Month: January 2024

  • Qarlı və əsrarəngiz Göygöl – VİDEO

    Göllər yerləşdiyi məkandan asılı olmayaraq, suya yaxın yerlərdə istirahətdən zövq almaq istəyənləri həmişə cəlb edir. Göygöl isə Azərbaycanın ən gözəl və ecazkar təbii su hövzəsidir.

    Xüsusən qış aylarında burada əsrarəngiz görüntüləri müşahidə etmək olar.

    Bu qış da Göygöl gözəlliyi ilə görənləri valeh edir.
    //Baku.ws

  • Oğuzda evləri yanan ailələrə yardım olunacaq

    Oğuzda evləri yanıb kül olan məcburi köçkün ailələrinə yardım olunacaq.
     
    Median.Az
    xəbər verir ki, bu barədə “Report”un şimal-qərb bürosuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin müdiri Yaqub Abbasov məlumat verib.
     
    Yanvarın 12-də Oğuzda 4 ailənin, ümumilikdə 15 məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.
     
    Evi yanan Aftandil Piriyev “Report”un yerli bürosuna bildirib ki, yanğın baş verən an evdə olub və yaşlı anasını çətinliklə xilas edib:
     
    “Qoca anamı zorla evdən çıxardım. Tüstü məni boğduğundan heç mobil telefonumu götürə bilmədim. Hər şeyimiz yandı, bütün sənədlər, qızıllar və əşyalar”.
     
    Komitənin yerli nümayəndəsi bildirib ki, zərərçəkən ailələrə ölkənin digər şəhər və rayonlarında ev təklif olunub:
     
    “Lakin onlar uşaqlarının burada oxumasını, iş yerlərinin, qohum-əqrabalarının burada yaşamasını əsas götürərək razılıq verməyiblər. Komitə tərəfindən digər tədbirlər görülür, onların məskunlaşması üçün işlər aparılır və qısa müddətdə məskunlaşdırılacaqlar”.
     
    Qeyd edək ki, bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yanğın nəticəsində evsiz qalan ailələr isti qış geyimləri və pal-paltarla eləcə də yatacaq və digər ləvazimatlarla təmin olunacaqlar.

  • BMT-nin helikopteri Afrikada qəzaya uğrayıb

    Mərkəzi Afrika Respublikasında BMT-yə məxsus helikopter eniş zamanı qəzaya uğrayıb.

    Məlumata görə, helikopter iki hissəyə bölünüb, lakin göyərtəsində olanlar sağ qalıblar. Göyərtədə olan beş nəfərdən üçü yüngül xəsarət alaraq xəstəxanaya çatdırılıb.

    Mənbə: TASS

  • Bakıda relssiz tramvay xətləri olacaq

    Bakıda relssiz tramvay xətlərindən istifadə oluna bilər.

    Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov “Trend”ə müsahibəsində deyib.

    “Tramvaylara gəldikdə, düşünürük ki, yeni relslər qurulmayacaq. Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər.

    İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı probemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin çox olduğu, eyni zamanda, yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər, – deyə sədr müavini əlavə edib.

  • Sərxoş vəziyyətdə məktəbə daxil oldu – HƏBS EDİLDİ

    Qəbələ rayonunun Vəndam qəsəbəsində ictimai asayişi pozmuş şəxs həbs edilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəsəbə sakini, 1990-cı il təvəllüdlü Pərvin Məmmədov xuliqanlıq əməli ilə bağlı inzibati məsuliyyətə cəlb edilib.

    Belə ki, 34 yaşlı şəxs 3 gün əvvəl sərxoş halda Vəndamdakı çayxanalardan birinə daxil olaraq orada çay içən şəhid atası Ə.Z. ilə zarafat edib. Daha sonra o, şəhid atası ilə mübahisə etməyə, söyüş söyməyə başlayıb.

    Qardaşı tərəfindən çayxanadan çıxarılan şəxs daha sonra hərəkətlərini idarə edə bilməyərək qəsəbənin mərkəzindəki məktəbə gedib. Sanitar qovşağa girmək üçün məktəb binasına daxil olan şəxs orada xuliqanlıq hərəkətlərinə davam edib. Məktəb direktoru və gözətçi tərəfindən qarşısı alınan şəxs uca səslə təhqiramiz ifadələr işlədib. Hadisə yerinə gələn polis əməkdaşları onu saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.

    Barəsində inzibati protokol tərtib edilən Pərvin Məmmədova Qəbələ Rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbs cəzası verilib.

  • Azərbaycanda daha bir general ehtiyata buraxıldı

    Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ehtiyata buraxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb.

    Hələ ki, onun yerinə təyinatla bağlı ictimaiyyətə məlumat verilməyib.

    Qeyd edək ki, dünən müdafiə nazirinin müavini, general-leytenant Ənvər Əfəndiyev ehtiyata buraxılıblar.

  • Efiopiyada Qızıl Xaçın əməkdaşı güllələnib

    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib.

    Bu barədə komitədən məlumat verilib.

    “Təcili tibbi yardım maşınının sürücüsü Qızıl Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, – deyə məlumatda bildirilir.

    Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq xəbər verməyib.

    Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir.

  • Bakının bu hissəsində “Hibrid Yaşıl Dəhliz” yaradılcaq -AÇIQLAMA

    Hibrid Yaşıl Dəhlizlər”ə dəhlizlər çox funksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur.

    Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

    “Hibrid Yaşıl Dəhlizlər”dən biri kimi Dənizkənarı Milli Parkdan “Port Baku” yerləşən ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur.

    Bu dəhlizdə paytaxt sakinlərnin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiyalar nəzərdə tutulub. Həmçinin, oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır.

    Digər istiqamətlər üzrə də “Hibrid Yaşıl Dəhlizlər”in yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur, – deyə sədr müavini əlavə edib.

  • Növbədənkənar prezident seçkisini izləmək istəyən müşahidəçilərin sayı açıqlanıb

    Növbədənkənar prezident seçkisini izləmək məqsədilə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

    “Report”un məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib.

    MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilərin 18 159-u dairə seçki komissiyalarında qeydiyyatdan keçənlərdir.

  • Qubadlıda silah-sursat aşkar edilib

    Qubadlı rayonunda silah-sursat aşkar edilib

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın yığılaraq təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbir zamanı rayonun Mahmudlu kəndi ərazisində bir pulemyot, bir avtomat, müxtəlif çaplı patronlar və digər sursat aşkar olunaraq müvafiq qaydada götürülüb.

    Faktla bağlı araşdırma aparılır.