Month: December 2023

  • Bakıda turistlərə bələdçilik edən ingilis: “İçərişəhərin tarixi mənə hər zaman maraqlı olub” – VİDEO

    “İçərişəhərdə turistləri gəzdirirəm. Bu işə yeni başlamağıma baxmayaraq buranın tarixi mənə hər zaman maraqlı olub”.

    Bu sözləri ingiltərəli iş adamı Henri Verren deyib.

    O bildirib ki, Bakıda turistlərə bələdçilik edir.

    Azərbaycanlı xanımla ailə həyatı quran Henri daha sonra isə öz təsərrüfatını yaradıb.

    Hazırda bir neçə rayonlarda arıçılıqla məşğuldur.

    Daha ətraflı İTV-nin süjetində:

  • Vanqanın 2024-cü il üçün proqnozları AÇIQLANDI

    “Balkan Nostradamus”u adlandırılan Vangeliya Quşterovanın pərəstişkarları iddia edirlər ki, yeni ildə kimyəvi silahlarla hücumlar və dünya liderlərinə sui-qəsdlər gözlənilir. Digər proqnozlar arasında Rusiya prezidenti Vladimir Putinin adı çəkilir. Ona Kreml ətrafındakı bir şəxs tərəfindən təhlükə gözlənildiyi iddia edilir.

    Median.Az sfera.az-a istinadən xəbər verir ki, bəziləri Vanqanın proqnozlarını “qondarma” adlandırsa da, Bolqarıstan çarı III Boris və Sovet baş katibi Leonid Brejnev kimi liderlərin onunla məsləhətləşdiyinə dair sübutlar da var. Vanqanın proqnozlarına görə, Ukraynada müharibə davam edəcək, dünyada qeyri-müəyyənlik olacaq. Adı açıqlanmayan “böyük ölkə” bioloji silahla hücumlar həyata keçirəcək.

    Qeyd edək ki, Bolqarıstanlı mistik Vanqa erkən yaşlarından gələcəkdə baş verəcək hadisələri təsvir etməyə başlayıb. Güman edilir ki, tornado onu görmə qabiliyyətindən məhrum etdikdən sonra o, Tanrı tərəfindən “görmə hədiyyəsi” qazanıb. 1996-cı ildə vəfat etsə də, izləyiciləri geridə qalan qeydləri oxumağa və dəhşətli proqnozlar verməyə davam edirlər. Bəzi pərəstişkarları onun Şahzadə Diananın ölümünü, Kursk sualtı qayığındakı qəzanı, 11 sentyabr hücumunu və koronavirus pandemiyasını qabaqcadan görə bildiyini iddia edirlər.

    İddia olunur ki, 2024-cü ildə baş verəcək hadisələr siyahısına silah yoldaşı və həmyerlisinin əli ilə öləcəyi iddia edilən Rusiya prezidenti Putinə sui-qəsd də ola bilər. Ukraynada müharibə davam edəcək, Putindən sonrakı dünyada qeyri-müəyyənlik olacaq. Vanqaya görə, 2024-cü ildə Avropanı terror hücumları bürüyəcək.

    Görücü Avropada böyük iqtisadi böhranın olduğunu da iddia edib. Geosiyasi gərginlik qlobal iqtisadiyyatı xaosa sürükləyəcək.

    Vanqanın 2024-cü il üçün müsbət proqnozları

    Vanqanın müsbət proqnozları arasında Alzheimer xəstəliyi və xərçəng kimi xəstəliklərin yeni müalicə üsullarının ortaya çıxması, həmçinin kvant mühəndisliyi kimi texnologiya sektorunda irəliləyişlər var.

    Bu proqnozlar təkcə 2024-cü illə məhdudlaşmır. 2028-ci ildə qlobal qıtlığın dayandırılacağı, 2076-cı ildə kommunizmin geri dönəcəyi və 2304 nəfərin zamana səyahət edə biləcəyi gözlənilir.

    Bütün bunlar kifayət qədər skeptisizmlə qarışdırılır. Məsələn, ötən il Vanqa həm də kosmik fırtınanın planeti vuracağını, nüvə bioloji silahlı hücumlar proqnozlaşdırmışdı. İlin sonuna sayılı günlər qalıb, gözləyək.

  • AQTA-ya yeni səlahiyyət verildi

    Nazirlər Kabineti 27 yanvar 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Ovçuluğun aparılması Qaydaları” və “Ovçuluq təsərrüfatları haqqında Əsasnamə”də dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra ovçular və ovçuluq təsərrüfatları vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatlarına, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidir.

  • Sergey Lavrov Rusiyanın Ermənistanda yerləşən hərbi bazası ilə bağlı açıqlama verdi

    “Rusiya hərbi bazasının Ermənistanda yerləşməsi müqaviləyə uyğun olaraq həyata keçirilir, onun respublika ərazisində yerləşməsinin məqsədəuyğunluğu barədə söhbətlər təhlükəlidir”.

    Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair eksklüziv müsahibəsində deyib.

    “Biz 102-ci Rusiya hərbi bazasının Ermənistan ərazisində yerləşməsinin məqsədəuyğunluğu ilə bağlı müzakirələri təhlükəli hesab edirik. Bazanın orada yerləşdirilməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb və ilk növbədə milli maraqlara və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi üzrə dövlətlərimizin ümumi məqsədlərinə əsaslanır”, – deyə nazir bildirib.

    Xatırladaq ki, 2010-cu il avqustun 20-də Rusiya və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıblar. Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi aparır.

    Mənbə: TASS

  • DYP-dən moped sürücülərinə XƏBƏRDARLIQ – FOTO

    Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.

    Bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə xəbərdarlığında deyilir.

    Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır:

    “Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

    DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir”.

  • Bakıda soyğunçuluq edən şəxs saxlandı

    Bakıda soyğunçuluq yolu ilə telefon talayan şəxs saxlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən edilərək saxlanılıb.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,31 доллара (0,37%) и составила 84,51 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti bahalaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə müqayisədə 0.31 ABŞ dolları və ya 0,37% artaraq 84,51 ABŞ dollarına yüksəlib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • Konstitusiya Məhkəməsindən vərəsəlik hüququ ilə bağlı QƏRAR

    Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən maddələri ləğv olunub.

    Bu barədə Konstitusiya Məhkəməsindən məlumat verilib.

    Bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Ali Məhkəmənin sorğusu əsasında Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

    Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin,Vəkillər Kollegiyasının və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına Halle-Vittenberq Universitetinin Beynəlxalq iqtisadi hüquq və müqayisəli hüquq üzrə professoru A.Əliyev və Azərbaycan Diplomatik Akademiyasının və Martin Lüter adına Halle-Vittenberq Universitetinin birgə doktorantura layihəsi çərçivəsində doktorantı N.Rəsulzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, qərar qəbul edib.

    Qərarda deyilir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.

    Məcəllənin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilib.

    Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilib.

    Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

    Qeyd edək ki, Mülki Məcəllənin 1246-cı maddəsinə (Mirasın qəbul edildiyi müddət) əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

    Məcəllənin 1273-1-ci maddəsində (Vərəsənin susması) isə qeyd edilib ki, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

    Konstitusiyanın 29-cu maddəsi (Mülkiyyət hüququ) aşağıdakı kimidir:

    I. Hər kəsin mülkiyyət hüququ vardır.

    II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

    III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

    IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

    V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur.

    VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

    VII. Dövlət vərəsəlik hüququna təminat verir.

  • Бывший зять Джаваншира Мамедова вновь подал апелляцию

    Подана кассационная жалоба на приговор в отношении Мустафы Кемаля Ибили – бывшего мужа Хатиры Мамедовой, дочери заслуженного артиста Джаваншира Мамедова, с которой он состоял в неофициальном браке.

    Как сообщает pravda.az, жалоба будет рассмотрена под председательством судьи Верховного суда Ильгара Гылыджова.

    Предварительное заседание суда назначено на 3 марта.

    Бакинский суда по тяжким преступлениям приговорил Ибили к 6 годам и 6 месяцам лишения свободы. Он был арестован в зале суда. Бакинский апелляционный суд не удовлетворил его жалобу.

    Отметим, гражданин Турции Мустафа Кемаль Ибили обвиняется в хищении крупной суммы денег у Дж.Мамедова и членов его семьи. М.К.Ибили не признает свою вину, напротив, он считает себя потерпевшим. Ему предъявлено обвинение по статье по статье 178.3.2 (мошенничество с причинением крупного ущерба) Уголовного кодекса Азербайджанской Республики. В отношении Ибили была избрана мера пресечения в виде передачи его под надзор полиции на период следствия.

    Напомним, обвиняемый неоднократно появлялся в эфире телепередач и утверждал, что дочь Дж.Мамедова обманула его, пообещав выйти за него замуж и заставив приобрести подарки на сумму около 300 000 долларов. Он отметил, что заключил с ней брак (никах) в мечети Султанахмет в Турции.

    Певец опроверг обвинения и заявил, что его дочь не замужем за Ибили.