Month: December 2023

  • İlham Əliyev dövlət agentliyinə 1,4 milyon manat ayırdı

    Prezident İlham Əliyev Göyçay rayonunun Bakı-Şamaxı-Yevlax (218 km)-Potu-Ulaşlı Şıxlı-Üngütlü-Çərəkə-Çərəcə-Şıxlar-Xəlitli-Yeniarx-Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, on dörd min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Bakı-Şamaxı-Yevlax (218 km)-Potu-Ulaşlı Şıxlı-Üngütlü-Çərəkə-Çərəcə-Şıxlar-Xəlitli-Yeniarx-Hacıağabəyli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • В Исмайыллинском районе женщина скончалась во время родов? – ОБНОВЛЕНО

    24 декабря около 10:00 в Исмайыллинскую районную прокуратуру поступила информация о смерти в медучреждении местной жительницы Ульвии Ахмедовой (1992 г.р.).

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры.

    В ходе предварительного расследования выяснилось, что минувшим днем У.Ахмедовой сделали кесарево сечение.

    По данному факту в районной прокуратуре ведется расследование.

    * * * *

    Минувшим днем в Исмайыллинской центральной районной больнице был зафиксирован летальный исход во время родов.

    Как сообщает Oxu.Az, скончалась жительница города Шуша Ульвия Ахмедова (1992 г.р.).

    Отметим, что у молодой женщины остались еще трое детей.

  • İsmayıllıda ana doğuş zamanı ölüb? – AÇIQLAMA (YENİLƏNİB)

    Dekabrın 24-də saat 10 radələrində İsmayıllı rayon sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ilkin araşdırmalarla Ülviyyə Əhmədovanın bir gün öncə qeysəriyyə əməliyyatı olunduğu müəyyən edilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

    * * * *

    İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.

    Oxu.az-ın məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

    Belə ki, Şuşa sakini, 1992-ci il təvəllüdlü Ülviyyə Əhmədova doğum zamanı vəfat edib.

    Qeyd edək ki, onun üç övladı var.

  • Президент наградил Рамиля Усубова

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Рамиля Идрис оглу Усубова орденом “Шараф”.

    Об этом сообщается на сайте President.az.

    Согласно распоряжению, Р.Усубов удостоен награды за плодотворную деятельность на государственной службе в Азербайджанской Республике.

  • Prezident Ramil Usubovla bağlı sərəncam imzaladı

    Prezident İlham Əliyev Ramil İdris oğlu Usubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, R.Usubov Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.

  • Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi – SƏRƏNCAM

    Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sənədə əsasən, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilir.

    Sərəncam iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə imzalanıb.

    Qeyd edilib ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.

    Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

    Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

    İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur.

    Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

    BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

  • Сколько дней будут отдыхать школьники? – ЗАЯВЛЕНИЕ министерства

    В общеобразовательных и дошкольных образовательных учреждениях Азербайджана с пятидневной рабочей неделей последний рабочий день на этой неделе – 30 декабря (суббота), а первый рабочий день после праздников – 7 января (воскресенье).

    Об этом сообщили в Министерстве науки и образования.

    В учебных заведениях, работающих шесть дней в неделю, последним рабочим днем этой недели также станет 30 декабря, а первым после праздников – 4 января 2024 года (четверг).

  • Məktəblərdə şagirdlər neçə gün dincələcəklər? – Nazirlikdən AÇIQLAMA

    Beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü isə 7 yanvar tarixidir.

    Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

    Qeyd olunub ki, altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən müəssisələrdə bu həftə son iş günü 30 dekabr, bayramdan sonra ilk iş günü 2024-cü ilin 4 yanvar tarixləri müəyyən olunub.

  • Azərbaycan Prezidenti Küveyt Əmirinə məktub göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Prezident: “Azərbaycan ilə İsveçrə arasındakı əlaqələrə böyük əhəmiyyət veririk”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

    Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

    İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

    Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram”.