Month: December 2023

  • Güclü külək əsəcək, qar yağacaq – XƏBƏRDARLIQ

    Dekabrın 23-də gündüzdən 24-də səhərədək cənub-qərb küləyinin arabir 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Azərbaycanın rayonlarında dekabrın 23-də gündüz şimal və qərb rayonlarından başlayaraq 25-də səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Quba-Qusar, Şərqi Zəngəzur) intensiv olacağı ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcək.

  • Bu ölkədə 4 yaşından kiçik uşaqlar üçün öskürək siropları qadağan edilib

    Hindistanda soyuqdəymə və öskürək müalicəsində istifadə edilən “xlorfeniramin maleat və fenilefrin qarışığı” sirop və həblər qadağan edilib.

    Buna səbəb keçən il ölkədə öskürək siropları ucbatından çoxlu sayda uşağın ölməsi olub.

    Məlumata görə, 2022-ci ildə Qambiya, Özbəkistan, İndoneziya, Kamerun və Hindistan kimi bəzi ölkələrdə ən azı 141 uşaq Hindistan istehsalı olan öskürək siroplardan dünyasını dəyişib. Hindistan Baş Dərman Nəzarətçisi (DCGI) soyuqdəymə və öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilən “xlorfeniramin maleat və fenilefrin qarışığı” sirop və həblərinin 4 yaşdan kiçik uşaqlarda istifadəsinin qadağan edildiyini açıqlayıb. .

  • Səfirlik Fransada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib

    Azərbaycanın Fransadakı səfirliyi növbədənkənar Prezident seçkiləri ilə bağlı ölkədə daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına çağırış edib.

    Bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

    Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Prezident seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır.

    “Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya
    müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur”, – müraciətdə deyilib.

    Telefon: -33(0)144186023 +33(0)674740398 (Whatsapp qaynar xətt)

    Elektron ünvan: consul_paris@mission.mfa.gov.az

    Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay ve gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

  • Zaqatalada daun xəstəsini maşın vurub qaçdı

    Zaqatalada 27 yaşlı daun xəstəsini maşın vurub.

    Lent.az-ın məlumatına görə, hadisə Əliabad qəsəbəsində baş verib. Qəsəbə sakini 27 yaşlı İbrahim Üzeyir oğlu Daşdəmirov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan daun xəstəsi İ.Daşdəmirov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər keçirilir.

  • Prezident İlham Əliyev Xocalının Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Naxçıvanlı, Pircamal, Xanabad və Pirlər kəndlərində olub.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Gürcüstan Baş naziri Prezident İlham Əliyevə məktub göndərdi

    Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “İcazə verin Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizə ən xoş arzularımı çatdırır, xoşbəxtlik diləyir, ölkənizin və dost Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sabitliyi naminə fəaliyyətinizdə və səylərinizdə uğurlar arzulayıram.

    Gürcüstan ilə Azərbaycan Respublikası arasında əlaqələrin daha da inkişaf etdirilməsində Sizin şəxsi səyləriniz və iştirakınız çox yüksək qiymətləndirilir.

    Bu fürsətdən istifadə edərək, bir daha vurğulamaq istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq xalqlarımızın maraqları naminə bir çox ikitərəfli və çoxtərəfli təşəbbüslərlə zənginləşərək daha da möhkəmlənəcəkdir.

    Zati-aliləri, icazə verin bir daha Sizə olan ən dərin ehtiramımı bildirim və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayım”.

  • Мировые лидеры поздравляют Президента Ильхама Алиева – ОБНОВЛЯЕТСЯ

    Президент Кыргызской Республики Садыр Жапаров направил поздравительное письмо Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемый Ильхам Гейдарович,

    Примите мои сердечные поздравления по случаю Вашего дня рождения!

    Хотел бы отметить, что Ваше стратегическое видение и плодотворные политические и экономические реформы, реализованные под Вашим руководством, значительно укрепили международный авторитет и стабильность Азербайджана и благоденствие азербайджанского народа.

    Уверен, что новая геополитическая реальность на Южном Кавказе, а также продолжение расширения транспортно-логистических возможностей и в дальнейшем будут способствовать укреплению развития отношений дружбы и стратегического партнерства между Кыргызской Республикой и Азербайджанской Республикой, которые вышли в прошлом году на беспрецедентный уровень по итогам наших апрельских и октябрьских двусторонних визитов.

    Искренне желаю Вам, уважаемый Ильхам Гейдарович, крепкого здоровья, благополучия и дальнейших успехов в государственной деятельности на благо братского народа Азербайджана”.

    * * * * *

    Президент Туркменистана Сердар Бердымухамедов направил поздравительное письмо Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемый Ильхам Гейдар оглу!

    Примите мои сердечные поздравления и наилучшие пожелания по случаю Вашего дня рождения!

    Под Вашим руководством Азербайджанская Республика уверенно движется по пути всестороннего развития и укрепляет свой авторитет в международных делах.

    Убежден, что глубокие и давние отношения дружбы между Туркменистаном и Азербайджанской Республикой будут продолжать неуклонно развиваться и приносить пользу нашим народам и странам.

    Пользуясь этой приятной возможностью, уважаемый Ильхам Гейдар оглу, искренне желаю Вам крепкого здоровья, счастья и семейного благополучия, а братскому народу Азербайджана – мира, дальнейшего прогресса и процветания”.

    * * * * *

    Президент Республики Таджикистан Эмомали Рахмон направил поздравительное письмо Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемый Ильхам Гейдарович!

    Примите мои сердечные поздравления и добрые пожелания по случаю Вашего дня рождения.

    Под Вашим руководством братский Азербайджан продолжает уверенно двигаться вперед по пути социально-экономического развития, играя всевозрастающую роль в региональных и международных делах.

    Убежден, Азербайджанская Республика, и далее следуя Вашему курсу, достигнет новых высот в построении сильного и процветающего государства.

    Пользуясь возможностью, также поздравляю Вас и в Вашем лице всех жителей Вашей страны с Новым 2024 годом!

    Начало наступающего года будет ознаменовано особо значимым для азербайджанского общества событием – президентскими выборами. Выражаю свои искренние пожелания благополучного проведения этого важнейшего политического мероприятия.

    В уходящем в историю 2023 году таджикско-азербайджанские отношения, основанные на незыблемых традициях дружбы, взаимоуважения, взаимного доверия и поддержки, были ознаменованы целым рядом важных событий, среди которых отдельно хотел бы отметить Ваш государственный визит в Таджикистан. Высоко ценю Ваше постоянное особое внимание последовательному укреплению отношений дружбы и сотрудничества между нашими странами и народами.

    Буду рад продолжению доверительного межгосударственного диалога двух стран в русле коренных интересов наших народов.

    От души желаю Вам и Вашим близким, дорогой Ильхам Гейдарович, доброго здоровья, счастья и новых больших успехов, а братскому народу Азербайджана – мирного неба, благополучия и устойчивого прогресса”.

    * * * * *

    Президент Республики Беларусь Александр Лукашенко направил поздравительное письмо Президенту Азербайджанской Республики Ильхаму Алиеву.

    Как сообщает АЗЕРТАДЖ, в поздравительном послании говорится:

    “Уважаемый Ильхам Гейдарович.

    Примите сердечные поздравления по случаю дня рождения.

    Благодаря безусловному таланту руководителя Вам, как национальному лидеру, удалось воплотить в жизнь эффективную модель экономического развития Азербайджана, укрепить авторитет государства на международной арене.

    Пользуясь случаем, поздравляю Вас с успешным председательством в Движении неприсоединения.

    С удовлетворением отмечаю, что стратегическое партнерство Минска и Баку, основанное на уважении и взаимопонимании, позволяет достигать значимых результатов как в торгово-экономической сфере, так и в других направлениях сотрудничества.

    Высоко ценю нашу дружбу, сложившийся между двумя странами доверительный характер отношений и с оптимизмом ожидаю новых встреч и интересных совместных проектов в различных областях.

    Желаю Вам, уважаемый Ильхам Гейдарович, дальнейшей плодотворной деятельности на благо Азербайджанской Республики, крепкого здоровья, мирного неба, счастья Вам, Вашим родным и близким”.

  • Dünya liderləri İlham Əliyevi təbrik edirlər – YENİLƏNİR

    İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    İcazə verin, Sizə cansağlığı və xoşbəxtlik diləyi ilə ən xoş arzularımı çatdırım”.

    Bundan başqa, Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç də Prezident İlham Əliyevi təbrik edib.

    Məktubda deyilir:

    “Hörmətli cənab Prezident.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

    Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

    Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.

    Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

    * * * * *

    Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Qeyd etmək istərdim ki, Sizin strateji baxışlarınız və rəhbərliyiniz ilə həyata keçirilən səmərəli siyasi və iqtisadi islahatlar Azərbaycanın beynəlxalq nüfuzunu və sabitliyini möhkəmləndirib, xalqın rifahını əhəmiyyətli dərəcədə yüksəldib.

    Əminəm ki, Cənubi Qafqazda yeni geosiyasi reallıq, həmçinin nəqliyyat-logistika imkanlarının genişlənməsi gələcəkdə də Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaqdır. Bu münasibətlər bizim ötən ilin aprel və oktyabr aylarındakı ikitərəfli səfərlərimizin yekunları nəticəsində misli görünməmiş səviyyəyə yüksəlib.

    Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, qardaş Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm”.

    Bundan başqa, Ukraynanın Prezidenti Volodimir Zelenski də Prezident İlham Əliyevi təbrik edib.

    Məktubda deyilir:

    “Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

    2023-cü il – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.

    Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram.

    Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir.

    Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

    * * * * *

    Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

    Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə hərtərəfli inkişaf yolunda inamla irəliləyir və beynəlxalq məsələlərdə öz nüfuzunu möhkəmləndirir.

    Əminəm ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında möhkəm və qədim əlaqələr daim inkişaf edəcək, xalqlarımıza və ölkələrimizə fayda gətirəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ailə səadəti, qardaş Azərbaycan xalqına bundan sonra da sülh, tərəqqi və firavanlıq arzu edirəm”.

    Bundan başqa, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko da Prezident İlham Əliyevi təbrik edib.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

    Şəksiz rəhbər istedadınız sayəsində milli lider kimi Siz Azərbaycanın səmərəli iqtisadi inkişaf modelini həyata keçirmiş, dövlətin beynəlxalq arenada nüfuzunu möhkəmləndirmisiniz.

    Fürsətdən istifadə edərək, Sizi Qoşulmama Hərəkatında uğurlu sədrliyiniz münasibətilə təbrik edirəm.

    Məmnuniyyətlə qeyd edirəm ki, Minsk ilə Bakının hörmətə və qarşılıqlı anlaşmaya əsaslanan strateji tərəfdaşlığı həm iqtisadi-ticari sahədə, həm də əməkdaşlığın digər istiqamətləri üzrə mühüm nəticələr əldə etməyə imkan verir.

    Dostluğumuzu, ölkələrimiz arasında yaranmış münasibətlərin etimada əsaslanan xarakterini yüksək qiymətləndirir, yeni görüşləri və müxtəlif sahələrdə maraqlı birgə layihələri nikbinliklə gözləyirəm.

    Hörmətli İlham Heydər oğlu, Sizə Azərbaycan Respublikasının rifahı naminə gələcək fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı, sülh, doğmalarınıza və yaxınlarınıza xoşbəxtlik diləyirəm”.

    Eyni zamanda, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon da dövlətimizin başçısına təbrik məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu.

    Doğum gününüz münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

    Qardaş Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda irəliyə doğru inamla addımlamaqda davam edir, regional və beynəlxalq məsələlərdə getdikcə artan rol oynayır.

    İnanıram ki, Sizin siyasi kursunuzla irəliləyən Azərbaycan Respublikası qüdrətli və inkişaf edən dövlət quruculuğunda yeni zirvələr fəth edəcək.

    Fürsətdən istifadə edərək, həmçinin Sizi və Sizin simanızda ölkənizin bütün sakinlərini Yeni 2024-cü il münasibətilə təbrik edirəm.

    Qarşıdan gələn ilin əvvəli Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyətli hadisə – prezident seçkiləri ilə əlamətdar olacaq. Bu çox mühüm siyasi tədbirin uğurla keçirilməsi ilə bağlı səmimi arzularımı çatdırıram.

    Tarixə qovuşan 2023-cü ildə möhkəm dostluq ənənələrinə, qarşılıqlı hörmətə və dəstəyə əsaslanan Tacikistan-Azərbaycan münasibətləri bir sıra mühüm hadisələrlə əlamətdar olub. Onların arasında Sizin Tacikistana dövlət səfərinizi qeyd etmək istərdim. Sizin ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin ardıcıl möhkəmləndirilməsinə daimi xüsusi diqqətinizi yüksək qiymətləndirirəm.

    Xalqlarımızın köklü maraqları məcrasında iki ölkənin etimada əsaslanan dövlətlərarası dialoqunun davam etdirilməsinə şad olacağam.

    Əziz İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və dayanıqlı tərəqqi arzulayıram”.

    * * * * *

    Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli İlham Heydər oğlu, əziz qardaşım.

    Sizi mübarək doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş və səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

    Biz Sizi Azərbaycan xalqının vətənpərvər və fədakar övladı, bizə qardaş xalqın müdrik rəhbəri, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi kimi tanıyır və bunu xüsusi olaraq etiraf edirik.

    Sizin adınız Azərbaycanda sosial-iqtisadi inkişafın təmin edilməsi, müstəqil dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmləndirilməsi istiqamətində aparılan sistemli islahatlar və genişmiqyaslı dəyişikliklər, ölkənizin sürətli inkişafına yönəlmiş böyük quruculuq işləri ilə sıx bağlıdır.

    Xüsusən də Sizin güclü iradəniz sayəsində ölkənizin ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olunması, sözün əsl mənasında, reallığa çevrildi.

    Heç şübhəsiz ki, cari ilin avqust ayında bənzərsiz Azərbaycana dövlət səfərim əsnasında Sizinlə qarşılıqlı etimad və səmimilik ruhunda apardığımız danışıqlar, əldə etdiyimiz mühüm razılaşmalar, Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılış mərasimində birgə iştirakımız genişmiqyaslı ikitərəfli münasibətlərimizdə parlaq iz buraxmışdır.

    Fürsətdən istifadə edərək, bu yaxınlarda gözəl Bakıda Sizin təşəbbüsünüzlə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının birinci Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi münasibətilə Zati-alinizi bir daha təbrik edərək xüsusi vurğulamaq istərdim ki, həmin beynəlxalq tədbir regionumuzun ümumi inkişafının təmin olunmasına xidmət edəcəkdir.

    Əminəm ki, birgə səylərimizlə çoxşaxəli və uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi mənafeyi naminə gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəkdir.

    Hörmətli İlham Heydər oğlu, Sizi – əziz qardaşımı həyatınızın bu sevincli günü münasibətilə bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, tükənməz enerji, ailə səadəti, son dərəcə şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram”.

  • Qvineyada partlayış nəticəsində ölənlərin sayı artıb

    Qvineyanın paytaxtı Konakrinin mərkəzindəki yanacaq anbarında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

    Bu barədə Qvineya hökumətinin bəyanatına istinadən məlumat yayılıb.

    Agentliyin məlumatına görə, 241 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı məlum deyil.

    Qeyd edək ki, Konakridə partlayış dekabrın 17-də baş verib. Dekabrın 21-də ölkədə üçgünlük matəm elan edilib.

    Mənbə: TASS

  • Bakıda bulvar ərazisində gəzinti qayığı batdı – VİDEO

    Bakıda Bulvar ərazisində gəzinti qayığı batıb.

    Fövqəladə Hallar Nazirliyindən oxu.az-a verilən məlumata görə, hadisə ilə bağlı “112” qaynar xətinə gəzinti qayığının batması ilə bağlı məlumat daxil olub.

    Dalğıc axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb ediliblər.

    İlkin məlumata görə, batma təhlükəsində olan vətəndaşlar xilas olunublar.