Month: December 2023

  • Qəzaya düşən 15 yaşlı motosikletçi xəstəxanada öldü

    Dekabrın 10-da Masallı rayonunda motosikletlə ağır qəza törədən 15 yaşlı oğlan xəstəxanada vəfat edib.

    Masallı-Köçəkli yolunun Təkdam kəndindən keçən hissəsində 15 yaşlı Əjdər İbrahimovun sürdüyü “İj” markalı motosiklet mikroavtobusa çırpılıb.

    Nəticədə yeniyetmə ağır xəsarət alıb və Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Tibbi yardıma baxmayaraq, 2008-ci il təvəllüdlü Ə.İbrahimov ötən gün vəfat edib.

    Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

  • “Sədərək” Ticarət Mərkəzinin sahibinin ailəsi məhkəməyə məcburi gətiriləcək

    “Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəylinin oğlu Orxan Qədimbəylinin evindən xüsusilə külli miqdarda oğurluq etməkdə ittiham olunan Suzan Cabbarovanın cinayət işi üzrə məhkəmə araşdırması gedir.

    “Qafqazinfo”nun məlumatına görə, baxılan iş üzrə müttəhim zərərçəkmiş şəxslərin evində xadimə işləyib.

    İddia olunan cinayət hadisəsi də həmin vaxt gerçəkləşib. İttihama görə, təqsirləndirilən xanım bir neçə dəfəyə evdən 803 min manatlıq oğurluq edib. Bura pulla yanaşı, qızıl-zinət əşyaları və digər avadanlıqlar daxildir. Lakin S.Cabbarova özünü qismən təqsirli bilir. O iddia edir ki, oğurladıqlarının hamısını geri qaytarıb.

    Bundan əlavə zərərçəkmiş şəxslər qisas almaq məqsədi ilə dəymiş ziyanın məbləğini çox şişiriblər. Təqsirləndirilən şəxsin vəkili Günay İsmayılova dəfələrlə bu barədə vəsatət qaldırıb, Fəridə Qədimova və Orxan Qədimbəylinin məhkəməyə gəlməsini tələb ediblər. Müdafiə tərəfi vəsatətlərini onunla əsaslandırır ki, işlə bağlı qaranlıq qalan məsələlərə məhz zərərçəkmişlər şəxsən aydınlıq gətirməlidirlər.

    Artıq 1 ildir məhkəmə istintaqı davam edir, bu günə kimi zərərçəkmiş şəxslər proseslərdə iştirak etməyiblər. İlk iclasdan onları nümayəndələri təmsil edir.

    Qədimbəyli ailəsi hər dəfə müxtəlif səbəblər göstərərək hakim qarşısına çıxmaqdan yayınırlar. Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyəti bu dəfə zərərçəkmiş ana və oğlunun məhkəməyə məcburi gətirilməsi qərarı çıxarıb. Qərarın icrası polisə həvalə edilib.

  • Bakının bəzi küçələri dörd gün bağlı qalacaq – SİYAHI

    Bakının Yasamal rayonu Həsən Məcidov küçəsi (Hüseyn Cavid prospektindən Zeynal Xəlilov küçəsinədək olan hissə) və Nizami rayonu Elşən Süleymanov küçəsində (Cəmşid Naxçıvanski küçəsindən Bəhruz Nuriyev küçəsinə qədər olan hissə) bu gündən etibarən təmir işlərinə başlanılıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, təmir işlərinin dörd gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bu səbəbdən, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

  • Ильхам Алиев посетил поселок Туршсу Шушинского района

    22 декабря Президент Азербайджанской Республики Ильхам Алиев посетил поселок Туршсу Шушинского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda veteran futbolçu qəfil vəfat etdi

    Lənkəranda veteran futbolçu Valeh Zöhrabov qəfil vəfat edib.

    Bu barədə Cənub Regional Futbol Federasiyasının rəhbəri Sakin Məmmədzadə sosial şəbəkədə paylaşım edib.

    Bildirilib ki, 90-cı illərdə “Xəzər Lənkəran” futbol komandasında çıxış etmiş veteran futbolçu Valeh Zöhrabov ötən gün vaxtsız vəfat edib.

  • Azərbaycandan Rusiyaya yumurta ixracı BAŞLADI – Ölkəmizdə qiymət ARTACAQ?

    Bir neçə gün əvvəl Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) yumurta göndərilib. Adətən, ixrac olunan məhsulların yerli bazarda qiymətinin qalxması meyilləri bu dəfə də oxşar sual yaradıb: Azərbaycanın daxili bazarında yumurta bahalaşacaqmı?

    Bizim.media-nın mövzu ilə bağlı suallarını cavablandıran Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli ölkədə gündəlik yumurta istehsalının 4 900 000 – 5 000 000 ədəd arasında dəyişdiyini diqqətə çatdırıb:

    “Daxili tələbat isə 3 400 000 – 3 600 000 ədəd arasındadır. Biz gündəlik 1 300 000 ədəd yumurta ixrac edə bilirik. Bu günə qədər 10-a yaxın xarici ölkəyə bu məhsuldan ixrac etmişik və bu sahədə heç bir problemimiz yoxdur. Onların da əksəriyyəti Yaxın Şərq və Körfəz ölkələri, yəni Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər, Əfqanıstan, Səudiyyə Ərəbistanı və digərləridir”.

    Onun sözlərinə görə, bu günə qədər Rusiyaya 1 500 000 ədədə yaxın yumurta ixrac olunub:

    “Əgər artıq məhsulumuz qalarsa, bu prosesi davam etdirmək fikrindəyik. Bu baxımdan da daxili bazarda qiymət artımı olmayacaq. Ona görə ki, ölkədə rəqabətqabiliyyətli müəssisələrin sayı kifayət qədərdir. Onlar öz istehsallarını hər gün daha da artırırlar”.

  • Председатель КНР поздравил Президента Ильхама Алиева

    Председатель Китайской Народной Республики (КНР) Си Цзиньпин направил поздравительное письмо Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемый господин Президент.

    По случаю Вашего дня рождения имею честь выразить Вам искренние поздравления и наилучшие пожелания.

    Китай и Азербайджан являются традиционными дружественными партнерами. В настоящее время китайско-азербайджанские отношения продолжают очень хорошо и стабильно развиваться, политическое взаимодоверие постоянно укрепляется, сотрудничество в различных областях плодотворно продвигается. Я высоко ценю усилия, прилагаемые Вами для укрепления двусторонних отношений. В сентябре прошлого года мы провели успешную встречу в городе Самарканд, на которой были достигнуты важные договоренности по развитию двусторонних отношений в новую эпоху.

    Я придаю большое значение развитию отношений между Китаем и Азербайджаном и готов вместе с Вами приложить усилия для продвижения двусторонних отношений дружбы и сотрудничества на новый уровень на благо двух стран и их народов.

    Желаю Вам крепкого здоровья и благополучия”.

  • Çin sədri İlham Əliyevi təbrik etdi

    Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

    Çin və Azərbaycan ənənəvi dost tərəfdaşlardır. Hazırda Çin-Azərbaycan münasibətləri çox yaxşı və sabit inkişaf edir, siyasi qarşılıqlı etimad daim möhkəmlənir, müxtəlif sahələrdə əməkdaşlıq müvəffəqiyyətlə irəliləyir. Sizin ikitərəfli münasibətlərin möhkəmləndirilməsi üzrə səylərinizi yüksək qiymətləndirirəm. Ötən ilin sentyabrında biz Səmərqənd şəhərində yeni dövrdə ikitərəfli münasibətlərin inkişafına dair mühüm razılaşmaların əldə olunduğu uğurlu görüş keçirdik.

    Mən Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltmək üçün Sizinlə birgə səylərimi davam etdirməyə hazıram.

    Sizə möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram”.

  • Число погибших в результате землетрясения в Китае достигло 144

    Число жертв землетрясения на северо-западе Китая достигло 144.

    Об этом сообщило Центральное телевидение Китая.

    Из общего числа жертв 113 человек погибли в провинции Ганьсу и 31, по обновленным данным, в провинции Цинхай. Три человека до сих пор числятся в этой провинции пропавшими без вести.

    Источник: ТАСС