Month: December 2023

  • Küçədə bunu edənlər 1500 AZN cərimə olunacaqlar – VİDEO

    Avtobus dayanacaqlarında “işçi axtarılır”, “kirayə ev”, “torpaq satılır” və bu kimi elanlara tez-tez rast gəlinir. Dayanacaqlarda reklam yapışdırmaq üçün müəyyən hissələr ayrılıb və bunun üçün ödəniş etmək tələb olunur.

    Lakin ödəniş etmək boyun qaçıran şəxslər istədikləri elanı çap edərək onu dayanacaqlara necə gəldi yapşdırırlar.

    Üst-üstə yapışdırlan bu kimi elanlar sonda dayanacaqlarda acınacaqlı görüntü yaradır.

    Bu şəxslər xəbərsizdir ki, belə hallar üçün qanunda cərimələr nəzərdə tutulub. Açıq məkanda reklam haqqında qanunun tələblərinin pozulmasına görə, fiziki şəxslər 300-500 AZN, vəzifəli şəxslər isə 1500-2500 AZN, hüquqi şəxslər isə 5 min – 10 min AZN cərimə olunur.

  • Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

    Dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin, dövlət başçılarının, nəhəng şirkət və təşkilat rəhbərlərinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

    Gürcüstanın Prezidenti Salome Zurabişvilinin Prezident İlham Əliyevə göndərdiyi məktubda deyilir:

    “Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı və ölkənizə xidmətinizdə uğurlar diləyirəm.

    Gürcüstan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri onilliklər ərzində inkişaf edir. Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsində Sizin şəxsi töhfəniz xüsusi əhəmiyyət kəsb edir.

    Zati-aliləri, bir daha dərin ehtiramımı bildirir, bu fürsətdən istifadə edərək Sizi və dost Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edir, sülh, cansağlığı və firavanlıq arzulayıram”.

    2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü olan Əmr Musa da Azərbaycan Prezidentini təbrik edib.

    Onun təbrik məktubunda deyilir:

    “Hörmətli cənab Prezident.

    Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İndiyə qədər əldə etdiyiniz nailiyyətlər Sizin peşəkar liderliyiniz və yaxşı düşünülmüş siyasətiniz sayəsində mümkün olub. Siz Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin etməklə yanaşı, davamlı tərəqqi və yüksəlişin nadir nümunəsinə nail olmusunuz. Siz sülh şəraitində birgəyaşayışa və qonşularınızla əməkdaşlığa önəm verirsiniz. Həmçinin, Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş, təşkilatın fəaliyyətinə mühüm töhfələr vermisiniz. Təbii ki, bunlar 2023-cü ildə əldə etdiyiniz nailiyyətlərin bir qismidir. Əminəm ki, yeni ildə daha mühüm məqsədlərin həyata keçirilməsinə nail olacaqsınız. Bu sırada COP29-u xüsusi vurğulamaq istərdim. Uğurlarınız daim himayə etdiyiniz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri tərəfindən yüksək qiymətləndirilir.

    Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizi Yeni 2024-cü il münasibətilə də təbrik edir, Sizə və ailənizə xoşbəxtlik və firavanlıq arzulayıram. Yeni ildə Sizin rəhbərliyinizlə Azərbaycana, eləcə də bütövlükdə regiona sülh, sabitlik, tərəqqi diləyirəm.

    Möhtərəm Prezident, Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm”.

    Rusiyalı sahibkar Alişer Usmanov da Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Siz təbiət etibarilə əsl lider, böyük ürəyi və parlaq zəkası olan insansınız. Siz müzəffərsiniz və daim Azərbaycan xalqına lazım olanı əldə edirsiniz. Siz millətin müdrik və xeyirxah atası, bütün azərbaycanlıların sevgi hissi bəslədiyi dövlət xadimisiniz.

    Sizə səmimi-qəlbdən cansağlığı və xoşbəxtlik arzulayıram. Allah Sizi, Azərbaycanı və Azərbaycan xalqını hifz etsin!”

  • Dağıstanda deputat saxlanıldı: 17 il əvvəl baş vermiş ikiqat qətl hadisəsində şübhəli bilinir

    Dağıstanda Kızılyurt şəhərindən olan deputat Qamzat Şixabudinov saxlanılıb.

    Deputat 17 il əvvəl baş vermiş amansız ikiqat qətl hadisəsində iştirak etməkdə şübhəli bilinir.

    Biznesmen Mirzə Maqomedovun qətli 2006-cı ilin avqustunda baş verib. Onun “Mercedes-Benz” markalı avtomobili Rostov-Bakı yolundakı kafenin yaxınlığında iki VAZ markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub. 41 yaşlı iş adamı Mirzə Maqomedovun avtomobilində onun 13 yaşlı oğlu da olub və hər ikisi yerindəcə həyatını itirib.

    Hadisə yerinə gələn polis o zaman müxtəlif çaplı 11 patron aşkar edib, qətlin törədilməsinə əsas versiya kimi isə Maqomedovun maliyyə fəaliyyəti göstərilib.

    Uzun illərdir qatillər və qətlin sifarişçiləri ilə bağlı axtarışlar uğursuzluqla nəticələnib. Nəhayət, bu səs-küylü qətl işinə son qoyulması mümkün olub. İş adamı və oğlunu qətlə yetirməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Saxlanılanlardan biri də Kızılyurt şəhər dairəsinin hazırkı deputatı Qamzət Şixabudinov olub.

    Hazırda müstəntiqlər tərəfindən onun cinayətdə bilavasitə rolu araşdırılır. Əgər qətldə iştirakı sübuta yetirilərsə, Qamzat Şixabudinov 20 il müddətinə həbs cəzası ala bilər.

    Mənbə: “SHOT” “Telegram”

  • Sabah üç rayonda qaz olmayacaq

    Sabah Ağcabədi, Beyləqan, Füzuli rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Bildirilir ki, “Ağdam-Hindarx-Ağcabədi” avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar “Qaz İxrac” İdarəsinə məxsus “Bərdə-Ağcabədi” magistral qaz kəmərinin yenidən qurulmuş yeni çəkilmiş sistemə birləşdirilməsi ilə bağlı dekabrın 26-da saat 08:00-dan etibarən işlər başa çatanadək “Ağcabədi” Qaz Paylayıcı Stansiyadan (QPS) və həmin gün saat 09:00-dan etibarən isə işlər başa çatanadək “Beyləqan”, “Allahyarlı”, “Əhmədbəyli”, “Horadiz” QPS-lərdən, “Azaqrotaxıl” MMC və “Füzuli-Diaqnostika” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

  • Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanıldılar

    В правоохранительные органы поступила информация о краже счетчиков воды из 10 домов, расположенных на территории бакинского поселка Баладжары.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел (МВД).

    Было отмечено, что в ходе мероприятий, проведенных сотрудниками 6-го отделения Бинагадинского РУП, были выявлены и задержаны подозреваемые в совершении кражи житель Зангиланского района Анар Гахраманов и житель Губадлинского района, ранее судимый Ахлиман Аббасов.

    По данному факту ведется расследование.

  • Bakıda su sayğaclarını oğurlayan şəxslər saxlanıldılar

    Bakının Biləcəri qəsəbəsi ərazisində yerləşən 10 evdən su sayğaclarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini Anar Qəhrəmanov və Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş Əhliman Abbasov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Сильный ветер нанес ущерб учебным заведениям в ряде районов и сел Азербайджана

    Сильный ветер, наблюдавшийся в регионах Азербайджана, нанес ущерб учебным заведениям ряда районов и сел.

    Об этом сообщили в Государственном агентстве по дошкольному и общему образованию при Министерстве науки и образования.

    Было отмечено, что разрушена часть кровли нескольких детских садов и школ, повалены деревья, в некоторых зданиях выбиты оконные стекла.

    Был проведен осмотр поврежденных зданий детсадов и школ, приняты необходимые меры по проведению ремонтно-восстановительных работ.

    В образовательных учреждениях, действующих в Абшеронском районе и городе Баку, не было зафиксировано никаких повреждений в результате ветра.

    “Ситуация не повлияла на непрерывность образовательного процесса, в настоящее время учебные заведения продолжают свою деятельность.

    Текущая ситуация в детских садах и школах находится в центре внимания Госагентства по дошкольному и общему образованию”, – говорится в сообщении.

  • Güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub

    Ötən həftənin sonu ölkənin bəzi ərazilərində müşahidə olunan güclü külək bir sıra rayon və kənd təhsil müəssisələrinə ziyan vurub.

    Bu barədə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, güclü külək bir sıra bağça və məktəblərin dam örtüyünün bir qismini sıradan çıxarıb, ağaclar aşıb, bəzi binalarda pəncərələrin şüşələri sınıb.

    Ziyan dəymiş bağça və məktəblərə baxış keçirilib, təmir-bərpa işlərinin aparılması üçün lazımi tədbirlər görülüb.

    Qeyd edilib ki, Abşeron rayonu və Bakı şəhəri üzrə fəaliyyət göstərən təhsil müəssisələrində külək nəticəsində hər hansı bir fəsad müşahidə edilməyib.

    “Yaranmış vəziyyət tədris prosesinin davamlılığına təsir etməyib, hazırda təhsil müəssisələri öz fəaliyyətini davam etdirir.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olaraq bildirmək istərdik ki, bağça və məktəblərdəki mövcud vəziyyət diqqət mərkəzində saxlanılır”, – məlumatda bildirilib.

  • Ильхам Алиев наградил Меджида Чайбасарского

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о награждении Меджида Маис оглу Чайбасарского орденом “Эмек” 2-й степени.

    Об этом сообщает АЗЕРТАДЖ.

    Согласно распоряжению, М.Чайбасарский удостоен награды за заслуги на государственной службе в Азербайджанской Республике.

  • İlham Əliyev Məcid Çaybasarskini təltif etdi

    Prezident İlham Əliyev Məcid Mayis oğlu Çaybasarskinin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, M.Çaybasarski Azərbaycan Respublikasında dövlət qulluğunda xidmətlərinə görə təltif edilib.