Month: January 2024

  • Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər

    Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər.

    Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib.

    Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur:

    “Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”.

    Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək.

  • Kərim Vəliyev Hikmət Mirzəyevi şəxsi heyətə TƏQDİM ETDİ

    Bu gün Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə Quru Qoşunların qərargahında xidməti müşavirə keçirilib.

    Müşavirədə general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanı vəzifəsinə təyin olunması şəxsi heyətə çatdırılıb.

    Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 11 yanvar 2024-cü il tarixdən general-leytenant H.Mirzəyev müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.(Qafqazinfo)

  • Bakıda qadın narkotiklə tutuldu

    Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirilib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı və 5-ci polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini S.Tağıyeva saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.

    Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Bahadur Vəliyev də müəyyən olunaraq saxlanılıb. Ondan çəkisi 2 kiloqram 65 qram marixuana götürülüb.
    Davam etdirilən tədbirlərlə B.Vəliyevə narkotik vasitəni satmaqda şübhəli bilinən Xırdalan şəhər sakini Nurlan Tağıyev də müəyyən olunaraq saxlanılıb. Ondan 2 kiloqram 167 qram marixuana, yaşadığı evə baxış zamanı isə 13 qramdan artıq heroin, 20 qrama yaxın metamfetamin və metadon həbi aşkar olunaraq götürülüb.

    Araşdırma aparılır.

  • Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

    Yanvarın 14-15-də Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində gecə və səhər saatlarında yolların buz bağlama ehtimalı var.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, yanvarın 14-16-da Azərbaycanın rayonlarında, xüsusən də dağlıq və dağətəyi rayonlarda gecə və səhər saatlarında magistral yolların buz bağlayacağı ehtimal edilir.

  • Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb

    Bakıda qadının çantasından pul və bank kartları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir qadının çantasından 685 manat, 1100 ABŞ dolları pul, sənədlər və bank kartlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Nuran Sayadov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda ana yeniyetmə qızını 500 manata sataraq təcavüzə göz yumub

    Azərbaycanda qandonduran cinayət hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə, 14 yaşına çatmamış qızını 500 manata satan anaya və qadının bu təklifinə “hə” deyərək yeniyetməyə təcavüz edən şəxslərə hökm oxunub.

    Hadisə 2020-ci ilin noyabrında baş verib.

    Belə ki, bir neçə il əvvəl atası ölən yeniyetmənin anası İradə Məmmədova (ad-soyad şərtidir) özünün də intim münasibətdə olduğu tanışına 2007-ci il təvəllüdlü qızına seksual xarakterli zorakılıq hərəkətləri etməsini təklif edib. Qarşı tərəf 500 manat müqabilində bununla razılaşıb. Yeniyetmənin anası isə qızının evdən qaçmaması üçün evin giriş qapısını açarla kilidləyib və açarı özüylə götürüb.

    Yeniyetmə 1994-cü il təvəllüdlü Namiq Sərdarova (ad-soyad şərtidir) qarşı çıxıb, amma anasının tanışı cibindən bıçaq çıxardaraq onu ölümlə hədələyib və çirkin əməlinə zorla nail olub.
    Qadın bu təklifi, eyni zamanda özünün də intim münasibəti olduğu Novruz Əkbərov (ad-soyad şərtidir) adlı tanışına da edib və qızını satmaqla bağlı təklifinə müsbət cavab alıb. Nəticədə yeniyetmə qız bu dəfə anasının müşaiyəti ilə zorlanıb.

    Yeniyetməyə qarşı təcavüz həm Namiq, həm də Novruz tərəfindən dəfələrlə təkrarlanıb. Hadisənin üstü isə qızın əmisi tərəfindən həkimə aparılmasından sonra açılıb.

    Hökmə əsasən, qızını satan qadın 12 il, Namiq Sərdarov 12 il, Novruz Əkbərov isə 13 il azadlıqdan məhrum edilib.

  • Bu ərazilərdə çoxmərtəbəli binaların tikilməsinə icazə verilməyəcək

    Sıxlığın tənzimlənməsi və nizamlanması istiqamətində konkret həllər, planlar var. Bakının hansı ərazilərində nə qədər binaların tikilə biləcəyi Baş planda nəzərdə tutulub.

    Bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib.

    “Ərazilər sıxlığa görə 4 kateqoriyaya bölünüb: yüksək, orta, az və seyrək sıxlıqlı ərazilər.
    Ətraflı

    Yüksək sıxlıqlı ərazilər 9 və daha çoxmərtəbəli binaların olduqları ərazilərdir. Orta sıxlıqlı 5-8, az sıxlıqlı 3-4 mərtəbəli və seyrək sıxlıqlı isə fərdi yaşayış evlərinin olduğu ərazilərdir. Bunlar Baş planda öz əksini tapıb və tənzimlənir.

    Gələcəkdə hansısa bir sahibkar, qurum bu ərazilərdə fəaliyyət həyata keçirmək istəsə, bu sıxlıqları nəzərə alacaq. Sıxlıq zonalarının konkret hədləri var ki, ondan artıq tikmək olmaz”, – deyə sədr müavini əlavə edib.

    Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

  • Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb

    Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Canlı yayımda gərgin anlar: Müğənni efiri tərk etdi – VİDEO

    “Xəzər axşamı” verilişinin ötən axşam yayımlanan buraxılışında gərgin anlar yaşanıb.

    Canlı efir zamanı qonaqlardan biri olan müğənni Mənzurə Musayeva proqramı tərk edib.

    Buna səbəb ifaçının özünün studiyada səsləndirdiyi canlı ifasını bəyənməməsi olub.

    Aparıcı Mətanət Əliverdiyeva isə sənətçinin bu addımına belə reaksiya verib:

    “Heç vaxt efirdə qonağıma hörmətsizlik etməmişəm. Bütün telekanallarda sizi aparıcıdan asılı vəziyyətə gətirirlər. Yeganə efir buradır ki, hamı bura rahat gəlir. Burada heç kim komandanı günahlandırmasın. Mənzurə xanım çıxıb getdi. Biz hamını gözümüz, qaşımız üstündə gəzdiririk. Bizim mikrofonda texniki problem yoxdur. Əgər müğənni canlı oxuya bilmirsə, bu, nə mənim, nə redaktorun, nə də texniki heyətin günahı deyil”.

    Ətraflı videoda:

  • В Джебраильском районе задержан наркоторговец

    В результате проведенных сотрудниками Джебраильского районного отдела полиции оперативных мероприятий из незаконного оборота изъяты наркотические средства и психотропные таблетки.

    Об этом сообщили в бардинской региональной группе пресс-службы МВД.

    Было отмечено, что на территории поселка №4, построенного для вынужденных переселенцев, по подозрению в незаконном обороте наркотиков задержан житель Сабирабадского района Миргусейн Агаев.

    В ходе личного досмотра у него были обнаружены и изъяты 2 кг 100 г марихуаны, 1 кг 800 г опиума, 940 таблеток метадона и кастет.

    По данному факту возбуждено уголовное дело, продолжается расследование.