Month: December 2023

  • Lənkəranda qızılcadan ölən uşağın qardaşının vəziyyəti açıqlandı

    Lənkəranda qızılca xəstəliyindən vəfat edən üç yaşlı Uğurun qardaşı dörd yaşlı Yunus Abızadə də eyni virusa yoluxub.

    “Qafqazinfo”ya açıqlama verən azyaşlının babası Elçin Abızadə bildirib ki, Yunus hazırda Bakıda Məhəmmədi modul tipli xəstəxanada müalicə alır:

    “Bizi yanına buraxmırlar. Təkcə anası yanındadır. Elə qızılcaya da ilk anası yoluxmuşdu. Daha sonra uşaqlara da keçdi. Hazırda ananın vəziyyəti yaxşıdır, sağalıb. Uşağın yanında o qalır. Yunusu dünən gecə xəstəxanaya yerləşdirə bildik. Qızdırması var idi. Sonrakı vəziyyətindən xəbərimiz yoxdur”.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:

    “2019-cu il təvəllüdlü azyaşlı (cinsi kişi olan) dekabrın 18-də saat 19:30 radələrində Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağır stabildir”.

  • Цены на импортируемую в Азербайджан пшеницу снизились на 22%

    В январе-ноябре 2023 года в Азербайджан было импортировано 1 94 975 тонн пшеницы на сумму 283 377 000 долларов.

    Об этом говорится в отчете Государственного таможенного комитета республики.

    Согласно данным, по сравнению с аналогичным периодом прошлого года этот показатель снизился в количественном выражении на 6,3% или 72 900 тонн, в стоимостном выражении – на 28,8% или 114 600 000 долларов.

    За 11 месяцев 2022 года было ввезено 389 000 000 тонн пшеницы на сумму 1 167 000 долларов.

    Импортная цена за 1 тонну пшеницы в 2023 году составила 258,8 доллара (440 манатов), а в прошлом – 333 доллара (566,1 маната). Цены упали на 74,2 доллара или на 22,3%.

    Отметим, что стоимость импортированной пшеницы за отчетный период составила 1,79% от общего объема импорта Азербайджана.

  • Bu il Azərbaycana gətirilən buğdanın qiyməti kəskin azalıb

    2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 283 milyon 377 min ABŞ dolları dəyərində 1 milyon 94 min ton buğda idxal edilib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6,3% və ya 72,9 min ton, məbləğ baxımından isə 28,8% və ya 114,6 milyon ABŞ dolları azalıb.

    2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 389 milyon ABŞ dolları dəyərində 1 milyon 167 min ton buğda idxal edilib.

    Qeyd edək ki, hesabat dövründə ölkəyə gətirilən buğdanın bir tonunun orta qiyməti 22,3% və ya 74,2 dollar azalaraq 258,8 dollara (440 manat) bərabər olub. Bu göstərici ötən ilin müvafiq dövründə 333 dollar (566,1 manat) təşkil edib.

    Əlavə edək ki, cari ilin noyabr ayında isə idxal edilən buğdanın orta idxal qiyməti ötən ilin noyabr ayı ilə müqayisədə 23,7% azalaraq 435,28 manata bərabər olub. 2022-ci ilin noyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 570,75 manat təşkil edib.

    Xatırladaq ki, cari ilin ilk 11 ayında buğda idxalı Azərbaycanın ümumi idxalının 1,79%-nə bərabər olub.

  • Azərbaycanda professor məhkəmə zalında həbs edildi

    Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

    APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.

    Hökmə əsasən, təqsirləndirilən Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

    Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

    Qeyd edək ki, ittihama görə R.Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.

    Xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.

  • Prezident dövlət agentliyinə 800 min manat ayırdı

    Prezident İlham Əliyev Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 800 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Hindistan yenidən maska rejiminə qayıdır

    Hindistanın Kerala ştatında koronavirus hadisələrinin sayının artması səbəbindən Karnatakada tibbi maskaların taxılması məcburi elan edilib.

    Bu barədə Karnataka hökumətinin sərəncamına istinadən məlumat yayıb.

    Hökumətin sərəncamı hələlik 60 yaşdan yuxarı insanlara, həmçinin ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən ştat sakinlərinə şamil edilir. Bununla belə, koronavirusun yayılması ilə mübarizə üçün yeni tədbirlərin siyahısını açıqlanacağı vurğulanıb.

    Qeyd edək ki, Keralada COVID-19 hadisələrinin sayında kəskin artım müşahidə olunub. Son bir həftədə yoluxmaların sayı üç dəfə artıb və dekabrın 1-dən 17-dək 10 ölüm halı qeydə alınıb. Hazırda ştatda gündə 300-dən çox COVID-19 hadisəsi qeydə alınır.

    Mənbə: Indianexpress.com

  • Sabunçuda avtomobil yolları əsaslı təmir olunacaq – SƏRƏNCAM

    Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Zabrat, Sabunçu və Ramana qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 450 min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Скончался рядовой Государственной пограничной службы

    19 декабря состояние здоровья военнослужащего срочной действительной службы отдельной пограндивизии “Губадлы” погранвойск Государственной пограничной службы (ГПС) Азербайджана солдата Хаяла Азим оглу Хасретова внезапно ухудшилось.

    Об этом сообщили в пресс-центре ГПС.

    Военнослужащему была оказана первая медпомощь, он был немедленно госпитализирован. Несмотря на усилия врачей, спасти его жизнь не удалось.

    В настоящее время назначены соответствующие медицинские экспертизы для установления причины смерти рядового.

    По данному факту органы прокуратуры проводят совместное расследование с Госпогранслужбой.

    Руководство ГПС выражает глубокие соболезнования семье и близким военнослужащего.

  • DSX-nin əsgəri vəfat edib

    Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.

    Faktla bağlı prokurorluq orqanları Dövlət Sərhəd Xidməti ilə birgə araşdırma işləri aparır.

    Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

  • Rafael Ağayev “Karate Combat”ın 2023-cü il üzrə dünya çempionu oldu

    Azərbaycanın karate üzrə beşqat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardıqları “Karate Combat” turnirində yeni uğura imza atıb.

    Belə ki, Rafael Ağayev “Karate Combat” turnirində 2023-cü il üzrə dünya çempionu titulunu qazanıb.

    Qeyd edək ki, Rafael Ağayev məlum turnirində 2018-ci ildə debüt edib.