Month: December 2023

  • Uşaq pornoqrafiyası yayan şəxs cəzalandırıldı

    Azərbaycanda uşaq pornoqrafiyasını yayan şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər Qaradağ rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Quliyevin teleqram səhifəsində yetkinlik yaşına çatmayan qızın intim görüntülərini yayması müəyyən edilib. Belə ki, qızın anası polisə şikayət edərək övladının Elvin tərəfindən hədələndiyini, görüntülərinin yayıldığını bildirib.

    O qeyd edib ki, Elvini taparaq görüntüləri silməsini xahiş etsə də, gənc oğlan ananı da söyərək təhqir edib və hədə-qorxu yolu ilə ondan 700 manat pul tələb edib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 151, 171-1 və 182-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə, uşaq pornoqrafiyasının dövriyyəsi və hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb. Məlum olub ki, E. Quliyev daha əvvəl də başqa şəsxlərə qarşı oxşar əməllər törədib.

    Qaradağ Rayon Məhkəməsinin 14 dekabr tarixli hökmü ilə Elvin Quliyevə 9 il 3 ay həbs cəzası verilib.

  • Yağış, duman, qar… – Sabahın hava proqnozu

    Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı var.

    Gündüz arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 750 mm civə sütunundan 753 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər bəzi rayonlarda yağıntıda fasilə olacaq. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

  • Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı doqquza çatdı – FOTO

    Yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuz növbədənkənar prezident seçkisində öz təşəbbüsü ilə namizəd olacağını açıqlayıb.

    “Trend” xəbər verir ki, bu barədə o özü məlumat verib.

    Y.Oğuz yaxın günlərdə sənədlərini rəsmi olaraq Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyini bildirib:

    “Tarixi qələbəmizdən sonra ilk dəfə olaraq müstəqil, suveren Azərbaycanda keçirilən prezident seçkisində iştirak etmək şərəfli bir missiyadır. Radikal müxalifətin seçkini boykot etmək qərarını pisləyirəm. Çünki bu prezident seçkisi təkcə ölkədaxili məsələ yox, həm də beynəlxalq hadisədir. Hesab edirəm ki, prezident seçkisində iştirak etmək üçün şəffaf və demokratik mühit mövcuddur. Həmçinin, Vətən müharibəsindən sonra yaranan yeni reallıqlar fövqündə görüləcək kifayət qədər iş var. İşğal edilmiş ərazilərdə quruculuq və bərpa işləri, “Böyük Qayıdış” Dövlət Proqramının icrası, ölkənin iqtisadi dayanıqlılığının təminatı, əhalinin sosial rifahının daha da yüksəldilməsi kimi mühüm vəzifələr qarşısındayıq. Prezident seçkisinə namizədliyimi irəli sürməkdə məqsədim həlli vacib olan məsələlərin reallaşmasına öz töhfəmi verməkdən ibarətdir. Dövlətimizin orta və uzaq hədəflərində onun yanında olmaq şərəf və vətəndaşlıq borcudur. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun!”

    Xatırladaq ki, Y.Oğuz 2003-cü ildə keçirilən prezident seçkisində də namizəd olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.

  • Azərbaycanda mağazadan 4 880 manat dəyərində ət oğurlandı

    Dekabrın 20-də Qaraçuxur qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 4880 manat dəyərində ət oğurlanıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, bu barədə polisə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Canlarov müəyyən olunaraq saxlanılıb.
    Faktla bağlı araşdırma aparılır.

  • Rəşad Dağlının “Niva”sı satılır – VİDEO

    Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının “Niva” markalı avtomobili satışa çıxarılıb.

    Median.Az axşam.az-a istinadən verir ki, bu haqda video sosial şəbəkədə yayılıb. Bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb.

    Qeyd edək ki, Rəşad Dağlı qonşusu – 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib.

    Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
    O, qətl hadisəsini törədərkən “Niva” markalı avtomobillə gedib.

  • Axtarışda olan 153 nəfər saxlanılıb

    Dekabrın 22-də axtarışda olduğuna görə ümumilikdə 153 nəfər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat (DİN) Xidməti məlumat yayıb.

    Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 125 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Ötən gün isə cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

  • YAP Zaqatala təşkilatının sədri vəfat edib – FOTO

    Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının sədri vəfat edib.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, YAP-ın Zaqatala rayon təşkilatının sədri Habil Qurban oğlu Qurbanov bu gün səhər saatlarında Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

    Qeyd edək ki, H.Qurbanov 1970-ci ildə Zaqatalanın Qımır kəndində anadan olub.

  • DİN: “Şuşa və Suqovuşanda marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək”

    Daxili İşlər Nazirliyi dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görür.

    Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaq.

    Qeyd olunub ki, təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək: “Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaq”.

    Xatırladaq ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.

  • Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb

    Lənkəranda 15 yaşlı gənc xəstəxanada ölüb.

    “Report”un cənub bürosunun məlumatına görə, ötən gecə rayonun Osakücə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə qəbul olunub.

    Ona dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyularaq reanimasiya şöbəsinə keçirilib. Lakin M.Nəcəfov bu gün xəstəxanada dünyasını dəyişib. M.Nəcəfovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

    Fakt üzrə araşdırma başlanılıb.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 0,22 доллара (0,26%) и составила 84,2 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).