Month: December 2023

  • Cavanşir Məmmədovun həbsdə olan keçmiş kürəkəni yenidən şikayətçidir

    Bakıda əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin barəsindəki hökmdən kassasiya şikayəti verilib.

    Pravda.az xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası martın 3-nə təyin edilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Kemal İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi M.Kemalın şikayətini təmin etməyib.

    Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Kemal İbili C.Məmmədov və ailə üzvlərinin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. M.K.İbili isə özünü təqsirli bilmir, əksinə zərərçəkmiş olduğunu deyir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində istintaq dövrü müddəti üçün polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, təqsirləndirilən şəxs dəfələrlə verilişlərə çıxaraq C.Məmmədovun qızının onu aldatdığını, ailə quracağını deyərək ona 300 min dollara yaxın hədiyyələr aldırdığını iddia edib. O, C.Məmmədovun qızı ilə Türkiyədə Sultan Ahmet məscidində imam nikahı bağladığını qeyd edib.

    Müğənni isə iddiaları təkzib edib, İbilinin qızı ilə nikahı olmadığını deyib.

  • Центробанк планирует использовать ИИ

    Одной из целей, поставленных Центральным банком Азербайджана (ЦБА) на грядущий год, является улучшение макроэкономического прогнозирования за счет рассмотрения возможности использования искусственного интеллекта (ИИ) в анализе и экономических моделях.

    Об этом говорится в заявлении структуры об основных направлениях денежно-кредитной политики на 2024 год.

    “Основная задача заключается в принятии решений по денежно-кредитной политике, учитывая результаты теоретически и эконометрически адекватных моделей. Модельный аппарат будет усовершенствован на основе последних научных исследований в области макроэкономики и количественных методов, проведенных азербайджанскими и зарубежными экспертами, а также на основе передового опыта центральных банков. Будут расширены альтернативные статические показатели, а также продолжится формирование крупной базы микроэкономических данных”, – отмечается в сообщении.

  • Azərbaycan Mərkəzi Bankı süni intellektdən istifadə edəcək

    Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü ildə qarşısına qoyduğu hədəflərdən biri analitik təhlillər və iqtisadi modellərdə süni intellektin istifadəsini nəzərdən keçirməklə makroiqtisadi proqnozvermə qabiliyyətinin təkmilləşdirilməsidir.

    Bu barədə AMB-nin 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

    “Əsas məqsəd pul siyasəti qərarlarını nəzəri və ekonometrik cəhətdən adekvat modellərin nəticələrini nəzərə almaqla qəbul etməkdir. Model aparatı yerli və xarici ekspertlərin makroiqtisadiyyat və kəmiyyət metodları üzrə son elmi araşdırmaları, mərkəzi bankların qabaqcıl təcrübələri əsasında təkmilləşdiriləcək. Alternativ statik göstəricilər genişləndiriləcək, makroiqtisadi məlumatlardan təşkil olunmuş irihəcmli verilənlər bazasının formalaşdırılması davam etdiriləcək”, – deyə Bəyanatda qeyd olunub.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Февральские фьючерсы на марку WTI подешевели на 0,18% – до 73,98 доллара за баррель, а на Brent – на 0,05%, до 79,61 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri necə dəyişib?

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 0,18% ucuzlaşaraq, bir barelinin qiyməti 73,98 ABŞ dolları olub.

    “Brent” markalı neftin fevral füçersləri 0,05% ucuzlaşaraq, bir barelinin qiyməti 79,61 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Пути обеспечения на освобожденных территориях очищаются от снега – ВИДЕО

    Принимаются необходимые меры по организации служебно-боевой деятельности подразделений, дислоцированных в труднопроходимой горной местности, на высоком уровне в любых погодных условиях.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Инженерно-саперные подразделения азербайджанской армии очищают от снега пути обеспечения на освобожденных территориях и поддерживают их в рабочем состоянии, обеспечивая безопасное и непрерывное движение колонн автомобильной и боевой техники.

    Мероприятия по инженерному обеспечению будут продолжены в плановом порядке и в предстоящем году.

  • Ordumuzun təminat yolları qar örtüyündən təmizlənir – VİDEO

    Çətin relyefli və dağlıq ərazilərdə dislokasiya olunan bölmələrin istənilən hava şəraitində xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri tədbirlər davam etdirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təminat yolları qar örtüyündən təmizlənərək daim işlək vəziyyətdə saxlanılır, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunur.

    Mühəndis təminatı üzrə tədbirlər plana uyğun olaraq növbəti ildə də davam etdiriləcək.

  • В Баку два человека отравились угарным газом

    В поселке Сулутепе Бинагадинского района Баку зафиксирован факт отравления с летальным исходом.

    Как сообщает Report, Эльнур Гулиев (1975 г.р.) и Эльшан Алиев (2000 г.р.) скончались от отравления угарным газом в частном жилом доме, расположенном на улице Руслана Аллахвердиева.

    По данному факту ведется расследование.

  • Paytaxtda iki nəfər dəm qazından zəhərlənərək ölüb

    Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb.

    “Report” xəbər verir ki, 1975-ci il təvəllüdlü Elnur Rəhman oğlu Güliyev və 2000-ci il təvəllüdlü Elşən Hüseyn oğlu Əliyev birlikdə yaşadıqları Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

    Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Баку сильный ветер повалил дерево на автомобили – ВИДЕО

    В Баку в результате сильного ветра были повреждены несколько автомобилей.

    Как сообщает Вaku.ws, упавшее дерево на улице генерала Мехмандарова в поселке Ахмедли повредило автомобиль Hyundai Sonata. Ветки дерева нанесли ущерб и другим припаркованным рядом транспортным средствам.

    Отметим, что сильный северо-западный ветер, максимальная скорость которого прогнозируется на уровне 18-23 м/с, местами 25-30 м/с, сохранится до вечера 28 декабря. В некоторых частях полуострова порывы могут достигать 33-38 м/с.