili reallaşdırmalıyıq”

    Mövzu ilə bağlı Bizim.media-ya danışan təhsil eksperti Nadir İsrafilov distant təhsilin “Təhsil haqqında” qanunda təhsilalma formalarından biri kimi təsbit olunduğunu xatırladıb.

    O, deyib ki, biz buna lazımi səviyyədə diqqət yetirmirik və hətta universitetlərin belə distant təhsilə keçməsini reallaşdırmalıyıq:

    “Distant təhsil yalnız COVID-19 pandemiyası dövründə yada düşdü. Artıq bir neçə ildir ki, bu təcrübə bir çox ölkələrdə geniş tətbiq olunur və böyük təcrübə qazanılır. Üstəlik, əlverişli imkanlar yaradılır və ən müasir texnologiyalarla təchiz olunur. İndi də ölkədə qızılca, suçiçəyi kimi xəstəliklər ortaya çıxıb.

    Buna görə də heç kim yenidən başqa bir pandemiya dövrünün başlanılıb-başlanılmayacağı ilə bağlı təminat verə bilməz. Biz də indidən hazır olmalıyıq. Pandemiya dövründə müəyyən təcrübə qazandığımız üçün, artıq hansı problemlərin olduğunu və hansıları həll edəcəyimizi bilirik. Bir sözlə, pandemiya oldu, olmadı, bu məsələnin həllinə nail olmalıyıq.

    Hazırda internet əsrində yaşayırıq və dünyada qloballaşma gedir. Bu baxımdan da distant təhsil çox sərfəlidir. Dərsə getmədən və əlavə vaxt sərf etmədən təhsilə davam etmək olur. Xüsusilə də, xaricdə təhsil almaq üçün internet vasitəsilə imtahanlara hazırlaşmaq, istənilən xarici universitetə qəbul olmaq, ora getmədən yaşadığı ünvanda dərslərə hazırlaşmaq, oxumaq və diplom almaq mümkündür”.

    Bəs distant təhsil əyani təhsil qədər effektiv olurmu?

    Təhsil eksperti Azərbaycanda bununla bağlı müsbət bir nəticəsinin əldə edildiyi barədə fikir söyləməyin hələlik tez olduğunu bildirib:

    “Ən azı bir və ya iki il nəticə olmayacaq, amma üçüncü il effektiv olacaq. Biz bir çox layihələri əvvəlcə pilot şəklində həyata keçiririk və nəticəsi olarsa, geniş tətbiqinə başlayırıq”.

  • Bakıda ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırıldı

    Bakı şəhəri, Xətai rayonu, R.Quliyev küçəsi, ev iki ünvanında fəaliyyət göstərən, Elməddin Rəhim oğlu Babışova məxsus “Kənd Evi” ictimai iaşə müəssisəsinin fəaliyyəti dayandırılıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

    Aşkar olunan nöqsanlarla bağlı, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi dayandırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

  • Tovuzda yaşlı qadın dəm qazından ölüb

    Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

    APA-nın məlumatına görə, hadisə Tovuz şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

    Belə ki, 1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qəzzaya humanitar yardımın verilməsi dayandırılıb

    “Rəfah” keçid məntəqəsi Qəzzaya humanitar yardımın buraxılmasını dayandırıb.

    Məlumata görə, İsrailin hərbi əməliyyatları bərpa etməsi səbəbindən humanitar yardımların keçidi dayandırılıb.

    Qeyd olunur ki, atəşkəs dövründə humanitar yardımların sayı artsa da, ümumilikdə götürəndə az olub.

    Mənbə: TASS

  • Qanunsuz ağac kəsənlər və ətraf mühiti çirkləndirənlər məsuliyyətə cəlb olunub

    İsmayıllı və Ağdaşda polis əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə nəzarət tədbirləri keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, keçirilmiş tədbirlərlə İsmayıllı rayonunun Şəbiyan, Ağdaş rayonunun isə Pirəyir kəndi ərazisində yaş halda olan ağacları kəsən şəxslər müəyyən ediliblər.

    Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar qərar qəbul edilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinə göndərilib.

    Həmçinin, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Gürcüva kəndi ərazisində sanəye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

    İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün obyekt sahibi barəsində protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.