Month: December 2023

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin fevral füçersləri 0,45% ucuzlaşaraq, bir barelinin qiyməti 73,56 ABŞ dolları olub.

    “Brent” markalı neftin fevral füçersləri 0,4% ucuzlaşaraq, bir barelinin qiyməti 79,07 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • В Шамкире 32-летний мужчина получил ножевое ранение

    В Шамкире произошла поножовщина.

    Об этом сообщили в пресс-службе МВД.

    По информации, инцидент зафиксирован на одной из центральных улиц города.

    Нахид Галандаров (1991 г.р.) получил ножевое ранение. Мужчина был госпитализирован. Пациента прооперировали, его состояние оценивается как средней степени тяжести.

    Причина происшествия неизвестна.

    По данному факту ведется расследование.

  • Şəmkirdə 32 yaşlı kişi bıçaqlanıb

    Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, hadisə rayonun mərkəzi küçələrinin birində qeydə alınıb.

    Bıçaqlanan şəxs, 1991-ci il təvəllüdlü Nahid Qələndərov xəstəxanaya yerləşdirilib. 32 yaşlı kişi əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

    Hadisənin səbəbi məlum deyil.

    Faktla bağlı araşdırma aparılır.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3.

    Соответствующую информацию распространил Республиканский центр Сейсмологической службы при Национальной академии наук Азербайджана (НАНА).

    Согласно информации, подземные толчки были зафиксированы в 02:11 по бакинскому времени.

    Очаг стихии залегал на глубине 62 км.

  • Xəzər dənizində zəlzələ olub

    Dekabrın 23-də Xəzər dənizində zəlzələ baş verib.

    Bu barədə AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Belə ki, yerli vaxtla saat 02:11-də qeydə alınan zəlzələnin maqnitudası üçə bərabər olub.

    Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

  • Qaz limiti necə yenilənəcək? – AÇIQLAMA (VİDEO)

    Yeni ilə sayılı günlər qalıb. Hər il dekabrın 31-dən yanvarın 1-nə keçən gecə smart tipli qaz sayğaclarında limit avtomatik, mexaniki sayğaclarda isə yanvar ayının 5-nə qədər yenilənir.

    Lakin bu prosesin bir neçə ildir həyata keçirilməsinə baxmayaraq, paytaxt sakinləri məlumatsızdır.

    Bəs sayğacda olan balans silinəcəkmi?

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • В CNN опубликовали статью, посвященную азербайджанскому искусству ковроткачества

    Для некоторых дом там, где их сердце, в Азербайджане же говорят: “Где мой ковер, там и я, и мой дом”.

    Об этом говорится в статье CNN под названием “Азербайджан: прекрасная страна, где ковер – высший уровень искусства”, посвященной азербайджанскому искусству ковроткачества.

    В статье отмечается, что в Азербайджане любовь к коврам нерушима – это очень почитаемый вид искусства, который вплетен в культурную “ДНК” со времен бронзового века, и это сохранялся до сих пор. “И сегодня ковры – неотъемлемая часть повседневной жизни”, – подчеркивается в материале.

    Техника ковроткачества, как пишет автор, передается из поколения в поколение, и каждый ковер может рассказать свою уникальную историю.

    “Это настолько художественно феноменально, что в 2010 году ЮНЕСКО включило традиционное азербайджанское ковроткачество в Репрезентативный список нематериального культурного наследия человечества. В столице страны Баку самое яркое воплощение всеми любимого изделия представлено в виде здания, напоминающего гигантский, наполовину свернутый ковер, украшенный золотым геометрическим узором”, – говорится в публикации.

    В статье также рассказывается об истории ковроткачества в Азербайджане. Автор указывает, что азербайджанские ковры были восхвалены в книге “Китаби Деде Горгуд”, которую некоторые исследователи относят к X веку, что делает этот эпос одним из старейших сохранившихся произведений тюркской литературы.

    “Считается, что арабский путешественник Аль-Мукаддаси, живший в X веке и посетивший Азербайджан, отмечал, что “их коврам нет равных в мире”. О значении азербайджанского ковра писали в своих произведениях даже древнегреческие историки Геродот и Ксенофонт, а также известный итальянский путешественник и писатель Марко Поло”, – подчеркивается в материале.

    Автор пишет, что сегодня сохранение искусства ковроткачества настолько важно для Азербайджана, что его преподают в некоторых университетах и колледжах страны.

    “Например, Азербайджанский государственный университет культуры и искусств в Баку дает степень бакалавра в области декоративно-прикладного искусства. А для туристов по всей стране есть ковродельческие мастерские, в том числе “Гядим Губа” в северном Губинском районе Азербайджана”, – говорится в публикации.

    Автор статьи выражает уверенность, что и для будущих поколений ковры будут оставаться важным компонентом азербайджанской культуры.

  • CNN Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş məqalə dərc edib

    “Bəziləri üçün ürək haradadırsa, ev də oradadır. Amma Azərbaycanda belə deyirlər: “Xalçam haradadırsa, mən də, evim də oradayıq”.

    “Report” xəbər verir ki, bu barədə CNN telekanalının Azərbaycan xalçaçılıq sənətinə həsr etdiyi “Azərbaycan: Xalçanın incəsənətin ən yüksək səviyyəsi olduğu gözəl ölkə” sərlövhəli məqaləsində deyilir.

    Məqalə müəllifi qeyd edib ki, Azərbaycanda xalça sevgisi sarsılmazdır – bu, tunc dövründən onun mədəni DNT-sinə həkk olunmuş və o vaxtdan bəri davam edən yüksək ehtiramlı sənət növüdür: “Bu gün xalçalar gündəlik həyatın ayrılmaz hissəsidir”.

    Müəllif yazıb ki, xalçaçılıq texnikası nəsildən-nəslə ötürülür və hər bir xalça özünəməxsus hekayəsini danışa bilər:

    “Bu, elə bir bədii fenomendir ki, 2010-cu ildə YUNESKO ənənəvi Azərbaycan xalçaçılıq sənətini Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Ölkənin paytaxtı Bakıda hamı tərəfindən sevilən xalçanın ən parlaq təcəssümü qızılı həndəsi naxışla bəzədilmiş, yarım yuvarlanmış nəhəng xalçaya bənzəyən bina şəklində təqdim olunur”.

    Məqalədə Azərbaycanın xalçaçılıq tarixindən də bəhs edilir. Müəllif qeyd edib ki, bəzilərinin X əsrə aid hesab etdiyi və beləliklə, türk ədəbiyyatının günümüzə qədər gəlib çatmış ən qədim əsərlərindən biri olan “Kitabi-Dədə Qorqud” kitabında Azərbaycan xalçaları yüksək qiymətləndirilib:

    “X əsrdə yaşamış ərəb səyyahı Əl-Müqəddəsinin Azərbaycana səfər edib və “onların xalçalarının dünyada tayı-bərabəri yoxdur” deyib. Hətta qədim yunan tarixçiləri Herodot və Ksenofont, məşhur italyan səyyahı və yazıçısı Marko Polo da öz əsərlərində Azərbaycan xalçasının əhəmiyyətindən yazıblar”.

    Bu gün xalçaçılığın qorunub saxlanması Azərbaycan üçün o qədər önəmlidir ki, ölkənin bəzi universitet və kolleclərində bu sənət öyrədilir: “Məsələn, Bakıdakı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekorativ-tətbiqi sənət (xalçaçılıq, toxuculuq) ixtisası üzrə bakalavr təhsili verilir”.

    Ölkənin hər yerində turistlər üçün xalçaçılıq emalatxanaları, o cümlədən Azərbaycanın Quba rayonunda “Qədim Quba” məkanı var.

    Müəllif əminliklə qeyd edib ki, xalçalar gələcək nəsillər üçün də Azərbaycan mədəniyyətinin özəyinə möhkəm toxunaraq qalacaq.

  • Bərdədə qəzalı məktəb binası 40 ildir təmir olunmur – VİDEO

    Bərdə rayonunda şəhid Abdulla İsmayılovun adını daşıyan Lənbəran kənd tam orta məktəbi qəzalı vəziyyətdədir.

    Belə ki, 1983-cü ildə istifadəyə verilən məktəb binası 40 il ərzində təmir olunmayıb.

    Buranın döşəməsi yarasız, pəncərələri isə demək olar ki, yoxdur.

    Təhsil ocağının min şagird yerlik olmasına baxmayaraq, mövcud vəziyyətə görə davamiyyət də aşağıdır. Şagirdlər soyuqdan dərslərin bir çoxunda iştirak etmirlər.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Ölkəmizdə satışı qadağan olan gizli kameralara tələbat artıb – VİDEO

    İnternet resurslarında gizli kameralar açıq şəkildə satılır.

    Belə ki, bu kameraların ölkəmizdə alışı, satışı və istifadəsi qanunla qadağan olunsa da, buna məhəl qoyulmur.

    Satıcılar bildiriblər ki, son zamanlar gizli kamera ilə maraqlananların sayı artıb.

    Hüquqşünas Turan Abdullazadə isə bildirib ki, gizli kameralar vasitəsilə çəkiliş aparılması şəxsi həyata birbaşa müdaxilədir.

    Ətraflı “ATV Xəbər”in süjetində: