Month: December 2023

  • Azərbaycanda dəhşətli qəzada ölən Nazlının FOTOsu

    Bu gün saat 19 radələrində Mingəçevir şəhəri ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı iki piyadanı vurub.

    Median.Az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, hadisə nəticəsində piyadalardan biri- 2005-ci il təvəllüdlü Hüseynova Nazlı Rövşən qızı aldığı xəsarətlərdən vəfat edib, digər piyada Sadıqzadə İmamrza Çingiz oğlu isə xəsarət alıb.

    Hər iki piyadanın Mingəçevir Turizm kollecinin üçüncü kurs tələbəsi olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • “Yeni virus sürətlə yayılır” – ÜST xəbərdarlıq etdi

    Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır.

    Median.Az qafqazinfo.az-a xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb.

    “JN.1” adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.

    ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib.

    “Qrip, respirator viruslar və uşaqlıq pnevmaniyası kimi viruslar da şimal yarımkürəsində artmaqdadır”,- deyə məlumatda qeyd olunub.

  • Армия Сомали очистила от боевиков город Масагауэй

    Вооруженные силы освободили от боевиков группировки “Аш-Шабаб” город Масагауэй в центральной части Сомали.

    Как передает Report со ссылкой на агентство Xinhua, террористы “Аш-Шабаб” выжаты из города Масагауэй, операция по их преследованию в настоящее время продолжается на нескольких фронтах в восточной части региона Гальгудуд”. Сообщений о потерях с обеих сторон во время операции не поступало.

    Правительственные войска взяли на себя круглосуточную охрану президентского дворца с учетом постепенного завершения работы временной миссии Африканского союза, передает издание Garowe Online.

    “Аш-Шабаб” возникла в Сомали в 2004 году. К 2010 году группировка контролировала обширную территорию страны, в том числе столицу, однако летом 2011 года была вынуждена оставить Могадишо и перейти к партизанской борьбе с правительством республики и его союзниками. В феврале 2012 года один из главарей “Аш-Шабаб” объявил о присоединении к террористической организации “Аль-Каида”

  • Somali ordusu Masaqauey şəhərini silahlılardan təmizləyib

    Somalinin mərkəzində yerləşən Masaqauey şəhərini “Əl-Şəbab” silahlılarından azad edilib.

    Median.Az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

    Silahlıları təqib etmək üçün əməliyyat hazırda Qalqudud bölgəsinin şərq hissəsində bir neçə cəbhədə davam edir.

    Əməliyyat zamanı hər iki tərəfdən itkilər barədə məlumat verilməyib.

    Hökumət qoşunları Afrika İttifaqının müvəqqəti missiyasının işinin mərhələli şəkildə başa çatmasını nəzərə alaraq, prezident sarayının 24 saatlıq təhlükəsizliyini öz üzərinə götürüb.

    “Əl-Şəbab” 2004-cü ildə Somalidə yaranıb. 2010-cu ilə qədər paytaxt daxil olmaqla ölkənin geniş ərazisinə nəzarət edirdi, lakin 2011-ci ilin yayında Moqadişunu tərk edərək hökumət və onun müttəfiqləri ilə partizan müharibəsinə keçməyə məcbur oldu.

  • Lənkəranda çillə gecəsi qeyd olunub

    Tədqiqatçılar qədim təqvimlərə əsasən Azərbaycanın milli adətlərindən olan çillə gecəsinin Yerin şimal yarımkürəsində ilin 365 gününün ən uzun gecəsinə təsadüf etdiyini qeyd edirlər. Bu gecə şəmsi ilinin dey ayının başlanğıc gecəsi, azər ayının sonuncu gecəsi və 3 ay Novruz bayramına qalmış bir gecədir. Çillə sözü bir neçə mənada başa düşülür. 40 gün mənasında istifadə edilən bu söz daha çox ağırlığın, çətinliyin başlanğıcı mənasında başa düşülür. Qış fəsli üç hissəyə bölünür.

    40 gün davam edən böyük çillənin (21 dekabr-29 yanvar) ardınca 20 günlük kiçik çillə (29 yanvar-18 fevral) gəlir və daha sərt olduğundan qışın “oğlan çağı” adlandırılır. Boz ay (oğru buğ) (20 fevral – 20 mart) isə bir ay davam edir.

    Miladi tarixlə dekabrın 20-dən 21-nə keçən çillə gecəsi əsasən Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda xüsusi qeyd edilir.


    Məsələ ilə bağlı “Report”un cənub bürosuna danışan etnoqraf Həşim Kəlbiyev qədim dövrlərdən insanların təbiət hadisələrini diqqətlə izlədiyini, bu hadisələrin onların yaşayışına təsir etməsini özünün ilkin bədii təxəyyülündə formalaşdıraraq müxtəlif ayinlər keçirdiklərini bildirib.

    Onun sözlərinə görə, bu gecə bayram etməyin mənası işığın qaranlıqla mübarizəsi kimi təsvir edilir: “İnanclara görə bu çətinlikləri birlikdə şənlik edərək dəf etmək mümkün olub. Bu adət son illərə qədər daha şövqlə, indinin özündə də rayonlarda, kəndlərdə birgə süfrələr təşkil edilməklə qeyd olunur. Süfrələrdə lap əvvəllər qoz, çəyirdəkli meyvə və tərəvəz qurusu qoyularmış. Milli dəyərlərimizin tərkib hissəsi olan bu gecənin ən əhəmiyyətli atributlarından biri qarpızdır. Bayram günü, demək olar ki, bütün evlərdə çillə qarpızı kəsilir. Əksər ailələr belə qarpızları əvvəlcədən alıb saxlayarlar. Çillə qarpızına bolluq, bərəkət rəmzi kimi baxılır!.


    Etnoqraf qeyd edib ki, çillə gecəsində qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir: “Çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, mən səni necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Nişanlı qızlara da oğlan evindən xonçada qarpız aparılması adəti bu gün də cənub rayonlarında yaşadılır. Süfrəsində qarpızı olmayanlar isə ağ boranı kəsib qaynatmaqla bayramı qeyd edirlər. Lənkəranda qış fəslində əkin-biçin, təsərrüfat işləri az olduğundan növbə ilə evlərdə kiçik şənlik mərasimləri “Şəvnışt” təşkil edərmişlər. Bu isə qədim adət-ənənələrin qorunub-saxlanılması ilə yanaşı, qış vaxtı xüsusilə kənd və kiçik yaşayış yerlərində bir növ sosiallaşmağa xidmət edib. Qarpızın oval şəkli Günəş, üzərindəki zolaqlar Günəş şüaları, qırmızı dilimləri od, toxumları artım, törəyiş və s. ifadə etməkdədir. İnanca görə, qarpızın qeyd etdiyimiz mifoloji-rəmzi özəllikləri insanları mövsümün çətinliklərindən qorumağı, fiziki, ruhi möhkəmliyi təmin etmiş olub. Beləcə, süfrəniz daim bol-bərəkətli, qəlbləriniz istənilən soyuqluğu dəf edəcək qədər hərarətli olsun. Çillə gecəsinin qayəsi də budur”.

  • Pediatrdan valideynlərə ÇAĞIRIŞ

    Kəskin respirator viruslara payız-qış mövsümündə daha çox rast gəlinir.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnaz Ağayeva deyib.

    Onun sözlərinə görə, mütəxəsislər tərəfindən düzgün müayinə aparılmadıqda fəsadlar yarana bilər.

    “Uşaqlarda böyüklərdən fərqli olaraq hər yaş dövründə immun sisteminin kritik vaxtı olur. Respirator xəstəliklərə daha çox 1-7 yaş arsında baxçaya gedən və ilkin məktəb dövründə olan uşaqlarda rast gəlinir. Belə ki, xəstə digər uşaqla təmasda olanda bu virus ona da keçə bilər”, – pediatr deyib.

    O vurğulayıb ki, həkim təyinatı olmadan uşaqlara dərman preparatlarının verilməsi məsləhət görülmür: “Dərmanlar uşaqların yaşına, çəkisinə və hər bir orqanın patologiyasına görə müəyyən edilməlidir”.

  • Şəhid anası dünyasını dəyişdi – FOTO

    Lənkəran rayonunda şəhid baş leytenant Samid Əkbərovun anası Zərifə Əkbərova dünyasını dəyişib.

    News24.az xəbər verir ki, o, 65 yaşında vəfat edib.

    Qeyd edək ki, Samid Əkbərov 23 yanvar 1983-cü ildə Lənkəran rayonunun Boladi kəndində dünyaya gəlib. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

    8 noyabr 2008-ci il tarixində Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində şəhidlik zirvəsinə ucalıb.

  • İmran Xan Pakistanda parlament seçkilərində namizədliyini irəli sürəcək

    Pakistanın keçmiş baş naziri İmran Xan fevralın 8-də ölkədə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

    Bunu siyasətçinin vəkilləri bildiriblər.

    Vəkil Əli Zəfər deyib ki, İmran Xan Pakistanın azı üç seçki dairəsindən – İslamabad, Lahor və Mianvalidən namizədliyini irəli sürəcək.

    Xatırladaq ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.

    Ötən ilin oktyabrında Seçki Komissiyası baş nazir kimi gəlirləri ilə bağlı maliyyə hesabatlarını səhv təqdim etdiyinə görə onu seçkidən kənarlaşdırıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

    Mənbə: TASS

  • Paşinyandan Qarabağla bağlı TARİXİ ETİRAF – VİDEO

    Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin birinci kanalına verdiyi müsahibədə bir sıra etiraflar edib.

    Belə ki, kanalın baş direktorunun “sizcə Qarabağ mövzusu bağlandı?” sualına cavab olaraq, Paşinyan bildirib ki, Qarabağın statusu məsələsənin müsbət həll variantı heç vaxt danışıqlar masasında olmayıb:

    “İndiyədək heç bir dövlət Qarabağı müstəqil qurum kimi rəsmən tanımayıb. Əgər bununla bağlı hər hansı sənəd varsa, arxivdən çıxarıb sübut etsinlər”.

    Ətraflı süjetdə:

  • Vətəndaşların NƏZƏRİNƏ: Sabah Bakının bəzi ərazilərində qaz kəsiləcək

    Çənlibel QTM-dən qidalanan 7-ci və 8-ci mikrorayonları təbii qazla təmin edən yeraltı qaz xəttinin korroziyaya uğraması səbəbindən əvəzlənməsi və mövcud şəbəkəyə qoşulması ilə əlaqədar adıçəkilən QTM-dən 21.12.2023-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

    Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

    Təmir işləri görülən müddətdə Binəqədi rayonunun M. Rəsulzadə qəsəbəsinin və S.S.Axundov küçəsinin bir hissəsinin, həmçinin İ.Hacıyev, Koroğlu, F.Rüstəmov, İ. Dadaşov, N.Nərimanov, Ş.Məmmədova küçələrinin isə tam olaraq qaz təchizatında müvəqqəti fasilə yaranacaq.