Month: December 2023

  • Bakıda anadan olmuş SSRİ Xalq artisti 92 yaşında vəfat edib

    Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunmuş SSRİ Xalq artisti Murad Kajlayev 92 yaşında vəfat edib.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dağıstan Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

    “Təəssüf ki, Murad Kajlayev Dağıstanda dünyasını dəyişib”, – qurumdan bildirilib.

    Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il yanvarın 15-də imzaladığı sərəncamı ilə M.Kajlayev Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya ilə Azərbaycan arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilib.

    Dövlət başçısının 2021-ci il yanvarın 29-da imzaladığı digər sərəncam ilə M.Kajlayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Qeyd edək ki, Murad Maqomedoviç Kajlayev 1931-ci il yanvar ayının 15-də Bakı şəhərində həkim ailəsində doğulub. Onun atası Maqomed məşhur həkim, keçmiş SSRİ-də görkəmli lorinqoloq idi.

    Hələ erkən yaşlarında Muradın musiqi istedadı üzə çıxıb. Onu o zaman Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 10 illik orta ixtisas musiqi məktəbinin (indiki Bülbül adına 11 illik orta ixtisas musiqi məktəbinin) fortepiano ixtisası sinfinə qəbul ediblər. 1949-cu ildə M.Kajlayev müvəffəqiyyətlə fortepiano ixtisası sinfini bitirərək, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə daxil olub. O, təhsilini tanınmış bəstəkar-pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində alıb.

    M.Kajlayev dirijorluq üzrə təcrübə dərslərini dahi maestro Niyazidən dərs alıb. O, daha sonra Dağıstanın paytaxtı Mahaçqala və Rusiyanın paytaxtı Moskvada işləyib.

  • Gədəbəydə 67 yaşlı qadın dəm qazından boğularaq ölüb

    Gədəbəy rayonu Slavyanka kənd sakini, 1956-cı il təvəllüdlü Süleymanova Nəzakət Ovçu qızı dəm qazından boğularaq ölüb.

    Median.Az report-a iatinadən xəbər verir ki, hadisə evin hamam otağında baş verib.

    Faktla bağlı araşdırma aparılır.

  • DİM imtahanların nəticələrini açıqladı

    Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.

    Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 10 dekabr 2023-cü il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (dekabrın 11-də əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 17 dekabrda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

    İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər . İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

    394 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 2 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

    103 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

    2 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

    Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

    Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

    Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2023-cü il 25 dekabr saat 10:00-dan 26 dekabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

    İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 27 dekabr 2023‑cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

    Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

  • США заявили о причастности Ирана к атакам хуситов на суда в Красном море

    В Белом доме США считают, что Иран был “глубоко вовлечен” в подготовку нападений йеменских хуситов на коммерческие суда в Красном море. Как заявил пресс-секретарь Совета национальной безопасности Эдриенн Уотсон, Тегеран предоставил хуситам необходимые разведывательные данные.

    По словам Уотсона, “это согласуется с долгосрочной материальной поддержкой Ирана и поощрением дестабилизирующих действий хуситов” в регионе. Он назвал происходящее вызовом, “который требует коллективного ответа”.

    The Wall Street Journal, ссылаясь на источники в сфере безопасности, сообщает, что хуситы получают от иранских военизированных формирований не только разведданные, но и оружие – беспилотники и ракеты.

    “У хуситов нет радиолокационной технологии, позволяющей нацеливаться на суда. Им нужна помощь Ирана, без нее ракеты просто упадут в воду”, – сказал один из собеседников издания.

    Иран отрицает свою причастность. Представитель хуситов сказал, что они не нуждаются в помощи Тегерана: “Странно приписывать все Ирану, как будто они самая могущественная держава в мире. У нас есть разведывательные службы, которые хорошо зарекомендовали себя за годы агрессии против нас”.

    Источник: Reuters

  • ABŞ: “Qırmızı dənizdə husi hücumlarının hazırlanmasında İran iştirak edib”

    Ağ Ev hesab edir ki, İran Yəmən husilərinin (“Ənsar Allah” hərəkatının üzvləri) Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarının hazırlanmasında dərindən iştirak edib.

    Bu barədə ABŞ-nin Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson bildirib.

    Onun sözlərinə görə, Tehran husilərə lazımi kəşfiyyat məlumatını ötürüb.

    “Bu, İranın uzunmüddətli maddi dəstəyi və husilərin regionda sabitliyi pozan fəaliyyətini təşviq etməsi ilə uyğundur”, – deyən Uotson baş verənləri kollektiv cavab tələb edən bir çağırış adlandırıb.

    “The Wall Street Journal”, öz növbəsində, təhlükəsizlik mənbələrinə istinadən yazır ki, husilər İranın hərbiləşdirilmiş qüvvələrindən təkcə kəşfiyyat məlumatları deyil, həm də silahlar – pilotsuz təyyarələr və raketlər alırlar.

    “Husilərin gəmiləri hədəf almaq üçün radar texnologiyası yoxdur. Onların İranın köməyinə ehtiyacı var, yoxsa raketləri, sadəcə, suya düşər”, – nəşrin həmsöhbətlərindən biri bildirib.

    İran isə hər hansı əlaqəni inkar edir.

    Husilərin sözçüsü deyib ki, onların Tehranın köməyinə ehtiyacı yoxdur:

    “Hər şeyi İrana aid etmək qəribədir, sanki onlar dünyanın ən böyük gücüdür. Bizim kəşfiyyat xidmətlərimiz var və ölkəmizə qarşı təcavüz illərində onlar özlərini yaxşı sübut ediblər”, – deyə mənbə vurğulayıb.

    Mənbə: Reuters

  • Gəncədə mağaza yanıb

    Gəncədə yanğın hadisəsi baş verib.

    Hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. 1968-ci il təvəllüdlü Akif Nəsibova məxsus 20 kvadratmetrlik mağazada anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Mağazaya bitişik olan ev yanğından mühafizə olunub.

    Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb

    Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.

    Median.Az report-a istinadən xəbər verir ki, ötən gecə rayonun Osakücə kənd sakini 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Açil şöbəsinə yerləşdirilib.

    Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

    Fakt üzrə araşdırma başlanılıb.

  • Əziz Ələkbərli: “Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdırlar”

    “Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdırlar”.

    “Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

    Onun fikrincə, bu il ərzində Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə xeyli dərəcədə çatdırmağa nail olublar:

    “Qarşıdan gələn ildə də bu istiqamətdə işlər davam etdiriləcək. Çünki qarşımızda çox böyük vəzifələr durur. Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində çox işlər görmək lazımdır. Avropalılar Qərbi Azərbaycan həqiqətləri haqqında çox az məlumatlıdırlar. Bu baxımdan gələcəkdə xarici ölkələrdəki səfirliklər, nümayəndələr və təşkilatlarla nə cür işləməli olduğumuzu da planlaşdırmışıq”.

  • Laçın küçələrindən son görüntülər – VİDEO

    Laçında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir.

    Laçından son görüntüləri Azərbaycan Dövlət Televiziyası (“AzTV”) birbaşa bağlantı ilə təqdim edib.

    Videoreportajdan görünür ki, Laçında yeni binaların tikintisi sürətlə davam etdirilir, bəzi binalar restavrasiya olunur.

    Laçın küçələrindən son görüntüləri təqdim edirik:

  • Ermənistanı Rusiyaya bağlayan avtomobil yolu tam bağlandı

    Ermənistanla Rusiyanı əlaqələndirən avtomobil yolu tam bağlanıb.

    Median.Az APA-ya istinadən bildirir ki, Rusiyanın Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars sərhəd nəzarət keçid məntəqəsi hər iki istiqamətdə bütün növ avtomobillər üçün tam bağlanıb.

    Sərhəd nəzarət keçid məntəqəsinin müşahidə olunan qarlı hava şəraiti ilə bağlandığı bildirilib.