Month: December 2023

  • В результате проливных дождей в ДР Конго погибли не менее 22 человек

    По меньшей мере 22 человека погибли в результате проливных дождей в провинции Центральное Касаи в Демократической Республике Конго (ДРК).

    Об этом сообщило агентство Reuters со ссылкой на местных властей.

    Так, дождь вызвал подтопления и оползни. Губернатор провинции заявил, что наибольшему удару подвергся район Кананга в одноименном городе.

    Правительство Центрального Касаи проведет оценку материального ущерба от ЧП.

  • Konqoda güclü yağışlar onlarla insanın həyatına son qoyub

    Konqo Demokratik Respublikasının Mərkəzi Kasai əyalətində çərşənbə axşamı yağan güclü yağışlar nəticəsində azı 22 nəfər həlak olub.

    Bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

    Belə ki, yağış sel və torpaq sürüşməsinə səbəb olub. Əyalət qubernatoru bildirib ki, təbii hadisədən ən çox eyniadlı şəhərin Kananqa rayonu zərər çəkib.

    Mərkəzi Kasai hökuməti fövqəladə vəziyyətin vurduğu maddi ziyanı qiymətləndirəcək.

  • Bakıda dəm qazının miqdarı normadan yüksək oldu

    Gün ərzində çirkləndirici qaz qarışıqlarından Bakı üzrə dəm qazının miqdarı normadan 1.1 dəfə yüksək müəyyən edilib.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

  • Rus ordusu mühüm postu ələ keçirdi

    Rusiya ordusunun 20-ci motoatıcı diviziyası Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin strateji əhəmiyyətli dayaq məntəqəsinə nəzarəti ələ keçirib.

    Bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.

    Məlumata görə, rus ordusu intensiv atəş altında hücuma keçib:

    “Rusiyalı hərbçilər dörd ukraynalı əsgərin yerləşdiyi dayaq nöqtəyə yaxınlaşa biliblər. Döyüşdə Ukrayna Silahlı Qüvvələrinin iki hərbçisi məhv edilib, biri yaralanıb, biri isə əsir götürülüb. Bundan əlavə, Qərb silahlarının böyük arsenalını ələ keçirmək mümkün olub. Qənimətlər arasında on ədəd NLAW tank əleyhinə raket sistemi və beş ədəd “Javelin” tank əleyhinə raket sistemi də var. Rusiya hərbçiləri dörd ədəd İsveç AT-4 əl qumbaraatanı, atıcı silahlar, müşahidə və rabitə vasitələri, qaz maskaları da aşkar ediblər”.

  • Sabah güclü külək əsəcək

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşama doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

    Havanın temperaturu gecə 5-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Əsasən Böyük Qafqazın ayrı-ayrı yerlərində intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaq.

  • Davamlı ağrıkəsici istifadə edənlərin diqqətinə

    Ağrı bədəndəki problemi xəbər verən siqnalizasiya sistemidir və orqanizmə faydalıdır. Əgər biz ağrıkəsici ilə onu keyitsək, narahatlığa səbəb olan əsas xəstəlik getdikcə inkişaf edir. Nəticədə xroniki fazaya keçən xəstəliyin müayinəsi çətinləşir.

    Bu sözləri nevroloq Qalib Əsədov söyləyib.

    O bildirib ki, ağrıkəsicilərin nəzarətsiz istifadəsi ölümə qədər gətirib çıxara bilər:

    “Qan təzyiqi yüksək birinin ağrını kəsmək məqsədilə istifadə etdiyi preparat müvəqqəti rahatlıq yaratsa da, beyinə qan sızması (hematoma) verə bilər. Hətta bəzi insanlarda bu preparatlara qarşı allergik reaksiya olur. Anafilaktik şok – (ildırım sürətiylə allergik reaksiya) deyilən prosses baş verdikdə, insan nəfəs yolu spazmı səbəbi ilə boğula, yaxud təzyiqin kəskin düşməsi nəticəsində həyatını itirə bilər”.

    Ağrıkəsicilərin asılılıq yaratmaq xüsusiyyətinə toxunan həkim vurğulayıb ki, reseptsiz satılan və tərkibində narkotik maddə olmayan dərmanlar heç bir asılılıq yarada bilməz:

    “Buna baxmayaraq mədəsində xora, qastrit olan, böyrək, yaxud qaraciyər problemi yaşayan insanlar bu dərmanları həkim nəzarətində istifadə etməlidir. Həddən çox dərman istifadəsi digər orqanları sıradan çıxara bilər. Buna görə uşaqların, yeniyetmələrin və orta yaşlı insanların da diqqətli olması tövsiyə olunur”.

  • Bakıda mənzildə meyit tapılıb

    Bakıda mənzildə meyit tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub

    Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub.

    Elşad Abdullayev Sumqayıt Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru vəzifəsinə təyin edilib.

    E.Abdullayev 2009-2018-ci illərdə Radiasiya Problemləri İnstitutunda ardıcıl olaraq kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışıb. 2019-2023-cü illərdə Bakı Mühəndislik Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb. 2023-cü ilin noyabr ayında Sumqayıt Dövlət Universitetində rektorun müşaviri vəzifəsinə təyin olunub.

    2016-cı ildə isə “Nüvə kimyası” ixtisası üzrə dosent elmi adı alıb. Ümumilikdə 60-dan çox elmi əsəri (o cümlədən 1 patent və 26 məqaləsi) çap edilmişdir. 2021-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib. 2022-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

  • Хачынчайское водохранилище обеспечит водой 7 тыс. гектаров земли

    После Отечественной войны комиссия ОАО “Мелиорация и водное хозяйство” осмотрела Хачынчайское водохранилище и составила дефектный акт.

    Об этом сказал начальник Агдамского управления механического орошения Хафиз Азимзаде.

    Начальник управления отметил, что это водохранилище в течение 29 лет незаконно эксплуатировалось армянами, часть оборудования пришла в негодность.

    По его словам, Хачынчайское водохранилище, расположенное на территории Агдамского района, было сдано в эксплуатацию в 1964 году в целях орошения посевных площадей на территории 7 000 гектаров.

    Отметим, что Хачынчайское водохранилище было введено в эксплуатацию 24 декабря текущего года после проведения ремонтно-восстановительных работ.
    //report

  • Xaçınçay su anbarı 7 min hektar torpaq sahəsini su ilə təmin edəcək

    Vətən müharibəsindən sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin komissiyası Xaçınçay su anbarına baxış keçirib və qüsur aktı tərtib edib.

    Bunu Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə deyib.

    “Müəyyən olunub ki, bu su anbarı 29 il müddətində ermənilər tərəfindən qanunsuz istismar edilib və baxımsız qalıb. Bir sıra avadanlıqların yararsız hala düşməsi müəyyən edilib. 2021-ci ildən başlanan əsaslı təmir işləri nəticəsində 940 metr uzunluğunda bənd yenidən beton üzlüyə alınıb. Həmçinin 7 000 metrlik suaparıcı kanal beton üzlüyə alınaraq üzərində hidrotexniki qurğular quraşdırılıb.

    Gölün təmir dövründə inzibati bina və mühafizəçi binası da tikilərək istifadəyə verilib”,- H. Əzimzadə bildirib.

    Onun sözlərinə görə, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib: “Məqsəd 7 000 hektar ərazidə əkin sahələrinin suvarılmasıdır. Anbarın uzunluğunun 2 500 metr, eninin 1 500 metr, üzərindəki bəndin uzunluğunun 940 metr, su səthinin güzgü sahəsinin 176 hektar olması burada 23 milyon kubmetr su ehtiyatı toplamağa imkan verir. Minerallarla zəngin sudan istifadə edilməklə becərilən torpaqlar daha məhsuldar olur”.

    Qeyd edək ki, Xaçınçay su anbarı təmir-bərpadan sonra bu ilin dekabrın 24-də istifadəyə verilib.