Month: December 2023

  • İran nümayəndə heyəti COP28-də iştirakdan imtina edib

    İranın energetika naziri Əli Əkbər Mehrabiyanın başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından (COP28) İsrailin iştirakı ilə bağlı çıxış edib.

    Onun sözlərinə görə, nümayəndə heyəti konfransda iştirak etmək üçün cümə axşamı BƏƏ-yə yollanıb və səfəri çərçivəsində iştirakçı ölkələrin liderləri və nümayəndələri ilə Fələstin məsələsini müzakirə etməyi planlaşdırıb. İran tərəfi iddia edib ki, İsrail nümayəndə heyətinin konfransda iştirakdan imtina etdiyinə əmin olub və israillilərin konfransda iştirakı onlar üçün çox böyük reputasiya riski daşıyıb.

    Lakin COP28-in keçirildiyi Dubaya çatanda İran nümayəndə heyətinə məlumat verilib ki, İsrail prezidenti və onu müşayiət edən nümayəndə heyəti konfransa gəliblər. Bundan sonra İslam Respublikası İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz olaraq tədbirdə iştirakdan imtina edib.
    Cümə axşamı məlum olub ki, İran Prezidenti İbrahim Rəisi İsrail Prezidenti İsxak Hersoqun iştirakı ilə bağlı iqlim konfransında iştirakdan imtina edib. Nazirlər Kabinetinin rəhbərinin əvəzinə İslam Respublikasının nümayəndə heyətinə Energetika Nazirliyinin rəhbəri başçılıq edib.

  • Ильхам Алиев поздравил президента ОАЭ

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Объединенных Арабских Эмиратов (ОАЭ) Шейху Мухаммеду бен Заиду аль-Нахайяну.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Ваше величество,

    От своего имени и от имени народа Азербайджана рад передать Вам и в Вашем лице всему Вашему народу самые искренние поздравления и добрые пожелания по случаю национального праздника Объединенных Арабских Эмиратов – Дня независимости.

    Пользуясь случаем, поздравляю Вас с официальным открытием в Вашей стране 28-й Конференции сторон Рамочной конвенции ООН об изменении климата, желаю успехов работе мероприятия.

    Развитие по восходящей линии отношений между Азербайджаном и Объединенными Арабскими Эмиратами, которые связаны друг с другом религиозными и культурными корнями, вызывает удовлетворение. Наши межгосударственные связи, основанные на взаимном доверии и поддержке, крепнут с каждым днем, расширяется сфера охвата нашего партнерства.

    Активный политический диалог между нами играет важную роль в развитии нашего взаимовыгодного сотрудничества. Вы внесли большой вклад в сохранение традиций дружбы между нашими странами, в то, что наши двусторонние отношения поднялись на нынешний уровень.

    Мы придаем особое значение углублению связей с дружественной страной и нашим надежным партнером – Объединенными Арабскими Эмиратами, полны решимости наполнить нашу совместную деятельность новым содержанием. Очередным наглядным проявлением наших братских отношений стало недавнее официальное открытие Гарадагской солнечной электростанции, построенной компанией Masdar Вашей страны и являющейся крупнейшей солнечной электростанцией в регионе.

    Уверен, что выстроенные на прочной основе наши двусторонние отношения и эффективное многоплановое сотрудничество будут и дальше успешно развиваться и укрепляться нашими совместными усилиями в интересах наших народов.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в Вашей ответственной деятельности, братскому народу Объединенных Арабских Эмиратов – постоянного благополучия и процветания”.

  • İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı – Müstəqillik Günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

    Fürsətdən istifadə edərək ölkənizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının rəsmi açılışı münasibətilə də sizi təbrik edir, tədbirin işinə uğurlar diləyirəm.

    Dini və mədəni köklərlə bir-birinə bağlı olan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimiz gündən-günə daha da möhkəmlənir, tərəfdaşlığımızın əhatə dairəsi genişlənir.

    Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Ölkələrimizin dostluq ənənələrinin qorunub saxlanmasında, ikitərəfli münasibətlərimizin bugünkü səviyyəyə yüksəlməsində sizin böyük əməyiniz vardır.

    Biz dost ölkə və etibarlı tərəfdaşımız olan Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimizin dərinləşməsinə xüsusi əhəmiyyət verir, birgə fəaliyyətimizi yeni məzmunla zənginləşdirmək əzmindəyik. Bu yaxınlarda ölkənizin “Masdar” şirkəti tərəfindən tikilən və regionda ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılışı qardaşlıq əlaqələrimizin növbəti bariz təzahürüdür.

    Əminəm ki, möhkəm təməllər üzərində qurulmuş ikitərəfli münasibətlərimiz və səmərəli, çoxşaxəli əməkdaşlığımız xalqlarımızın mənafeləri naminə bundan sonra da birgə səylərimizlə uğurla inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

    Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

  • Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

    Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Goranboy Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazalardan birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı naməlum şəxs və ya şəxslərin gecə saatlarında mağazanın qapısını sındıraraq içəri daxil olması və oradan 100 manat nağd pul və 2 911 manat dəyərində müxtəlif satış məhsullarını oğurlaması məlum olub.

    Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini, Elçibəy Fətullayev maddi sübutların bir qismi ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

    Faktla bağlı RPŞ-nin İstintaq və Təhqiqat Bölməsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

  • Azərbaycanda neçə nəfər qrip əleyhinə peyvənd vurdurub?

    Bu günədək olan statistikaya əsasən, payız-qış mövsümündə əldə edilən peyvəndlərlə TƏBİB tabeliyində olan tibb müəssisələri üzrə 1804 nəfərin vaksinasiyası aparılıb.

    Bu barədə TƏBİB-dən məlumat verilib.

    Qeyd olunub ki, 314 nəfər Bakı və Abşeron ərazisində, 1 490 nəfər isə regionlar üzrə qrip əleyhinə peyvənd olunub. Peyvənd olunan əhali qruplarının təxminən 6%-ni 18 yaşadək uşaqlar, 88%-i 18-65 yaş arası, 6%-ni 65 yaşdan yuxarı əhali qrupu təşkil edir.

    Qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir. Ölkəyə yeni gətirilən qrip əleyhinə vaksinlər Niderland istehsalı olan 4 valentli peyvəndlərdir. Əvvəlcədən doldurulmuş birdəfəlik şpris şəklində istehsal edilir.

    Bu peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və Avropa Şurasının (AŞ) tövsiyələrinə müvafiqdir. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.

    Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB tabeli rayon mərkəzi xəstəxanalarında, Bakı şəhəri üzrə isə müəyyən olunmuş müvafiq ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər.

  • Poroşenkoya ölkədən çıxmağa icazə verilmədi

    Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb.

    Bu barədə keçmiş prezidentin mətbuat xidməti məlumat yayıb.

    Belə ki, hazırda Ali Radanın (parlament) deputatı olan P. Poroşenkonun hərbi rejim zamanı xarici ezamiyyət icazəsinin olmasına baxmayaraq, bu gün Ukraynanın sərhədindən xaricə buraxılmayıb.

    Ukrayna rəsmi orqanları bu barədə heç bir açıqlama verməyiblər.

  • Azərbaycanda qızılcaya yoluxma halları artır

    “Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur”.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

    Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.
    TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var.

  • Azərbaycanda II sinif şagirdi vəfat edib – SƏBƏBİ BİLİNDİ

    Daxili İşlər Nazirliyi (DİN) Zərdab rayonunda şagirdin bədbəxt hadisə nəticəsində vəfat etməsi barədə açıqlama verib.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu.Az-a bildirib:

    “Qeyd edilən hadisə səhər saatlarında rayonun Əlvənd kəndi ərazisində baş verib. T.Feyzullayev idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olan zaman məktəblini vurub. Məktəbli xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Zərdab RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır”.

  • Naxçıvanda 11 məktəbə direktor təyin olundu

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən verilən məlumata görə, direktor vəzifəsi üzrə namizədlərin müəyyən olunması iki formada təşkil edilib:

    – Yerdəyişmə qaydalarına uyğun olaraq hazırda direktor, təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrində çalışan namizədlərin müsahibəyə cəlb edilməsi,

    – Məktəbin növbədənkənar pedaqoji şura iclasında pedaqoji heyətin rəyi əsasında seçilən 2-3 namizədin müsahibəyə cəlb edilməsi.

    Namizədlər yaradılmış komissiya tərəfindən qanunvericilik üzrə nəzəri, peşə üzrə texniki biliklər və idarəetmə bacarıqları olmaqla müsahibə ediliblər. Müsahibədə ümumilikdə 25 vakant yer üçün 55 namizəd iştirak edib.

    Namizədlər 5 ballıq sistemlə qiymətləndirilib və yekun orta balı 2,5 və daha yüksək olan namizədlər vəzifəyə uyğun hesab ediliblər. Ümumilikdə müsahibənin nəticəsinə uyğun olaraq 11 namizəd müvafiq məktəblərə direktor vəzifəsinə təyinat alıb.

    Direktor təyin olunan məktəblər:

    Heydər Əliyev adına tam orta məktəb;

    Naxçıvan şəhəri 5 nömrəli məktəb;

    Naxçıvan şəhəri 7 nömrəli məktəb;

    Naxçıvan şəhəri 17 nömrəli məktəb;

    Şərur rayonu Qaraburc kənd tam orta məktəb;

    Şərur rayonu Yuxarı Yaycı kənd tam orta məktəb;

    Babək rayonu Qahab kənd tam orta məktəb;

    Babək rayonu Göynük kənd tam orta məktəb;

    Culfa rayonu Camaldın kənd tam orta məktəb;

    Kəngərli rayonu Böyükdüz kənd tam orta məktəb;

    Şahbuz rayonu Biçənək kənd tam orta məktəb.

    Yeni təyin olunan direktorlarla dekabrın 1-də görüş keçirilib. Görüşdə iştirak edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı və Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov yeni təyin olunan direktorları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Qaydalara əsasən, tədris ili ərzində vakant olan direktor, direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

  • 50-yə yaxın şəxsi işə düzəlmək adı ilə aldadan keçmiş məhkum ƏLƏ KEÇDİ

    50-yə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən keçmiş məhkum saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində 3 nəfər rayon sakinini dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən şəxs saxlanılıb.

    Həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə məhkum olunmuş Ceyhun Bədəlov olduğu müəyyən edilib. Onun müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi, daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir.

    C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə məlumat vermələri xahiş olunur.