Month: December 2023

  • Luis Suares Lionel Messi ilə eyni komandada oynayacaq – FOTO

    Uruqvaylı hücumçu Luis Suares ABŞ-nin “İnter Mayami” futbol klubu ilə bir illik razılaşmaya imza atıb.

    Bu barədə “İnter Mayami” futbol klubu sosial şəbəkə hesablarında məlumat verib.

    ABŞ klubu Luis Suaresi komandaya qatdığını rəsmən açıqlayıb.

    “Mayami xəyalına xoş gəldin, Luis Suarez!”, – deyə klub paylaşımında qeyd edib.

    Xatırladaq ki, Luis Suares ulduz futbolçu Lionel Messi ilə eyni komandada oynayacaq.

  • Ələt-Astara yolunun kənarından “Kalaşnikov” avtomatı aşkarlanıb – FOTO

    Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində silah tapılması barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan bir ədəd “AK-74” markalı avtomat aşkarlanaraq götürülüb.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində isə rayon sakinlərindən könüllü olaraq təqdim edilən doqquz ədəd müvafiq sənədləri olmayan ov silahı təhvil götürülüb.


    Oğuz rayonunda da sakinlər odlu silahları polisə könüllü təhvil veriblər.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri biri yivli “TOZ-8” markalı olmaqla qanunsuz saxladıqları iki ov tüfəngini könüllü olaraq təhvil veriblər.

  • Fransız modelyer Qarabağ xalçasını kopiyalayıb “geyim” tikdi – FOTO

    Fransız modelyer Jan-Pol Qotyenin kolleksiyasında yer alan geyimlərdən biri feysbuk sosial şəbəkəsinin Azərbaycan seqmentində müzakirələrə səbəb olub.

    Median.Az 1news.az-a istinadən xəbər verir ki, aşağıda göstərilən fotoları ipək üzərində rəsm üzrə ixtisaslaşan nyu-yorklu rəssam Reyven Ziqler feysbukda paylaşıb. Fotolarda Jan Pol-Qotyenin arxiv kolleksiyasından əl işi də yer alıb.

    Azərbaycan Milli Xalça Muzeyinin eks-direktoru, Azərbaycan Milli İncəsənət Muzeyinin isə hazırkı direktoru Şirin Məlikova R. Ziqlerin paylaşımını öz səhifəsinə “repost” edərək buna etiraz edib: “Tək kompozisiyanın harmoniyasını deyil, həm də mənalarını eybəcər hala salaraq, irsimizi necə də istifadə edirlər!”

    O, şərhlərdə qeyd edib ki, modelyer kolleksiyanın yaradılmasında Qarabağaxas tikiş tərzindən istifadə edib.

    Ş. Məlikovanın paylaşımının şərhlərində müzakirələr başlayıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi Qotyenin kolleksiyasındakı geyimi çox zövqsüz adlandırıb və bəyənməyib, digər qism isə hesab edir ki, irsimizi qoruyub saxlaya bilməmək bizim günahımızdır.

    Müzakirələrə, həmçinin tanınmış azərbaycanlı sənətşünas, professor Telman İbrahimov qoşulub və bunları qeyd edib: “Bu, erməni və ya ermənipərəst işdir. Məsələ bundadır ki, ermənilər tərəfindən piar edilmiş modelin üzərindəki feyk erməni yazısı ilə əslində Qarabağın “Qoar” xalçasıdır. Kolleksiyaçıların Avropa və Amerika seqmenti onu XVII əsrin məşhur erməni xalçası hesab edir. Əslində isə bu, drakonlar seriyasından olan Qarabağ xalçasıdır. Bu xalçanın yeganə fotosu var və heç yerdə sərgilənmir, çünki mütəxəssislər erməni qrabarla yazılmış feyk yazını dərhal görəcəklər”.  

    T. İbrahimov sözlərinə təsdiq olaraq, aşağıdakı fotonu təqdim edib. Şəkildə ermənilərin saxtalaşdırdığı və orijinal Qarabağ xalçası arasında fərq açıq-aşkar görünür…

  • Məşhur müğənni tanınmaz halda: “15 il efirlərdə olmuşam, indi küçələrdə corab satıram” – VİDEO

    “15 il efirlərdə olmuşam. İndi küçələrdə corab satıram”.

    Bunu Baku TV-nin “Arzunun vaxtı” verilişində meyxanaçı Məşədi Babanın bibisi qızı, bir vaxtların məşhur siması Şahnaz Bulatova deyib.

    Efirlərdən uzaq düşməsinin səbəbinin övladlarının xəstəlikdən əziyyət çəkməsi olduğunu söyləyən müğənni evini də övladlarına görə satdığını qeyd edib.

    “O evi zavodda qab yuya-yuya almışdım. 20 il Bayılda ata evimin həyətindəki hamamı düzəldib orada qaldım. Qardaşlarıma, onların həyat yoldaşlarına mane olmaq istəmədim”.

    Ətraflı süjetdə:

  • Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlanan var

    Tovuz rayon Əbulbəyli kəndində yerli sakin bıçaqlanıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, Tovuz rayon sakini, 1981-ci il təvəllüdlü Yusibov Fərhad mübahisə zəminində bıçaqlanıb.

    O, ağır halda Tovuz Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

    Hadisəni şəxsi münasibətlər zəminində törətməkdə şübhəli bilinən şəxs isə zərərçəkənin kürəkəni, 1999-cu il təvəllüdlü Əvəz Babayevdir.

    O, polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır

  • Qarşılıqlı hörmət və dostluğa söykənən Azərbaycan-Çin strateji tərəfdaşlığı – ŞƏRH

    Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü ilə bağlı dünyanın nüfuzlu dövlət başçılarından, beynəlxalq təşkilatların rəhbərlərindən təbrik məktubları gəlməkdədir. Bu təbirklərdə Prezident İlham Əliyevin nüfuzlu dövlət xadimi olmaqla yanaşı, irimiqyaslı iqtisadi, siyasi layihələri uğurla həyata keçirdiyi, Azərbaycanı tək regionda deyil, Avropada, Asiyada güclü ölkəyə çevirdiyi xüsusi vurğulanır.

    Bu gün İlham Əliyevi təbrik edən dünyanın fövqəldövləti – Çin Xalq Respublikasının sədri Si Cinpinin təbrik məktubu da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ən mühüm olan odur ki, məktubda Azərbaycan və Çinin dost və tərəfdaş ölkələr olması xüsusi vurğulanır.

    Çin lideri iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada əsaslandığını qeyd edib. Azərbaycan Prezidentinin bu münasibətləri möhkəmləndirmək üçün səylərini gücləndirdiyi vurğulanıb. Sədr Si Cinpin iki ölkə arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirib. Onun Azərbaycan Prezidenti ilə birgə səyləri davam etdirmək istəyi də mühüm əhəmiyyət daşıyır.

    Azərbaycan qlobal alternativ güc olan Çinlə münasibətlərə hər zaman önəm verib. Prezident İlham Əliyev dəfələrlə bunu öz müsahibələrində, əksər beynəlxalq tədbirlərdə qeyd edib. “Bir daha təsdiq edə bilərəm ki, Çin-Azərbaycan münasibətləri əla səviyyədədir və bu təhlil, bu ifadə ikitərəfli əlaqələrin geniş gündəliyini, əməkdaşlığın çox aydın perspektivlərini əhatə edir”, – deyən dövlət başçısı ikitərəfli əlaqələrdə qazanılan nailiyyətləri çox uzun bir yolun başlanğıcı hesab etdiyini söyləyib. Bu yolu strateji əməkdaşlıq yolunun başlanğıcı adlandırıb. Çünki bu gün regionun siyasi, habelə nəqliyyat marşrutları xəritəsinə nəzər saldıqda görürük ki, ölkələrimiz bir-biri ilə nə dərəcədə eyni mövqedən çıxış edirlər.

    Yeri gəlmişkən, Azərbaycan rəhbərliyinin özünə strateji müttəfiq seçəndə yanılmadığı hər sahədə özünü göstərir. Bu, xüsusən də İkinci Qarabağ müharibəsində özünü göstərdi. Qeyd edilməlidir ki, ərazi bütövlüyü və separatçılıq problemləri barəsində Azərbaycan ilə eyni həssaslığı paylaşan Çin Azərbaycanın BMT-də irəli sürdüyü təkliflərdə ya bitərəf qalıb, ya da qərarların lehinə səs verib. 2008-ci il martın 14-də Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətinə dair BMT Baş Məclis tərəfindən qəbul olunan qətnamədə Çin Azərbaycanın lehinə səs verib, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib və münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.

    Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən Çin 2020-ci il sentyabrın 27-də – Vətən müharibəsi başlayanda da ölkəmizin yanında dayandı. BMT Təhlükəszlik Şurasında keçirilən müzakirələrdə Azərbaycanın haqq mübarizəsini müdafiə etdi. Ən mühüm məqamlardan biri də odur ki, Çin artıq keçmişdə qalan münaqişəni Avrasya və hətta qlobal konteksdə görüb.

    Azərbaycan uzun illərdir ki, xarici siyasət hədəflərindən biri Çinlə qarşılıqlı-faydalı əməkdaşlıqdan mühüm siyasi-iqtisadi dividendlərin əldə edilməsinə çalışıb. Nəticə də göz önündədir. İqtisadi əlaqələrdən bəhs edərkən, ilk növbədə, vurğulamaq gərəkdir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu inkişaf edən əməkdaşlıq münasibətləri ticari əlaqələrin perspektivi üçün mühüm strateji baza formalaşdırır. Ümumilikdə, mövcud olan mühüm siyasi-iqtisadi əməkdaşlıq əlaqələri regionlararası əməkdaşlıq və inteqrasiyanın sürətləndirilməsində önəmli rol oynayır.

    Çin Qafqaz, Xəzər hövzəsi və Orta Asiyadakı bir sıra qlobal layihələrə xüsusi maraq göstərir. Bu ölkənin diqqətini cəlb edən əsas layihələrdən biri TRACECA çərçivəsində reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizidir. Artıq rəsmi Pekin Axalkalaki (Gürcüstan) – Qars (Türkiyə) dəmir yolunun çəkilməsi layihəsinə də maraq göstərir və onun maliyyələşdirilməsində iştirak etməyə razılıq verib. Çünki bu dəhliz Çin və Orta Asiya məhsullarının ən qısa marşrutla Avropaya daşınmasına imkan yaradacaq.

    Çin Xalq Respublikasının sədri Si Cinpin isə deyib ki, uzun illərdir Çin ilə Azərbaycan hüquq bərabərliyi, qarşılıqlı fayda və qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyirlər: “Siyasi sahədə qarşılıqlı etimad daim möhkəmlənir, çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir. Ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri üçün möhkəm təməl və geniş perspektivlər var”.

    Beləliklə, Azərbaycan-Çin əməkdaşlığı parlaq geostrateji perspektiv vəd edir və hər iki ölkənin siyasi, iqtisadi potensialı yeni əməkdaşlıq platformalarının formalaşmasına zəmin yaradır. Azərbaycan dost ölkə ilə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. Hər iki dövlət tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb.

    Qeyd etdiyimiz kimi, artıq Azərbaycanla Çin arasında əməkdaşlıq strateji önəm kəsb etməyə başlayır. Bütün bunlar da düzgün xarici siyasətin nəticəsidir. Əminliklə deyə bilərik ki, iki ölkə arasında münasibətlər Çin Sədrinin də vurğuladığı kimi, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəldəcək.

  • Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb

    Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin rəsm qalereyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərgi açılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, sərgi M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.

    Sərgidə Azərbaycan və Gürcüstanın tanınmış rəssamları – Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Kamal Əhməd (Ihmədiv), Gürcüstan Rəssamlar İttifaqının sədri Guram Terstvadze, Gia Mrkozaşvili, Xatuna Sonqulaşvili, Tamaz Mixedlişvili, Teymuraz Kiknavelidze, heykəltaraş Merab Xutaişvilinin 25-dən çox əsəri nümayiş etdirilib.

    Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyinin əməkdaşları, AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, iş adamları, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayənmdələri iştirak ediblər.

    Gürcüstan Rəssamlar İttifaqının sədri Guram Terstvadze “Report”un yerli bürosuna müsahibəsində deyib ki, Azərbaycan və gürcü xalqları arasında çox mehriban dostluq əlaqələri var: “Münasibətlərimizin inkişafında incəsənət və mədəniyyət xadimlərinin də rolu böyükdür. Bu yaxınlarda Bakıda gürcü rəssamlarının əsərlərinin sərgisi təşkil olunmuşdu. Bu gün isə Gürcüstan Rəssamlar İttifaqı Axundov Muzeyi ilə brilikdə yeni bir sərgi təşkil edib və bu sərgi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. Düşünürəm ki, bu cür tədbirlər təkcə mədəni əlaqələrimizin deyil, bütövlükdə münasibətlərimizin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edir”.

    Səfir Faiq Quliyev sərginin təşkilini yüksək qiymətləndirib, təşkilatçılara təşəkkür edib. Bildirib ki, Tbilisidə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərginin təşkili ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyəsinin və bizim möhkəm dostluğumuzun bariz nümunəsidir.

  • Автобус въехал в толпу людей в Алматы

    В Алматы автобус въехал в толпу людей в районе городской больницы №7.

    Как передает Report со ссылкой на Tengrinews, три человека погибли на месте.

    По информации департамента полиции Алматы, авария произошла в 18 часов 15 минут.

    “Пассажир автобуса 47-го маршрута в результате конфликта ударил водителя – женщину, которая потеряла сознание и управление над транспортом. Неуправляемый автобус допустил наезд на людей, находившихся возле остановки, а также столкновение с четырьмя транспортными средствами. Вследствие данного происшествия три человека погибли, еще четверо получили телесные повреждения и были госпитализированы”, – сообщили в полиции.

    Мужчина, ударивший водителя автобуса, задержан.

  • Almatıda avtobus insanların üzərinə sürülüb, ölənlər var

    Qazaxıstanın Almatı şəhərində avtobus 7 saylı şəhər xəstəxanasının yaxınlığında insan izdihamının üzərinə sürülüb.

    Median.Az
     “Tengrinews”a istinadən xəbər verir ki, 3 nəfər hadisə yerində ölüb.

    Almatı Polis İdarəsinin məlumatına görə, qəza yerli vaxtla saat 18:15-də baş verib.

    “47 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sərnişini aralarındakı münaqişə nəticəsində sürücünü vurub. Sürücü huşunu itirib və nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxıb. Avtobus dayanacaq yaxınlığındakı insanları vurduqdan sonra 4 avtomobillə toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib”, – polisdən bildirilib.

    Qeyd edilib ki, avtobus sürücüsünü vuran şəxs saxlanılıb.

  • Михаил Мишустин поздравил президента Азербайджана

    Председатель правительства Российской Федерации Михаил Мишустин направил поздравительное письмо президенту Азербайджана Ильхаму Алиеву.

    Как сообщает Report, информацию об этом распространила пресс-служба президента.

    Новость обновляется