Month: December 2023

  • Azərbaycanda dəhşət: Qardaş üç bacısına təcavüz edib

    “Bu yaxınlarda sığınacağımıza cinsi zorakılığa məruz qalmış iki bacı yerləşdirilib. Onlarla söhbət edəndə məlum oldu ki, cinsi zorakılığa öz ailələrində məruz qalıblar”.

    Bizim.Media xəbər verir ki, bunu “Regionlarda gender əsaslı zorakılıq və məişət zorakılığı əleyhinə mübarizə sahəsində təşəbbüs qruplarının yaradılması” layihəsinin hesabat konfransında “Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə qeyd edib.

    Onun sözlərinə görə, sözügedən ailə 6 üzvdən ibarətdir və bir otaqda yaşayırlar:

    “Bacıların dediyinə görə üç bacı və bir qardaşdırlar. Analarını hər səhər fiziki zorakılığa məruz qalmış halda görürdülər. Gözlərinin altı gömgöy olurdu. Dəfələrlə döyülməsinə bacılar müdaxilə etsələr də, qardaşın səsi çıxmırdı. Ananı müdafiə edən ancaq bacılar olurdu.

    Sonra məlum oldu ki, həmin üç bacı elə qardaşları tərəfindən cinsi zorakılığa məruz qalıb.

    Ümumiyyətlə, müəyyənləşdirmişik ki, cinsi zorakılıqların çoxu ailələrdə baş verir və bu dəhşətdir”.

  • Названа среднемесячная зарплата бакинских учителей

    В 2023 году среднемесячная зарплата учителей, работающих в общеобразовательных учреждениях столицы, составила 976 манатов.

    Об этом сообщили в Управлении образования города Баку (УОГБ).

    Среднемесячная зарплата педагогов-воспитателей дошкольных образовательных учреждений, подведомственных УОГБ, составила 612 манатов.

  • Paytaxtda çalışan müəllimlərin orta aylıq maaşı açıqlandı

    2023-cü ildə Bakıda ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqısı 976 manat təşkil edib.

    Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.

    Bildirilib ki, BŞTİ-nin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq maaşı isə 612 manat təşkil edib.

  • Президент Ильхам Алиев принял вице-президента Турции Джевдета Йылмаза

    20 декабря Президент Азербайджанской Республики Ильхам Алиев принял вице-президента Турецкой Республики Джевдета Йылмаза.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Türkiyənin vitse-prezidentini qəbul etdi – YENİLƏNİB

    Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, Cevdet Yılmaz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.

    Azərbaycan Prezidenti hər fürsətdə və beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə Türkiyə Prezidenti ilə görüşdüyünü və müzakirələri davam etdirdiyini vurğulayıb.

    Cevdet Yılmaz ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və ulu öndər Heydər Əliyevin əsl liderlik nümayiş etdirərək Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edib.

    Türkiyənin vitse-prezidenti tarixi Qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığı vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib.

    Vitse-prezident Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycanın göstərdiyi qardaşlıq dəstəyinə görə təşəkkürünü bildirib, Kahramanmaraşda həyata keçirilən bərpa və tikinti işlərini xüsusilə qeyd edib. Cevdet Yılmaz dünyanın yaşıl və rəqəmsal transformasiya dövründə olduğunu nəzərə alaraq, Azərbaycanla Türkiyənin bu sahədə də birgə çalışmasının və əməkdaşlığının vacibliyini vurğulayıb.

    Görüşdə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsinin Preferensial Ticarət Sazişinin imzalanmasından sonra daha da artmasından məmnunluq ifadə olunub. Həmçinin gələn il Azərbaycan-Türkiyə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, eləcə də ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

    Söhbət zamanı beynəlxalq təşkilatlar, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq, təşkilatın daha da gücləndirilməsi, digər qardaş türk ölkələri ilə işbirliyinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

    * * * * *

    Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazı qəbul edib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • İlham Əliyev Roma Papasını təbrik etdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “İsa peyğəmbərin mübarək mövludu – Milad bayramı münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.

    Xristian aləminin ən müqəddəs bayramlarından biri, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzi olan Milad bayramı insanları yüksək mənəvi ideallar və dəyərlər ətrafında birləşdirərək qəlbləri parlaq ümidlərlə doldurur, yeni nailiyyətlərə ruhlandırır. Yüksək birgəyaşayış mədəniyyəti və çoxəsrlik tolerantlıq mühitinin mövcud olduğu Azərbaycan cəmiyyətində Milad bayramı ölkəmizdə ənənəvi olaraq qeyd olunan dini bayramlar arasında özünəməxsus yer tutur.

    Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir. Ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür.

    Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dinlərarası harmoniyanın, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətənləri olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir.

    Azərbaycanın Müqəddəs Taxt-Tac ilə əlaqələrinin yüksələn xətlə və dinamik inkişafı məmnunluq doğurur. Xoşməramlı niyyətlərə xidmət edən ikitərəfli münasibətlərimizin tarixi əlamətdar hadisələr və nailiyyətlər ilə zəngindir. Azərbaycan-Müqəddəs Taxt-Tac əməkdaşlığının inkişafında, konstruktiv dialoqumuzun genişlənməsində Sizin böyük şəxsi töhfənizə, habelə Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə minnətdarlığımı bildirirəm.

    İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında mövcud olan nümunəvi əməkdaşlıq münasibətləri bundan sonra da sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılmasına və ümumbəşəri dəyərlərin təşviqinə xidmət edəcəkdir.

    Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz və qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, humanizm ideallarının təntənəsi naminə ali missiyanızda uğurlar diləyirəm”.

  • Bir qrup idmançı və idman mütəxəssisi təltif edildi – SİYAHI

    Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

    “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

    Xəlfəyev Ziyad Əli oğlu

    “Tərəqqi” medalı ilə

    Allahverdiyev Xanlar Xanlar oğlu

    Allahverdiyev Mehman Firuddin oğlu

    Babayev Nazim Tahir oğlu

    Bünyadova Tamilla Hüseyn qızı

    Əhmədov Kamal İzzət oğlu

    Əliavsarov Ələkbər Əliəsgər oğlu

    Əsgərov Asif Şamil oğlu

    Hidayətzadə Elnur Rəhim oğlu

    Hüseynli Turac Bəylər oğlu

    Hüseynov Rahib Ağəli oğlu

    Qurbanov Bəhruz Seyfulla oğlu

    Novruzov Əsgərxan Qurban oğlu

    Rüstəmov Allahverdi Ağəmməd oğlu

    Rüstəmov Lütfiyar Əyyub oğlu

    Skydan Hanna Aleksandrovna

    Şahbanov İbadulla Şəmsuddinoviç

    Vəliyev Şirin Musa oğlu.

    Sənədə əsasən, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

    Abdullayev Arif Yədulla oğlu

    Əbilov Eldar Zöhrab oğlu

    Məmmədov Fərhad Nizami oğlu.

    Eyni zamanda, sərəncama görə, Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

    Beybutov Rafiq Qəmbər oğlu

    Əliyev Tofiq Zöhrab oğlu

    Əzizli Eldəniz Yamən oğlu

    Həşimov Qasım Murtuza oğlu.

  • КПА приняла заявление о поддержке кандидатуры Ильхама Алиева на пост президента – ОБНОВЛЕНО

    На внеочередном съезде Конфедерации профсоюзов Азербайджана (КПА) было принято заявление о поддержке кандидатуры Ильхама Алиева на пост президента на внеочередных президентских выборах.

    Как сообщает Report, проект решения был вынесен на голосование и принят единогласно.

    Затем было зачитано заявление КПА о поддержке кандидатуры Ильхама Алиева на внеочередных президентских выборах.

    * * * * *

    На внеочередном съезде Конфедерации профсоюзов Азербайджана (КПА) выдвинуто предложение о поддержке кандидатуры Ильхама Алиева на пост президента на внеочередных президентских выборах.

    Как сообщает Report, предложение озвучил председатель КПА Саттар Мохбалыев.

    Участники съезда единогласно поддержали предложение.

    Внеочередные президентские выборы пройдут в Азербайджане 7 февраля 2024 года.

    * * * * *

    На внеочередном VI съезде Конфедерации профсоюзов Азербайджана избран председатель.

    Как сообщает Report, структуру вновь возглавит Саттар Мехбалыев.

    * * * * *

    Проходит внеочередной VI съезд Конфедерации профсоюзов Азербайджана.

    Как сообщает Report, в повестку съезда включены пять вопросов, одним из которых является поддержка кандидатуры главы государства Ильхама Алиева на внеочередных президентских выборах.

    В мероприятии принимают участие 2 194 делегата.

    Отметим, что 7 февраля 2024 года в стране состоятся внеочередные президентские выборы.

  • AHİK-in qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi dəstəklənib – YENİLƏNİB

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayında İlham Əliyevin növbədənkənar Prezident seçkilərində prezidentliyə namizədliyinin dəstəklənməsi irəli sürülüb.

    “Report” xəbər verir ki, bu təklifi AHİK sədri Səttar Möhbalıyev təklif səsləndirib.

    Qurultay iştirakçıları təklifi yekdilliklə dəstəkləyiblər.

    Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar Prezident seçkiləri keçiriləcək.

    Xatırladaq ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Artıq Mərkəzi Seçki Komissiyası İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.

    Bundan başqa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev müstəqil olaraq prezidentliyə namizədliklərini irəli sürüblər.

    * * * * *

    Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayında yeni sədr seçilib.

    “Report” xəbər verir ki, Səttar Möhbalıyev qurumun yenidən sədri seçilib.

    * * * * *

    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar VI qurultayı keçirilir.

    “Report” xəbər verir ki, tədbirdə beş məsələ müzakirə olunacaq.

    Qurultayın gündəliyindəki məsələlərdən biri də Azərbaycan lideri İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsidir.

    Tədbirdə 2 194 nümayəndə iştirak edir.

    Qeyd edək ki, 2024-cü il fevralın 7-də ölkədə növbədənkənar prezident seçkisi keçiriləcək.

  • Ağcabədidə pirotexniki vasitələr aşkarlanıb

    Pirotexniki vasitələrin satışını təşkil edən və qanunsuz odlu silah saxlayan şəxslər aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib.

    Həmin şəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

    Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi təmin edilib. Profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinin könüllü olaraq təqdim etdiyi iki ədəd ov silahı təhvil götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.