Month: December 2023

  • Присвоение на миллион: экс-начальнику и сотрудникам Палаты аудиторов предъявлены обвинения

    Троим бывшим сотрудникам Палаты аудиторов Азербайджанской Республики (АР) предъявлены обвинения, сообщает Qafqazinfo.

    Отмечается, что экс-начальник управления финансово-технического обеспечения, главный бухгалтер Вели Рагимов, финансист-бухгалтер управления финансового обеспечения и внешних связей Говхар Ахмедова и аудитор Фарида Новрузова обвиняются в присвоении в особо крупном размере по соответствующей статье Уголовного кодекса АР.

    По предварительным данным, присвоенная сумма составляет более миллиона манатов.

    Добавим, что 58-летний В.Рагимов был освобожден от должности в прошлом месяце.

  • Dövlət qurumunda bir milyonluq yeyinti: Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildilər

    Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

    İlkin məlumata əsasən, mənimsənilən məbləğ bir milyon manatdan çoxdur.

    Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

  • В WhatsApp появится новая функция – ФОТО

    В мессенджере WhatsApp появится новая функция, с помощью которой пользователи смогут фильтровать чаты.

    Специалисты рассказали, что WhatsApp добавил важные фильтры, которые помогают классифицировать диалоги. Фильтры размещаются в верхней части списка чатов.

    По словам экспертов, в список новых фильтров войдут группы диалогов “Не прочитано”, “Контакты” и “Группы”. “Это позволяет быстро получать доступ к определенным типам чатов”, – пояснили они. К примеру, фильтр “Не прочитано” отображает только те диалоги, в которых есть непрочитанные сообщения, а “Группы” включает в себя только групповые беседы, добавили специалисты.

    Новая функция доступна бета-тестерам, в ближайшее время опция появится у всех пользователей.



    Источник: WABetaInfo

  • “WhatsApp”da çatlarla bağlı yeni funksiya – FOTO

    “WhatsApp”dan istifadəçilərin işini yüngülləşdirəcək yeni funksiya gəlir.

    Belə ki, tətbiqə söhbətləri təsnif etməyə kömək edən mühüm filtrlər əlavə edilib. Filtrlər söhbət siyahısının yuxarı hissəsində yerləşdirilib.

    Yeni filtrlərin siyahısına “Oxunmamış”, “Kontaktlar” və “Qruplar” dialoq seçimləri daxil olacaq.

    Tərtibatçıların sözlərinə görə, bu yenilik müəyyən növ çatlara tez daxil olmağa imkan verəcək. Məsələn, “Oxunmamış” filtri yalnız oxunmamış mesajları ehtiva edən dialoqları, “Qruplar” isə yalnız qrup söhbətlərini göstərir.

    Yeni funksiyadan hələlik beta testerlər istifadə edə bilirlər, yaxın gələcəkdə isə bütün istifadəçilər üçün əlçatan olacaq.

  • Uzun müddət ekrana baxmaq uşaqlarda autizm yaradır?

    İsrailin Ariel Universitetinin alimləri uzun müddət ekrana baxmağın uşaqlarda autizm spektri pozğunluğunun (ASD) inkişafı ilə əlaqəli olduğuna dair heç bir inandırıcı dəlil tapmayıblar.

    Araşdırmanın nəticələri “Journal of the American Medical Association” jurnalında dərc edilib.

    Yeni araşdırma əvvəlki 46 elmi məqalənin nəticələrinə (meta-analiz) əsaslanır. Tədqiqatlarda ümumilikdə 562 131 könüllü iştirak edib. Elm adamları araşdırmada iştirak edən uşaqların televizor, planşet və kompüter ekranları qarşısında nə qədər vaxt keçirdikləri barədə məlumatları qeydə alıblar. Daha sonra tədqiqatçılar ekran qarşısında daha çox vaxtın keçirilməsini ASD inkişaf riskinə təsir edib-etmədiyini müəyyən etməyə çalışıblar. ASD sosial qarşılıqlı əlaqə və ünsiyyətdə pozğunluqlarla xarakterizə olunan neyroinkişaf pozğunluğudur.

    Təhlil nəticəsində alimlər qadcetlərdən həddindən artıq istifadə ilə uşaqlarda autizm spektri pozğunluğunun inkişaf ehtimalının artması arasında inandırıcı əlaqə tapmayıblar. Tədqiqatın müəllifləri qeyd ediblər ki, çox güman ki, ASD olan uşaqlar ilkin olaraq qadcetlərə yüksək maraq göstərirlər, nəticədə onların ekran qarşısında keçirdiyi vaxt artır.

    Tədqiqatçılar əlavə ediblər ki, ekrandan istifadə ilə bağlı ümumi potensial mənfi nəticələr ümumi hesab ediləndən daha az ağır ola bilər. Qadcetlərlə qarşılıqlı əlaqənin növü də vacibdir. Məsələn, sosial şəbəkələrdə ünsiyyət ASD olan uşaqlara ünsiyyət bacarıqlarını inkişaf etdirməyə kömək edə bilər.

    Mənbə: gazeta.ru

  • Pişik videoları izləməyin insan orqanizminə olan təsirləri açıqlanıb

    Statistikaya görə internetdə ən çox izlənən görüntülər arasında pişiklə bağlı videolar üstünlük təşkil edir.

    İndiana Universitetinini tədqiqatçıları tərəfindən aparılan araşdırma bu videoların populyarlığının elmi izahını verib.

    Alimlər 7000 nəfərdən pişik videolarına baxmağı və bunun onların əhval-ruhiyyəsinə necə təsir etdiyini təsvir etmələrini istəyiblər.

    Məlum olub ki, istifadəçilər əsasən işdə və ya dərs oxuyarkən onları izləyiblər. Sorğunun nəticələrinə əsasən pişiklər haqqında onlayn videoya baxan insanlar özlərini daha enerjili və pozitiv hiss etdiklərini, narahatlıq və kədər kimi mənfi emosiyalardan azad olduqları müşahidə edilib.

    O da öyrənilib ki, belə videolara daha çox pişik sahibləri və utancaq insanlar baxırlar.

    Mənbə: Haber Global

  • Günəş Yeri qızdırırsa, kosmos niyə bu qədər soyuqdur: Elm buna cavab verir

    Elm adamları qlobal problemləri, məsələn, yerdənkənar həyatın, yaşayış üçün yararlı ekzoplanetlərin axtarışı və sair məsələləri öyrənməyə artıq öyrəşiblər, lakin eyni zamanda, daha sadə məsələlər diqqətdən kənarda qalır.

    Bu məsələ ilə bağlı “IFLScience” elmi saytı araşdırma aparıb.

    Məsələn, bu yaxınlarda internet istifadəçiləri maraqlanırdılar ki, Günəş Yeri və digər planetləri bu qədər qızdırır, bəs kosmos niyə bu qədər soyuqdur?

    Alimlərin fikrincə, ilk diqqət çəkən odur ki, kosmosda fon temperaturu orta hesabla 2,7 kelvin və ya -270,45 dərəcə selsi təşkil edir. İkincisi, Günəşimiz həqiqətən qızğındır, baxmayaraq ki, bu fakt da çaşdırıcı ola bilər.

    Məsələ burasındadır ki, Günəş nüvəsinin temperaturu 15 milyon dərəcə selsiyə çatır, onun səthində (fotosferdə) temperatur 5,5 min dərəcə selsiyə enir. Eyni zamanda, günəş tacı (Günəş atmosferinin xarici hissəsi) fotosferdən uzaqlaşdıqca qızır və temperaturu 3,5 milyon dərəcə selsiyə çatır.

    Bəs niyə kosmos son dərəcə soyuq qalır? İnsanların intuitiv olaraq Günəşi çubuqdakı zefir kimi planetləri qızdıran yanan od kimi təsəvvür etdikləri üçün belə suallar yaranır. Ancaq planetlər fərqli şəkildə qızır. Yeri qızdıran istilik Günəşdən gələn birbaşa istilik enerjisi deyil, onun yaydığı şüalarının nəticəsidir. Bunlar Yerdəki hissəciklərlə qarşılıqlı əlaqədə olan görünən işıq da daxil olmaqla bütün elektromaqnit spektrində dalğa uzunluqlarıdır.

    Kosmosda kifayət qədər enerji yoxdur. Amma bu o demək deyil ki, Günəşə kosmik gəmi göndərə və onun yanmayacağına əmin ola bilərik. Günəş şüalarının yoluna hər hansı bir maddə qoysaq, o, qızmağa başlayacaq.

  • Paytaxtda QƏZA: Xəsarət alan var

    Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, Balaxanı qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin, 72 yaşlı Teyyub Teymur oğlu Həmzəyev xəsarət alıb.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Qızılca hansı xəstəliklərlə səhv salınır? – VİDEO

    “Qızılcanı əsasən məxmərək xəstəliyi ilə səhv salırlar. Artıq uşaqlarda allergik səpkilər olanda belə valideynlər narahat olur”.

    Bu fikirlər İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verlişində səsləndirilib.

    Həkimlərin sözlərinə görə, qızılca ilə məxmərəyin səpgisi bənzər olsa da, əslində, bu xəstəliklər tamamilə fərqlidir:

    “Bu xəstəliklərin hər birinin törədicisi var. Xəstəliklər gedişatına görə də fərqlənirlər. Yoluxduruculuq qabiliyyətinin yüksək olması ilə seçilən qızılca virusu ilk günlərində adi soyuqdəymə kimi özünü göstərməyə başlayır. Lakin zamanla virus buruntutulma, öskürək, qızdırma, boğaz ağrısı ilə müşahidə edilir, gözlər qızarır və sulanmağa başlayır. Sonrakı günlərdə isə bədəndə səpgilər yaranmağa başlayır”.

    Ətraflı süjetdə:

  • Nəqliyyat vasitəsində dəm qazından zəhərlənmə hansı hallarda olur? – VİDEO

    Dəm qazından zəhərlənmə hadisəsi təkcə evlərdə deyil, nəqliyyat vasitələrində də yaşanır.

    Ötən gün Saatlı rayonunda mikroavtobusun salonuna dəm qazının dolması nəticəsində doqquz nəfərin zəhərlənməsi bu faktı təsdiqləyir.

    Bəs nəqliyyat vasitəsində dəm qazından zəhərlənmə hansı hallarda baş verə bilir?

    Mütəxəssislər bildiriblər ki, mühərrikə bağlanan səsboğucuda yaranan problemlər nəticəsində də təhlükəli qazlar salona daxil ola bilər.

    Daha ətraflı “ATV Xəbər”in süjetində: