Month: December 2023

  • Sumqayıtda qadın özünü 5-ci mərtəbədən atdı

    Sumqayıtda intihar hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

    Belə ki, 1975-ci il təvəllüdlü Ofelya Adil qızı Əhmədova yaşadığı 62 saylı binanın 5-ci mərtəbəsindən özünü atıb.

    Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır

  • Daha altı şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsi TƏSDİQLƏNDİ

    Mərkəzi Seçki Komissiyası (MSK) daha altı şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

    Bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

    Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib.

    Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

    Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.
    //oxu.az

  • Azərbaycanda tanınmış musiqiçi vəfat etdi – FOTO

    Tanınmış virtouz sənətkar Məhərrəm Nəcəfzadə vəfat edib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, 57 yaşlı musiqiçi Bakıda qəfil dünyasını dəyişib.

    Qeyd edək ki, Məhərrəm Nəcəfzadə 15 musiqi alətində mükəmməl ifa bacarığı ilə tanınıb.

    O, 2015-ci ildən İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışırdı.

    M.Nəcəfzadə Əməkdar artist İlham Nəcəfovun qardaşıdır.

  • AYNA: “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir”

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 800 avtomobil gözləyir.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.

    Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 68, “Samur” gömrük postunda 35, “Xanoba” gömrük postunda 5 yük maşını var. “Astara” gömrük postunda isə maşın yoxdur.

    “AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır”, – deyə məlumatda qeyd olunub.

  • “Qarabağ” Xankəndidə keçirilən tarixi oyunda Nəriman Axundzadənin qolu ilə MOİK-i məğlub etdi

    “Qarabağ” matça əlavə olunmuş 5-ci dəqiqədə Nəriman Axundzadə ilə qol vuraraq Azərbaycan Kubokunda MOİK-i 1:0 məğlub edərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

  • Hava ilə bağlı xəbərdarlıq – Dekabrın 22-də…

    Sabah ölkədə güclü külək əsəcək.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

    Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında sabah günün ikinci yarısından dekabrın 24-dək cənub-qərb küləyinin arabir 15-18 m/s, dekabrın 23-ü gündüz saatlarında isə yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Sabah gündüz saatlarından dekabrın 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 23-25 m/s, ayrı-ayrı yerlərdə arabir 27-32 m/s-dək güclənəcəyi gözlənilir.

  • Gerasimov: “Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması üzərində işləyir”

    “Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir”.

    Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov xarici hərbi attaşelər üçün brifinqdə çıxışında deyib.

    Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması, eləcə də Ermənistanla Azərbaycan arasında ziddiyyətlərin həlli üçün məqsədyönlü iş aparır.

    Mənbə: Newsland.com

  • “İçərişəhər”in mobil tətbiqi yaradılacaq

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında mobil tətbiq yaradılacaq.

    Median.Az bu barədə quruma istinadən xəbər verir.

    Məlumata görə, idarə mobil tətbiq yaratmaqla ziyarətçilər haqqında məlumat toplamaq, onlarla geri əlaqəni təmin etmək və nəticədə data əsaslı idarəetməni, yüksək keyfiyyətli və sürətli xidməti təmin etmək istəyir.

    Mobil tətbiqdə İçərişəhərin onlayn xəritəsi olacaq, onunla ərazini gəzmək, yeni səfər planlaşdırmaq və bu səfəri başqa istifadəçilərlə tətbiq daxilində paylaşmaq, məkanlara reytinq vermək (1-5 bal/ulduz) imkanı olacaq.

    Bundan başqa, mobil tətbiq istifadəçiləri İçərişəhərdəki muzeylər, qalereyalar, otellər, restoranlar və s. haqqında məlumat əldə edə biləcək. Onun istifadəçi interfeysi və kontenti Azərbaycan və ingilis dillərində hazırlanacaq.

  • ÜST-dən xəbərdarlıq: COVID-19-un “JN.1” ştammı yayılır

    Dünya ölkələrində COVID-19 virusunun “JN.1” ştammı yayılıb.

    Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

    Bildirilib ki, bu ştamm diqqətə alınması vacib virusdur. Hələ ki, bu virus əhalisi çox olan ölkələr Hindistan, Çin və ABŞ-da aşkar edilib.

    ÜST dünya əhalisi üçün hazırda təhlükənin miqyasının kiçik olduğunu bildirsə də, insanları peyvənd etdirərək bundan qorunmağa çağırıb.

    “JN.1” ştamının yayıldığı ABŞ-da xəstə sayının artacağı qaçınılmazdır.

    İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bu virusun koronavirusa yoluxanların bəzilərində aşkarlandığını bildirib. “JN.1″in koronavirusun başqa ştammlarına nisbətən daha təhlükəli olub-olmadığı hələ ki, araşdırılmayıb.

  • Baş Prokurorluq bir sıra qurumlara xəbərdarlıq etdi

    Baş Prokurorluq ekoloji hüquqpozuntularına qarşı mübarizəni davam etdirərək həm pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı belə pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində tədbirlər görür.

    Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

    Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji pozuntuların təhlil edilməsi ilə müəyyən edilmişdir ki, yaşıllıqların uçotu və qeydiyyatı, həmçinin reyestrin formalaşdırılması və aparılması sahəsində yerli icra və özünü idarəetmə orqanlarının faəliyyəti lazimi səviyyədə təşkil edilmir.

    Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot və monitorinqini apararaq bu barədə məlumatları yaşıllıqların kadastrınının aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə ekoloji hüquqpozuntularının törədilməsinə şərait yaratmışlar.
    Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilmişdir.