Month: December 2023

  • Vyetnam, Kamboca, Malayziya, Tailand və Bruneydə yaşayan Azərbaycan vətəndaşlarına müraciət olunub

    Azərbaycan səfirlikləri Vyetnam, Kamboca, Laos, Malayziya, Tailand, Myanma və Bruneydə yaşayan Azərbaycan vətəndaşlarına müraciət ediblər.

    Azərbaycanın Vyetnamdakı səfirliyi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı Vyetnam, Kamboca və Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına çağırış edib.

    Səfirliyin “X” hesabındakı paylaşımda bildirilib ki, bu seçki ərazi bütövlüyü təmin edildikdən və ölkə ərazisi üzrə suverenlik tam bərpa olunduqdan sonra ilk seçki olaraq tarixə yazılacaq:

    “Tariximizin belə șərəfli dönəmində seçkidə iştirak etmək üçün səfirlik Azərbaycan vətəndaşlarına lazımi şəraitin yaradılmasına hazırdır. Bu məqsədlə prezident seçkisində iştirak etmək istəyən Vyetnam, Kamboca və Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Vyetnamdakı səfirliyinə müraciət etmələri xahiş olunur.

    Telefon: 024 3737 90 11/12

    Elektron poçt: hanoi@mission.mfa.gov.az

    Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumatın da göstərilməsi xahiş olunur.

    Eyni zamanda, bu tarixi hadisə münasibətilə fevralın 7-də səfirlikdə tədbirin keçirilməsi də nəzərdə tutulur”.

    Bundan başqa, Azərbaycanın Malayziyadakı səfirliyi də Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına çağırış edib.

    Vurğulanıb ki, prezident seçkisində iştirak etmək istəyən Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Malayziyadakı səfirliyinə müraciət etmələri xahiş olunur.

    Telefon: 603-42526800 / 603-4253 4800

    Elektron poçt: kualalumpur@mission.mfa.gov.az

  • DİN vətəndaşlara xəbərdarlıq edib: “Yeni illə əlaqədar özəl endirim kimi saxta mesajlara inanmayın”

    Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

    Xəbərdarlıqda bildirilib:

    “Yeni ilə özəl endirimlər” kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz:

    “Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.

  • “Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan olmuşam”

    “Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda müttəhimlər son söz deyiblər.

    Mühakimə olunan şəxslərdən heç biri özünü təqsirli bilməyib, onlar məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər.

    Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqat şöbəsinin baş zabiti, təhqiqatçısı vəzifəsində çalışmış İ.Məmmədov son sözündə sabiq Baş qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkib. Məmmədov deyib ki, hadisələr baş verən vaxtlarda Nəcməddin Sadıkovla münasibətləri gərgin olub. O bu səbəbdən əsassız cəzalandırıldığını deyib:

    “Nəcməddin Sadıkovun ən zəhləsi gedən adamlardan biri mən olmuşam. Əlacı olsaydı, başımı kəsərdi. Mən nazirlikdən əvvəl Beyləqanda təhqiqatçı işləmişəm. O dövrdə ön xətdə mina partlamışdı. Buna görə təhqiqatçı nə etsin? Məni iclasdan qovdu”.

    Təqsirləndirilən Ziya Kazımov səhhəti ilə əlaqədar son söz deyə bilməyib. Həkimin rəyi əsasında proses dekabrın 28-ə kimi təxirə salınıb.

    Qeyd edək ki, prokuror Bəkir Orucov və Ziya Kazımova 12 il 6 ay, Ülvi Rəşidov və İntiqam Məmmədova 10 il 6 ay, Rahib Məmmədova 8 il 6 ay həbs cəzası tələb edib.

  • Ильхам Алиев посетил поселок Туршсу Шушинского района

    22 декабря Президент Азербайджанской Республики Ильхам Алиев посетил поселок Туршсу Шушинского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsində olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Şuşa rayonunun Turşsu qəsəbəsində olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib.

    Qeyd edək ki, qəsəbə Şuşa şəhərindən təxminən 17 kilometr məsafədə, Şuşa–Laçın yolunun kənarında yerləşir. Turşsu qəsəbəsi işğaldan əvvəl Şuşa rayonunda Şuşa şəhərindən sonra azərbaycanlıların ən sıx yaşadığı ikinci yaşayış məntəqəsi olub. Qəsəbə 1992-ci il mayın 15-də işğal edilib. 1989-cu ildə aparılan siyahıyaalmaya əsasən, qəsəbədə 755 nəfər yaşayıb. Burada fərdi evlər, tibb məntəqəsi, xəstəxana, mədəniyyət evi, kitabxana, məktəb, televiziyaötürücü qurğu, elektrik yarımstansiyası, uşaq bağçası, musiqi məktəbi, klub və digər binalar mövcud olub. Əhalinin məşğulluğu əsasən kənd təsərrüfatı sahəsində təmin edilib. Sadalanan infrastruktur işğal dövründə tam dağıdılıb.

    Qəsəbə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Hazırda Turşsu qəsəbəsində 353 ailə – 1403 nəfər qeydiyyatdadır.

  • Bu şəxslər yeni mənzillərlə təmin olunacaq – RƏSMİ

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, fərmana əsasən, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.

    Komissiyanın sədri, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində fərmanla qoyulan vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunublar.

    Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. Komissiyanın iclasında qəbul edilən digər qərar ilə hazırda mənzil növbəsində olan 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunacaq.

    Bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3646 nəfər hərbi qulluqçu və 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Komissiya tərəfindən Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxılır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.

  • Azərbaycanda dövlət – özəl tərəfdaşlığı çərçivəsində TIR parkları yaradılacaq

    Azərbaycanda dövlət-özəl tərəfdaşlığı əsasında yük avtonəqliyyat parkları (TIR parkları) yaradılacaq.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) artıq bununla bağlı hazırlıqlara başlayıb.

    TIR parklarının yaradılması ilə bağlı ən azı üç nümunəvi layihə hazırlanacaq. TIR parklarından istifadənin genişləndirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə ediləcək. Bu istiqamətdə M-1 (Bakı-Quba- Rusiya Federasiyası ilə dövlət sərhədi), M-2 (Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi), M-3 (Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi), M-4 (Bakı-Şamaxı-Yevlax), M-5 (Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi), M-6 (Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi) avtomobil yolları üzərində konseptual araşdırma aparılacaq.

    TIR parklarında parkinq yerini rezerv etmə imkanı, avtoyuma, yanacaqdoldurma, təmir, təhlükəli, iriqabaritli və ağırçəkili yüklər üçün parklanma yerləri, hotel, tibbi yardım, internet, yüklərin mühafizəsi, bankomat və ödəniş terminalları, hamam, sanitar qovşaq və s. xidmətlər göstəriləcək. Parklarda xidmətlərdən istifadə haqqı formalaşdırılacaq.

    Bununla bağlı beynəlxalq və ölkədaxili yük daşımaları həyata keçirən ən azı 100 (minimum 70%-i əcnəbi sürücülər olmaqla) sürücü arasında sorğu keçiriləcək və onların rast gəldikləri çətinliklər və gözləntilər öyrəniləcək.

    TIR parkları ilə bağlı qanunvericiliyin formalaşması istiqamətində təkliflər hazırlanacaq.

  • Обнародованы подробности произошедшего в сентябре взрыва близ Ханкенди

    По последним данным Следственного комитета Армении, вследствие взрыва на базе нефтепродуктов близ Ханкенди погибли 218, получили ранения 120 граждан.

    Об этом сообщает Общественное телевидение Армении.

    Отмечается, что взрыв произошел в закрытом помещении, где находилось 42 000 литров бензина. Расследование с целью установить непосредственную причину взрыва продолжается.

    Трое погибших пока не идентифицированы: их родные не сдали образцы для проведения судебно-генетической экспертизы. 138 погибших идентифицированы по итогам подобной экспертизы, 77 – благодаря другим следственным действиям.

    Сообщается также, что в момент взрыва в помещении находились около тысячи человек.

    Напомним, что взрыв на базе нефтепродуктов близ Ханкенди прогремел 25 сентября 2023 года.

    Источник: Sputnik Армения

  • Xankəndi yaxınlığında sentyabrda baş verən partlayışın təfərrüatı açıqlanıb

    Ermənistan İstintaq Komitəsinin son məlumatlarına görə, Xankəndi yaxınlığındakı neft məhsulları bazasında baş vermiş partlayış nəticəsində 218 vətəndaş həlak olub, 120 nəfər yaralanıb.

    Bu barədə Ermənistanın İctimai Televiziyası məlumat yayıb.

    Qeyd edilib ki, partlayış 42 min litr benzinin olduğu qapalı ərazidə baş verib. Partlayışın bilavasitə səbəbini müəyyən etmək üçün araşdırmalar davam edir.

    Ölən üç nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib. Onların qohumları məhkəmə-genetik ekspertiza üçün nümunələr təqdim etməyiblər. Belə ekspertizanın nəticələrinə əsasən, 138, digər istintaq hərəkətləri nəticəsində 77 nəfərin şəxsiyyəti müəyyən edilib.

    Partlayış zamanı ərazidə minə yaxın insanın olduğu bildirilib.

    Xatırladaq ki, Xankəndi yaxınlığındakı neft məhsulları bazasında partlayış 2023-cü il sentyabrın 25-də baş verib.

    Mənbə: Sputnik Ermənistan

  • Anadolu Liseyində yanğın: Şagirdlər təxliyə edildilər

    Bakı Türk Anadolu Liseyində yanğın baş verib.

    Bu barədə jurnalist Aytac Carçıyeva sosial şəbəkə hesabında məlumat verib.

    “Bakı Türk Anadolu Liseyindən dumanlar yüksəlir”, – deyə jurnalist vurğulayıb.

    Qeyd olunub ki, yanğın səbəbindən uşaqlar təxliyə ediliblər.