Month: December 2023

  • Bakıda evdə meyit tapılıb

    Bakıda evdə meyit tapılıb.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

    Evə daxil olan xilasetmə qrupu orada meyit aşkarlayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

  • Минздрав: Нет данных о распространении нового штамма COVID-19 в Азербайджане

    У Минздрава нет данных о распространении нового штамма COVID-19 в Азербайджане.

    Об этом Report заявил специалист-эксперт Минздрава, инфекционист Тайяр Эйвазов.

    Инфекционист рассказал, что быстро распространяемый в США штамм JN1 является подтипом омикрона: “От своего предшественника – штамма пирола он отличается только степенью контагиозности. Всемирная организация здравоохранения пока оценивает этот подтип как “представляющий интерес”. Не подтверждено, что он спровоцирует более серьезные осложнения. Напротив, в последнее время, несмотря на рост числа случаев заражения в некоторых странах, наблюдается снижение показателей смертности. Данных о распространении этого подтипа вируса в Азербайджане нет”.

  • Nazirlik: “COVID-19-un yeni ştamının Azərbaycanda yayılması haqqında məlumat yoxdur”

    COVID-19-un ABŞ-də yayılan yeni ştamının Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur.

    Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

    İnfeksionist yeni ştamla bağlı bildirib ki, yeni “JN1” ştamı “Omikron”un altnövüdür: “Sələfi olan “Pirola” ştamından yalnız yoluxuculuq sürətinə görə fərqlənir. Ümumdünya Səhiyyə Təşkilatı hələ ki bu altnövü maraq kəsb edən variant kimi dəyərləndirir. Onun daha ağır xəstəlik halları törədəcəyi təsdiq olunmur. Əksinə, son zamanlar bəzi ölkələrdə yoluxma hallarının sayında artımların olmasına baxmayaraq, ölüm hallarında azalma müşahidə edilir. Virusun bu altnövünün Azərbaycanda yayılması haqqında heç bir məlumat yoxdur”.

  • В Иркутской области произошло землетрясение магнитудой 5,1

    Землетрясение магнитудой 5,1 произошло в Иркутской области.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает байкальский филиал Единой геофизической службы РАН.

    “Зарегистрировано землетрясение: 56.92 [градуса] северной широты, 108.73 [градуса] восточной долготы. <…> Энергетический класс: 13.2”, – говорится в справке сейсмологов. На основании их данных, магнитуда составила 5,1.

    По информации регионального главка МЧС, интенсивность в Усть-Куте Иркутской области составила 4 балла, а в Иркутске – 2 балла. “Объекты инфраструктуры работают в штатном режиме. Разрушений нет”, – пояснили в МЧС.

  • Rusiyada zəlzələ olub

    Rusiyanın İrkutsk vilayətində 5,1 maqnitudada zəlzələ baş verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Baykal bölməsi məlumat yayıb.

    Fövqəladə Hallar Nazirliyinin regional qərargahının məlumatına görə, İrkutsk vilayətinin Ust-Kut şəhərində zəlzələnin intensivliyi 4 bal, İrkutskda isə 2 bal olub.

    Qeyd edilib ki, zəlzələ nəticəsində dağıntılar olmayıb.

  • Mingəçevirdə qanunsuz balıq satışı ilə məşğul olan şəxslər cəzalandırılıb

    Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə hüquqazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Mingəçevir su anbarında və Kür çayında qanunla qadağan edilmiş vasitələrdən istifadə edilməklə həyata keçirilən balıq ovuna, eləcə də ekoloji cinayətlərə qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar balıqçılarla profilaktiki söhbət aparılıb, onlara qanun pozuntusuna yol verməməyi tövsiyə olunub.

    Həmçinin, polis əməkdaşları tərəfindən yol kənarında, müəyyən edilməmiş yerlərdə balıq satışını həyata keçirən şəxslərə qarşı nəzarət-yoxlama tədbirləri keçirilib. Qanunvericiliyin tələbləri onlara izah olunub və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

  • Azərbaycanda 30 dekabr qısaldılmış iş günü olacaq

    Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) xəbər verilib.

    Bildirilib ki, Nazirlər Kabinetinin 2023-cü il 9 dekabr tarixli Qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

    Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 30 dekabr tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır.

    “Əmək və Məşğulluq” altsistemində bu barədə işəgötürənlər üçün məlumat da yerləşdirilib.

  • Həbsxanada ədliyyə zabitini yandıran məhbusa cəza verildi

    Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində ədliyyə zabitinə qarşı zorakılıq etmiş məhbusa növbəti hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, bir neçə ay əvvəl cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan məhbus, 1966-cı il təvəllüdlü V.Eyyubov (şərti – red.) dəhlizin nəfəsliyindən tərbiyə işinin təşkili şöbəsinin böyük inspektoru (dəstə rəisi) vəzifəsində işləyən ədliyyə mayorunun üzərinə qaynar su töküb.

    İkinci dərəcəli termiki yanıq xəsarəti alan ədliyyə zabitinə tibbi yardım göstərilib.

    Bundan sonra məhbus barəsində Cinayət Məcəlləsinin 317.3-cü (Cəzaçəkmə müəssisəsi əməkdaşına zor tətbiq etmə) maddəsi ilə iş açılıb. 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilən və 3 il 6 ay müddətinə həbs edilən şəxsin barəsindəki yeni cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmədə ədliyyə zabiti V.Eyyubovun müəssisənin qaydalarını pozduğunu bildirib və bu səbəbdən onun cərimə təcridxanasına salındığını, daha sonra isə qisas məqsədilə ona qaynar su ataraq xəsarət yetirdiyini deyib.

    Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhbusa yeni cinayət işi üzrə 7 il 6 ay həbs cəzası verilib. Onun əvvəlki cinayət işindən 1 il 8 ay həbs müddəti ilə yeni hökm birləşdirilərək yekunda 8 il həbs cəzası təyin edilib.

  • В отеле в центре Баку произошел пожар? – ВИДЕО

    Министерство по чрезвычайным ситуациям (МЧС) Азербайджана изучило кадры, распространенные в соцсети, на которых запечатлен клуб дыма, поднимающийся над зданием известного отеля в центре Баку.

    Как сообщили в пресс-службе МЧС в ответ на запрос АПА, информация о пожаре в центре столицы в ведомство не поступала.

    “Данные кадры не отражают действительности”, – добавили в министерстве.

  • Bakının məşhur hotelindəki tüstülənməyə FHN-dən REAKSİYA – VİDEO

    Paytaxtın mərkəzində yanğın olması barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılıb.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

    Qeyd olunub ki, Bakının mərkəzində hər hansı yanğın barədə nazirliyə məlumat daxil olmayıb:

    “Yanğınla bağlı yayılan görüntülər həqiqəti əks etdirmir”.

    Xatırladaq ki, binada məşhur hotel şəbəkələrindən biri fəaliyyət göstərir.