Month: December 2023

  • Суд прекратил уголовное дело в отношении экс-президента Армении

    Суд общей юрисдикции Еревана принял решение прекратить дело в отношении второго президента Роберта Кочаряна из-за срока давности инкриминируемого ему обвинения – получения взятки в особо крупных размерах.

    Об этом Median.Az передает со ссылкой на ТАСС.

    Сообщается, что Кочаряна обвиняли в получении взятки в размере 3 млн долларов от бизнесмена Сильвы Амбарцумян, срок давности истек в мае, а на предыдущем заседании экс-глава Армении не возразил против прекращения уголовного преследования на основе истечения срока давности.

  • Ermənistanın eks-prezidentinə qarşı cinayət işinə xitam verilib

    Ermənistanın eks-prezidenti Robert Koçaryana qarşı cinayət işinə xitam verilib.

    Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu qərarı Anna Danibekyanın sədrlik etdiyi ümumi yurisdiksiya məhkəməsi qəbul edib.

    Prokuror qeyd edib ki, bu iş üzrə iddia müddəti may ayında başa çatsa da, dekabrın 26-da ikinci prezidentin vəkilləri cinayət işinə xitam verməyə razılaşıblar.

    Xatırladaq ki, Robert Koçaryan və baş nazirin keçmiş müavini Armen Gevorkyan eyni cinayət işi üzrə təqsirləndirilir. İkinci prezident iş adamı Silva Ambartsumyandan külli miqdarda rüşvət (3 milyon dollar) almaqda, Gevorkyan isə çirkli pulların yuyulmasında ittiham olunub.

  • Ermənistanı Rusiya ilə əlaqələndirən yol qismən açıldı

    Ermənistanı Rusiya ilə əlaqələndirən yol qismən açılıb.

    Gürcüstandan Rusiyaya Yuxarı Lars keçid məntəqəsi vasitəsilə minik nəqliyyat vasitələri üçün yol açılıb.

    Bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vahan Akopyan bildirib.

    Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan Rusiya sərhədində yerləşən Yuxarı Lars sərhəd keçid məntəqəsi bir müddət tamamilə bağlanmışdı.

    ///APA

  • “LUKOYL”un sabiq prezidenti və Baş icraçı direktoru Prezident İlham Əliyevi təbrik edib

    Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

    “İcazə verin, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim.

    Sizin müdrik rəhbərliyinizlə həyata keçirilən ardıcıl dərin islahatlar və müasirləşdirmə siyasəti, ölkə iqtisadiyyatının davamlı və balanslaşdırılmış inkişafının təmin edilməsi üzrə düşünülmüş tədbirlər sistemi bütün dünya tərəfindən qəbul olunur. Respublikada energetika və inşaat kompleksləri, yüngül və ağır sənaye, nəqliyyat infrastrukturu, sosial, elm və mədəniyyət sahələri uğurla inkişaf etdirilir.

    “LUKOYL” şirkətinin Azərbaycandakı fəaliyyətinə göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Cari layihələr üzrə öhdəlikləri tam həcmdə yerinə yetirmək, eləcə də Azərbaycandakı tərəfdaşlarımızla uzunmüddətli əməkdaşlığımızı genişləndirmək və möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.

    Zati-aliləri, icazə verin, Sizə uzun ömür və möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tərəqqi, Azərbaycan Respublikasının inkişafı və onun dost xalqının rifahının daha da yaxşılaşdırılması naminə ali dövləti vəzifənizdə yeni uğurlar arzulayım”, – məktubda deyilir.

    Rusiyanın “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin Baş icraçı direktoru Vadim Vorobyov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    İcazə verin, doğum gününüz münasibətilə “LUKOYL” Publik Səhmdar Cəmiyyətinin rəhbərliyi adından və şəxsən öz adımdan Sizi ən səmimi arzularımla təbrik edim.

    Zəngin və peşəkar təcrübəniz, təşkilatçılıq istedadınız, şəxsi keyfiyyətləriniz Sizə ölkədə və ölkədən kənarda həmkarlarınızın, tərəfdaşlarınızın layiqli hörmətini qazandırıb. Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə dayanıqlı və dinamik inkişaf nümayiş etdirir. Aktual dövlət vəzifələri uğurla icra edilir, investisiya mühitinin yaxşılaşdırılmasına və xarici tərəfdaşlarla iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsinə yönəlmiş ardıcıl fəaliyyət həyata keçirilir.

    Fürsətdən istifadə edərək Azərbaycan Respublikasında “LUKOYL”un fəaliyyətinə şəxsən göstərdiyiniz dəstəyə və daimi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İcazə verin, Sizi əmin edim ki, biz iki ölkənin maraqları naminə qarşılıqlı əməkdaşlığı bundan sonra daha fəal şəkildə inkişaf etdirmək niyyətindəyik.

    Zati-aliləri, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm”, – məktubda deyilir.

  • Azərbaycanda avtovağzallar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

    Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 28 dekabr – 7 yanvar tarixlərində gücləndirilmiş iş rejimində çalışacaq.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

    Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

    Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.

    Bildirilir ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək.

    Vətəndaşlar biletləri “biletim.az” portalından onlayn qaydada, həmçinin avtovağzalların gündəlik və qabaqcadan satış kassalarından əldə edə bilərlər.

  • Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib

    Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

    Dəyişikliyə əsasən, Komissiyanın statusu dəyişib və Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya olub.

    Bununla yanaşı, Komissiyanın sədri Baş nazirinin birinci müavini deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi olacaq.

    Komissiyanın yeni tərkibini təqdim edirik:

    Komissiyanın sədri

    Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

    Komissiyanın üzvləri

    Azərbaycan Respublikası müdafiə nazirinin müavini

    Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

    Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

    Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

    Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini

    Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini

    Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

    Azərbaycan Respublikası maliyyə nazirinin müavini

    Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini

    Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

    Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini

    Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini

    Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.

  • 10-dan çox şirkəti olan iş adamının dövlətə 300 min borcu var – “Stop” qoyuldu

    Azərbaycanda 10-dan çox şirkətin qanuni təmsilçisi olan şəxsin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə külli miqdarda vergi borcu üzə çıxıb.

    Qaynarinfo-nun məlumatına görə, sözügedən dövlət qurumu tərəfindən ixtisaslaşdırılmamış topdan satışı ilə məşğul olan “Futsertal” MMC, dəftərxana ləvazimatlarının topdan satışını həyata keçirən “Adafdest Terade” MMC, kompüterlərin topdan satışı ilə məşğul olan “Dener-RH Servce” MMC, geyimlərin pərakəndənı hıyata keçirən “Montera” MMM və digər şirkətlərin qanuni təmsilçisi olan Əsgərov Əjdər Əkbər oğlu barəsində məhkəməyə müraciət edilib.

    Əsgər Əjdərovun təkcə bir neçə MMC-sinin 1577.07,87 manat vergi borcu var. Ümumilikdə isə məbləğ 300 min manata yaxındır.

    Məhkəmənin qərarı ilə Əjdər Əsgərovun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək məhdudlaşdırılıb.

  • Ordubadda yeni otel kompleksi, uşaq bağçası və məktəb binası tikiləcək

    Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.

    Görüşdən əvvəl səlahiyyətli nümayəndə Fuad Nəcəfli və Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ümummilli Liderimiz Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

    Sonra vətəndaşları qəbul edən səlahiyyətli nümayəndə ötən dövrdə də sakinlərlə görüşlərin keçirildiyini, bu cür görüşlərin nöqsan və çatışmazlıqların müəyyənləşdirilməsi və həllində mühüm rol oynadığını bildirib. Vurğulayıb ki, il ərzində rayonun bir sıra yaşayış məntəqələrində su təminatı yaxşılaşdırılıb, yollar yenidən qurulub, körpülər tikilib və digər tədbirlər görülüb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın belə tədbirlərin növbəti ildən daha geniş və əhatəli şəkildə təşkilinə imkan verəcəyini bildirən Fuad Nəcəfli qeyd edib ki, gələn ildən Ordubadda da mühüm infrastruktur layihələri reallaşdırılacaq. Azərbaycanın turizm incisi olan Ordubad şəhərində yeni otel kompleksi tikiləcək, şəhərin Anbaras və Sərşəhər məhəllələri şəhərin yeni baş planına uyğun yenidən qurulacaq, Ordubad abidələri və tarixi yerlər elmi əsaslarla, orijinal quruluşu saxlanılmaqla bərpa olunacaq, şəhərdə inşa olunacaq Şəhidlər Memorial Abidə Kompleksində Ordubadın qəhrəman oğullarının xatirələri əbədiləşdiriləcək. Bundan başqa Ordubad şəhərində yeni uşaq bağçası, yeni istehsal müəssisələri, Kələntər Dizə kəndində müasir məktəb binası inşa olunacaq, qəsəbə və kəndlərdə infrastrukturlar yenilənəcək, yollar və körpülər inşa ediləcək. Bütün bunlar əhalinin rifah halını yüksəldəcək.

    F.Nəcəfli söyləyib ki, ötən dövrdə aparılan vətəndaş qəbulları nəticəsində qlobal istiləşmə zəminində muxtar respublikada əhalinin ən çox əziyyət çəkdiyi problemlərin əsasında içməli su təminatının dayandığı müəyyən edilib. Naxçıvanda bu baxımdan ən çox əziyyət çəkən 12 yaşayış məntəqəsi müəyyənləşdirilib və Heydər Əliyev Fondu tərəfindən mövcud problemlərin qısa zamanda aradan qaldırılması üçün vəsait ayrılıb. Bu yaşayış məntəqələri sırasında Ordubadın Düylün kəndi də var.

    Səlahiyyətli nümayəndə qeyd edib ki, ölkəmiz üçün olduqca uğurlu il olan 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini, Ulu Öndərin siyasətini uğurla davam etdirərək ölkəmizi zəfərdən zəfərə aparan cənab İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 20 illiyini və digər mötəbər tədbirləri qeyd etdik. Azərbaycanımızın ərazi bütövlüyü və suverenliyimiz tam bərpa olundu. Növbəti il isə ölkəmizin bütün ərazisində prezident seçkilərinin keçirilməsi ilə yaddaqalan olacaq.

    F.Nəcəfli bu cür görüşlərdə fəal iştirak etməklə mövcud problemlərin gündəmə gətirilməsinə və həllinə dəstək göstərdiklərinə görə Ordubad rayon ictimaiyyətinə təşəkkür edib, hər kəsi gələn il səsvermə hüququndan istifadə etməyə səsləyib.
    Sonra görüşdə iştirak edən rayon sakinlərinin hər biri ilə fərdi söhbət aparılıb, onların problemləri və təklifləri dinlənilib.

  • Ukraynalıların yarıdan çoxu qısa müddətdə müharibədə qalib gələcəklərinə inanır

    Ukraynalıların yarıdan çoxu (58%) ölkələrinin qısa müddətdə müharibədə qalib gələcəyinə inanır.

    Bu, İlka Kuçeriva adına Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub.

    Respondentlərin yalnız 5%-i qələbəyə şübhə edib.

    Qeyd olunub ki, bütün yaş qruplarında Ukraynanın qələbəsinə inam üstünlük təşkil edir.

    Qələbəyə inananların 6%-i yaxın bir neçə ayda, 21%-i 2024-cü ilin yayına qədər, 31%-i isə 1-2 ildən sonra zəfərin əldə olunacağına ümid edir. Onların 15%-i qarşıdakı 3-5 il ərzində qalibiyyətin təmin olunmasına inanır.

    Sorğu iştirakçılarının 2,5 %-i isə düşünür ki, onlar öz sağlıqlarında zəfərin şahidi olmayacaqlar.

    Həmçinin, respondentlərin 69%-i savaşın sonunda bütün məhbusların azad edilməsinə və deportasiya olunmuş ukraynalıların geri qaytarılmasına inanır.

    Soğru iştirakçılarının 42 faizi rəsmi Kiyevin NATO-ya daxil olunacağını düşünür.

    Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

  • Sosial şəbəkədən tanıdığı şəxsi öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

    Cari il sentyabrın 24-də Nəsimi rayonu ərazisində 1997-ci il təvəllüdlü Tərlan Mədətovun qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

    Bu barədə “Report”a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, ibtidai istintaqla 1999-cu il təvəllüdlü Səhrab Məlikzadənin Nəsimi rayonu, M.Qaşqay küçəsində yerləşən mənzillərdən birində sosial şəbəkələr vasitəsilə tanıdığı Tərlan Mədətova qisas niyyəti ilə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında Səhrab Məlikzadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.