Month: December 2023

  • Bakıda gün ərzində üçüncü çoxmərtəbəli binada YANĞIN – VİDEO

    Bakıda daha bir çoxmərtəbəli binada yanğın baş verib.

    Baku.ws xəbər verir ki, yanğın metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən binada qeydə alınıb.

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları cəlb olunub.

    Yanğın söndürülüb.

    Qeyd edək ki, bu, gün ərzində Bakı ərazisində çoxmərtəbəli binada baş verən üçüncü yanğın hadisəsidir. Daha öncə FHN Yeni Yasamal yaşayış massivində, Əsəd Əhmədov küçəsində yerləşən 16 mərtəbəli binada, sonra isə Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında ba. verən yanğınları söndürüb.

  • MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib

    Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir.

    MSK-nın bugünkü iclasında prezidentliyə namizədlərin müraciətlərinə baxılır.

    MSK İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasına Prezidentliyinə namizədliyinin irəli sürülməsini təsdiq edib.

    Qeyd edək ki, İlham Əliyevin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdü.
    //oxu.az

  • Подразделения БПЛА выполнили учебно-тренировочные полеты – ВИДЕО

    В соответствии с планом подготовки, утвержденным министром обороны, в ВВС Азербайджана подразделениями беспилотных летательных аппаратов (БПЛА) выполнены учебно-тренировочные полеты.

    Об этом сообщает пресс-служба Минобороны Азербайджана.

    Экипажи БПЛА провели воздушную разведку по установленным маршрутам и, определив координаты наземных целей условного противника, уничтожили их точными авиационными ударами, а также выполнили другие действия.

    Все поставленные на учениях задачи были успешно выполнены.

  • Azərbaycanın PUA bölmələrinin təlimlərindən görüntülər – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) pilotsuz uçuş aparatları (PUA) bölmələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    PUA heyətləri müəyyən edilmiş marşrutlar üzrə hava kəşfiyyatının aparılması, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin olunaraq dəqiq aviasiya zərbələri ilə məhv edilməsi, eləcə də digər fəaliyyətləri yerinə yetiriblər.

    Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub.

  • Azərbaycan XİN Çinə başsağlığı verdi

    Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində qeydə alınan insan itkisi ilə bağlı Pekinə başsağlığı verib.

    Başsağlığı mətni qurumun sosial şəbəkə hesabında paylaşılıb.

    “Çində baş vermiş dağıdıcı zəlzələnin böyük insan itkisinə və yaralanmasına səbəb olması xəbəri bizi dərindən kədərləndi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik”, – başsağlığında bildirilib.

    Qeyd edək ki, dekabrın 18-də Çində 6, 2 maqnitudalıq zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb.

  • Bu məlumatları yayanları 8 ilə kimi həbs gözləyir

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.

    Median.Az report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır.

    Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu Məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.

    İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək.

    Məcəllələrə dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.

  • Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb

    “Kanal13” internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb.

    Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.

    Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

    Qeyd edək ki, o, noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

    Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

  • Azərbaycanlı qızları xaricdə satan daha bir qadın HƏBS EDİLDİ

    İnsan alverində təqsirləndirilən daha bir qadına hökm oxunub.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə, həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub.

    Qeyd olunan faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) və 144-3 (insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər) maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Məhkəmənin hökmü ilə T.İsmayılovanın əməlləri subuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

  • İlham Əliyev icbari tibbi sığorta ilə bağlı qanunda dəyişikliyi təsdiqlədi

    “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

    Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə qanunda qeyd olunan müvafiq maddənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınb.

    Qeyd edək ki, dəyişiklikdən öncə müvafiq maddənin tətbiqi 2024-cü il 1 yanvar tarixinə kimi təxirə salınmışdı.

  • Nazirlik Naftalanda rentgen kabinetinin fəaliyyətini dayandırdı

    Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs arasında əməkdaşlıq zəminində “Naftalan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin müraciəti əsasında xəstəxananın rentgen kabinetində keçirilmiş yoxlama tədbirləri zamanı radiasiya təhlükəsizliyi tələblərinin pozulmasına dair faktlar, o cümlədən ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün tələb olunan müvafiq icazənin olmadığı aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.