Month: December 2023

  • Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikintisi işlərinin gedişi ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.

    Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.

  • İlham Əliyev Xankəndidəki tarixi oyunu stadiondan izləyəcək

    Bu gün Xankəndi şəhərində futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçiriləcək.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edəcək.

    Dövlətimizin başçısı daha sonra tarixi oyunu izləyəcək.

  • “WhatsApp”dan hamını sevindirən funksiya: Birgə musiqi dinləyə biləcəksiniz

    “WhatsApp”ın yeni funksiyası açıqlanıb.

    Yeni funksiya indi istifadəçilərə video zəng zamanı ekran paylaşımı zamanı bütün iştirakçılarla eyni vaxtda video və musiqi audio paylaşmağa imkan verəcək.

    Bununla belə, istifadəçilərin yeni funksiyadan yalnız videozənglərdə istifadə edə biləcəyi bildirilib.

    Ekran paylaşımı seçiminin aktiv olduğu video zəng zamanı cihaz səsini paylaşma xüsusiyyəti sayəsində istifadəçilər video və musiqi məzmununu birlikdə dinləyə biləcəklər.

    Bu yolla istifadəçilər göstərmək istədikləri video və musiqiləri paylaşa və ya danışdıqları insanları daha asan şəkildə dinləyə biləcəklər.
    //azxeber.com

  • Bankda əmanətləri olan vətəndaşlara ŞAD XƏBƏR – VİDEO

    Vergi Məcəlləsinə edilən dəyişikliyə görə, növbəti ildən bankda əmanət yerləşdirənlərə güzəştlər tətbiq olubacaq. Belə ki, vətəndaşların banklara qoyduqları əmanətlərdən gələn aylıq faiz gəlirləri vergidən azad olunacaq.

    Əvvəllər əmanətlərdən gələn gəlirin 10 faizi vergiyə cəlb olunurdu. Artıq əhalinin müddətli əmanətlərinin miqdarının azalmasından (bu miqdar 147.7 milyon manat azalaraq 12 milyard 600 milyon civarına düşüb) sonra yeni dəyişiklik edilib. Bu tendensiyanın qarşısını almaq üçün dövlətin vergi məcəlləsinə dəyişiklik eilməsi təklif olunub. Bu yeni qaydanın iqtisadiyyata böyük töhfə verəcəyi düşünülür.

    Bu barədə “Xəbərin olsun” verilişinə danışan millət vəkili Vüqar Bayramov isə vergi məcəlləsinə əmanətlərdən gələn gəlirlərə dair aha iki dəyişiklik edilməsinin də nəzərdə tutulduğunu vurğulayıb:

    “Bu dəyişikliklərə əsasən banklarda olan əmanət aylıq 200 AZN-ə dək olan hissəsi vergidən azad olunur. Vətəndaşımızın bankda 31 AZN-i varsa və həmin əmanət fazilərinə görə ümumilikdə 8 faiz ödənilirsə bu halda onun əldə etdiyi illik 2400 AZN illik vergidən tamamilə azaddır. Əgər bu əmanətlər uzun müddət yerləşdirilsə, məsələn bir il yarım yerləşdirilən əmanətlər üçün gəlirdən asılı olmayaraq bütün gəlirlər vergidən azad olunacaq”.

    Ətraflı videoda:

  • İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub – FOTO

    Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərinin Qarabağ küçəsində aparılan tikinti işləri ilə tanış olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verilib.

    Bildirilib ki, şəhərin mərkəzi küçəsinin layihəsi ümumilikdə 10 bina olmaqla dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Tikilməkdə olan binalarda artıq dəmir-beton konstruksiya işləri yekunlaşmaq üzrədir. Binalarda fasad və dam örtüyü işlərinə tezliklə başlanılacaq. Həmçinin layihə çərçivəsində Sadıqcanın evinin bərpa işlərində də başlanılıb.

    Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti bu küçəyə rəmzi olaraq “Qarabağ” adını verib. Gövhər Ağa məscidi, “Qarabağ” hoteli, xüsusi nümayəndəliyin binası Şuşanın mərkəzini əhatə edən bu küçədə yerləşir. Küçənin yenidən qurulması zamanı Şuşanın tarixi-milli memarlıq üslubunun qorunması xüsusilə diqqət mərkəzində saxlanılır. Tikinti işləri yüksək səviyyədə həyata keçirilir.








  • Bakıda restoranın 85 min manatını ələ keçirən kababçı azadlığa buraxıldı

    Bakıdakı məşhur restoranlardan birindən 85 min manatlıq ətin pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə restoranın kuryeri Radiq Mehdiyev və kababçı Natiq Qardaşova hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli biliniblər.

    İstintaq müddətində həbsdə saxlanılan N.Qardaşov 5 min manat cərimə edilərək məhkəmə salonundan azadlığa buraxılıb. Polisin nəzarəti altında olan Radiq Mehdiyevə də 5 min manat cərimə cəzası verilib.

    Bildirilib ki, məhkəmə prosesində zərərçəkmiş iş adamı, restoranın icarədarı Şəmsəddin Hüseynov təqsirləndirilən şəxslərin artıq dəymiş ziyanı ödədiklərini bildirib və onlarla bağlı şikayətini geri çəkib.

  • Стало известно, в каких освобожденных от оккупации районах будут действовать офисы АОКП – ОБНОВЛЕНО

    Офисы Азербайджанского общества Красного Полумесяца (АОКП) будут действовать в Ханкенди, Ходжалы и Аскеране.

    Как сообщает Report, об этом журналистам заявил президент АОКП Новруз Аслан.

    По его словам, после оценки существующей инфраструктуры ожидается открытие офисов в Ханкенди, Ходжалы и Аскеране.

    “Всестороннее обсуждение этого вопроса, вероятно, состоится в следующем году”, – подчеркнул Н.Аслан.

    * * * * *

    На освобожденных от оккупации территориях откроются офисы Азербайджанского общества Красного Полумесяца (АОКП).

    Как сообщает Report, об этом исполнительный секретарь АОКП Джейхун Мирзаев сказал на внеочередной XXVI Генеральной ассамблее общества.

    По его словам, в рамках проекта “Великое возвращение” планируется построить офисы Азербайджанского общества Красного Полумесяца в трех городах.

  • Qızıl Aypara Cəmiyyətinin Qarabağ ofislərinin fəaliyyət göstərəcəyi yerlər açıqlanıb – YENİLƏNİB

    Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisləri Xankəndi, Xocalı və Əsgəranda fəaliyyət göstərəcək.

    “Report” xəbər verir ki, bunu Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, mövcud infrastruktur dəyərləndirildikdən sonra Xankəndi, Xocalı və Əsgərənda ofislərin fəaliyyətə başlaması gözlənilir.

    “Məsələnin hərtərəfli müzakirəsi yəqin ki, gələn il olacaq”, – N.Aslan vurğulayıb.

    * * * * *

    İşğaldan azad olunmuş torpaqlarda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ofisləri fəaliyyət göstərəcək.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin növbədənkənar keçirilən XXVI Baş Məclisində hesabat tədbirində çıxışı zamanı deyib.

    “Böyük Qayıdış” layihəsi çərçivəsində AzQAC-ın üç şəhərdə ofis inşa etməsi gözlənilir.

  • Bakıda bank kartlarından 20 min manat oğurlayan şəxs saxlanıldı

    Dekabrın 10-da və 19-da Bakı şəhər sakini olan bir nəfərin bank kartlarındakı hesablarından 20 000 manat pul oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2003-cü il təvəllüdlü R.Xankişiyev müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 1,4 доллара (1,67%) и составила 85,35 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).