Month: December 2023

  • Fermerlərin NƏZƏRİNƏ: Ödəniləcək kompensasiyanın məbləği AÇIQLANDI

    Bu il Şəkidə 800 torpaq sahəsində təbiət hadisəsi qeydə alınıb, bu hadisələr üzrə gözlənilən ödənişlərin ümumi məbləği təqribən 800 min manat təşkil edəcək.

    Bu barədə Aqrar Sığorta Fondu (ASF) məlumat yayıb.

    Bildirilib ki, ASF artıq fermerlərə ödənişlərin verilməsinə başlayıb.

    Hadisə baş verən əkin sahələrinə Aqrar Sığorta Fondunun təyin etdiyi müstəqil aqrar sığorta ekspertləri tərəfindən iki dəfə baxış keçirilib, əkin sahələrinə dəyən zərər hesablanıb və sığorta ödənişi təyin edilib.

    Əkin sahəsində sığorta hadisəsi baş verən fermerlərə fond tərəfindən müvafiq SMS bildirişlər göndərilib.

    Ödəniş barədə SMS alan Şəki fermerləri fondun Şəki rayonundakı filialına müraciətlə sığorta tələbi üçün razılıq ərizəsi və bank rekvizitlərini təqdim edirlər.

    Aqrar Sığorta Fondunun Şəki filialının əməkdaşları və aqrar sığorta könüllüləri fermerlərə bu məsələlərdə dəstək göstərirlər.

    Xatırladaq ki, Şəki rayonu Azərbaycanda aqrar sığortadan ən çox faydalanan rayonlardandır. Həm kənd təsərrüfatı ilə məşğul olanların sayının çox olması, həm də iqliminin qeyri-sabit keçməsi səbəbindən rayonda çox tez-tez aqrar sığorta hadisələri, əkin sahəsinə zərərlər qeydə alınır.

    Bu il də baş verən təbiət hadisələri – qasırğa, fırtına, sel-subasma və dolu səbəbindən əkin sahələrinə çoxsaylı zərərlər dəyib və Aqrar Sığorta Fondu bu zərərlərin ödənişinə başlayıb.

    2022-ci ildə də Şəkidə böyük sayda sığorta hadisələri qeydə alınıb və ödəniş verilib. Belə ki, ötən il rayonda 185 fermerə ümumilikdə 500 min manat ödəniş olunub. Bu il isə həm ödəniş edilən fermerlərin sayı, həm də ödənişlərin məbləği kəskin artıb.

    Xatırladaq ki, Aqrar Sığorta Fondu ümumilikdə 48 bitki üzrə 29 riski sığorta edir. Taxıl bitkiləri və meyvə bağları ilə yanaşı, tərəvəzlər, tinglər, ağac və kollar da sığortalanır.

    Bura demək olar ki, bütün əsas hadisələr – dolu, qasırğa, fırtına, sel subasma, zərərvericilərin hücumu, üçüncü şəxsin hərəkətləri və sair aiddir.

    Sığorta haqqı isə olduqca sərfəlidir. Çünki bu məbləğin 50%-ni fermerə dəstək üçün dövlət ödəyir.

    Nəticədə Şəki-Zaqatala bölgəsində, məsələn, 1 000 manatlıq taxıl məhsulunun sığortalanmasını fermer cəmi 20-22 manata edir.

    Qeyd edək ki, Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanları və balıqçılıq təsərrüfatlarını da sığorta edir. Məsələn, 1 000 manatlıq inəyin sığortası 31 manata, 300 manatlıq qoyunun sığortası isə doqquz manata başa gəlir.

  • При авиаударе в секторе Газа погиб оператор турецкого информагентства

    Сотрудник турецкого государственного информационного агентства “Анадолу” погиб в пятницу в секторе Газа во время удара израильских ВВС.

    Об этом сообщает информагентство “Анадолу”.

    “Оператор нашего агентства в секторе Газа Мунтасир ас-Савваф скончался в результате израильского авиаудара”, – говорится в информации.

  • “Anadolu” agentliyinin əməkdaşı Qəzzada həlak oldu

    Türkiyənin dövlət xəbər agentliyi “Anadolu”nun Qəzzada çalışan əməkdaşı Muntasir əs-Səvvaf həlak olub.

    Onun İsrailin hava hücumunun qurbanı olduğu bildirilib.

    Məlumata görə, əs-Səvvaf agentliyin bölgədə fəalyyət göstərən heyətində operator qismində çalışıb.

    Mənbə: Anadolu

  • Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

    Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Çex Respublikasında rəsmi səfərdədir.

    Milli Məclisdən verilən məlumata görə, Çex Respublikasının paytaxtı Praqanın Vatslav Havel Beynəlxalq Hava Limanında nümayəndə heyətini Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Yan Kubik, Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

    Səfərdə nümayəndə heyətimiz Çexiya Parlamentdə olacaq, keçirilən görüşlərdə ikitərəfli və parlamentlərarası əlaqələrimizin inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

  • Армения должна признать, что миру в регионе нет альтернативы

    На сайте американской медиа-организации Fair Observer опубликована статья генконсула Азербайджана в американском Лос-Анджелесе Рамиля Гурбанова, посвященная армяно-азербайджанскому конфликту.

    Caliber.Az опубликовал перевод данного материала.

    “В сентябре 2023 года Азербайджан в рамках антитеррористических мероприятий установил полный контроль над Карабахским регионом. 20 октября один из авторов Fair Observer опубликовал статью, в которой обвинил Азербайджан в “этнической чистке” и ссылался на нарушение норм и принципов международного права, не объясняя, какие именно принципы были нарушены. При этом он прикрывался необоснованными аргументами и пытался замаскировать правонарушения со стороны Армении.

    В данном материале предпринята попытка осветить историю, лежащую в основе конфликта. Утверждения о том, что Азербайджан привержен “этническим чисткам”, не подтверждаются десятилетиями конфликта в регионе.

    Во время первой Карабахской войны именно Армения вторглась на международно признанные суверенные территории Азербайджана. Это вторжение привело к вынужденному перемещению миллиона азербайджанцев. Армянские войска совершали зверства и многочисленные военные преступления против азербайджанцев, что было подтверждено международными организациями. Ходжалинский геноцид является крупнейшим массовым убийством за весь период конфликта. 26 февраля 1992 года 613 жителей города Ходжалы попали в засаду и были зверски убиты армянскими военными.

    В 1993 году Совет Безопасности ООН в четырех резолюциях (№ 822, 853, 874 и 884) безоговорочно осудил незаконную военную оккупацию и этническую чистку со стороны Армении. В этих резолюциях выражалась полная поддержка территориальной целостности Азербайджана. В них содержалось требование о немедленном, полном и безоговорочном выводе всех армянских сил с оккупированных территорий.

    Ереван подрывает мирные усилия Баку

    К сожалению, на протяжении трех десятилетий Армения игнорировала международный правопорядок. При этом участвовала в переговорах с целью сохранить статус-кво. Армения усилила агрессивные военно-политические провокации. Армяне даже начали говорить о территориальных претензиях в рамках концепции “новая война – новые территории”. В итоге это поставило под угрозу мирный процесс и привело к столкновению в 2020 году. В результате войны, известной как Отечественная, Баку освободил оккупированные земли и обеспечил соблюдение норм и принципов международного права.

    Несмотря на три десятилетия разрушений, пережитых азербайджанским народом, страна выступила с мирной инициативой сразу после подписания трехстороннего заявления от 10 ноября 2020 года. Азербайджан активно продвигал идею нормализации отношений между двумя странами и мирный процесс. Баку принял меры по проведению масштабных восстановительных работ на освобожденных территориях, а также выступил за реинтеграцию армянских жителей Карабахского региона в наше общество.

    На протяжении последних трех лет Армения не выполнила взятое на себя обязательство по выводу из Карабаха своего десятитысячного военного контингента. У Баку также были основания подозревать Ереван в том, что он продолжает нарушать условия трехстороннего заявления, предоставляя средства и оружие этим войскам. Генеральная прокуратура Азербайджана объявила в розыск нескольких подозреваемых в контрабанде огнестрельного оружия, боеприпасов, взрывчатых веществ и другого военного оборудования из Армении в Карабах. Игнорируя предупреждения Баку на различных уровнях и площадках, незаконные армянские вооруженные формирования на суверенных территориях Азербайджана активизировали провокации.

    В ответ на военные провокации и диверсионные акты со стороны армян 19-20 сентября ВВС Азербайджана начали антитеррористические мероприятия локального характера. Эти меры были направлены исключительно на нейтрализацию непосредственной угрозы безопасности мирным азербайджанцам и азербайджанским военнослужащим. Данный акт полностью соответствовал суверенному праву Азербайджана на самооборону, закрепленному в Уставе ООН.

    Несмотря на беспочвенные заявления армянской стороны об “этнических чистках” и “массовом исходе”, не было выявлено никаких фактов, подтверждающих наличие потерь среди гражданского населения. Отчеты миссии ООН, посетившей Карабах, свидетельствуют об отсутствии ущерба гражданской общественной инфраструктуре, включая больницы, школы и жилье. Миссия не зафиксировала никаких случаев насилия в отношении гражданского населения после антитеррористических мер. Этнические армяне покинули Карабахский регион Азербайджана по собственной воле.

    В отличие от моноэтнической Армении, Азербайджан – многонациональная страна. Баку неоднократно заявлял, что этнические армяне, проживавшие в Карабахском регионе, могут стать частью этой мультикультурной модели. Поэтому обвинения в том, что Азербайджан провел “этническую чистку”, безосновательны.

    Баку привержен нормализации отношений с Ереваном. Азербайджан призывает Армению продемонстрировать конструктивную позицию в мирном процессе и правильно понять реалии на Южном Кавказе. Ереван должен, наконец, признать, что миру и сотрудничеству в регионе нет альтернативы”, – написал Р. Гурбанов.

  • Azərbaycanlı diplomatdan “Fair Observer”a cavab: “Azərbaycan ərazilərini işğal edən Ermənistan olub”

    ABŞ-nin “Fair Observer” media təşkilatının saytında Azərbaycanın Los-Ancelesdəki baş konsulu Ramil Qurbanovun Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş məqaləsi dərc olunub:

    Caliber.az xəbər verir ki, oktyabrın 20-də “Fair Observer” müəlliflərindən birinin dərc etdiyi məqaləyə cavab xarakteri daşıyır. Həmin məqalədə Azərbaycan “etnik təmizləmə”də və beynəlxalq hüququn norma və prinsiplərini pozmaqda ittiham olunub. Yazıda hansı prinsiplərin pozulduğu izah edilməyib. Eyni zamanda, müəllif əsassız arqumentlər arxasında gizlənərək Ermənistan tərəfinin qanun pozuntularını ört-basdır etməyə çalışıb.

    R.Qurbanov isə cavab məqaləsində qeyd edib ki, Azərbaycanın “etnik təmizləmə” həyata keçirdiyinə dair iddialar regionda onilliklərlə davam edən münaqişə təcrübəsinə ziddir. Belə ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazilərini işğal edən Ermənistan olub. Bu işğal bir milyon azərbaycanlının məcburi köçkünə çevrilməsilə nəticələnib.

    Təəssüf ki, üç onillik ərzində Ermənistan beynəlxalq hüquqa məhəl qoymayıb. Eyni zamanda, o, status-kvonu saxlamaq üçün danışıqlarda iştirak edib.

    Baş konsul vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq Azərbaycan çoxmillətli ölkədir. Bakı dəfələrlə bəyan edib ki, Qarabağ bölgəsində yaşayan etnik ermənilər bu multikultural modelin bir hissəsinə çevrilə bilərlər. Ona görə də Azərbaycanın “etnik təmizləmə” aparması ilə bağlı ittihamlar əsassızdır.

    Məqalədə bildirilib ki, Bakı İrəvanla münasibətlərin normallaşdırılmasına sadiqdir. Azərbaycan Ermənistanı sülh prosesində konstruktiv mövqe nümayiş etdirməyə və Cənubi Qafqazdakı reallıqları düzgün dərk etməyə çağırır. İrəvan nəhayət etiraf etməlidir ki, regionda sülh və əməkdaşlığa alternativ yoxdur.

  • Ölkəyə qanunsuz yolla 14 “iPhone” keçirmək istədilər

    Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

    Gömrük Komitəsindən verilən xəbərə görə, idarənin əməliyyat şöbəsinə “Chevrolet” markalı avtomobilin sürücüsünün Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonlar və tütün məmulatlarını hava limanının avtodayanacağında təhvil alacağı barədə məlumat daxil olub.

    Həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və sözügedən şəxs sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb.

    Onun idarə etdiyi avtomobilə baxış zamanı 14 ədəd “iPhone” markalı mobil telefon və üç qutu tütün məmulatı aşkar edilib.

  • “Kurtlar vadisi”nin Tataroğlusu vəfat etdi

    Türkiyənin tanınmış kino, teatr və serial aktyorlarından biri Can Gürzap vəfat edib.

    Səhnə fəaliyyətilə yanaşı, yazıçı və pedaqoq olan məşhur 79 yaşında dünyasını dəyişib.

    Gürzapın 2018-ci ildə ağır yol qəzası keçirdiyi və ölümünə həmin qəza nəticəsində yaranan fəsadların səbə olduğu bildirilir.

    Qeyd edək ki, mərhum sənətçi Azərbaycan tamaşaçısına, ilk növbədə “Kurtlar vadisi” serialında canlandırdığı Davud Tataroğlu obrazı ilə tanınıb.

    Mənbə: Cumhuriyet

  • Bakıda məktəbli qız ailəsi tərəfindən döyüldü – İDDİA – FOTO

    “Bu gün Bakıda fəaliyyət göstərən peşə məktəblərinin birində 16 yaşlı qızın ailəsi tərəfindən döyülməsi faktı aşkarlanıb”.

    Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.

    O qeyd edib ki, yeniyetmə təhlükəsizliyinin təmin edilməsi üçün sığınacağa yerləşdirilməlidir:

    “Qız qorxu içindədir və həyatı təhlükədədir. Gecə evdən döyülərək qovulub, küçədə gecələyib”.

    Elm və Təhsil Nazirliyinin tabeliyində olan Peşə Təhsili üzrə Dövlət Agentliyindən oxu.az-a bildirilib ki, hadisə dünən baş verib:

    “Qız yaşadığı evdə döyülüb. Bu gün peşə məktəbinə gəlib və rəhbərlik tərəfindən məsələ barədə dərhal Daxili İşlər Nazirliyinə və aidiyyəti qurumlara məlumat verilib”.


  • Baş nazirdən dövlət qurumlarına Şuşa ilə bağlı TAPŞIRIQ

    Baş nazir Əli Əsədov Şuşanın “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının hazırlanmasına görə qurumlara tapşırıq verib.

    Baş nazir bununla bağlı “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamla Mədəniyyət, Ədliyyə, Maliyyə, Xarici İşlər, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.