Month: December 2023

  • Джамиля Алекперова о политике Франции: Налицо двойные стандарты – ВИДЕО

    Безусловно, Франция, как и многие страны Евросоюза в целом, своими заявлениями лишний раз доказывают правоту тех, кто утверждает, что эти “столпы демократии” проводят политику двойных стандартов. И то, что сейчас происходит, – яркое тому подтверждение.

    Об этом в эфире телеканала CBC TV заявила главный редактор информационного портала Media.Az Джамиля Алекперова.

    Комментируя ситуацию, сложившуюся вокруг парка, в котором расположен памятник Хуршидбану Натаван, она отметила, что в данном случае самое главное – это работа СМИ и дипломатов.

    “То, что сейчас делает Франция, – это попытка ввести в заблуждение международную общественность. Только посредством просветительской кампании можно будет донести правдивую позицию азербайджанской стороны до мировой общественности”, – сказала Дж.Алекперова.

    Главный редактор подметила, что прежде, чем говорить о нарушениях в нашей стране, стоит задуматься о своих проблемах.

    “Знаете, здесь уместно вспомнить интервью нашего Президента, которое он дал “Би-би-си” в период 44-дневной Отечественной войны. На обвинения интервьюера о якобы “существующей цензуре” глава государства упомянул журналиста Джулиана Ассанжа. Президент подчеркнул: то, что происходит с Ассанжем, и есть нарушение свободы слова. На что журналистка растерялась и попыталась сменить тему разговора. Действительно, прежде чем пытаться кого-то обвинить в каких-либо нарушениях, нужно посмотреть на себя. Налицо двойные стандарты”, – заявила Дж.Алекперова.

    Подробнее – в видео.

  • Cəmilə Ələkbərova Fransa siyasəti barədə: “İkili standartlar göz qabağındadır” – VİDEO

    “Bütövlükdə bir çox Aİ ölkələri kimi Fransa da öz bəyanatları ilə bu “demokratiyanın sütunları”nın ikili standartlar siyasəti yeritdiyini iddia edənlərin doğruluğunu bir daha sübut edir. İndi baş verənlər bunun əyani təsdiqidir”.

    Bu barədə Media.Az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova CBC telekanalının efirində bildirib.

    O, Xurşidbanu Natəvanın abidəsinin yerləşdiyi parkın ətrafında yaranmış vəziyyəti şərh edib və qeyd edib ki, bu işdə ən önəmli iş medianın, həmçinin diplomatların üzərinə düşür.

    “Fransanın hazırkı fəaliyyəti beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdidir. Yalnız maarifləndirmə kampaniyası ilə Azərbaycan tərəfinin həqiqətə uyğun mövqeyini dünya ictimaiyyətinə çatdırmaq mümkün olacaq”, – deyə C.Ələkbərova bildirib.

    Baş redaktor qeyd edib ki, onlar ölkəmizi qanun pozuntuları ilə ittiham eləməzdən əvvəl öz problemlərini düşünsünlər.

    “Bilirsiniz, burada prezidentimiz İlham Əliyevin 44 günlük Vətən Müharibəsi zamanı BBC-yə verdiyi müsahibəni xatırlatmaq yerinə düşər. Jurnalistin guya “mövcud senzura” ilə bağlı ittihamlarına cavab olaraq dövlət başçısı jurnalist Culian Assanjın adını çəkib və Assanjla bağlı baş verənləri elə söz azadlığının pozulması adlandırıb. Bundan sonra jurnalist özünü itirir və söhbətin mövzusunu dəyişməyə çalışır.

    Həqiqətən də, kimisə hər hansı qanun pozuntusunda ittiham etməyə çalışmazdan əvvəl gərək özünə baxasan. İkili standartlar göz qabağındadır”, – deyə C.Ələkbərova bildirib.

    Daha ətraflı videoda:

  • Şuşada, Xankəndidə səs vermək istəyənlər var – MSK

    Mənim özümə şəxsən çoxlu məktublar gəlib Şuşada, Xankəndidə səs vermək istəyənlər var.

    Median.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

    O qeyd edib ki, məcburi köçkün seçicilər ona bununla bağlı müraciət ediblər.

    Qeyd edək ki, dekabrın 7-də Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

  • İspaniyada yaşayan Azərbaycan vətəndaşlarına MÜRACİƏT

    Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib.
     
    Bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib.
     
    Qeyd olunub ki, 2024-cü il fevralın 7-də təyin olunan növbədənkənar prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə diplomatik nümayəndəlik və konsulluqlarda hazırlıq işləri görülür.
     
    “Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Prezident seçkilərində iştirak etmək istəyən, İspaniya Krallığı və Andorra Knyazlığında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddəlti ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinə müraciət etmələri xahiş olunur:
     
    Telefon: 917 489 776 / 779 Elektron poçt: madrid@mission.mfa.gov.az / consul_madrid@mission.mfa.gov.az Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı,adı,atasının adı), doğulduğu tarix (il,ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır”, – səfirlikdən bildirilib.

  • Qaraçuxurda mağazadan ət oğurlayan şəxs saxlanıldı

    Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Qadın həmkarlarının intim videolarını yayan həbsdəki polkovnik hökmdən narazıdır

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin keçmiş köməkçisi polkovnik Zaur Mirzəyev barəsindəki məhkəmə hökmündən Ali Məhkəməyə kassasiya şikayəti təqdim edib.

    “Qaynarinfo” xəbər verir ki, Zaur Mirzəyevin şikayətinə hakim Nazim Mövsümovun sədrliyi ilə baxılacaq. İş üzrə 2024-cü il aprelin 17-nə məhkəmə baxışı təyin edilib.

    Zaur Mirzəyev 2022-ci ilin avqustunda həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

    İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

    Zaur Mirzəyevin barəsindəki cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmünə əsasən, o, 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

    FHN polkovniki hökmdən apellyasiya şikayəti verib. Lakin şikayəti təmin olunmayıb.

    Zaur Mirzəyev barəsindəki cinayət işi üzrə FHN və iki qadın zərərçəkmiş qismində tanınır.

  • Azərbaycan cüdoçuları bu il qazanılan medallarla dünya üzrə yeddinci yeri tutublar

    Azərbaycan cüdoçuları 2023-cü ildə beynəlxalq yarışlarda qazanılan medal sıralamasında dünya üzrə yeddinci yeri tutublar.

    Böyüklər, gənclər, yeniyetmələr və veteranlar il ərzində ümumilikdə 207 medal əldə ediblər.

    Bunun 64-ü qızıl, 47-si gümüş, 96-sı bürünc olub. Dünyanın yalnız altı ölkəsinin cüdoçuları bu baxımdan Azərbaycanı qabaqlaya biliblər. Bunlar Fransa, Braziliya, İtaliya, Yaponiya, Qazaxıstan və Almaniyadır.

    Medal sıralamasında birinci yeri 132 qızıl, 129 gümüş, 222 bürünc medalla Fransa tutub.

    İlk 10-luq aşağıdakı kimidir:

    1. Fransa – 132 qızıl / 129 gümüş / 222 bürünc

    2. Braziliya – 123 / 94 / 159

    3. İtaliya – 78 / 82 / 131

    4. Yaponiya – 74 / 36 / 39

    5. Qazaxıstan – 71 / 86 / 167

    6. Almaniya – 67 / 67 / 123

    7. Azərbaycan – 64 / 47 / 96

    8. Özbəkistan – 63 / 60 / 110

    9. Kanada – 63 / 52 / 83

    10. Cənubi Koreya – 62 / 46 / 76

    Qeyd edək ki, sıralama qızıl medalların sayına əsasən müəyyən edilib.

    Mənbə: judobase.ijf.org

  • Azərbaycan Prezidentinin ünvanına təbriklər gəlməkdə davam edir

    Dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin, dövlət başçılarının, nəhəng şirkət və təşkilat rəhbərlərinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ünvanına təbrik məktubları gəlməkdə davam edir.

    TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb. Məkrubda deyilir:

    “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

    Zati-alinizin müdrik siyasəti nəticəsində qardaş Azərbaycanın bu il bütün əraziləri üzərində tam hüquqi nəzarətini bərpa etməsi təkcə Azərbaycanın deyil, həm də türk dünyasının böyük uğurudur.

    TÜRKSOY-un yaradılmasının 30-cu ildönümü münasibətilə Bakıda keçirilən təntənəli mərasimə ünvanladığınız təbrik məktubu hamımızı sevindirdi və türk xalqları arasında mədəni inteqrasiyanın inkişafı istiqamətində gələcək fəaliyyətimizin geniş vüsət alması üçün bizi daha da ruhlandırdı.

    Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirdiyimiz tədbirlərin uğurla başa çatdırılmasında Sizin TÜRKSOY-a dəstəyinizi daim hiss etdiyimizi xüsusi vurğulamaq istəyirəm.

    Möhtərəm Prezident, TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Zati-alinizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

  • Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

    Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və informatikanın inkişaf tarixi” mövzusunda elmi konfrans keçirilib.

    Bu barədə “Report”a İnstitutdan bildirilib.

    Məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə birgə keçirilən tədbiri Akademiyanın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev açıq elan edib. Elmi konfransın əhəmiyyəti barədə danışan alim Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb, bu il çərçivəsində həm AMEA-da, həm də ölkənin digər elmi müəssisə və təşkilatlarında Ulu Öndərin xatirəsinə həsr olunan çoxsaylı tədbirlərin təşkil olunduğunu, görkəmli dövlət xadiminin həyatı və zəngin fəaliyyətinin müxtəlif aspektlərdən təhlil edildiyini deyib.

    Akademik bildirib ki, İnformasiya Texnologiyaları İnstitutunda Ümummilli Liderin ötən əsrin II yarısından etibarən Azərbaycanda informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informatika və onunla əlaqəli kompüter elmlərinin, İKT-nin inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması, istehsal müəssisələrinin yaradılması istiqamətində gördüyü işlərlə bağlı il ərzində müxtəlif elmi-populyar materiallar hazırlanıb, müəyyən tədbirlər həyata keçirilib.

    AMEA-nın vitse-prezidenti Ulu Öndərin Azərbaycanda informasiya cəmiyyətinin, eləcə də informasiya-kommunikasiya sənayesinin formalaşdırılması və inkişafında rolundan bəhs edib: “Onun həyata keçirdiyi fəaliyyətin tarixi nöqteyi-nəzərdən sistemli tədqiq edilməsi, bu istiqamətdə dolğun biliklərin əldə olunmasına böyük ehtiyac var. Artıq bu istiqamətdə İnformasiya Texnologiyaları İnstitutu və Tarix İnstitutunun birgə əməkdaşlığı çərçivəsində tədqiqatlara başlanılıb.

    R.Əliquliyev Ümummilli Liderin Azərbaycanda informasiya cəmiyyətinin əsasının qoyulması, informatika sahəsində kadrların yetişdirilməsi, ölkəmizdə kosmik sənayenin formalaşması, müvafiq sahə üzrə elm-təhsil mərkəzlərinin, istehsal müəssisələrinin yaradılması, o cümlədən elmi məktəblərin əsasının qoyulmasında əvəzsiz xidmətləri olduğunu qeyd edib. O, müstəqilliyimizin ilk illərində məhz H.Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə Azərbaycanda telekommunikasiyanın inkişafı, ölkənin qlobal elektron informasiya məkanına inteqrasiyası və İKT sənayesinin inkişafı istiqamətində əməli addımların atıldığını, müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyib.

  • Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatdı

    Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

    MSK sədri bildirib ki, 7 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub, 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün işlər aparılır.