Month: December 2023

  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin investisiya nazirini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Bakıda Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydini qəbul edib.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-in Dubayda uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırıb.

    Məhəmməd Həssən Əl Suveydi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.

    Dövlətimizin başçısı bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər çərçivəsində bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşünü məmnunluqla xatırlayıb.

    Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli dostluq münasibətlərin bir çox sahədə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif səviyyələrdə təmasların əməkdaşlığımızın möhkəmlənməsi işinə xidmət etdiyi qeyd olunub.

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il Azərbaycanda keçirilməsi barədə qərar beynəlxalq aləmdə ölkəmizə göstərilən böyük etimadın və hörmətin nümunəsi kimi dəyərləndirilib.

    Söhbət zamanı bu gün imzalanacaq sənədlərin önəmi qeyd edilərək bunun iqtisadi sahədə əməkdaşlığın və ümumilikdə əlaqələrimizin uğurlu inkişafının yaxşı göstəricisi olduğu bildirilib.

    Sonra sənədlərin imzalanması mərasimi olub.

    Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşması imzalanıb.

    Razılaşmanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında data mərkəzləri layihələrində investisiya əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb.

    Memorandumu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Birləşmiş Ərəb Əmirliklərinin investisiya naziri Məhəmməd Həssən Əl Suveydi imzalayıblar.

  • Bakıda restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən kababçıya hökm oxunub

    Bakıda fəaliyyət göstərən məşhur “Tonqal” restoranında 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən Natiq Qardaşov və Radiq Mehdiyevin məhkəmə istintaqı yekunlaşıb.

    Median.Az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə hökm oxunub.

    Hökmə əsasən, Natiq Qardaşov və Radiq Mehdiyev məhkəmə zalından azadlığa buraxılıb və onun barəsində 5 min manat cərimə tətbiq edilib.

    Xatırladaq ki, zərərçəkmiş qismində isə “Tonqal” restoranının icarədarı Şəmsəddin Hüseynov Ələsdan oğlu tanınır.

    Qeyd edək ki, Radiq Mehdiyev özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi “Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşovla əlbir olaraq restorana gətirib təhvil verdiyi ətin çəkisini artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul alıb. Nəticədə Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində ziyan vurulub.

    Onlar barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə cinayət işi açılıb.

  • Saturnda böyük kəşf: Həyat üçün lazım olan maddə tapıldı

    Saturnun peykində həyat üçün zəruri olan komponentlərdən biri olan hidrogen sionid tapılıb.

    Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Saturnun peyklərindən biri olan Enseladda həyat üçün zəruri olan komponentlərdən biri olan hidrogen sionidin varlığına dair güclü dəlillər tapıb.

    “The Hill” qəzetinin yazdığına görə, NASA-nın Saturn kəşfiyyat vasitəsi Cassini planet və onun peyki haqqında yeni məlumatlar əldə edib. NASA-nın Reaktiv Sürüş Laboratoriyasından olan tədqiqatçılar Saturnun peyklərindən biri olan Enseladda hidrogen sionidin varlığına dair güclü dəlillər tapdıqlarını bildiriblər.

    Sözügedən araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.
    //azxeber.com

  • Ağdamda avtomobil yanıb

    Ağdamda minik avtomobilində yanğın olub.

    FHN-dən verilən xəbərə görə, hadisə rayonunun Quzanlı qəsəbəsində baş verib. VAZ markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sumqayıtda avtobuslarda cibgirlik edən kameralara tuş gəldi – Oğurluq anının VİDEOSU

    Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobuslarında cibgirlik edən, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Binyat Binyatov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının içərisində 1 500 manat, bank kartları və sənədləri olan çantasından oğurluq etdiyi məlum olub.

    Bildirilib ki, B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa analoji cinayətlər törətməsi istisna edilmir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

  • Bu il ərzində Azərbaycanda doğulan üçəmlərlə dördəmlərin sayı açıqlandı

    Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkə üzrə 94 671 körpənin doğulmasını qeydə alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.

    Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

    Doğulanlardan 2 854-ü əkiz, 123-ü üçəm, dördü isə dördəm olub.

  • Ильхам Алиев: На две недели Баку станет центром мира

    Проведение крупномасштабных международных мероприятий, конечно, возлагает на нас большую ответственность. Однако до сих пор мы провели много международных мероприятий.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев 15 декабря на совещании в связи с проведением в следующем году в нашей стране 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата – COP29.

    Напомнив, что в этом году Азербайджан с большим успехом провел Международный астронавтический конгресс, глава государства сказал: “Всем также известно, что это престижное международное мероприятие было проведено в Баку во второй раз. 50 лет назад это мероприятие было проведено в Баку, являвшемся столицей Советского Азербайджана, а в этом году в Баку – столице независимого Азербайджана. Но, конечно, COP29 не идет ни в какое сравнение с мероприятиями, проводившимися до сих пор. Даже если вспомнить Европейские игры, то тогда приехали 5 000 спортсменов и около 3 000 сопровождавших их гостей. Но на COP29 в нашу страну приедут десятки тысяч иностранных представителей, и в течение двух недель Баку станет центром мира. По некоторым предположениям, в этот период в нашей стране будут находиться примерно 70-80 000 иностранных гостей”.

  • Prezident: “İki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq”

    “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə deyib.

    Bu il Azərbaycanın Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirdiyini xatırladan dövlətimizin başçısı bildirib:

    “Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

  • США развернут группу для сдерживания хуситов в Красном море

    Соединенные Штаты намерены развернуть в Красном море коалиционные силы для сдерживания нападений хуситов на гражданские судна.

    Речь идет о развертывании “специальной усиленной многонациональной оперативной группы”.

    Также отмечается, что Вашингтон обратился к йеменским повстанцам с требованием прекратить нападения на корабли в Красном море. Их действия представляют собой угрозу для свободного судоходства в международных водах.

    Источник: Axios

  • ABŞ Qırmızı dənizdə husiləri nəzarət altına almaq üçün komanda yerləşdirəcək

    Birləşmiş Ştatlar husilərin mülki gəmilərə hücumlarının qarşısını almaq üçün Qırmızı dənizə koalisiya qüvvələri yerləşdirmək niyyətindədir.

    Bu barədə ABŞ mətbuatında məlumat yayılıb.

    Verilən məlumata görə, söhbət xüsusi gücləndirilmiş çoxmillətli operativ qrupun yerləşdirilməsindən gedir.

    Həmçinin qeyd edilir ki, Vaşinqton yəmənli üsyançılara müraciət edərək Qırmızı dənizdə gəmilərə hücumları dayandırmağı tələb edib. Onların hərəkətləri beynəlxalq sularda sərbəst naviqasiya üçün təhlükə yaradır.

    Mənbə: Axios